Siyavuş Kərimi: ""Dolu"
Azərbaycan kinematoqrafiyasında çox böyük hadisədir"
Ssenari,
rejissor işi, aktyor oyunu bir-biri ilə yüksək şəkildə
vəhdət təşkil edirdi"
Yazıçı Aqil Abbasın
eyni adlı romanı əsasında yazdığı ssenariyə
Elxan Cəfərovun rejissorluğu ilə çəkilən
"Dolu" filmi ötən həftə Nizami kinotetrında
nümayiş olundu. Alqışlarla başlanan və
alqışlarla bitən "Dolu" filmi barəsində rəyləri
ümumiləşdirsək belə nəticə alınar:
"Hələ Azərbaycanda bu səviyyədə
döyüş filmi çəkilməyib".
Filmdə sujet xətti cəlbedicidir.
Aktyor oyunları tamaşaçını daim həyəcan
içində saxlayır, adam özünü
döyüş meydanında hiss edir. "Dolu"nun musiqisini
görkəmli bəstəkar, xalq artisti Polad
Bülbüloğlu yazıb. Möhtəşəm musiqidi.
Film bitir, musiqi qulaqlardan uzun müddət çəkilmir.
Hələ də mətbuatda
"Dolu" barəsində görkəmli sənət
adamlarının rəylərini oxuyuruq. Əksəriyyəti
bəyəndiyini deyir. Bu dəfə Milli Konservatoriyanın
rektoru, xalq artisti, bəstəkar pianoçu Siyavuş Kərimi
təəssüratlarını bölüşür.
"Dolu" filmini yüksək
qiymətləndirən S.Kərimi bu əsərin
ekranlaşdırılmasının hadisə olduğunu deyir:
"Mənə bu film olduqca böyük təsir etdi. Ssenari,
rejissor işi, aktyor oyunu bir-biri ilə yüksək şəkildə
vəhdət təşkil edirdi".
Bəstəkar filmin musiqisinin də
möhtəşəm əsər olduğu qənaətindədir:
"Polad Bülbüloğlu çox təcrübəli kino
bəstəkarıdır. Onun əksər filmlərdə bəstələri
var və hamısı da gözəl əsərlərdir.
Polad Bülbüloğlu "Dolu" filmində əsərin
mahiyyətini duyaraq, hadisələri dəqiqliklə
müşayət edərək möhtəşəm musiqi
yaradıb. Bu musiqi filmə xeyli dərəcədə güc
verib".
S.Kərimi hesab edir ki,
"Dolu" filmi bir daha sübut etdi ki, biz belə filmlər
çəkib dünyaya çıxa bilərik:
"Müharibə mövzusunda çəkilən
"Dolu" səviyyəli filmlər Qarabağın Azərbaycanın
olduğunu göstərir, düşmənin vəhşiliyini
detalları ilə həm dünyaya, həm də gələcək
nəsillərə çatdırır. Qarabağın geri
qaytarılması üçün "Dolu" filmi
tutarlı təbliğatdır. Belə filmləri festivallara
göndərmək lazımdır. Sovet müharibəsindəki
qəhrəmanlıqları rus kinolarında görürük,
Azərbaycan əsgərinin igidliyini niyə çəkib
göstərməyək?..
"Dolu" filminin heç də
sovet müharibə filmlərindən geri
qalmadığını deyən S.Kərimi haqqında
danışdığımız filmin müasir standartlara tam
cavab verdiyini düşünür: ""Dolu"nun vizual tərəfi,
musiqisi, aktyorların oyunu olduqca gözəldi. Bir sözlə,
"Dolu" Azərbaycan kinematoqrafiyasında çox
böyük hadisədir".
Anar
Ədalət.-2012.-16
avqust.-S.2.