"Dolu" filminin rejissoru yazarlara cavab Verdi

 

   Elxan Cəfərov: "Azərbaycanlılar həddən artıq ağıllı xalqdır. Elə buna görə , bizə pafos lazımdır..."

 

   Bu günlərdə təqdimatı keçirilən "Dolu" filminin rejissoru Elxan Cəfərov filmlə bağlı səsləndirilən fikirlərə təndiqlərə Publika.Az vasitəsi ilə aydınlıq gətirdi:

   - "Dolu" filmi elə ilk nümayişindən sonra, böyük müzakirələrə səbəb oldu. Son illərdə çəkilən filmlər, çox nadir hallarda müzakirəyə səbəb olur...

   - Mən ümumiyyətlə, bu filmi həm tənqid edən, həm müsbət fikirlər yazan bütün jurnalistlərə minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, bu gün bizim cəmiyyətimizin diqqətini cəlb edəcək yazılara belə demək mümkünsə, mövzu vermişik. Bu bizim üçün çox müsbət haldır. Cəmiyyətin diqqəti kinoya yönəldi. Bu, o deməkdir ki, gənclərin milli kinoya marağı yaranır inkişaf gedir. Bir daha qeyd edirəm, mən fəxr edirəm ki, müraciət etdiyimiz mövzu Qarabağdır. Tərifli-tənqidli fikirlər çox olur. Bəzi yazarlar tərəfindən filmin ssenari müəllifi Aqil Abbasa qərəzli basqılar edilir. Deyək ki, biz bu gün bir stul düzəldib cəmiyyətə xeyir vermək istəmişik. Bu stulun özəlliyi onun orijinallığındadır. Hamı eyni düşünə bilməz. Hər kəs öz imkanı, tərbiyəsi, qanacağında nəyə qadirdisə, onu cəmiyyətin mühakiməsinə çıxarır. Bu filmimizlə bağlı, belə başlıqlı yazı gördüm":Məğlubiyyət haqqında qələbə filmi". Adın özü mənə böyük ruh verdi. Amma film məğlubiyyət haqqında deyil. Müharibə olar, dövlət udar da, uduzar da. Müəyyən müddət keçdikdən sonra, problemin üzərində düşünə biliriksə, deməli Qarabağı qaytaracağıq. Bir daha deyirəm ki, cəmiyyətin fikrini bu mövzuya yönəltdiyimizə görə çox sevinirəm.

   - Təndiqçilər filmdə obrazların Ağdam ləhcəsində danışmasından gileylənir. Sizcə, bu düzgündür?

   - Mən o filmdə qəti Ağdam ləhcəsi eşitməmişəm. Daha dəqiq desəm, "Dolu"da Ağdamdan başqa, Bakı digər regionlarımızın da ləhcəsi hiss olunur. Amma bu, məqsədli şəkildə olmayıb, belə bir niyyətimiz yox idi. Mən aktyorlardan fikri söyləyib, onu tam özəlləşdirdikdən sonra ortaya qoymalarını xahiş etmişdim. Həm axı, aktyorların hamısı ağdamlı deyil. Lənkəran, Şəki, Naxçıvandan olanlar var. Filmdə hər aktyor öz dialektinə uyğun danışır.  

   - "Dolu"da pafossuz keçinmək mümkün olmazdı?

   - Əvvəla, mən pafosu mənfi hal kimi qiymətləndirmirəm. Sovet vaxtında, məişətimizdə biri-birimizə münasibəti təyin edən, bəşəriyyəti insansevərliyə doğru yönəldən müəyyən pafos var idi. Bu gün insanlar arasında narazılıqlar var. Hər hansı bir problemin həlli göründüyündən dəfələrlə çətin məsuliyyətlidir. Tutaq ki, Qaçaq Kərəmi hətta rus kazakları ələ vermirdilər. Çünki o, atdan yerə yıxdığını təpikləmirdi, yaraladığını öldürmürdü. Bax bu, azərbaycanlı pafosudur. Dediyimiz pafosun müəyyən mənada vacibiyyəti var. Ürəkləri birləşdirməsən, məntiqlə birləşmək çətindir. Azərbaycanlılar həddən artıq ağıllı xalqdır. Elə buna görə , bizə pafos lazımdır...

   - Amma türk filmlərində pafos olmadığına görə, biz onlara baxmağı üstün tutur, həm zövq alırıq...

   - Bu gün kütləvi surətdə xarici dəyərlərin arxasınca qaçmağımızı səhv sayıram. Biz özəlliyi olan xalqıq. Bizi birləşdirən kinodur. Sovet filmlərində olan sadəlövhlüyü məmnuniyyətlə qəbul edirik, bu bizim özəlliyimizdir. "Dəli Kür" haqqında danışanda, Cahandar ağanı düşünürük. Mərdliyimizdə onun təsiri var. Bu gün yalnız bizə məxsus olan özəlliyi düşünməliyik. Türk seriallarında, eləcə xarici filmlərdə ən vacib fakt, onların sistemli olmasıdır. Biz bu sistemi indi formalaşdırırıq. Xalq olaraq, yerimizi milli xüsusiyyətlərimizi nəzərə almalıyıq. Avropada hamı sosial cəhətdən hər şeyə nail olub, işi, evi, sevgisi var. Hansılar ki, biz hələ yoldayıq, ora çatmamışıq. Bizim bu filmimizdə, kifayət qədər sadəlik var. Amma pafosu da inkar etmirəm. Bir qədər pafos olmalıdır ki, bəzi məqamlar insanların qəlbinə daxil olsun. Pafos bizi birləşdirəcək, bu gün tam pafossuzluq içində cəmiyyət olaraq çətinlik çəkirik. Amma zamanla inkişaf getdikcə, pafos özü sıradan çıxacaq. Bəzi təndiqçilərin qəbul etmədiyi mənim səhvim kimi qələmə verdikləri pafos, səhv deyil. Bunu mən özüm qəsdən etmişəm.

   - Filmin büdcəsini açıqlaya bilərsiniz? 

   - Əslində, bu barədə mənim məlumatım azdır. Həm bir rejissor olaraq, bu işlərə qarışmaq səlahiyyətim yoxdur. Bir şeyi deyim ki, büdcə kifayət qədərdir. Bu barədə qara fikirlər kimə lazımdır? Film çəkilib. Bunu araşdırmaq lazım deyil. İndi inkar deyil, təsdiq dövrüdür.

   - "Dolu"da döyüş səhnələrinin çəkilişi üçün aktyor tapmaq yəqin ki, çətin oldu...

   - Hər bir peşəkar aktyor öz üzərində işləməlidir. Bu baxımdan, Fuad Poladovun adını çəkmək olar. Onun xarizması, qaməti, kadrda dayanmağı...Fuad Poladovun özü üzərində daimi işləməsini yüksək qiymətləndirirəm. Ona görə , o, yaşından xeyli gənc enerjili görünür.

   "Dolu"ya aktyorları dəvət edəndə, onların fiziki hazırlığına fikir verirdim. "Dolu"da döyüş səhnələrinin təbii alınmasında, Azərbaycan Kaskadyorlar Assosiasiyasının rəhbəri Əli Məmmədovun böyük əməyi var. Filmdə yüzlərlə insan yıxılır, amma onların sayı cəmi 7 nəfərdir.

 

 

    Ədalət.-2012.-18 avqust.-S.9.