BİR
SƏNƏTÇİNİN FƏRYAD DOLU MƏKTUBU – 1
(Yılmaz
Ərdoğanın bu günə və sabaha məktubu. Bu məktub bir az da bizə aiddir)
Ünlü teatr sənətçisi
və yazar Yılmaz Ərdoğan, terrorun nədən olduğu ölümlərin
durması üçün
yazdığı fəryad
dolu məktubunu "Hürriyət" qəzetinin
aracılığıyla Türk
xalqına AĞ GÖYƏRÇİN qanadlarında yollayıb.
Hər gün, demək olar ki,hər
gün Türkiyədə
bir insan ölür vəya bir türk əsgəri
şəhid olur.Türkiyənin
televiziya kanalları hər gün göz yaşları içindədir. Bitmir,bitmək bilmir bu savaşgtürklər demiş "qəhbə mayinlərin" (minaların)
öldürdüyü insanların
və əsgərlərin
sahibsiz qolları,bacaqları,cəsədləri
basdırılır məzarlara.
Bitmir,bitmək bilmir bu "namərd oyun", namərd savaş! Oxuyucağınız bu yazı bir sənət
adamının fəryadıdır.BU
GÜNƏ,SABAHA,O BİRİ GÜNƏ hayqırışıdır.Bu fəryad,bu hayqırış
bizim də taleyimizin yazısıdır.Bundan
qorunmaq üçün
ayıq olmaq lazımdır.Aldanmamaq lazımdır.Eşidirsinizmi
: sabah bu alçaq minalara qurban getməmək üçün BU GÜN ətrafımıza
daha ayıq gözlə baxmalıyıq.
YALVARIRAM
Bu bir
məktub.Quş, göyərçin
qanadına yazıldı.Kimin
vicdanına qonarsa o oxusun.
Ölüm üzərinə...Mina üzərinə...
Kürd məsələsi... Türk
məsələsi üzərinə,haqqında.
Gözəl kəlmələr... Və çirkin
kəlmələr üzərinə.
Ölümə doğru uzanan
bu yürüşdün
qorxuram. Minalarla parçalanan
qardaş cəsədləri
otağımda, yanıbaşımdadır.
Yazdığım hər kəlməyə
bir daha diqqətlə baxırlar.
Onlar dünən parçalandılar.
"Yazıqlar
olsun"- deyə başlayır ağlıma
gələn hər cümlə indi.
Yazıq olur vallah,insanın
bu vaxta qədər yaratdığı
ən gözəl şeylərə.
Heyif olur,bir çocuğun
Kürdcə, Türkcə
vəya hər nə vəziyyətdə
və hər nə dildə isə gülümsəməsinə...
HƏR
SİLAH ÖLDÜRÜR, AMMA MİNADAN QƏHBƏSİ
(NAMƏRDİ)) YOXDUR
Sevgiliyə hədiyyə almaya, bazar alışverişinə
çıxmaya, bir bəbək sahibi olmaya, siqareti atmağa, bir yerə gedib kabab çəkməyə,
bir insanı hər şeydən çox sevməyə.... Yazıq olur...
Yazıqlar olur, həyatın
lap özünə.
Etməyin!
Minalar döşəməyin gələcəyinizin yollarına.
Bu namərdin nə zaman partlayacağı
bilinmir,qardaşlar,bilinmir!
Bəzən illər sonrası, bir kiçik qız çocuğu çiçək toplarkən
partlaya bilər,bəzən iyirmi yaşındaykən və
daha öncə heç görmədiyin bir yerdə, daha öncə heç tanımadığın
insanların arasında
müqəddəs bir
səfər sırasında....
İnsanoğlu hər şeyi
icad etdi; amma minadan dəhşətlisi
yoxdur.
Hər silah öldürə bilir, hər zaman öldürmə imkanı olur,amma
bəzən bu imkandan qaçmaq mümkündür, amma
MİNADAN qaçmaq mümkün
deyil.O mütləq öldürür!
Mina yaralamaz,zədələməz! O birini
mütləq öldürər!
Uğursuz bir yerdə gizlənir və partlayana qədər, bir can alana
qədər pusquda gözlər.
İnsanın icad etdiyi ƏN
ÇİRKİN şey silahdır.
Və silahların ƏN ÇİRKİNİ
MİNADIR!
Səbəbini unutdum davanın
və heç vecimə də deyil, siyasi mübahisələr.
Bir tək şey üçün dua edirəm hər gecə, hər gündüz: Kimsə gənc ölməsin dağlarımızda.
ƏN
GÖZƏL KƏLMƏ OLAN "BARIŞ" ARTIQ GÜLMƏLİ
BİR KƏLMƏYƏ ÇEVRİLİB
Silahlar susmadan səbəbi
danışmağa belə
dəyməz.Heç imkan
da yox.
Ağlın səsi, ağılsızlıq
susmadıqca eşidilmir.
Və o zaman ağla
sadəcə DURUN demək
gəlir.
Həmən,indi DURUN!
Heç bir xəbər
geçmir, ajanslar artıq, ölümsüz.
İçində
acı olmayan gecəmiz yox..
Nə oldu deyirəm yenə, kim
hansı qorxunun, hansı uğursuz hesabın ardınca gedir...
Ən gözəl kəlmə
"barış" artıq
gülməli bir kəlmə.
Elə danışırlar,amma nəticəsi yox.
Harda bu barış?
O, insanın icad etdiyi ƏN GÖZƏL
kəlmə.
Amma, kəlmələrlə nə istərsəniz onu eləyərsiniz.
Barış,- deyirsiniz; amma
savaş kimi səslənir bu söz.Hətda bütün
savaşlar barış
üçündür deyirlər.Və
hərkəs adil bir barış üçün savaşır.
Və ağıl deyir ki,əslində
savaşmırıqsa demək
barışmağa başlamışıq.
Barış üçün ən vacib olan
şeylərdən ən
başlıcası müharibə
etməməkdir.
Silahlar danışmağa başlamışsa, o zaman
insanın icad etdiyi gözəl kəlmələr oranı
tərk edir.
SEVDADAN
BAŞQA HEÇ BİR ŞEYƏ AĞI DEMƏYƏK
Kəlmələr
də ölür bəzən... Və kəlmə cəsədləriylə
yaşamağa başlar
həyat.
O kəlmələrin,
o cəsədlərin... Necə
olduğu, yəni bu ölülərin ölərkən son nəfəslərində
hansı dildə danışdışları artıq
ağılsızlığın gölgəsində yoxa çıxan,soyuyan HƏYATIN,
YAŞAMAĞIN özüdür.
Ölən iyirmisindədir.
Artıq, arxasınca söylənən
AĞILAR qalır.
Və Anadoluda ağı
sıxıntısı yoxdur.
Kürdcədə də, Türkcədə
də minlərcə ağı vardır.
Hətda eyni ağının
həm Kürdcəsi
həm Türkcəsi
vardır.
Ürək yaxmaq yaxşı
bir işsə, ikisi də eyni
dərəcədə ürək
parçalayan bir şeydir.
Amma ürəyimizdə artıq dağlanacaq yer qalmamışdır.
Sevdadan qeyrisinə ağımız
olmasın artıq.
İndi hamınızın hüzurunda yalvarmaq istəyirəm.
Gördüm dəhşətə gəldim
və yalvarmaqdan başqa bir şey qalmadı artıq.Mən də
YALVARIRAM!!!!!
Özümü alçaltmaq istəmirəm.
Güzəşt
də istəmirəm!
Kimin əlində bu qanı durduracaq bir güc varsa,
istər şeytana insansın istər bütə ,
istər bir tək Allaha...
DİZLƏRİMİN ÜSTÜNƏ
ÇÖKÜB YALVARIRAM
Kimin dodaqlarının ucundasa məhv olan gəncəcik həyatların xilas yolu, mən ona yalvarmaq istəyirəm.
Nə olar? Bu savaşı dayandırın.
Mən siyasətdən, miyasətdən bəhs etmirəm. Dizlərimin üstünə çöktüm, "Bu gənc
ölümləri durdur"-
deyirəm.
Kimsə atəş etməsin
kimsəyə.
Nə səbəb olursa,
olsun.
Hətda özünü müdafiə
etmək üçün
belə...
Çünki,
müdafiə olunmağa
başlayana qədər
məsumsan və MƏSUM
gözəl bir kəlmə, məsum qalmaq daha gözəl...
Kim hansı
minanın yerini bilirsə yalvarıram, söyləsin.
Bir kağıza yazsın,
bir şüşəyə
qoysun, suya salsın söyləsin.
Kim hansı minanın yerini bilirsə, kimin gücü çatırsa
bu ölümlərə
əngəl olmağa,
ona yalvarıram
İstər şeytana inansın,istər bütə,
istər oralı olsun, istər bizim buralı. Gücü çatırsa əyər
durdursun bu işi.
Mənim, bir yurtdaş,
bir insan olaraq özümü kiçiltmək fikrim yox.
Baxın, açıq-açıq yalvarıram, durdursun durdurmağa gücü çatan.
Daimilik və həmişəlik.
Yalvarıram.
Dizlərimin üstünə də çökdüm və ağlayıram baxın.
(Davam edəcək)
Yılmaz Erdoğan Kimdir
1967-ci ildə Hakkaridə doğulub.
İlk, orta və lise təhsilini Ankara da alıb.
İTÜ İnşaat Mühəndisliyini
qazandı,fəqət
teatra olan böyük maraq təhsilini yarıda buraxmasına səbəb oldu. Teatr yaradıcılığına Ferhan Şensoyun "Nöbətçi Teatr2 yaradıcılıq
emalatxanasında başladı.Daha
sonra Levent Kırcanın "Olacaq O
qədər" adlı
televizya proqramında baş yazar olaraq çalışdı.
TRT-də yayınlanan "Umut Taksi" adlı serial tamaşanın senarisini ve bu serialda
aktyor olaraq çıxış etdi.Daha
sonra Türkiyənin ən yaxşı ifaçı kadrosuna sahib
olan "Gərəyi
Düşünüldü" adlı tamaşanı yazdı; bu tamaşa 4 il sərasər göstərildi.Bu
tamaşadan sonra teatr çalışmalarına
Yasəmən Yalçın
Teatrında başlayan
Yılmaz Erdoğan
"Xaşlama Daşlama"
və yenə bu teatrda 5 il
göstərilən "Qadınlıq
bizde qalsın" adlı senarini yazdı.
Yılmaz Erdoğan bundan sonra
ortağı Necati Akpınar ilə birlikdə qurduğu
Beşiktaş Kültür Mərkəzinde
yaradıcılığa dəvam etdi. Burada yenə
başrolların Demet Akbağ ilə
bölüşdüyü "Bir Dəmət Teatr"
adlı serialları yazdı.
Yılmaz Erdoğanın
"Qayıb şəhərin yaraşıqlısı"
adlı bir şeir kaseti Prestij Müzik etiketiylə
satışa çıxdı.
Erdoğanın zəkicə və
incə motivlələrlə işlənmiş, özünəxas
üslubuyla yazdığı hüzünlü şeirləri
dinləyiciəlrin böyük marağına səbəb
oldu.
Senarisini yazdığı və
rejissorlarından biri olduğu "Vizontele" filmi
böyük uğurlar qazandı.
ƏSƏRLƏRİ
1)Hüzünbaz sevişmələr
2)Qadınlıq bizdə qalsın
3)Qayıb şəhərin
yaraşıqlısı
4) Anladım
Tofiq
Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2012.-18
avqust.-S.15.