ŞAMAXI:
MİNİLLƏRİN ƏN GÖZƏL DÖVRANIMI?
(əvvəli ötən
sayımızda)
Nəticələr sevindiricidir
Şamaxı rayonu üzrə cari ilin altı ayının sosial-iqtisadi
inkişafının yekunları yenə də sevindiricidir.
Bunu statistik rəqəmlər
də təsdiqləyir. Qeyd olunam müddət ərzində 62,9 milyon manat dəyərində
ümumi məhsul buraxılışı
olmuşdur. Bu rəqəm
keçən ilin müvafiq
dövrü ilə müqayisədə
11,1 milyon manat və yaxud 121,5 faiz çoxdur. Həmin müddətdə rayonda sənaye məhsulunun həcmi 2,6 milyon manat olmuşdur
ki, bu da
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 481 min manat və yaxud 121,9 faiz çoxdur. Həmçinin ilin birinci yarısında əsas
kapitala yönəldilən
investisiyaların həcmi 19,2 milyon manat təşkil etmişdir.
Ötən altı ayda pərakəndə
əmtəə dövriyyəsi 66,7miyon, əhaliyə
göstərilən pullu xidmətlərin
həcmi 16,3 milyon manat
olmuşdur. İlin əvvəlindən
bəri rayon üzrə 296 daimi iş yeri
açılmışdır.
Rayon
iqtisadiyyatının mühüm sahəsi
Rayon
iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Görülən məqsədyönlü
tədbirlər nəticəsində bu ilin altı ayı ərzində bu sahədə 17326,1 min
manatlıq məhsul istehsal edilmişdir. Ötən il
rayon üzrə 21691 hektarda
taxıl əkini aparılmışdır. İndiyədək
14000 hektarda biçin
aparılmışdır. Rayonun aran hissəsində məhsul
yığımını başa
çatdıran fermerlər bu işi orta zonada
da yekunlaşdırmaq üzrədirlər.
Qeyd etməliyik
ki, istər məhsul istehsalının
artımında, istərsə də əkin sahələrinin
ilbəil genişləndirilməsındə kənd təsərrüfatı
məhsulları istehsalçılarına verilən dövlət
yardımı əsaslı rol
oynamışdır. Bu il rayon üzrə 3260 nəfərə
400,8 min manat yardım
verilmişdir.
Keçmiş şöhrətin -
üzümçülüyün geri dönüşü
İndi rayonda
üzümçülüyün yenidən dirçəldilməsi
istiqamətində mühüm addımların
atılmasına başlanılmışdır. Bu sahədə
dövlət başçısının
tapşırığı ilə qəbul edilən
"2012-2020-ci illərdə Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı"nın qəbul edilməsinin böyük rolu
olmuşdur. Hazırda rayonda üzümçülük yenidən
inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən
ilin birinci yarısında 67 hektar yeni üzümlük
salınaraq bu gəlirli sahə 1357 hektara
çatdırılmışdır.
Ötən dövrdə
taxılçılıq və üzümçülüklə
yanaşı heyvandarlıq sahəsinin də intensiv
inkişafı xüsusi diqqət mərkəzində
olmuşdur. Belə ki, altı ayda rayon üzrə 2433,7 ton ət,
10967,8 ton süd, 372,6 ton yun və 6168 min ədəd yumurta
istesal olunmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə
müqayisədə xeyli çoxdur. Heyvanların baş
sayında da artım meylləri müşahidə
olunmaqdadır.
Prezident:
hər bir sakin istəyir ki, onun rayonu daha gözəl olsun...
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin
2012-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında bir daha regionlarda gedən işləri yüksək qiymətləndirərək
bildrmişdir ki, rayonlar arasında sağlam rəqabət gedir. Həm rayon rəhbərləri, eyni zamanda, ictimaiyyət,
əlbəttə, hər
bir rayon sakini istəyir ki, onun rayonu daha
da gözəl, abad və inkişaf
etmiş olsun.
Son bir il ərzində
Şamaxının da abadlaşdırılması və daha
da inkişaf etdirilməsi istiqamətində
genişmiqyaslı tədbirlər hazırlanaraq həyata
keçirilmişdir. Ötən dövr ərzində bir tərəfdən
qədim Şamaxı şəhərinin
abadlaşdırılması, digər tərəfdən bir
sıra mövcud sosial problemlərin mərhələ-mərhələ
həll edilməsi rayon sakinləri tərəfindən
xüsusi razılıq hissi ilə
qarşılanmışdır.
Bu baxımdan şəhərin mərkəzi
küçələrindən biri olan "Şirvan"
küçəsində aparılan böyük həcmli
tikinti və yenidənqurma işlərini qeyd etmək
lazımdır. İlin əvvəllərindən etibarən
bu küçədə yeni işıqlandırma sistemi
quraşdırılmış, müasir səkilər çəkilərək
təzə bardürlər qoyulmuşdur. Küçə boyu
bütün ictimai, fərdi yaşayış evlərinin, həmçinin
inzibati binaların və obyektlərin fasadlarına milli
memarlıq üslubunda yeni üzlük materialı çəkilmiş,
dam örtükləri dəyişdirilmişdir. 20 yanvar
küçəsində 5 mənzilli 2 mərtəbəli
yaşayış binasının inşası başa
çatdırılmaq üzrədir. Heydər Əliyev
küçəsində isə mövcud istinad divarları
milli memarlıq üslubunda təmir edilmiş, səki
daşları dəyişdirilərək onun üst
örtüyünə mozaik piltələr döşənmişdir.
Şamaxıda ölkə rəhbərliyinin
tapşırıqlarına layiqincə əməl edilir
Şəhərin giriş hissəsində
Şamaxının tarixi keçmişinə layiq layihə əsasında
inşa olunan qalanın tikintisi başa çatmaq üzrədir.
Bu il Prezident sərəncamı ilə anadan olmasının
150 illiyi qeyd olunan böyük şairimiz M.Ə.Sabirin
adını daşıyan park tamamilə yenidən qurularaq əsaslı
təmir edilmişdir. Eyni zamanda şairin məqbərəsi də
təmir olunmuşdur. Digər məşhur şairimiz İmadəddin
Nəsiminin adını daşıyan parkda da əsaslı təmir
və yenidənqurma işlərinə
başlanılmışdır.
Bundan əlavə N.Nərimanov
küçəsinin əsas hissəsinə, həmçinin
yeni salınmış səkilərin üzərinə keyfiyyətli
asfalt örtük döşənmiş, sel sularının
qarşısının alınması məqsədilə su
ötürücülər çəkilərək yeni
işıqlandırma sistemi
quraşdırılmışdır. S.Ə.Şirvani
küçəsində sel sularının ötürülməsi
üçün bir kilometrə yaxın məsafədə
diametri 1020 mm-lik dəmir borular
quraşdırılmışdır. Sürüşmə
zonasında yerləşən H.Ciddi küçəsində
abadlıq işləri aparılaraq vurulmuş svaylar üzərində
hündürlüyü iki metr olan dəmir-beton sədd
çəkilmişdir.
Hazırda Şamaxı şəhərində
su, kanalizasiya və qaz xətlərinin çəkilişi
davam etdirilir. Artıq N.Nərimanov, S.Ə.Şirvani, H.Əliyev
və Şirvan küçələrində çəkilən
bu xətlər əsas şəbəkəyə
qoşulmuşdur. Bakı-Şamaxı magistral yolunun şəhərə
giriş hissəsində dövlət idarələri
üçün nəzərdə tutulan üçmərtəbəli
binanın inşası başa çatmaq üzrədir. Rayon
ağsaqqallarının xahişi ilə əsas yolu təmir
olunan qədim "Yeddigünbəz" qəbirstanlığının
ərazisində namazgahın inşasına
başlanılmışdır.
(ardı
gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-24
avqust.-S.3.