GÖYÇAY: SEVİNC VƏ QÜRUR ÜNVANI

 

  (əvvəli ötən sayımızda)

  

   İçməli su mənbəyi olmayan kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması işlərinin sürəti olduqca aşağıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2013-cü ilə qədər içməli su mənbəyi olmayan bütün kəndlərdə təmizləyici qurğuların istifadəyə verilməsi nəzərdə tutulduğu halda yalnız iki kənddə əhali bu qurğuların xidmətindən istifadə edir.

   Rayon icra hakimiyyəti başçısının aparatı, müvafiq sifarişçi nazirlik və baş idarələrlə, podrat təşkilatları ilə birlikdə təmizləyici qurğular, içməli suyun verilməsi, kanalizasiya sisteminin qurulması proseslərinin sürətləndirilməsi üçün lazımi tədbirlər görməlidirlər.

 

   Yazlıq bitkilər: ötən ilki səviyyə keçildi

 

   Hesabat dövründə aqrar sahənin inkişafı, əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması və torpaqların münbitliyinin artırılması üçün müəyyən tədbirlər həyata keçirilmişdir.

   Rayonda yazlıq bitkilərin əkini optimal müddətlərdə başa çatdırılmış, 2012-ci ilin məhsulu üçün bütövlükdə rayon üzrə 21450,1 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır ki, bu da ötən illə müqayisədə 504,5 hektar və ya 2,4 faiz çoxdur. Bu il rayonda 14381 hektar sahədə taxıl biçilmiş, taxıl istehsalı 35668 ton, hər hektardan məhsuldarlıq 24,8 sentner olmuşdur ki, bu da ötən ilə nisbətən müvafiq olaraq 1504 ton və 0,3 sentner çoxdur.

   Heyvandarlıq sahəsində məhsul istehsalında, həmçinin mal-qaranın baş sayında dinamik artım vardır. 2012-ci ilin birinci yarısında ət istehsalı 0,6 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 5,9 faiz, yun istehsalı 2,2 faiz artmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın baş sayı 0,9 faiz artaraq 47283 başa, qoyunların baş sayı 0,4 faiz artaraq 64824 başa çatmışdır. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2011-ci ilin birinci yarısına nisbətən 7,1 faiz artmışdır.

   Bütövlükdə cari ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatında ümumi məhsul istehsalı 35,8 min manat olmuş, ümumi məhsul istehsalında onun xüsusi çəkisi 38 faizə çatmışdır.

 

   Əkin torpaqlarının suvarılmasında düzgün istiqamət

 

   Hesabat dövründə əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində də xeyli işlər görülmüşdür.

    Yanvar-iyun aylarında rayonun kollektor-drenaj şəbəkələrinin 12,5 km-lik hissəsində 28,6 min kub.m. həcmində lil və çöküntülərdən təmizlənmə işləri aparılmışdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 167 km. uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənmiş və arxların su ötürmə qabiliyyəti artırılmışdır. İkinci Kənd investisiya layihələri çərçivəsində İnçə, Qaraxıdır, Mırtı, Şəkər, Yeniarx, Ləkçıplaq, Məlikkənd kəndlərində kənddaxili şirə kanallarının təmizlənməsi işləri aparılmışdır.

 

   Rabitə sisteminin maddi-texniki bazası möhkəmlənir

 

   Hesabat dövründə rabitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.

   Rayonda ilk dəfə tətbiq olunan müasir rabitə texnologiyaları əhalinin beynəlxalq standartlara cavab verən informasiya-telekommunikasiya xidmətlərindən səmərəli istifadəsinə şərait yaratmış, abonentlərin beynəlxalq rabitə xəttinə çıxışını tam təmin etmişdir.

   Mirzəhüseynli kəndində 128 yerlik elektron ATS istifadəyə verilmiş, Bığır, Məlikkənd, Qaraman Qarabaqqal kəndlərində mövcud ATS-lərin gücünün artırılması üçün kabelləşdirilmə işləri tam başa çatdırılmışdır.

   Rabitə müəssisələri tərəfindən birinci yarımillikdə əsas sosial-iqtisadi göstəricilərə əməl edilmiş, əhaliyə, müəssisə təşkilatlara 2011-ci ilin müvafiq dövründəkinə nisbətən 7,6 faiz çox rabitə xidmətləri göstərilmişdir.

   Rayon əhalisinin elektrik enerjisi, təbii qaz digər yanacaq növləri ilə təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür.

   Potu kəndini təbii qazla təmin edən qaz xətlərinin bir çox yerlərdə istismara yararsız olması nəticəsində mövcud olan qaz itkisinin qarşısını almaq məqsədi ilə kəndi təbii qazla təchiz edən şəbəkənin yenidənqurulması işlərinə başlanılmışdır. Hazırda Bığır, Cəyirli Kürdəmiş kəndinin təbii qazla təminatının bərpa edilməsi ilə əlaqədar işlər aparılır.

   Bütün bunlarla yanaşı, əhalinin elektrik enerjisi təbii qazla təminatında, istifadə edilmiş elektrik enerjisinin təbii qazın dəyərinin toplanmasında nöqsan çatışmazlıqlar vardır.

 

   Abadlıq, quruculuq işlərinin effektliyi

 

   Hesabat dövründə abadlıq, quruculuq yaşıllaşdırma sahəsində xeyli işlər görülmüşdür. Şəhərin mərkəzində inşa edilən bayraq meydanının abadlaşdırılması işləri davam etdirilir. M.Ə.Rəsulzadə küçəsində çoxmənzilli yaşayış binasının fasad hissəsinin müasir tələblər səviyyəsində üzlənməsi işləri başa çatdırılmışdır. Şəhərin mərkəzi meydanında Gənclər evinin tikintisinə başlanılmışdır. Rayon Statistika Maliyyə idarələri üçün inşa edilən inzibati binalarda son tamamlama işləri aparılır.

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyul 2011-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış vəsait hesabına rayon İcra hakimiyyəti binasının yenidən qurulması ətraf ərazinin abadlaşdırılması işləri yekunlaşdırılmışdır. Yanvar-iyun ayları ərzində rayon ərazisində 30 mindən artıq ağac bəzək kolları əkilmişdir.

 

  

   (ardı gələn sayımızda)

 

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Ədalət.-2012.-29 avqust.-S.3.