GÖYÇAY:
SEVİNC VƏ QÜRUR ÜNVANI
(əvvəli ötən
saylarımızda)
Kəndarası
yolların qaydaya salınması istiqamətində
işlər davam etdirilir.
İkinci kənd investisiya
layihəsi çərçivəsində rayonun
Çayarxı, Çaxırlı və Yekəxana kəndlərində
ümumi uzunluğu
15,3 km. olan kəndarası
yollar çınqılla təmir olunmuş, 6 yerdə su
keçidləri bərpa edilmiş və
ya yeni su
keçidləri inşa edilmişdir.
13 saylı yol istismar
idarəsi tərəfindən Hacalıkənd-Qaraman-Ləkçıplaq
kəndlərarası avtomobil yolunun bir hissəsinə yeni asfalt örtüyü
döşənmişdir.
Şəhərin təmiz
saxlanması, məişət tullantılarının
vaxtında daşınması üçün müəyyən
tədbirlər görülmüş, şəhərin mərkəzi
küçələrinin təmiz saxlanılmasına nail
olunmuşdur.Şəhərdə aparılan abadlıq və
yaşıllaşdırma işlərində rayonun idarə,
müəsisə və təşkilatları, yerli icra və
bələdiyyə orqanları yüksək mütəşəkkillik
göstərmişlər.
2012-ci ilin birinci yarısında fəaliyyətdə
olan obyektlərin genişləndirilməsi və yenidən
qurulması, kiçik və orta sahibkarlığın
inkişaf etdirilməsi və görülmüş digər tədbirlər
nəticəsində 303 daimi iş yeri
açılmışdır. Bütövlükdə
2003-2012-ci illərdə rayonda 8922 yeni iş yeri
açılmışdır ki, bunun da 7510-u və ya 84,2 faizi
daimi iş yerləridir.
Təhsil
və səhiyyə: Göyçayda Bioloji Təbabət
Klinikası fəaliyyətə başladı
Hesabat dövründə rayon təhsilinin
və səhiyyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində bir sıra tədbirlər həyata
keçirilmiş, Göyçay şəhər 12 nömrəli
uşaq bağçasında aparılan əsaslı təmir
işləri başa çatdırılmış, rayonda ilk
özəl səhiyyə müəssisəsi olan Bioloji Təbabət
Klinikasının Göyçay filialı istifadəyə
verilmişdir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 06 fevral 2012-ci il tarixli 24 s nömrəli sərəncamına
əsasən Azərbaycan Respublikasının 2012-ci ildə
dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu üçün nəzərdə tutulmuş vəsait
hesabına Çərəkə kənd 2 saylı 360
şagird yerlik tam orta məktəbin,
Ulaşlı-şıxlı kənd 220 şagird yerlik tam orta
məktəbin tikintisi işləri davam etdirilmiş, Şəkili
kənd 80 şagird yerlik ümumi orta məktəbin,
Göyçay şəhər 1 saylı 40 yerlik uşaq
bağçasının tikintisi üçün layihə-smeta
sənədləri hazırlanmışdır.
Çərəkə kəndində,
həmçinin Dövlət Proqramına müvafiq olaraq Ləkçıplaq
kəndində 2 saylı tam orta məktəb üçün
inşa edilən 360 yerlik məktəb binalarının yeni dərs
ilinə qədər istifadəyə verilməsi nəzərdə
saxlanılır. Həmçinin Yaponiya hökumətinin dəstəyi
ilə yeni inşa ediləcək şəhər 4 saylı
uşaq baxçasının tikintisi üçün layihə-smeta
sənədləri hazırlanır.
Əhalinin
sosial müdafiəsi
Əsası Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulmuş əhalinin sosial
problemlərinin həlli strategiyası Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Əsas sosial
problemlərdən olan əmək pensiyalarının
artırılması, əmək qabiliyyətini itirmiş
şəxslərin sosial müdafiəsi, ailə
başçısını itirmiş şəxslərin
maddi vəziyyətlərinin
yaxşılaşdırılması ölkə Prezidentinin
daim diqqət mərkəzində olmuş, bu sahədə
işləri təkmilləşdirmək üçün fərman
və sərəncamlar verilmiş, Qanunlar qəbul
edilmişdir.
Hesabat dövründə sosial
yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi
istiqamətində əməli tədbirlər
görülmüş, bu yardımla bağlı rayon Əmək
və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə
müraciət etmiş 1809 nəfərə ünvanlı
sosial yardım təyin olunmuşdur. Aztəminatlı təbəqələrin,
əlil və şəhid ailələrinin sosial müdafiəsinin
gücləndirilməsi üçün əməli tədbirlər
görülmüşdür. Hazırda bu kateqoriyadan olan 3823 nəfər
müxtəlif sosial müavinətlər alırlar.
300 nəfərə yaxın
ahıl, tək və kimsəsiz yaşayan vətəndaşlar
mərkəzin sosial məişət xidmətindən istifadə
edirlər.
Dövlət Sosial Müdafiə
Fondunun rayon şöbəsində əmək, ailə
başçısını itirməyə və əlilliyə
görə pensiyalarının təyin olunmasında daha
mütərəqqi üsullardan istifadə edilməklə
bütün pensiyaçılar haqqında məlumatlar
avtomatlaşdırılmış və baza məlumat sistemi
yaradılmışdır. Hazırda Dövlət Sosial
Müdafiə Fondu rayon şöbəsi tərəfindən
20 minə yaxın hüquqi və fiziki şəxslər,
mülkiyyətindəki kənd təsərrüfatına
yararlı torpaqlardan istifadə edən şəxslər fərdi
qaydada uçota alınmış və onlara sosial
sığorta şəhadətnamələrinin verilməsi təmin
edilmişdir. 01 aprel 2012-ci il tarixə rayon üzrə 9137 nəfər
qocalığa, 1405 nəfər ailə
başçısını itirməyə və 3868 nəfər
əlilliyə görə pensiya və müavinət alan
şəxs vardır.
Vətəndaş
müraciətləri diqqət mərkəzində
Rayon icra hakimiyyəti
başçısı aparatı hesabat dövründə Azərbaycan
Respublikası Prezidentinin "Vətəndaşların
müraciətlərinə baxılması haqqında"
müvafiq fərmanını rəhbər tutaraq əhalini
narahat edən problem və çətinlikləri yerində
öyrənmək və operativ həll etmək məqsədi
ilə səyyar görüşlərin keçirilməsi
praktikasından geniş istifadə etmişdir. 2012-ci ilin
birinci yarısında rayon icra hakimiyyəti
başçısının 21 səyyar qəbulu
keçirmişdir. Keçirilmiş görüşlərdə
2495 nəfərə yaxın iştirak etmiş, 127 nəfər
çıxış edərək 97 müxtəlif xarakterli təklif,
müraciət və şikayət söylənilmiş, yerli əhəmiyyətli
sosial problemlər qaldırılmışdır. Müraciətlər
nümayəndəliklər üzrə ümumiləşdirilmiş,
görüləcək hər bir işin icraçısı
və konkret müddəti göstərilməklə tədbirlər
planı tərtib edilmiş və icrasına aparıtın
müvafiq şöbələri tərəfindən nəzarət
təmin olunmuşdur. Keçirilmiş səyyar qəbullar
haqqında operativ məlumatların müəyyən
edilmiş müddətlərdə RİAİS sisteminə
ötürülməsi təmin edilmişdir.
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-30
avqust.-S.3