ŞAMAXI:
MİNİLLƏRİN ƏN GÖZƏL DÖVRANIMI?
(əvvəli ötən
saylarımızda)
2012-ci ilin mart və aprel aylarında
rayonun müxtəlif ərazilərinə
2050 ədəd ağac əkilmiş, bir sıra ekoloji tədbirlər
həyata keçirilmişdir.
Qeyd olunan
müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Sərəncamlarına əsasən Cümə məscidinin və
Şamaxı Astrofizika Rəsədxanasının
əsaslı təmir edilərək yenidən qurulması
işləri davam etdirilmişdir.
Ötən ilin birinci
yarısında Şamaxı Olimpiya İdman Kompleksinin yenidən qurulması, rayon icra hakimiyyətinin inzibati
binasının qarşısında fəvvarə kompleksinin quraşdırılması davam etdirilmiş, Heydər
Əliyev parkındakı fəvvarələr kompleksi
isə əsaslı təmir olunmuş və
orada böyük həcmli
monitor
quraşdırılmışdır.
Həmişəki kimi təhsilə
xüsusi qayğı və diqqət
2012-ci ildə təhsil sahəsinin
maddi-texniki bazasının daha da möhkəmləndirilməsi
məqsədilə əsaslı işlərin görülməsinə
başlanılmışdır. Otən altı ay ərzində
Göylər kəndində 360, Həmyəli kəndində
180, Kərkənc kəndində 120, Qonaqkən, Böyük
Xınıslı və İkinci Çaylı kəndlərinin
hər birində 80 yerlik yeni məktəb binalarının
tikintisinə başlanılmışdır. Hazırda Azərbaycan
Müəllimlər İnstitutunun Şamaxı
filialının binasında təmir işləri davam
etdirilir. Mədrəsə qəsəbə uşaq
bağçası əsaslı təmir olunmuş, şəhər
1 saylı uşaq bağçası üçün yeni
binanın tikintisinə başlanılmışdır.
Uşaq-incəsənət məktəbi üçün
müasir binanın inşası davam etdirilmişdir.
İlin birinci yarısı ərzində
Şamaxı elektrik şəbəkəsi və rayon qaz
istismarı sahəsi tərəfindən rayon ərazisində
xeyli işlər görülmüşdür. Həmin
müddətdə Hacılı, Əhmədli, Qızmeydan, Kələxana,
Adnalı və Məlikçobanlı kəndlərinə qaz
kəməri çəkilərək istifadəyə
verilmişdir. Yaxın günlərdə isə Quşçi
kəndinin sakinləri də təbii qazdan istifadə etmək
imkanı əldə edəcəklər. İyun ayından isə
rayonun ən iri yaşayış ərazilərindən olan
Göylər və Çarhan kəndlərinin
qazlaşdırılması işlərinə
başlanılmışdır. Ötən dövr ərzində
Şamaxı şəhərinin təbii qaz təminatınının
yaxşılaşdırılması üçün bir
neçə küçədə nəzərdə
tutulmuş işlər görülmüşdür.
Bu baxımdan ilin altı ayında
Şamaxı elektrik şəbəkəsi tərəfindən
də xeyli tədbirlər həyata keçirilmişdir. Belə
ki, 10 KV-luq Çörək zavodu, şəhər 1, 2
saylı, Mərkəzi, Bənövşə, Telestansiya,
Şıxlar, Avaxıl, Şərədil, Göylər və
s. hava xətlərində bir sıra təmir işləri
aparılmış və bəzi avadanlıqlar dəyişdirilmişdir.
Burada Aleksandr Düma da heyranlığını gizlətməmişdir...
İlin birinci yarısının ən
yaddaqalan hadisələrindən biri də Azərbaycanın
Şamaxı və Fransanın Qayar şəhərləri
arasında dostluq körpüsünün qurulmasıdır. Bu
ilin 29 may - 1 iyun tarixlərində rayonun nümayəndə
heyəti Fransada olmuş, Şamaxı və Qayar şəhərləri
arasında əməkdaşlıq münasibətlərinin
qurulması ilə bağlı Bəyannamə
imzalanmışdır. Bu tədbir bir daha Azərbaycanın, o
cümlədən tarixi paytaxt şəhər olan
Şamaxının zəngin və qədim mədəniyyətinin,
incəsənətinin və mətbəxinin nəyə qadir
olduğunu bir daha sübut etmişdir.
Turizmin bazası möhkəmlənir
Şamaxı turizm
üçün respublikanın əlverişli rayonlarından
biridir. Şamaxının bir tərəfdən zəngin təbiətə,
digər tərəfdən qədim tarixə və mədəniyyətə
malik olması onun turizm imkanlarını daha da artırır.
Hazırda rayonda 24 istirahət mərkəzi fəaliyyət
göstərir. İyulun 21-də "Şirvan"
mehmanxanası rayon sakinlərinin, eləcə də
qonaqların istifadəsinə verilmişdir. Dünya
standartlarına uyğun yenidən qurulmuş bu mehmanxanada
qonaqlara, ümumiyyətlə, bütün müştərilərə
komfort xidmət göstərmək üçün hər
cür şərait vardır. Həmçinin hazırda
rayonun Şərədil, Saqiyan kəndlərinin və Pirqulu
zonasının ərazilərində müasir
mehmanxanaların tikintisi davam etdirilir.
İcra aparatı: vətəndaş müraciətlərinə
münasibətdə effektiv metodlar
Cari ilin birinci yarısında rayon
icra hakimiyyəti başçısı aparatına 488 vətəndaş
müraciəti, o cümlədən 418 ərizə, 70
şikayət daxil olmuşdur. Ötən ilin müvafiq
dövrü ilə müqayisədə müraciətlərin
ümumi sayı 285 ədəd, ərizələrin sayı
171 ədəd, şikayətlərin sayı isə 114 ədəd
azalmışdır. Müraciətlərdən 159-u Azərbaycan
Respublikasının Prezident Adminstrasiyasından, 4-ü Milli Məclisdən,
10-u Nazirlər Kabinetindən, 43-ü respublikanın digər
qurumlarından, 272-si isə vətəndaşlardan bilavasitə
rayon icra hakimiyyətinə ünvanlanmışdır. Vətəndaş
müraciətlərinə diqqətlə
yanaşılmasının, konkret və əsaslı cavabların
verilməsinin nəticəsidir ki, şikayətlərin
sayı ərizələrə nisbətən 348 ədəd
az olmuşdur.
Birinci yarımillikdə rayonun 3 qəsəbə
və 21 kəndində rayon icra hakimiyyətinin
başçısı ilə keçirilmiş
görüş-qəbulda 2005 nəfər əhali iştirak
etmişdir ki, bu da həmin kəndlərin ümumi əhalisinin
7,5%-ni təşkil etmişdir. 92 xahiş xarakterli müraciətin
87% ictimai, 13% faizi isə şəxsi xarakter
daşımışdır.
Müraciətlərin 28-i (30,4%)
müsbət, 7-i (7,7%) qismən həll edilmiş, 24-nin (26,1%)
icrası müvafiq rayon təşkilatlarına
tapşırılmış, 18-nin (19,5%) həlli barədə
respublikanın əlaqədar orqanlarına müraciət
edilmiş, 14-nün (15,2%) həlli isə Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2009-2013-cü illər) Dövlət Proqramına daxil
edilmişdir.
Göründüyü kimi
Şamaxı rayonunda bütün istiqamətlər üzrə
məqsədyönlü tədbirlər davam edir, rayon rəhbərliyi
əhalinin arzu və istəklərinin həyata keçirilməsi,
rifah halının daha da yaxşılaşdırılması
üçün mümkün olan zəruri işlərin
reallaşmasına ciddi səy göstərir. Bu səbəbdən
də rayonda həyat öz axarı ilə davam edir və
yüksək əhval-ruhiyyə hökm sürür.
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-25
avqust.-S.13.