YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR ALTMIŞINCILARIN ƏN
DOĞMA HAMİSİ
CƏMİL
ƏLİBƏYOV - 85 (1)
«Altmışıncılar» proyektimizə ara
davam edir.
Bu günlərdə (3 dekabr) Azərbaycanın qəzetçilik, jurnalistika və yazarlıq dünyasında 1950-ci illərdən 1990-cı illərə uzanan bir tarixi məkanda unudulmaz xidmətləri olan çox sevimli bir İNSANIN və ZİYALININ 85 illiyi bu aranın davam etməsinə vəsilə oldu. Əslində bu gözəl şəxsiyyəti də elə ALTMIŞINCILAR ruhunda sevmək mümkündür. Çünki, o illərin ən demokratik ziyalılarından və baş redaktorlarından biri olan Cəmil Əlibəyov həqiqətən o illərin yaradıcılarının bir çoxunun hamisi olmuşdur.
***
Bu qəsəbənin
adı da məni heç sevindirmir: 8-Cİ KİLOMETR
QƏSƏBƏSİ. Ada bir bax və burada əskidən bir prospekt də vardı: Nefteperarotçikov
(məhz hamı rusca deyirdi
onun adını) Yazdım, yazdım,
axırda adını dəyişdilər. Elədilər Qara Qarayev prospekti.
İndi şəstlə deyə bilirəm:
mən Qara Qarayev
prospektində (Caddəsində) yaşayıram. Haqqında
yazı yazacağım adamla, bizim sənət dünyamızda, ziyalı aləmimizdə,
ədəbi camiəmizdə çox geniş tanınan bir insanla, yaradıcıyla bu
adın heç bir əlaqəsi
yoxdur. Bilmirəm haradan
çıxdı bu qəsəbənin
adı ortalığa. (Məhz belə yazı üslubu da haqqında
yazdığım insandan qaynaqlanır) Haradan çıxdı. Bilirsiniz,
bu qəsəbədəki 9 mərtəbəli
bir binanın doqquzuncu
mərtəbəsindən baxıram, bura
mənim evim və bundan
öncə kompüterdə yeni səhifə
açmaq və indicə haqqında
yazacağım insan haqqında
yazıya başlamaq istəyirdim və birinci cümləni də fikirləmişdim.
Beləydi: haqqında yazacağım insan
barədə əlimin altında heç bir məlumat yoxdur, amma bilgim dünya
qədərdir. Yox, kiçik
bir məlumat var : «525-ci qəzet»in yazarı Qalib
Toğrulun bir
yazısı. Adı da belədir:
ÖRNƏK ZİYALI. Yazı «525-ci qəzet»də də çap olunmuşdu.
Mən
öz yazımın ilk cümləsini düşünə-düşünə
bir də baxıram ki, kompüteri qapatmışam.
Bu nə iş,
Allahım! Haqqında yazacağım ziyalı elə bir insan ki,
(mən onun heç bir əsərinin təhlilini verən deyiləm)
iri hərflərlə yazıram: BU ADAM
HEÇ BİR ƏSƏR YAZMASAYDI BELƏ, BİR İNSAN,
BİR ÖRNƏK ZİYALI, BİR BAŞ REDAKTOR KİMİ
YADDAŞLARDA QALMAĞA LAYİQDİR. Və kompüterin
vəfasızlığı, yəni bu insan haqqında yazıya başlamaq
istədiyimdə xilaf çıxması
mənə yer eləyir və bir az daha
inadlanıram. Buna hirs
də demək olar.
Əslində bu insan haqqında bu yazını çox-çox illər qabaq yazmalıydım. Təkcə bir yazı yox, bəlkə də bir neçə yazı yazmalıydım. Çünki, mənim həyatımda və mənim az-çox ədəbiyyat dünyasında tanınmağımda bu adamın şəxsən birbaşa olmasa da dolayısıyla rolu olub. Bu adam mənim yaxın buraxılmadığım illərdə şeirimi çap eləyib öz qəzetində, elə bir qəzetdə ki, o zaman o qəzeti barmaqla göstərirdilər və ən mübahisəli yazılar və ən demokratik müdafiələr həmin qəzetdə baş verirdi. O zaman gənc jurnalistlər bu qəzetdə çalışmaq üçün can atırdılar. Onlardan biri gözəl qələm sahibi, məhz qələm Adil Qaçayoğlu sonralar yazacaq: «Başqalarını bilmirəm, mən bu şəhərə «Azərbaycan gəncləri»nin (doğrudanmı nə vaxtsa belə bir qəzet olub) eşqiynən gəlmişdim. Əgər «Azərbaycan gəncləri» Gəncədə çıxsaydı yəqin ki, mən gəncəli olardım, Bərdədə çıxsaydı bərdəli olardım, Ağdamda çıxsaydı lap əla olardıg Amma «Gənclər» qəzeti Bakıda çıxırdı».
Məhz
bu yazıçının baş redaktor olduğu qəzetdə
elə bir şeirim çap olundu ki, o şeiri o zaman abstrakt və
ya nə bilim xunveybin düşüncə olaraq qələmə
versələr də, bu insan mənim üzümü görmədən
o şeiri çap elədi və o şeir haqqında indi
çox böyük hörmətə sahib və çox
gözəl qələm sahibi yazıçı Məmməd
Oruc bir yazı da yazdı və mən Məmməd Oruc
üçün hələ də o şeirlə varam.
Bu insanın mənim ömrümdəki yeri araşdırılsa, bunu xatırlamaq yetər ki, ömrümün çox böyük bir hissəsini Azərbaycan radiosunda qoymuşam, orda işləməmişəm, həftəlik bir verilişim olub: MELODİYA radio klubu. O veriliş o zamanın çox haylı-küylü və çox populyar bir verilişiydi. Nəvaxtsa «Üç nöqtə» qəzetindən BƏXTİYAR adlı bir gənc yazar mənə telefon açacaq və deyəcək ki, sizinlə bir sorğu keçirmək istəyirəm. Sorğu olacaq və ömrümdə ilk dəfə, mənimlə söhbət edən bir jurnalist, 70-lərdə, 80-lərdə aparıdığım o radio verilişləri haqqında məndən soruşacaq. Mən onun yaşının nə qədər oluduğunu bilmirəm və kimdən informasiya almışdı onu da bilmirəm, amma bu veriliş və mənim radiodakı o fəaliyyətim haqqında soruşacaq:
Sual: Oxucular sizi orijinal üslub və fikir müəllifi kimi tanıyır və məhz belə də qəbul edirlər. Bu özünəməxsusluqla hələ sovetlər dönəmində radioda veriliş aparmaq sizə çətinlik yaratmırdımı ki?
Cavab
verəcəm: Keçən əsrin 70-ci illərində
«Melodiya» radio klubunu aparmışam. O veriliş
həyatımda çox böyük
rol oynayıb. Oradakı o
ab-havanı və demokratiyanı mənə verən isə
gözəl insan CƏMİL
ƏLİBƏYOV olub. Çox
kiçik bir
detalı deyim: Cəmil müəllim mənə
və o biri
yaradıcılara da o
qədər sərbəstlik vermişdi ki, verilişin montaj işlərinə də
qarışırdıq (m).
Çalışırdım ki, montajda da nə isə bir yenilik, bir
orijinallıq olsun. Bu da birmənalı qarşılanmırdı təbii
ki. Yadımdadır, bir
dəfə məşhur saksafonçu Pərviz
Rüstəmbəyov haqqında veriliş
hazırladım. Həmin veriliş başlayanda 2-3 dəqiqə səssiz lent fırlanırdı. Çoxları belə
bir fasiləni mənasız şey sayaraq qəbul edə
bilmirdi. Ancaq bu səssizliyin bir
anlamı vardı. Ən əziz xatirəyə bir törən ifadəsi kimi.
Bu səssizliyi duyanlar
lazım idi. Cəmil müəllim bir «yenilik xəstəsi» kimi bu cür
şeylərin işıqforu rolunu
oynayırdı».
BU
ADAM ( CƏMİL ƏLİBƏYOV) BİR ƏSƏR
YAZMASAYDI BELƏ, BİR İNSAN, BİR ZİYALI,
ÖRNƏK ZİYALI KİMİ YADDAŞLARDA QALMAĞA
LAYİQDİg
İlahi,
nədən unudulur bu işlər! Nədən?
İndi böyük söz sahibi olan insanlar, vaxtilə onun başçılıq etdiyi
«GƏNCLƏR» qəzetində əbədi nümunələrini
çap etdirən yazar
nəsli sadəcə əllərini telefona
uzadıb, bu insanın ovqatından nədən
xəbər tutmurlar. (Günaha batmayım, bəlkə mən
yanlışam!)
Təbii
ki, Cəmil müəllim heç kimdən heç nə
ummur. Amma bir həqiqət
var ki, bəzi insanlar var, onlar
unudulanda, həm də başqa
insanlar da yara alır. Açıq ürəklə
deyirəm: Cəmil müəllimə münasibətdə yara alan insanlardan
bir də mən özüməm. Bu münasibət mənim də içimi ağırıdır, məni də
incidir, amma mən heç kiməm təbii. Mənim əlimdən
yazı yamaq gəlir ki,
onu da çox
gec yazıram. Nədən? Vallah, izah etməyə gücüm çatmır. Nəyi gözləmişəm?
Və ya bu yazı o insana bir
şeylər verəcəkmi? Biz çox zaman deyirik ki, nə olsun unudulub, sənətkar
öləndən sonra bilinir(?!)
Yox, bizim cəmiyyətdə
insan amili öləndən
sonra da heçdir. Bilinməz bir
macəra yaşayan cəmiyyətdə
öləndən sonra kiminsə qədri
bilənəcək deyə bir qarantı yox.
Təbii,
mənim çox hörmətli Cəmil Əlibəyovun bir
çox fəaliyyət sahələrini yada salmağa
imkanım olmasa da, bu fenomen insanın Azərbacan mətbu
tarixində həqiqətən iki kişidən biri
olduğunu deməyə məcburam. Baxın,
yaradıcı yazıçı, nə bilim
nəg bunlar var bu adamın həyatında və xislətində,
amma KİŞİ olmaq
məsələsi mənim qənaətimcə tamam ayrı bir şeydir. Məhz Cəmil
Əlibəyov adlı bu insan
hara getdisə (bunları mən sadalamaq istəmirəm ki,
söz artsın. Haralarda
nə işləyəb, bunu bilmək üçün mənbə verirəm: Qalib Toğrulun «525»-ci qəzetdə
çap olunan ÖRNƏK
ZİYALI yazısı) orada bir KİŞİLİK ab-havası
yaradırdı ki, belə mərdlik və
ya kişlik
ab-havasını da o
məhz elə Azərbaycan radiosunda
yaratmışdı. O illərin televiziyası, radiodan arxa plana
keçmişdi. Bir
çox orijinal
verilişlərin adının yaranması və uzun ömürlü fəaliyyəti
belə bu yaradıcının adıyla
bağlıdır. Uzun illərdən bəri radioda əməkdaşlıq
edən yazar İntiqam
Mehdizadə «525»-ci qəzet də çap etdirdiyi
SƏMƏNDƏR BULAĞI yazısında o
günləri xeyirxahlıqla yada salaraq yazacaq: « Ötən
əsrin 60-cı illərinin sonundan başlayaraq Azərbaycan radiosu
efirində əvvəlcə «Çeşmə», sonradan «Bulaq»
adıyla bir proqram
yayımlanmağa başladı. Görkəmli
yazıçı-jurnalist, o zaman Dövlət Televiziya
və Radio Verilişləri Komitəsinin
sədr müavini işləyən Cəmil
Əlibəyovun ideyası kimi meydana çıxmışdı».
O
cür bir ab-havanın və ortamın yaradılması indi bəlkə
də heç bir şey demir, ancaq hara gedirsə-getsin Cəmil
Əlibəyovun özüylə o zaman belə bir ab-havanı
gətirməsini mən artıq izah etməkdən acizəm.
Təbii
ki, o cür bir ab-havanın və ortamın yaradılması
indi bəlkə də heç bir şey demir, ancaq hara gedirsə-getsin
Cəmil Əlibəyovun özüylə o zaman belə bir
ab-havanı gətirməsini mən artıq izah etməkdən
acizəm.
Heç bir məclisdə Cəmil müəllimlə olmamışam. Amma mənə, bir adi kəndçi balasına, onun simpatiyasının olduğunu hər zaman müşahidə etdim. Bu haradan qaynaqlanırdı, bunu mən bilmirəm. Ola bilsin, o zaman Cəmil müəllimin ətrafında işləyən bir çox gəncin mənə simpatiyası da burada bir rol oynayıb. Sağ olsunlar. Baxın, bu da az deyil. Ətrafına inamla yaşamaq və işləmək hər yaradıcı adamın taleyinə yazılmır.
Altmışlardan,
bəlkə də lap əllilərdən bu yana Cəmil
Əlibəyov bütöv bir demokrat yazar nəsilinə yol
açmış ki, bunu məncə çox insan, çox
yaradıcı bilir, amma DÖVLƏTDƏN başqa.
Aman Allahım,
bütöv bir epoxa. Cəmil Əlibəyovun «GƏNCLƏR»
qəzeti demokratik ədəbiyyatın və
altmışıncıların müdafiəsinə qalxan
ilk qəzetlərdən idi.
Halbuki, bu qəzet heç
də ədəbiyyat
qəzeti deyildi, sənət qəzeti deyildi.
( Davam edəcək)
Tofiq Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2012.-1 dekabr.-S.15.