Salyan yeni inkişaf mərhələsində
Noyabrın üçüncü ongünlüyü mərkəzi aranda xeyli mülayim keçir. Bir qədər əvvəlki soyuq küləkdən, yağışlı havalardan əsər-əlamət qalmayıb. Ağacların yarpaqları saralsa da hələ tamam tökülməyib. Payız günəşi də mavi qübbədə tənbə-tənbə mürgüləməkdədir. Salyan rayon mərkəzinin təmiz və yaraşıqlı küçələrinə səpələnmiş qızılı yarpaqlar səliqə-sahmanı pozsa da təbii gözəlliyi ilə insanda xoş ovqat oyadır.
Asfaltlanmış
küçələr, müasir üslubda yenidən
qurulmuş səkilər, fasadları və dam örtükləri
dəyişdirilmiş hündür mərtəbəli binalar
indi daha əzəmətli görünür.
Salyanda
park və xiyabanlarda yaşıllıqların
saxlanılmasına böyük diqqət verilir. 2012-ci ilin 9 ayı ərzində rayon
ərazisində 31 min ədəddən çox ağac və kül kolları əkilmişdir. Bu ağacların əksəriyyətini eldar şamı, sərv, küknar
kimi həmişəyaşıl ağaclar təşkil edir.
Salyan şəhərinin ümumi görünüşünə ayrı bir gözəllik verən 9395 kvadrat metr ərazidə çəmənlik salınmışdır. Bütün bunlar son vaxtlar Salyanda aparılan yenidənqurma, tikinti-abadlıq işlərinin nəticəsidir.
El
yolundan,
şəhər
küçəsindən tanınar
Salyan
rayonunda yeni yolların çəkilişinə, təmirinə
ayrıca fikir verilir. Çünki yollar iqtisadi inkişafla bərabər, həm də sosial şəraitin
yaxşılaşdırılması, mədəni əlaqələrin
genişləndirilməsi deməkdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu
il 80 saylı Fərmanı təsdiq edilmiş «Azərbaycan
Respublikası Regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində
Salyanda həyata keçirilən bir sıra uğurlu layihələrdən
bəhs edərkən yol təsərrüfatından söz
açmaq vacibdir. Rayon mərkəzindəki
H. Əliyev, N. Nərimanov, Q. Səmədov, Y. Zərgərli,
M. Ağazadə, Ə. Kürçaylı, Şəhriyar, E.İmanov, A. Hüseynov,
M. Dadaşov, Aşıq Pənah, 20 Yanvar, H.Z. Tağıyev, A. Ağabəyli, X.R.Ulutürk, İ. Qurbanov,
Ə. Hüseynzadə, T.Xəlilbəyli, S. Vurğun,
28 May, M.Ə. Rəsulzadə küçələrinə
17,42 kilometr asfalt
basılmışdır.
On
minlərlə kənd sakinlərinin böyük ehtiyac
duyduqları daha bir yol çəkilişi də bu il
reallaşıb. 23,5 kilometr uzunluğu olan çox rahat Yolüstü - Kürsəngi avtomobil
yolu buna gözəl
nümunədir. Boranı kənd və Arbatan
kənd yollarına döşənmiş 6 və 2,8 kilometr asfalt da bu işləri
davamıdır.
Salyan
şəhərinə xüsusi gözəllik verən
tikinti-quruculuq, abadlıq işləri 2012-ci ilin 9 ayında bir
az da genişləndirilib. Şəhər
küçələrinin təmir edilməsi diqqət mərkəzində
olub. Şəhərin müxtəlif
küçələrinə 26348 kvadrat metr üzlük daş döşənib. Səkilərin
kənarlarına 40475 metr barüdür
düzülüb. 11431 kvadrat
metr əraziyə tava-piltə qoyulub. 640 metr uzunluğunda 1920 kvadrat metr istinad divarı çəkilib.
3227 kvadrat metr hörgü işləri isə mişar daşları ilə
aparılmışdır.
Salyan şəhərinin ümumi görünüşünə xələl gətirən 11 kommunal evin fasadları yenilənmişdir. Daha 37 çoxmərtəbəli yaşayış evlərinin dam örtüyü əsaslı təmir edilmişdir.
Müasir üslubda yenidən qurulmuş bu gözəl küçələri lazımınca işıqlandırmaq üçün 630 ədəd xüsusi görünüşü olan dirək quraşdırılmışdır. Burdakı kommunal binalarının, ticarət şəbəkələrinin və digər sosial obyektlərin fasadlarının işıqlandırılması təmin edilmişdir.
Rayonun mavi
qaz
qayğısı olmayacaq
Qışı
mülayim keçən Salyan rayonunda şaxtalı
havaların olmamasına heç kəs zəmanət verə
bilməz. Əslində qışın gözəlliyi
də onun bəyaz qarı və
şaxtasıdır. Ancaq soyuqdan
qorunmaq üçün
istilikdən - mavi qazdan
istifadə etmək mütləq lazımdır. Bu istilik mənbəyinin məişətdə
hələ ki, alternativi
yoxdur.
2012-ci
ilin sonuna 3 ay qalmasına baxmayaraq bu sahədə xeyli işlər
görülmüş, bir sıra uğurlara imza
atılmışdır. Salyan şəhərində
eləcə də onun kəndlərində
insanların mavi qaza olan ehtiyacları dəqiqliklə müəyyənləşdirilmişdir.
Salyan şəhərinin Ə.Hüseynzadə,
H.Z. Tağıyev, A. Ağazadə, X.R. Ulutürk,
Ə. Hüseynov, T. Xəlilbəyli
küçələrində 381 metr uzunluğunda yeni
yeraltı polietilen boru
çəkilmişdir. Qaz xətlərinin
yeniləşməsi işi 20 Yanvar küçəsində də
aparılmışdır.
Rayon
mərkəzinin təbii qazla təmin edən 159 millimetrlik
orta təzyiqli «Mərkəzi qazanxanalar» qaz kəmərinin
eyni küçələrdən keçən hissəsinin
yenidən qurulması məqsədilə yeni borular çəkilmişdir.
Ə. Hüseynov, Ə. Zeynalov küçələrindən keçən
müxtəlif ölçülü qaz kəmərləri də dəyişdirilmişdir.
Salyan
şəhərini, eləcə də onun kəndlərini mavi
qazla mütəmadi təmin etmək üçün «Ələt-Astara»
yolunun 62-ci kilometrliyində, şəhərin girəcəyində
yeraltı qaz kəməri üzərində yeni
ölçü qovşağı inşa edilmişdir. Rayon mərkəzinin İ. Quliyev,
M.F. Axundov, C. Cabbarlı, Ə. Zeynalov, Aşıq Pənah və başqa küçələrinin,
Kürqaraqaşlı kəndini təbii qazla
təmin edən uzunluğu 7700 metr olan qaz
kəmərinin yenidən qurulması başa
çatdırılmışdır.
Parça-Xalac,
Seyidan, Cəncəli, Piratman kəndlərinə mavi qazın
verilməsi üçün bu kəndlərə bir pilləli
sistemdə polietilen boruların çəkilməsi
yekunlaşmışdır. Rayonun 21
yaşayış məntəqəsində qaz
təminatının bərpası üçün
23 kilometr uzunluğunda
çəkilmiş qaz kəməri
tezliklə öz bəhrəsini verəcək.
Qarabağlı və Kərimbəyli kəndlərinin qaz təsərrüfatı bir
pilləli qurularaq sayğaclaşdırma
mərhələsinə çatdırılmışdır.
Şəhərin
Ə. Qasımzadə, T. Davudzadə, M.Ə. Rəsulzadə,
H.Z. Tağıyev küçələrində 1512 metr
uzunluğunda orta təzyiqli, E. İmanov, Sabir, Y. Zərgərli
küçələrində 2927 metr, Çuxanlı kəndində
9300 metr, Arbatan kəndində 4400 metr uzunluğunda qaz xətti
çəkilmişdir. 32 kilometr
uzunluğunda kənd daxili
qaz xətləri iki tərəfli
çəkilmiş, 600 yeni sayğac quraşdırılmışdır.
Şəkərli, Qardili, Yenikənd kəndlərində
orta və aşağı təzyiqli
qaz xətlərinin çəkilməsinə
start verilmişdir.
Bütün
bunlar onu deməyə əsas verir ki, tezliklə Salyan rayonunda
mavi qazla bağlı bütün qayğılar həll
edilmiş olacaq.
Səxavət Məmmədli
Ədalət.-2012.-1 dekabr.-S.4.