Hörmətli redaksiya! Təəssüflə qeyd edək ki, AYB Quba bölmə rəhbərliyi lazımi səviyyədə
işləyə bilmədiyi üçün
(ofisi yox, maaşı
yox, avadanlığı yox...)
bölgəmizin istedadlı şairlərindən bir neçəsinin şeirlərini sizə təqdim
edirik. Bildiyimiz kimi şair dərc
olunmağı, oxunmağı sevər. Bu
istəkdə qəzetinizin bizə yardımçı
olacağına inanırıq.
Sayğılarla:
C. Albantürk
Zakir Məmməd
Yol
Bu
yolu gəl gedək,
izn
ilə gedək.
Bir
az ağır-ağır,
hüzn
ilə gedə
Beş
ilə, on ilə, yüz ilə gedək;
Gedib
çıxa bilək
mənzil
başına.
Bu
yol haqq yoludur,
düz adam gedir.
Qoşulub hər yerdən
yüz adam gedir.
Bu yolu başacan
az adam gedir.
Gedib çıxaq gərək
mənzil başına.
Getdikcə bu yol da
qurtaran deyil.
Yol gedən - yol kəsib
artıran deyil.
Bu yol gedənləri
qaytaran deyil.
Aparıb
çatdırar
mənzil başına.
***
Cəlaləddin
Adamlar yarımçıq
dar ağacları
Mənim
o yanığlı
tütəyim hanı?
Bu qamış tütəklər
yalaq-tüpürür.
Əlimə gəlməyən
ətəyim hanı?
Ətəyim arxamca
balaq süpürür...
İçib dərd dağıdan
dərdinə şərik
Küçədə min cürə
piyan uyurur
Dilənçi, ələkçi,
hər tinə şərik
Süpürgə satanlar
qiyam uydurur...
Milçək topasının qurbanı
arı
Neşdəri havada basılıb
qalıb
Adamlar yarımçıq
dar ağacları
Başlar
boyunlardan
asılıb qalıb...
Ədalət.-2012.-4 dekabr.-S.7.