Bilmirəm
Ürəyim istəyən şeyi,
Həyatdan ala bilmirəm,
Tay-tuşlarım zurna çalır
Mən tütək
çala bilmirəm.
Gün-gündən şişən
gözəli,
Qaynayıb-bişən gözəlim,
Gözümdən düşən gözəli
Qəlbimdən sala bilmirəm.
Biganəyəm toya-yasa,
Dolub daşır səbir kasam,
«Köhnə hamam,
köhnə tasam»!
Başqa
cür ola
bilmirəm.
İzmirağa Töhmərli
Ədalət.-2012.-4
dekabr.-S.7.