Keçir

 

Dəyirmanım dərd evidir,

Gecə-gündüz dərd üyüdür.

Çoxu gəlib dərd ovudur-

Dərdin yolu məndən keçir.

 

astardan, üzdən deyil

ipəkdən, bezdən deyil.

Keçəl Həmzə bizdən deyil,

Mərdin yolu məndən keçir.

 

Araz, Samur çaydı-axır,

Yolu bağlı qoydu, axır.

Sinəmi qəm oydu axır,

Yurdun yolu məndən keçir.

 

Mirfəttar

Ədalət.-2012.-4 dekabr.-S.7.