Azadlıq

 

Karların eşitmək azadlığı var

Korlara verilib göz azadlığı

Lalların danışmaq azadlığı var

Xalqasa verilib döz azadlığı

Verilib hərənin öz azadlığı,

Mugam azadlığı, saz azadlığı

Var olsun! Yaşasın söz azadlığı.

 

Bu millət içinə qısılıb qalıb,

Bu millət içində qısıb dərdini

Bu millət özündən asılıq qalıb

Dərdlərin üstündən asıb dərdini.

 

Pənah Elqəm

Ədalət.-2012.-4 dekabr.-S.7.