ilaxır

 

Mən də vüsala yetmədim,

Ayrılığa yetdim axır.

Qış gününün gündüzü tək

Açılan tək bitdim axır.

 

Dərdi qoymadım gizlinə,

Baxmadım nə də izninə;

Ayaqlarına, dizinə

Üz-gözümü sürtdüm axır.

 

Ahım tökdü yarpağımı...

Nişan qoyub papağımı

Tabutumun qapağını

Öz əlimlə örtdüm axır.

 

Məmməd Qədir

Ədalət.-2012.-4 dekabr.-S.7.