Eynulla Müslüm
Qoru görüm
Kəs deyəndə kəsir səsin,
Tanıya bilmir yiyəsin.
Öz başını yeyən kəsin,
Başdaşını qoru görüm.
Yurdu boğan bürkü
deyil,
Qovan qorxu-hürkü
deyil.
Vətən ata kürkü
deyil,
Qarışını qoru görüm.
Şər düşəndə dan yerinə,
Dayaz baş vurur dərinə.
Qəm dolanda gözlərinə,
Göz yaşını
qoru görüm.
Şeytan
çıxır gün
batanda,
Ac arvad ərin atanda.
Qız uşağı naz satanda,
Göz-qaşını qoru görüm.
Əllər yenə dizdə
qaldı
Zaman-zaman
axdı sular,
Düzlər yenə düzdə qaldı.
Gözlər zilləndi göylərə,
Əllər yenə dizdə qaldı.
Hafiz Rəhim
Ayaqları döyənəkdi,
Əlləri qabar düzlərin.
Hər vaxt sümsük tula kimi
Ehtiyac tapar düzləri.
Mat qalıbdır bu gərdişə,
Bəlkə də göydən düşüblər.
Bu havaya uyuşmurlar
Taqətdən-heydən düşüblər.
Qəzəb də var, giley də var,
Gözlərinin qarasında.
Əriyirlər gilə-gilə
Əyrilərin arasında
***
Abdulla Məmməd
Əllərim bulaşıb göz
yaşlarına
Bir damla göz yaşın-sonda ölən
köz,
Dilinlə gor eşmə ürəyimdə sən.
Dünən sevincimə şərik
olan qız,
Bu gün kədərinlə
ürəyimdəsən.
Əllərim bulaşıb göz
yaşlarına,
Alın yazısıdı, göz
yaşı deyil.
Qucub dizlərini hönkürmə
yenə
Dizlərin sevgimə başdaşı
deyil.
Ədalət.-2012.-4
dekabr.-S.7.