Vətən
Vətən-
Mənim
var ağacım,
namus, qeyrət-ar ağacım,
Vətən - mənim bar ağacım...
Alma, heyva,
nar ağacım.
Zəncəfilim, istiotum,
duzum, acım...
Vətən mənim anam, bacım,
Odum, külüm,
təknəm-sacım...
Əl ağacım!
Gor ağacım!
Vətən mənim
Hələbdəki dar ağacım...
Qərib Aşkari
Ədalət.-2012.-4
dekabr.-S.7.