QEYRƏT
CƏNGİ VƏ SEVGİ NOBARI
Ədəbi-bədii
romandan - parça
(əvvəli ötən
saylarımızda)
- Düz eləmisiniz. Şairəyə güllə
atan, hökmdara top ata bilərdi. Ancaq erməni bax elə bu şəhərdə
əfsanəvi padşahın
heykəl qalareyası
olduğunu görmüş
olsaydıg İndimizdən,
sovet işğalına
məruz qalmış,
yarımmüstəmləkə - hüquqsuz diyarınızın
keçmişini xatırlayıb,
həddini aşmazdı.
Mən
çox istərdim ki, qadın türk padşahı
qarşısında acizlik halına düşmüş
dünya fatehini bu məqamda görəm.
- İnşallah!
Ağdam
yolu cəbhə görkəmini qismən
dayandırılmış olsa da acı-ağır hərb mənzərəsini
dəyişməmişdi. Mərmilərlə şikəst
edilmiş, top lülələri
«çənəsinə» çökmüş
tanklar, təkərləri skileti
üzərində diklənmiş avtomobillər,
qabırğaları qırıq-qırıq olmuş
arabalar - acıdan da
acı hərb əhvalı qoxuyurdu.
Hiss
edirdim ki, gözüaçıq fransız mənzərəni
müharibə müstəvisi hesab etdiyindən, daxilində
çuğlayan qızların faciəli ölümü
müqabilində bunlara səbrlə yanaşırdı.
Hər
dəfə - paytaxtda da, yol boyu da mən
çalışırdım ki, jurnalistin qəzəbini insan
taleyi səmtinə yönəldim. Vaxt keçdikcəg Hərb
yaraları sağalır, xarabalıqlar üzərində
möhtəşəm şəhərlər salınır,
ancaq itirilmiş insanın dərdi - dumana
bürünmüş qayalar kimi bütün
ağrı-acısı ilə insanın gözündən, qəlbindən
qara libasında görüntü yaradır, dərdi dağa
dönür.
Azərbaycanımızın
sinəsində qərar tutmuş bu şəhər hər
zaman məmləkətimizin döyünən ürəyi,
nizamla vuran qəlbi olmuşdur. Bu əzmlə
azğın düşməni silahla da, siyasətlə də, barış nəcibliyi
ilə də yerində oturda bilmişdir. Hekayət dillərdən düşmür. Azğın qonşu
torpaq qəsbkarlığı iştəhasına
düşəndə abdal məzhəkəsi
qəribə bir sübuta
əl atmış, ermənini inandıra bilməmişdir. Axırda hər iki tərəfin
ahıllarını toplayıb and içmişdir: o quran haqqı, o xaç haqqı ayağımın
altındakı torpaq bizimdir!...
ermənilər dağılışandan sonra
açıqlama vermişdir:
çarığın içinə
yığdığım torpaq ermənilər
burda məskun olandan çox-çox əvvəllər türkün ata-baba yurdundan götürdüklərimdi
Barış
məqamında ağdamlı qadın yaylığını
ayaq altına atıb - qan tökməkdən çəkinməyə
çağırmışdı. Ötən
yüzillikdən başlayaraq Ağdam - Şuşa musiqi xəzinəsindən əxz etdikləri Xan Şuşinskinin acazkar zəngulələri, Qədir Rüstəmovun
«Sona bülbülləri», Qarabağ uşaqlarının şikəstəsi
ilə diyarın himni kimi
aləmə çatdırmışdır.
Minbir bərəkətli torpağı, zəhmətə qabil insanları sayəsində var-dövləti aşıb-daşan diyarın itləri bir qarın yal üçün ulaya-ulaya külə dönmüş həyətlərdə gecə-gündüz vurnuxur. Həmin torpağın insanları isə ölkənin hər yerində didərgin həyat sürür. Şair Səməd Vurğun gözəl deyib: soyuq məzara da ziynətdir insan! İnsansız torpaq da, onun sahibləri kimi yetim-yesirdir!
Axı, sovetlər çox şəhərlərin adını dəyişdilər,
Ağdamı son mənzil seçmiş
Natəvana görə burada belə bir cəhd olmadı. Bu xəyanət
cəhdinin baisi erməni vəhşiləri
oldu, onu müvəqqəti
də olsa, «qaradam»
simalı etdilər.
İnsan
yoxsa - ziynətli dünya da yoxdur, deyənlər haqlı
imiş!
İçimi yandıran ağrılarımı Vahid bəylə bölüşdüm.
- Qabaqlar Ağdamda
olmusunuz?
-
kinostudiyada işləyəndə, film yaradıcıları
ilə gəlmişdim. Təzə filmin
təzə istifədəyə verilmiş
mədəniyyət sarayında baxışı keçirilirdi.
- Siz
nə xoşbəxt adamsınız. Ağdamın bəxtəvər
günlərini görmüsünüz?!
- Bir
dəfə də yasa gəlmişdik. Şefin
dostu ağır xəstəydi, vida görüşünə xəstə
yazıçını özü dəvət
eləmişdi. Vəsiyyətini eləmişdi: məni, qəbristanlığın
Əsgəran sərhəddində dəfn edərsiniz. Erməni
namərdlər Ağdama girsələr, qoy əzəlcə mənim qəbrim
üstünə ayaq bassınlar. Çox çörəyimi yeyib,
ev-eşik sahibi olmuşlar. Bu da bizə azdır.
Düzü,
neçə ay sonra eşidəndə ki, Ağdam
alınıb, inanmadım. Ağdam kişi şəhər
idi.
-
Vahid bəy, mümkünsə maşını həmən
kino nümayiş etdirdiyiniz mədəniyyət
sarayının qarşısında əyləndirin.
Razılaşdı.
Mən,
nə üçün bu binanı seçdiyimi Adıloya
danışdım: təhsil teatrımızın ilk
tamaşasında mən cavan qız yaşlı bir ananın,
qızının rolunu oynayırdım.
Son səhnədə
onun monoloqunu ürək yanğım ilə söyləmişdim.
«Yer,
göy, ay və ulduzlar göylərdə seyr edib gəzə-gəzə
yenə əvvəl-axır günün başına
dolanırlar: çünki bunlar hamısı qədim əzəldən
gündən qopub ayrılmış parçalardır.
Mən
etiqad edirəm ki, mənim də balalarım dünyada hər
yanı gəzib dolansınlar, yenə əvvəl-axır
anaları Zəhranın ətrafında gərək dolanalar,
çünki ay və ulduz şəmsin parçaları olan
kimi, bunlar da analarının ayı və ulduzlarıdır.
Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq
istəyə: onun insafı və vicdanı ona madamülhəyat
əziyyət edəcək, nə qədər canında nəfəs
var, peşman olacaq».
Mən
monoloqu sürəkli alqışlar, döşəmə
tappıltısı, alqış sədaları altında necə
bitirdiyimə indi də təəccüblənirəm.
Vahid
bəy dedi:
-
Rövsanə xanım, xöşbəxt adamsınız. Siz dahi Mirzə Cəlilin
hikmətli kəlamını xalqın qəlbinə, ürəyinə
nəql edə bilmisiniz. İndi
urcahımıza çıxmış yaman
zəmanə - qonşu xəyanəti də
Ana ətrafında toplaşa
bilməməyimizin illətidir!
Adılo,
rica ilə yox, bir qədər hökmlə dedi:
-
Vahid bəy, maşını həmin mədəniyyət
ocağının qarşısında saxlayın. Mən
Rövşanə xanımın monoloqunu orada lentə almalıyam! Uduzduğunuz
davanın illəti bu olubg
Çəkiliş
başa çatandan sonra Adılonu binanın
yaxınlığına dəvət elədim. Alovun
kömür kimi qap-qara izlərinin arasından mədəniyyət
sarayının alnında həkk olunmuş yazını
axtarıb tapdım.
-
Diqqətlə baxasınız orada nə
yazıldığını görə biləcəksiniz.
Adılo
əvvəlcə gözlərini günlük kimi əlləri
ilə bəlgələyib, zəndlə baxdı,
araşdıra bilmədi. Sonra kameranın gözü ilə
baxmaq istədi.
- Zəhmət
çəkməyin, oxuya bilsəniz də mətləb sizə
aydın olmayacaq. Qulaq asın mən deyim.
Orada
yazılmışdı ki, bu mədəniyyət
sarayını Məşədi Abbas tikdirib.
-
Avropada da, memarlar tikdikləri binada adlarını
yazdırıblar lap Afrikada dag
- Bu
binanı hasilə gətirən memar deyil, daha doğrusu -
xüsusi təhsil görmüş sənətkar olmayıb. Tikintidə
uzun illər çalışmış,
təcrübəli inşaatçı olub.
Və qoca vaxtında özündən bir yadigar qoyub
kig adı qalsın.
- Çox əcəb! Kim istəməz ki, zəhməti
müqabilində adı gələcək nəsillərə
çatdırılmasın.
- O
zaman, sovet dövründə möhtəşəm binalar,
varlı kolxozlar və gəlirli müəssisələr ancaq
bolşevik başçılarının adına
qoyulardı.
-
Şəhər merinin, görünür buna haqqı
varımış.
- Az
qala onu cinayətkar ittihamı ilə cəzalandıracaqdılar.
- Nəyə görə?
- Sən,
qoca, xüsusi mülkiyyəti dəb salmaq istəyirsən?
Bu, yolverilməzdir!
-
Sonra noldu?
- Bir
təhər sildirdilər hərfləri ki, Məşədi
Abbasın adı oxunmasın.
-
Bununla, Marksın şüarına əməl etdilər,
xüsusi mülkiyyəti varlıqdan silə bildilər?!
Mən
gözümlə gördüyüm, göz yaşı ilə
müşayiət etdiyim hadisə ilə cavablandırdım. Ermənilərin
yaratdığı «Xocalı» həyəcanı - kiçikli-böyüklü Qarabağ
kəndlilərini köçməyə vadar
etmişdi.
Mən
o zaman tələbə idim, paytaxt ab-havasından hiss eləmişdim
ki, anamgili bu tufandan qurtarmaq lazımdır. Getdim və pal-paltarları çemodana
yığıb, avtobusla şəhərə
köçürməli olduq.
Yolda
gördüklərimin hamısı bir yana, cəhənnəm
təsvirlərini xatırladırdı. Birisi ürəyimi
dağladı. Yaşlı bir qadın təzə
doğulmuş, ayağı yer tutmayan buzovunu
çiyninə almışdı, əlində də bir bağlama,
qıçlarını güclə arxasınca çəkirdi.
- Dəhşət!
-
Yox, bu təkcə dəhşət deyildi.
- Bəs nəyidi?
- Bəxtəvərlik idi.
O qədər bərəkətli torpaq yox, ancaq buzov
onun özününkü
idig
Qarabağlılar,
bu torpağın əzəli yiyəsi olsalar da, torpaq
onların deyildi. Hakim dövlət
istədiyi kimi, istədiyi vaxt
onu alıb başqasına verirdi.
Necə ki, bizim
torpağımızda erməni vilayəti yaratdılar. Sonra da yerli
azəraycanlıları köçürtdülər.
-
Ağıllı sözdür, mənə belə gəlir ki,
erməniyə qarşı elliklə vuruşa atıla bilməməyinizin
bir səbəbi də bu olub: doğma torpağa yad münasibət!...
Adılo
kameranı yana sürüşdürüb, mənim lap
yaxınlığıma gəldi.
- Fransa
oğlu belə ağıllı qıza vurulmasa qınaq sahibi
olar. Siz, gözəl olduğunuz
qədər də dərrakəlisiniz.
- Kompliment üçün
təşəkkür. Amma Natəvanın
vətənində belə atmacalara cavab «Ağlaram» şeiri ruhunda olar. Şairə xan
babasının topu ilə yox,
dağlı xəncəri ilə deyil, iti sözləri ilə cavab
verib. Mənim xeyirxah qonağa söz yarası vurmaq haqqım yoxdur!g
Adılonun,
işıqlı sifətində düyümlənən
qaş çatılaşması da təsirsiz
ötüşmədig
Fikir məni apardı. Axı, sovet
dövründə uşaqlı-böyüklü özümüzü bəxtəvər hesab edirdik: məktəblər
üzümüzə açıqdı - ibtidai,
yeddillik, orta, ixtisas texnikomları, peşə təhsil
ocaqları, ali tədris müəssisələri,
elm müəssisələrig hamı
işləyirdi, hansı zümrəyə mənsub
olmasından asılı olmayaraq vəzifələr
bacarıq - qabiliyyət ilə tutulurdug
Dolanışıq da, demək olar ki, var
idi, ac yox
idi. Bunları nəzərimə gətirdikdən
sonra müxalif fikir - bax elə mədəniyyət
sarayının sahibliyi ağlımda
dolaşdı: Bunlar - saydıqlarım idi. Ancaq bu
zəngin ölkə bizim, Azərbaycanın
deyildi. Sovetlərin bir
bölgəsi idi. Özüm-özümə
təskinlik verməli oldum.
Hardansa
ağlıma gəldi ki, soruşum görüm, jurnalistin
Müsyö Cordanın Azərbaycana səfərindən xəbəri
var ya yox?!
-
Müsyö, Qarabağ dağları qəribə bir səfəri
yadıma saldı. Bizim dahi yazıçımız Mirzə Fətəli
inişilki yüzillikdə ilk fransızı bizim mahala gətirmişdi.
- Kimidi o?
- Müsyö Cordan. Dramaturqun məşhur
səhnə əsərlərindəndir. Hətta onun motivləri əsasında gözəl film də çəkilib.
- Maraqlıdır. Fransız nə məqsədə
səfər edibmiş bu
uzaq ölkəyə?
- Müsyö Cordan, Fransanın nəbatat alimi neçə-neçə məmləkəti geridə qoyub, dünya şöhrətli Alp çəmənlikləri ilə qane olmayıbg Qarabağa gəlib. Məqsədini də belə açıqlayıb: «Əgər mən Qarabağa gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bu nəbatat Qarabağın dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini təhqiq və təcrübə ilə müşəxxəs edib, o xüsusla təsnifi cədid aləmdə məşhur edəcəyəm.»
- Əsər fransız dilinə çevrilib?
- Mən Azərbaycanca oxumuşam: əsərin adı belədir: «Hekayəti Müsyö Cordan həkimi-nabatat və dərviş Məstəli şah caduquni-məşhur.» Yazıçı bu komediyası ilə bir tərəfdən doğma diyarının zənginliyini, ikinci tərəfdən də şərqdə geniş yayılmış cadugərliyi ifşa etmək məqsədi daşımışdır.
- Çox maraqlıdır.
Çalışaram ki, Fransa
jurnalisti kimi mən də
gəlişimlə Azərbaycana nə isə mənəvi bir töhfə bəxş edim.
- Bəlkə
sizin səfəriniz də Tanrı işidir. Ölkəmizin
düçar olduğu
Qarabağ fəlakəti də mövhumat təsiri bağışlayır.
Hiyləgər dərviş Parisi
dağıtmaq möcüzəsi ilə avam
insanlardan qənimət əxz etmək istəyirdisə,
erməni qəsbkarlar Qarabağı qanına boyamaqla
«Böyük dövlət» əldə edəcəkləri
gümanındadırlar. Zəmanələr də dəyişib,
düşmənlər də! Artıq tamahlar
dag
Adılo
əsəri oxuyacağını qətiyyətlə bildirdi və
onu da dedi ki, gümanlıyam ki, biz qızların talei ilə
bağlı hadisənin gerçəkliyini dünyaya
çatdırsaq, erməni xülyası puça
çıxa bilər. Xəyanətkar informasiyalar
ifşa olunar. Bu cüzi də olsa babamın vətəninə xidmətimin bir səhifəsi ola bilər.
- Ya qismət!
- Babam, realist şəxsdir.
Ermənilərin vəhşi
oyunbazlığından xəbər
tutanda demişdi: Adılo - xəbərçilik
belədir ki, kim qabağa
düşdü, o udur.
Sən gecikmə, səfərə get. Bizlərdə belə bir misal
var. Dəmiri isti-isti döyərlər.
Və mən buna əməl etdim. İndi bu gümandayam
ki, sizin dövlət atəşkəsi
uzatmaqla, dəmiri soyudub, Avropada otuzillik, yüzillik müharibələrin təcrübəsi
də buna dəlalət edir.
Xalqın haqqının da dəmeniş, dəmyoxuş
ömür çağı
olur. El sözü var:
gecikən kisəsindən
yeyər...
(Ardı var)
Cəmil Əlibəyov
Ədalət.-2012.-5 dekabr.-S.6.