İstiqlal şairi
ƏHMƏD CAVAD
– 120
Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyi respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur. 1937-ci ildə reprssiyaya məruz qalmış Əhməd Cavad Axundzadənin 120 illik yubileyi şərəfinə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə «Park İnn» hotelində «Əhməd Cavad - istiqlal şairi» mövzusunda «dəyirmi masa» keçirilmişdir.
Tədbiri Elmı-Metodiki Mərkəzin
direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov açaraq qeyd etdi ki, Əhməd Cavad 1892-ci ildə Şəmkir rayonunun Seyfəli sovetliyinin
Mehrili tirəsində ruhani
ailəsində anadan olmuşdur.
1912-ci illərdə Gəmcə Ruhani
Seminarıyasını müvəffəqiyyətlə bitirən
Ə.Cavad 1922-1927-ci illərdə
Azərbaycan Pedaqoji İnstutunda
ali təsil almışdır. Ömrü boyu
xalqının azadlığı, müstəqilliyi və milli dövlət quruculuğu
amalı ilə yazıb-yaradan, mübarizlərə qoşulan Əhməd Cavadın əsərləri
bu gün də sevilə-sevilə
oxunur. Ötən əsrin əvvəllərində
milli-azadlıq ruhunda şeirlər yazan, əsərlərində
dövrün ictimai-siyası mənzərəsini
dolğunluğu ilə əks etdirən,
1918-1920-ci illər AXC-nin ideoloqlarından olan Əhməd Cavad
Axundzadə məhz bu səbəblərdən
1937-ci ildə bolşevik-kommunist rejimi tərəfindəm məhv edilmişdir.
Sonra
«Azərbaycan» qəzetinin əməkdaşı, filologiya
üzrə fəlsəfə doktoru, Cavadşünas-alim Rəhman
Salmanlı «Əhməd Cavadın həyat və
yaradıcılığı» mövzusunda məruzə ilə
çıxış etdi. R. Salmanlı istiqlal mübarizi Əhməd
Cavadın keməkeşli ömür yolundan və çoxcəhətli yaradıcılığından
ətraflı söhbət açdı. Natiq
vurğuladı ki, ölkəmizin müstəqilliyi,
xalqımızın azadlığı uğrunda
mübarizələrdə təzyiq və təqiblərə
məruz qalan Əhməd Cavad
Axundzadə antisovet fəaliyyətinə
görə Azərbaycan Xalq Daxili İşlər Komissarlığı tərəfindən
1937-ci il iyun
ayının 4-də həbs edilmiş,
NKVD zirzəmilərində 4 ay 9 gün olunmazın işgəncələr
verildikdən sonra - «xalq
düşməni» adlandırılaraq oktyabr
ayının 13-dən 14-nə keçən gecə
güllələnmişdir. Bundan üç ay sonra azadlıq mücahidinin
ömür-gün yoldaşı
Şükriyyə xanım həbs edilərək
Qazaxıstana sürgün edilmiş,
azyaşlı uşaqları başsız qalmışlar. Məruzəçi
çıxışında onu da bildirdi ki,
məhrumiyyətlərə baxmayaraq
Əhməd Cavadın həmişəyaşar poeziyası bu gün də müasirdir, bu gün də oxucular tərəfindən
sevilə-sevilə oxunur.
«Əhməd
Cavad yaradıcılığının dövrləşdirilməsi
və mərhələ təsnifatı» movzüsunda məruzə
ilə çıxış edən Azərbaycan Dövlət
Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Təyyar
Salamoğlu şairin 1916-cı ildə işıq üzü
görən «Qoşma», 1919-cu ildə nəşr olunan
«Dalğa», 1958-ci ildə «Azərnəşr» tərəfindən
buraxılan «Şeirlər», 1991-ci ildə Rəhman
Salmanlının tərtibçiliyi ilə oxuculara
çatdırılan «Sən ağlama, mən ağlaram»
şeirlər kitabları, şairin Cümhuriyyətə qədərki
və sovet dövrü yaradıcılığı, eləcə
də Türkiyə mətbuatında dərc olunan əsərləri
barədə ətraflı məlumat verdı. 1920-1930-cu
illər ədəbiyyatından söhbət açan
T.Salamoğlu şairin
əsərlərinin ictimai rəydə
oynadığı təsir gücündən
danışdı.
Müzakirələrdə
«Ədəbiyyat qəzeti»nin redaktoru şair Ayaz Vəfalı,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, professor Himalay Qasımov,
AMEA-nın Ədəbiyyat İnstitutunun XX əsr (sovet
dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin
aparıcı elmi işçisi, filologiya elmləri doktoru
Əlizadə Əsgərli, AMEA-nın Folklor İnstitutunun
elmi işçisi Nizami Muradoğlu və başqaları
çıxış edərək Əhməd Cavadın əsərləri
və sənətkarlıq xüsusiyyətlərindən
danışmış, şairin tərcümə əsərlərinin
nəşrilə əlaqədar təklif və tövsiyələrini
bildirmişlər.
Faiq Qismətoğlu
Ədalıət.-2012.-5 dekabr.-S.6.