İNKİŞAFIN UĞUR
STRATEGİYASI
İl sona doğrudur
2012-ci il sona çatmaq üzrədir.
Bu il bütövlükdə
uğurlu illərdən
biri hesab olunmalıdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin əzmkar fəailiyyəti nəticəsində
ölkəmizin daxili və xarici siyasətində qazanılan
nailiyyətlər daha
ciddi hadisələrdən
xəbər verir.
Eyni zamanda ölkə iqtisadiyyatının ildən-ilə
artan inkişafı da vətəndaşları
yeni qələbələrə
ruhlandırır.
Bütün bu məsələlər yerlərdə öz əksini tapmaqdadır. Yəni
2012-nin uğurlu finişə yaxınlaşması
indidən hiss olunmaqdadır.
Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərin
uğurlu icrası əksər rayonların sosial-iqtisadi və mədəni həyatında
rol oynamaqdadır.
Göyçay da belə rayonlar sırasındadır.
İlin əvvəlinə qayıdıb
diqqətlə nəzər
yetirdikdə aydın olur ki, rayon rəhbərliyi inkişafın
bütün istiqamətlərdə
təmin edilməsi üçün qarşıya
qoyulan vəzifələri
düzgün və effektiv şəkildə həyata keçirmişdir.
Üstəlik hər payız
keçirilən ənənəvi
Nar bayramı özünün
rayon və respublika ampluasından çıxaraq
daha geniş miqyas almış, Beynəlxalq Nar Festivalı
statusuna yiyələnmişdir.
İl boyu keçirilən digər tədbirlər və Beynəlxalq Nar Festivalı özlüyündə
Göyçayın həm
sosial-iqtisadi, həm də mədəni inkişafını təsdiqləyən
amillərdir.
Məsələn, ilin sonuna doğru
hələ oktyabr ayınadək əldə
olunan nəticələrin
özü yekun mərhələsinin uğurlarını
təsdiqləyir, axırıncı
ayların da müvəffəq sonluğunu
stimullaşdırır. Diqqət
yetirdikdə görürük
ki, həmin dövr üzrə rayonda ümumi məhsul istehsalı
2011-ci ilin müvafiq dövrünə nisbətən
6,6 faiz və
ya 9,4 milyon manat artaraq 151,2 milyon manata çatmışdır.
Rayon üzrə 12,7 miyon manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Tikinti sahəsi rəqəmlərdə
və...
Rayon iqtisadiyyatının digər
sahələri kimi tikinti sahəsində də müəyyən uğurlar əldə edilmiş, iqtisadi və sosial sahələrin inkişafı
üçün bütün
maliyyə mənbələrindən
əsas kapitala 25,2 milyon manat
və ya ötən ilin müvafiq dövrünə
nisbətən 26,7 faiz
çox investisiya yönəldilmişdir.Tikinti-quraşdırma işlərində istifadə
edilmiş investisiyanın
həcmi həmin müddət ərzində
28,3 faiz artaraq 23,5 milyon manat olmuşdur.
İnvestisiyaların 90,6
faizi istehsal təyinatlı obyektlərin
tikintisində istifadə
edilmişdir. 2012-ci ilin
yanvar-sentyabr aylarında
tikinti təşkilatları
tərəfindən 8,3
milyon manatlıq inşaat işləri görülmüşdür ki,
bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən
2,2 dəfə çoxdur.
Rayon iqtisadiyyatı üçün
xüsusi əhəmiyyət
daşıyan Yuxarı
Şirvan kanalının
Bığır kəndinin
ərazisindən keçən
hissəsində inşa
edilən 3 mva gücündə su elektrik stansiyasının tikintisində işlər
davam etdirilir. Obyektdə beton
su ötürücülərin
istehsal olunan enerjinin ötürülməsi
üçün transformator
yarımstansiyasının tikintisi
başa çatdırılmış,
su elektrik stansiyasından Bığır
yarımstansiyasına qədər
elektrik xəti çəkilmiş, turbinlərin
quraşdırılması işləri davam etdirilir.
Yalman kəndində ümumi smeta dəyəri 3,1 milyon manat
olan üzüm qəbulu müəssisəsinin
və sutkada 8 ton spirt istehsal edən qurğu kompleksi inşa edilir.
Region əhalisinin quş əti ilə təminatının yaxşılaşdırılması
üçün 528 min başlıq
broyler quşçuluq
fabrikində yeni istehsal sexləri tikilir və müəssisə sahibləri
tərəfindən bu
məqsədlə müəssisəyə
1,5 milyon manat investisiya yönəldilmişdir.
Şəhərin su və kanalizasiya təsərrüfatı
yenidən qurulur
Cari ilin fevral ayından şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin
ikinci mərhələsinin
icrasına başlanılmışdır. Tikinti
işləri bu sahə üzrə
ixtisaslaşmış Türkiyənin «Atinak»
şirkəti tərəfindən aparılır. Ötən
müddət ərzində şəhərin şimal
hissəsində ümumi tutumu
2000 ton olan iki su ambarı inşa edilmiş, buradan M.Ə.Rəsulzadə küçəsindən
keçməklə su ötürücü
boruların quraşdırılması işləri başa çatdırılmışdır. Bu günə qədər müxtəlif diametrli ümumi uzunluğu 28,7 km. olan su kəmərləri,
27,1 min km. kanalizasiya xətləri çəkilmiş,
690 evə kanalizasiya, 553 evə içməli
su bağlantıları
aparılmışdır.
Layihənin icrasına 230 nəfər cəlb edilmişdir ki, bunların da böyük əksəriyyəti rayon sakinləridir. Gələcəkdə şəhər əhalisinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə «Azərsu» Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən 14 km. şimalda Göyçay çayının yatağında drenaj şəbəkəsinin qurulması üçün mühəndis axtarış işləri davam etdirilir.
Göyçay
Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovla
söhbətimiz zamanı bir çox sahələrdə
qazanılan uğurlarla yanaşı adıçəkilən
layihənin icrasında həm rayon rəhbərliyini, həm də
əhalini razı salmayan çatışmazlıqların da
mövcudluğunu diqqətə çatdırdı.
- Ötən müddət ərzində Heydər Əliyev prospektindən cənub istiqamətində yerləşən demək olar ki, bütün küçələrdə layihənin icrasına başlanılsa da yalnız Ə.Kərim küçəsində layihədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi əsasən təmin olunmuşdur. Podratçı təşkilat tərəfindən işlər lazımi səviyyədə təşkil edilmədiyindən son nəticənin əldə edilməsi yubadılır, bir neçə küçədə tikinti işləri başa çatdırıldıqdan sonra digər küçələrə keçirilməsi praktikasından istifadə edilməməsinin nəticəsində küçələrdə qazıntı işləri uzun müddət davam edir, bu isə əhalinin narahatçılığına səbəb olur. Tikinti aparılan ərazilərdə toza qarşı lazımi tədbirlər görülmür, ayrı-ayrı yerlərdə baxış quyuları vaxtında quraşdırılmadığından nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə ciddi təhlükə yaranır.
(ardı gələn
sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Ədalət.-2012.-5 dekabr.-S.7.