Ruhani kökü üstə
düşüncələr
Bu
yaxınlarda istedadlı ədəbiyyatşünas alim, tənqidçi,filosof
qorqudşünas, gözəl bir insan Rüstəm Kamalın
50 illik yubileyinə yığışmışdıq.
Tədbir ədəbi - bədii gecə formatında keçirilirdi. Tədbirin təşkilatçısı Qazax Xeyriyyə Cəmiyyəti idi. Gecəni görkəmli alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov aparırdı. Gecədə Qazax mahalının Azərbaycana bəxş etdiyi nəhəng simalar - xalq şairi Nəriman Həsənzadə, yazıçı Vidadi Babanlı, akademik Teymur Bünyadov, millət vəkili, «Odlar Yurdu» universitetinin rektoru, professor Əhməd Vəliyev, Metropolitenin direktoru, ədəbiyyat həvəskarı Tağı Əhmədov və digər görkəmli şəxslər, Qazax mahalından, Borçalı mahalından və digər bölgələrdən olan tanınmış yazıçılar, şairlər, qələm və söz həvəskarları iştirak edirdilər. Gecəni bu yaxınlarda Televiziya aşıq müsabiqəsinin qalibi olmuş aşıq Şaiq aparırdı.
Qeyd
etdiyim kimi, məclis ədəbi - bədii formada olduğundan
gah sözə, gah da saza meydan verilirdi. Mən
bu məclisdə görkəmli rəssam, rəssamlıq
peşəsi ilə yanaşı sözü rəssamlığından
heç geri qalmayan, Qazax mahalının dünyaya bəxş
etdiyi istedadlar zirvəsində öz yeri olan Qafar Sarıvəlli
ilə bir masa arxasında əyləşmişdim. Məclis
getdikcə öz ahənginə düşür, Nizami müəllim
öz duzlu - məzəli, həm də müdrik söhbətləri
ilə məclisə bir şuxluq verirdi.
Arada «Ruhani» havası çalındı. Qazax
Xeyriyyə Cəmiyyətinin sədri, elimizin - obamızın
hörmətli və cəfakeş ağsaqqallarından biri
Vidadi müəllim hamını bu hava altında rəqsə
dəvət elədi. Bir anlıq xəyalım məni
çox uzaqlara - mənim uşaqlıq çağlarıma
apardı.
Yadımdadır,
mən hələ uşaq olanda bizim balaca kəndimiz Abbasbəylidə
toyları qara zurna və saz müşayiət edərdi. Bu toylardan ən çox yadımda qalan «Ruhani»
havasına ağır kişilərin oynaması
qalmışdı. Həmin məclislərdə
yeyib-içdikdən sonra, xüsusilə mağarlarda rəqs
edərdilər və bu havaya ən çox
oturub-toxtamış, yaşlı, ağır kişilər
oynayardılar.
Mənim
uşaq yaddaşıma beləcə həkk olundu bu hava. Sonralar
böyüdükcə, məclislərdə iştirak etdikcə
bunun dəfələrlə şahidi oldum və belə qənaətə
gəldim ki, bu hava elə Qazax mahalının havasıdır.
Özü də ağır kişilərin.
Yaşa
dolduqca böyüklərdən eşitdim ki, bu havaya Səməd
Vurğun da oynayıb,Mehdi Hüseyn də, İsmayıl
Şıxlı da və neçə-neçə nəhəng
şəxsiyyətlərimiz də. Necə ki bugünkü məclisdə
oynayırdılar.
Yeri
gəlmişkən «Ruhani» havası üstə özünəməxsus
ustalıqla və şuxluqla akademik Teymur Bünyadov da
çox gözəl rəqs edir.
«Ruhani»çalınırdı... Məclisdəkilərin
çoxu rəqs edirdi. Birdən mənim diqqətimi
meydanın bir kənarında rəqs edən, orta
yaşlı, qarabuğdayı, saçı gicgahlarından
azca bozarmağa başlamış, bəstəboylu bir
oğlan cəlb etdi. Bu oğlan «Ruhani»nin mənim indiyədək
gördüklərimdən fərqli bir tərzdə
oynayırdı. Onun elə bil bütün duyğuları, əzaları
oynayırdı. Yox o oynamırdı, musiqi ilə
yaşayırdı...
Sonralar
onun yaradıcılığı ilə tanış olduqdan,
onun «Ruhani» havasına həsr etdiyi şeri oxuyandan sonra bildim
niyə İbrahim bu havaya belə oynayarmış.
Səsinin
sehrindən qara daş yanır,
Bulaqlar
dil açır,qayalar qopur.
Elə
çağlayırsan-qanım daşdırır,
Elə eydirirsən-ürəyim qopur.
Bağrımın başına batan oxdumu?
Yoxsa ki
saplandı xəncər tiyəsi...
Allahın
yoxdumu, Tanrın yoxdumu,
Tifaqın
dağılsın adam yiyəsi,
Aman ver salamat çıxaq sabaha.
Buna nə Göy dözər, nə də Yer
aşıq.
Dedim bir
Ruhani dilləndir, daha
Demədim qətlimə fərman ver, Aşıq.
Musiqi pərdədən-pərdəyə dəyişdikcə
onun sifətində min cür cizgilər əmələ gəlirdi
və bu cizgilər ətrafa xoş bir aura paylayırdı.
Mən yanımda əyləşmiş, məclisi seyr edən
Qafar Sarıvəllidən bu oğlanın kimliyini soruşdum.
«-
İbrahim İlyaslıdır», dedi -»İncədərəsindəndir,
şairdir, doğrudur, bir az az yazır,
ancaq çox sanballı yazır. Mən onun
yaradıcılığı ilə tanışam,hər bir şeiri «şeirdir.»«
Ətraflı
tanışlıq üçün həm də dedi ki,
aşıq Kərəm Aslanbəylinin qardaşıdır. Məclisin gedişində İbrahimə də
söz verilidi. O utana-utana dedi ki, sözünü
şeirlə demək istəyir:
«Necəsən»
Mənim
səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə
qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana
döndü gerçəyim,
Ay gözəlim,
ay göyçəyim.
Çəmənim,
çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam
yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü,
könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam,
ləlim, gövhərim,
Yaqut-yəmən,
simu-zərim
Barmaqları
bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün
dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin
sitəmkarı,
Necəsən, zalım, necəsən?
Mənim bu oğlana hüsnü-rəğbətim daha
da artmağa başladı.
Məclisin
sonunda xudahafizləşmə vaxtı mən ona
yaxınlaşaraq öz təşəkkürlərimi və
onunla daha yaxından tanış olmaq
arzusunda olduğumu bildirdim. O da öz növbəsində mənə
öz razılığını bildirərək «Yuxuma
söykənmiş adam» adlı təzə
çapdan çıxmış şeir kitabının bir
nüsxəsini utancaqlıqla mənə
bağışladı. Sanki o bu kitabı mənə
təqdim etməklə onu daha yaxından tanımaq
üçün bu şeirləri oxumağın kifayət
etdiyini demək istəyirdi.
Məni
başa düşmək belə zülümmü,
Mən nə deyirəm ki, haqdan savayı.
İndi
bu haqq sənə sərf eləmirsə,
Mən durub nə deyim «yox»dan savayı.
O gündən
xeyli müddət keçir. Ancaq mən hələ
də İbrahimlə görüşün və onun mənə
təqdim etdiyi kitabın xoş təəssüratı
altındayam.
Kitabda məni ilk növbədə özünə cəlb
eləyən şairin kitaba yazdığı ön söz
oldu.
Nədənsə sayca üçüncü olan bu kitaba
da əvvəlki kitablarda olduğu kimi ön sözü müəllifin
özü yazmışdı?!
Görünür bu da onun öz sələflərindən
Ağamalı Sadiq Əfəndidən, Akif Səməddən,
Məmməd İlqardan gəlir və bunun da öz mənası
var.
Mən şair deyiləm, ədəbiyyatşünas da
deyiləm, ancaq şeiri duya bilirəm və duyduğum qədər
də başa düşə bilirəm. Bir şeyi
bilirəm ki, şeir Tanrı nidasıdır.
O da həqiqətdir
ki, İbrahimin şeirləri haqdan gəlir.
«Salam
sahibi haqdır,
Haqqa
Salam-Əleyküm.
Ədlü-Adil
əyləşən
Taxta
Salam-Əleyküm.
Küllü-aləm
bir ola,
Bir an əylədənməz,
Vaxt bir
Allah görküdü
Vaxta əleyküm-salam.»
Məhz
buna görə də İbrahim İlyaslı
üçün şeir Pirdi-Ocaqdı:
Niyyətimi
qat gözüyün yaşına,
Sürt üzünü torpağına, daşına.
Bir də
dolan, beş də hərlən
başına
Nə bilmişdin...Şer-Pirdi, Ocaqdı.
İbrahim İlyaslı öz kökündən
qidalanır. Onun şeirlərini oxuyanda elə bilirsən ki, bu
şeirlər Ağamalı Sadiqin, Məmməd İlqarın
və ya Akif Səmədin şeirləridir. Lakın İncədərəsi şeir məktəbinin
bir ənənəsi də bu məktəbin nümayəndələrinin
oxşarlığı ilə yanaşı hər birinin təkrarolunmazlığıdır.
Dediklərimə Ağamalı Sadiq Əfəndi ilə
İbrahim İlyaslıdan bir paralel gətirmək istəyirəm.
Ağamalı
Sadiq Əfəndi «Qaraçı» aşıq havasına həsr
etdiyi şeirində....:
...Ayə
«Qaraçı» çal, başına dönüm,
Ayə
«El havası» ,»Qaraçı» dedim.
Ayə «Qaraçı» çal Məcnunluq edim.
Qaraçı köçünə qarışım
gedim. -
havasını necə yaşayırsa, İbrahim İlyaslı «Ruhani»
havasına həsr etdiyi şeirində həmin hissləri
eyniylə yaşayır:
... Bağrımın başına batan oxdumu?
Yoxsa ki
saplandı xəncər tiyəsi...
Allahın
yoxdumu, Tanrın yoxdumu,
Tifaqın
dağılsın adam yiyəsi,
Aman ver salamat çıxaq sabaha.
Buna nə Göy dözər, nə də Yer
aşıq.
Dedim bir
Ruhani dilləndir daha
Demədim qətlimə fərman ver Aşıq.
Mənə elə gəlir ki, əlavə şərhə
və təhlilə ehtiyac qalmaz.
Yadımdadır 80-cı illərin əvvəlləri
idi. Mən Mingəçevirdə yaşayırdım.
Günlərin bir günü o vaxtlar Mingəçevirdə
qəzet redaktoru işləyən dostum Naib Rüstəmov zəng
elədi. Telefonun o başında saz səsi
eşidilirdi. Sonradan o qəzetə təcrübə
keçməyə gəlmiş İncədərəsindən
olan Bakı Dövlət Universitetinin II kurs tələbəsi
Şiraslanla məni tanış etdi.
Şiraslanla tez dil tapdıq. Əksər İncədərəli
kimi, o da mahir saz çalırdı və gözəl
şeirlər yazırdı.
Axşam görüşlərimizin birində «Cəlili»
havası üstə bir şeir oxudu. Şeiri oxumazdan əvvəl dedi ki,
bu şeir İncəli «qımqımları» silsiləsindəndir.
O vaxta qədər
mən şifahi xalq ədəbiyyatında çox
yayılmış şeir forması kimi, «qımqım» silsilə
şeirləri eşitməmişdim və mən elə
bilirdim ki,qımqım musiqinin ifadə
formasıdır.
Şiraslanın (sonrakı taleyi haqda məlumatım
yoxdu) o vaxt oxuduğu «qımqımını» indi də
xatırlayıram.
«Uğruna
bədöy atlar nallanıb,
Nallanıban
qapınıza yollanıb,
Sən mənimsən
o iyiddər allanıb,
Ağlama
ceyran balası,ağlama
Gedər
gözüyün qarası ağlama...»
İbrahim
İlyaslı isə daha qabağa gedərək
«qımqımı» üstə, qımqımı yazdı,digər həmyerliləri kimi:
İncədə
bir gözəl ağlar,
Sarı
çiçək, sarıma çiçək,
Axşam
ağlar, səhər ağlar,
Sarı
çiçək,sarıma çiçək.
O gözəli
sevdiyindən
Ayırıb atarlar oda.
Gözlərindən
enər dünya,
Dillərindən
qopar nida:
Sarı çiçək, sarıma çiçək.
İbrahim İlyaslının içində bir vətənsevərlik,
vətənəbağlılıq var, ömrü-günü
bağlı olan doğma yerlərə bir müqəddəs
sevgi var. Bu istəyi, bu sevgini o şeirlərində daha
qabarıq büruzə verir. Onun «Qazaxlı» şeirində
dünyaya göz açdığı Qazaxa
bağlılığı necədirsə...
Qələmçə,
Göyəzən, Avey-keşiyim,
Dəli
Kür-yüyrüyüm,incə
beşiyim,
Daha nə
sorursan öyüm-eşiyim,
Ruhumun
yaddaşı-yadı Qazaxdı!
Ömrünün-gününün
əsas hissəsini keçirdiyi Sumqayıt şəhərinə
bağlılığı da həmin hisslərlə tərənnüm
edir:
...Yaşıl
bağlar saldıq,ağ məhəllələr,
Zülmət gecələri çıraqban
etdik.
Gündüz
fəhlən olduq, axşam tələbə,
Halal haqqın ilə murada yetdik.
Doğma
ağuşunda sevdik,sevildik,
Sevgilər yaşadıq sulardan təmiz.
Qubalı,qazaxlı,qəbələliydik,
Sumqayıtlı oldu körpələrimiz.
İbrahim İlyaslının
yaradıcılığında diqqət çəkən məqamlardan
biri də xalq danışıq dilini, onun şirinliyini
şeirlərində qoruyub saxlamısıdır. Məhz buna görə də
onun misraları bal kimi şirin gəlir
adama. Dediklərimə «qavqarmaq», «pırıltı», «noola»,
«öyüm-eşiyim», «teylənmək», «kümə»,
«çəhlim», «yüyrük» və bu kimi onlarca söləri
misal gətirmək olar.
İbrahim
İlyaslının əsərlərinin həcmi kiçik
olsa da, onun mövzu rəngarəngliyi ilə seçilir.Onu
istər ictimai mövzularda, istər məhəbbət
mövzularında, istər vətənpərvərlik motivlərində,
bir sözlə hər bir şeirində bədii dəyər,
fəlsəfi düşüncə və dərin məna va
Ramiz Göyüşov
Ədalət.-2012.-5 dekabr.-S.7.