QEYRƏT
CƏNGİ VƏ SEVGİ NOBARI
Ədəbi-bədii
romandan - parça
(əvvəli ötən
saylarımızda)
ŞUŞA
ZİYARƏTİ -
SEVGİ ANLAMI
Ağdamın bir qisim kəndləri işğal altında olsa da, Şuşa bütünlüklə düşmən cəngində idi. Əskəran tərəfə azacıq gedəndən sonra qonaq üçün fərq sezilmək dərəcədə olsa da, tək-tək erməni dövlət nişanlı yük və minik maşınları, toplar narahatlıq törədirdi. Fikir verirdim ki, Vahid bəy də bu həyəcanı keçirməkdədir. Köklü bakılı olsa da, doxsanıncı illərin xofu canından çıxmamışdı. Axı, ermənilər ratsiya ilə Yevlaxı tar-mar edəcəkləri ilə kifayətlənmirdilər. Bakılıları da dənizə tökəcəkləri haqda hədə - qorxu gəlirdilər. Torpağı zəbt etmək - faşist qəsdi olsa da, ermənilər bir qədər də azğın niyyətdə idilər.
Xocalı - bir şəhər oda tutulmuş, təpələrin sinəsi qan çanağına döndərilmişdi. Belə qəsbkarlıq harda görünmüşdü: uşaq, qoca, hamilə qadın gülləboran edilsin. Ermənidə nə insaf, nə mürvət. Qızıl Xaç cəmiyyəti məgər ən nüfuzlu beynəlxalq təşkilatlardan mötəbərdir. Onların qərarları da kağız üzərində qalır.
Xankəndinə çatmamış yaranmış sükutda hardansa Adılonun atmacası beynimi sancdı. Nə üçün mənim fəzilətli cavabıma sevgini bəlgə eləyib, könlümü almaq istəyir. Axı, biz namus cənginə qoşulmuşuq, sevgi axtarışına çıxmamışıq?! Və içimdə buna da cavab tapıldı: səbrli ol, tələsən oda düşər, tələsməyən sevgi qazanar.
Şair Fikrət Qoca məsləhətçim oldu.
Ayrıldıq gərəksiz saxta vüqarla
Biz dönüb baxmadıq geriyə ancaq.
O vaxtdan
gedirəm mən bu yollarla
Ürəyim deyir ki, dön bir geri bax.
Xankəndinin
yanından keçəndə üşütmə tutdu məni,
titrədim: "Mənə bax, şeytan yuvası həndəvərində
sevgi nobarı iştəhasına düşürəm?!"
Mən geriyə - iblis yuvasından törədilən
faciəyə baxmalıyam.
Və
inanc məni ayıltdı: bir sola bax!
Baxdım:
hava miniyinin skeletləri yolun kənarında idi. Dolamac yoldan da
çox bu fikrimi dikə dirədi: Neyləyim,
maşını əyləndirib, duşum, ziyarət
daşı kimi göydən qayalar üstünə
çırpılmış, içindəkilərlə
birlikdə dəmir-dümürləri də yanıb
kömürə dönmüş vertalyotu
doğmalarımın məzar daşı kimi öpüm?
Neçə yerdən bizə göz qoyulacağına xəbərdarlıq
edilmişlərin əksinə olardı. Göz
yaşlarımı içimə axıtdım.
Adılo sezmişdi narahatçılığımı. Maşını əyləmək
üçün Vahid bəyin qoluna toxunanda: - gedək, saxlamaq
olmaz - dedim.
Dağ yolu bir qədər də bizi fırfıra kimi
doladı qayaların başına. Və artıq son gədikdən Şuşa qalası qənşərdə
göründü. Şuşaya gələndə
bu "Şuşa" reklamı mənə başqa təsir
edərdi. Sanırdım ki, bürclər
şəhərin qollarıdır və insanları
mehribanlıqla bağrına basır.
İndi,
gördüyüm Şuşa ox kimi sinəmi
deşirdi. Şuşa bizimki deyildi. Olsa-olsa gözdağı idi bu qala mənə.
Bəlkə də, daşın da canı var, o
acıq-qəzəb duyğularını bizə
çatdırır.
Vahid bəy
həyəcanımı duyduğu üçün
maşını saxladığını hiss etdim. Demə, başqa narahatçılığı
varımış.
Şuşa dağının boğazında yol
ayrıcı olduğu yadımdan çıxmışdı. Axı, burada
yol haçalanır. Diklənən yol
şəhərə, köndələn yol Laçın tərəfə
gedir.
Əvvəlcə mən düşdüm və bir
baxışla ətraf zümrüd meşə ilə sinəsini
bəzəyən uca dağlara, sonra zirvələrin bəyaz
yaylığını gözüm aldı. Xan əminin
harayı məni titrətdi.
Şuşanın
dağları başı dumanlıg
Sanki yuxudan kal oyatmışdım, nə edəcəyimi
bilmirdim. Ləngiməyimizə
bəraət üçün bu ağlıma gəldi, dedim: Şuşa buradan başlayır. Həqiqətən,
Şuşa böyüyürdu, əvvəlki
libasına sığmırdı. Bax, yolun
sağ tərəfində musiqi alətləri fabriki
tikilmişdi. Yaxşı fikirləşmişdilər.
Şuşanın vizit kartı musiqi ilə səciyyələnməli
idi. Və bu da azımış kimig qulağıma tar
simlərinin dınqıltısı dəydi. Uşaqlıqda
hər havanın musiqisi rahat-ulqum kimi varlığıma daxil
olsa da, toylarda tarzənin simləri kökləməsi
acığıma gəlirdi. Ancaq bu ahəngli
dınqıltı xoş təsir buraxdı. Əvvəl ağlıma gəldi ki,
Şuşanın canlı vaxtının təskinlik
nidasıdır.
Yox, bunun əksinə imiş.
Səma gözlərimi çəkdi. Durna qatarı
keçirdi başımız üstündəng Ancaq
nizamını-səliqəsini itirmişdi durna qatarı. Qəlbi dağlardan bir qədər aşağı
enəndə, şəhərin üstündə durna
qatarının sırası pozuldu, qırıq-qırıq dəstələr
yarandı.
-
Müsyö Adılo, bir baxın Allahın durnaları da
ürküb yolunu çaşıb. Görünür top səsləri
hələ də qulaqlarından getməyib. Və
qeyri-ixtiyari "Durnalar" şeirini oxudum.
Bir zaman
havada qanad saxlayın,
Sözüm
vardır mənim sizə durnalar!
Qatarlanıb
nə diyardan gəlirsiz,
Bir xəbər
veriniz bizə, durnalar!
Adılo soruşdu.
- Sən
yazmısan şeiri?
- Mən
yazmamışam. Vaqifin şeiridir, Qarabağda
bülbüldən çox durnalara şeir qoşulub.
- O niyə?
- Durnalar
həsrət-nisgil rəmzidir. Bizi cənub
qardaşlarımızla ayıran Araz çayını ancaq
quşlar keçə bilir. Gündoğan
tərəfə uçurlar. Axı, biz
parçalamışıq. Araz
çayı bizi iki yerə ayırıb, gəliş-gediş
yoxdu, ürək ağrısını bununla təskinləşdirib
el şairləri.
- İndi
istiqlal qazanmısınız, müstəqil dövlətsiniz
yenəg
- İndi öz başımızın hayına
qalmışıq. Cavan bir şairimiz var, istiqlal hərəkatının fəalı,
çox sevilən Rüstəm Behrudi sanki durnalara nəzirə
yazıb, bu şeiri:
Hər il
"Azadlıq"
meydanından
zəvvarlar gedir
Allahın
evinə
Sevinə-sevinə
Bu nə yoldu Tanrım?!
Bu nə
yoldu imanlı
İmansızla bir gedir.
Şuşadan
keçməyən yol
Kəbəyə nə cür gedir?!
Adılo xahiş elədi ki, bir də oxuyum, şeiri lentə
köçürsün. Şairi tanıdan, məhşurlaşdıran
"Dar ağacı" şeirini də söylədim.
"Salam, dar ağacı!" şeiri manifest olmuşdu
azadlıq yürüşçülərinə
Yolumuzu davam etdirməli olduq.
Bu da
Şuşag şuşalılarsız Şuşa!
Xaç nişanlı maşını görənlər
təəccüblə süzürdü bizi. Görünür
Qızıl Xaç Cəmiyyətinin buralara gəlişi
olmamışdıg Qırılan - qırılmış,
qaçan qaçmış, əsir alınanlar isə
haralara isə aparılmışdı. Şuşada
azərbaycanlı yoxdur.
Adılo əvvəlcə Qala qapısı
ağzından aşağını, sonra
"Şuşa" yazılmış qala zirvəni lentə
köçürdü. Birini də mən nişan verdim.
-
Qalanın daşları altındakı dikdirə baxın.
Adı "Ərim gəldi"di. Şuşa
Karvan yolunun ən dəbdəbəli şəhəri olub.
Xanımlar ərlərini səfərə bu
dikdirdən yola salır və sonra daim bura gələrək,
onların yolunu gözləyirmişlər.
- Etiraf
eylə, o nənələrin nəvəsi indi öz məşuqunun
yolunu o cür gözləyərmi. Biri sən.
- Mənim
başqa inamım və niyyətim var. Mən Dəli Sona olmaq
istəyirəmg ermənilərin törətdikləri
savaş qurtarar, biz yenə iç-içə dinc
yaşamalı olsaq da mən dərd-sərimizin bununla bitəcəyinə
gümanlanmıram.
- Nədi
o dərd?
- Namus! Dədələr deyib ki, namusu itə atıblar, o da
yeməyib. Mən öz sənətim və əməlimlə
ona nail olacağım kig xalqım əzəli namus mustəvisinə
qayıtsın.
- Necə?
- Sənətin
gücü ilə. Və hamı söz-qələm
əhlini bu yürüşə cəlb etməklə.
- Bəlkə
yeni zəmanə bu iqbala qoşulmadı.
Onda qayıdacağam "Gəlinqayaya".
- Neyləyəcəksən
orada?
- Sizdə
rahiblər nə edirlər o sayaq. Allaha yalvaracam
ki, iştəklərimizdən bezibsə bizi
bağışlasın. Mən ziyarətimdə
həyatdan vaxtsız köçmüş rəfiqələrimin
uçduğu qayada Fatihə oxuyacağam. bax, belə:
Rəhimli,
mərhəmətli Allahın adı ilə!
- Həm
şükr və tərif olsun Allahın - Aləmlərin Rəbbinə.
- (Bu dünyada hamıya) rəhmli, (axirətdə isə
ancaq möminlərə) mərhəmətli olana.
-
Haqq-hesab (qiyamət) gününün sahibinə!
- Biz
yalnız sənə ibadət edirik və yalnız səndən
kömək diləyirik!
- Bizi
doğru yola yönəlt.
- Nemət
verdiyin kəslərin yoluna.
- Qəzəbə
düçar olanların və (haqdan) azanların
Yoluna bax!
Adılo
bunları lentə almaq üçün təkrarlamağı
xahiş etdi və dedi: əcəb! Sonrada
şair kimi deyəcəksən - Salam "qayadibi"ndə
olanlar. Adıloya çox xoş gəldi bu adət,
dikdiri iri planda lentə aldıg
Babam deyərdi
ki, Şuşa Azərbaycanın musiqi
ocağıdır. Həm də sədaqətli sevgililər
ocağı imiş! Biz "Ərim gəldi"dən
ibrət götürə bilərik?!
- Dedim, dərd-qəm yurdudur Azərbaycan indi. Vaxt olmadı
sizi açıq havadakı muzeyə apararıq. Orada Şuşanı, Qarabağı,
bütünlükdə Azərbaycanı şöhrətləndirən
- Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın
heykəlləri var. Bir vaxtlar bu abidələr Şuşada
idi. Erməni faşistləri onları
güllələmişlər. Bizimkilər
çox çətinliklə abidələri Bakıya qaytara
bildilər.
Qızıl Xaç Cəmiyyətinin planında
Şuşaya vaxt ayrılmamışdı. Sürücü
bunu deməkdə, burada ləngiməməyi
xatırladırdı.
Adılonun bir xahişinə əməl etməmək
olmazdı.
Dedi ki,
babam yalvarıb ki, hökmən Şuşa
məscidinə gedərsən. Məndə məscidə
inancına inam yaratmaqdan ötrü, bunu da dedi ki, mən evlənəndə
bu məsciddən xeyir-dua almışdım. Düşəri
də oldu. Daşaltıdan qalxan qırx pilləkəni
bir nəfəsə dırmaşdım,..
Məsciddən çıxandan sonra həyətdəyik,
jurnalist öz işini görür, mənsə boylanıb
Cıdır düzü tərəfə baxıram. Baxıram görüm
Vaqifin abidəsi yerindədi - yoxsa yoxg o biri abidələr
kimig
Özümə təskinlik verirəm kig Vaqifin ruhunu nə
uçurtmaq, nə güllələmək olarg O ruh yəqin
çoxdan səfər edib buradan insanların qəlbinə.
Adılo çəkilişləri başa
çatdırandan sonra, məni tək buraxdığı
üçün üzrxahlıq elədi və qolumdan
yapışıb məscidin minarələrinə sarı
aparmaq istədi.
- Neylirsiniz, durmuşuq.
- Yox, mən istəyirəm, babam kimi bu Allah evindən xeyir-dua alım, sənin üçün də bu vacibdir. Üç gün gecə-gündüz yad oğlanla bir yerdə olduğuna mənəvi haqq qazandırarsan.
Mən zarafata saldım.
- Vətəndaş kəbini sayağı
Müsyö Adılo: nobar sevgi payını da, onun üçün eliyə biləcəyimi də Qarabağdan gözləyirəm.
- Bir sözünüzə qüvvət vermək istərdim.
Dediniz ki, nə qədər fransız var, bir o qədər
də Fransa var. Gözəl tərifdir. Sizin ədəbiyyatı,
Mopasanın bütün cildini oxumuşam, nə qədər
fransız var, beş o qədər rəngarəng
fransız sevgisi mövcuddur.
Adılo, sözümü, yoxsa sevgililəri
alqışlayırmış kimi əl çaldı.
- Nəyə
görə belə nəticəyə gəlmisiniz.
- Jorj Sandın "İndiana"sına görə. Əsərin
qəhrəmanı qadınla bir yerdə olub, onun məhəbbətindən
- baxışlar çərçivəsində həzz almaq
naminə onların həyətində qulluqçuluq edir.
Bax, məhrumiyyətlərə
tab gətirib, sevgi nemətinə nail olmağın zirvə fədakarlığı
budur! Sand özü də belə qadın olub, ərini
atıb, Parisə azad yaşamaq üçün gəlib.
- Mən
onu romantizmin böyük nümayəndəsi hesab edirəm -
azadlıq carçısı!
Siz
özünüz də romantiksiniz!
- Olsun
heylə, ya da sevgi nobarı istəyi təkin!
- Olmaz!
İnşallah, Şuşa azad olanda,
öz sevgilinizlə gəlib məsciddən xeyir-dua
alarsınız. Nə təfavütü varg
Müsəlman ya xristian. Allah ki, birdir,
vahiddir. Bax onda sizi apararam Cıdır
düzünə, baban kimi qırxpilləkəni bir nəfəsə
enib qalxarsınız. Heç ona da ehtiyac
olmayacaq. Topxana meşəsi arasında,
çay üstündən körpü saldıracağıq.
Topxana harayı - Milli dirçəliş
günü kimi bayram edilir.
- Allah
qoysa!
- Özümüzdə də qeyrət iradəsi olsa! Elə işlər tutmuşuq ki, Allahın da öz bəndələrindən zəhləsi qaçmağa başlayıb. Xəlq elədiyi dilsiz-ağızsız, şüursuz heyvanlar bizdən ona sadiq olub. İnsanlıq dövrümüzə qayıtmalıyıq!
(Ardı var)
Ədalət.-2012.-6 dekabr.-S.6.