QEYRƏT CƏNGİ VƏ SEVGİ NOBARI

Cəmil Əlibəyov Ədəbi-bədii romandan - parça

 (əvvəli ötən saylarımızda)

 

Şuşadan enib, Ərgünəşə sarı üz tutanda, vaxt qısa olduğundan bir yerdə maşını saxlatmalı oldum.

- Adılo Gəlinqayaya başqa yolla getməli oluruq. Bu yola "Molla Nəsrəddin" yolu deyilir. Ağdamdan keçməli olsaq bizi incidə bilərlər - niyə getmişdiniz, icazə aldığınız məskəndən niyə qayıdırsınız?! Bu yol isə birbaşa bizim rayona gedir. Bilirsən bu yolu tarixə bu adla kim salıb. Bax, Dəli Sonanı yazan dahi dramaturq və jurnalist, sovetlər gələndə o Şuşada yaşayırdı. Fikirləşib ki, bütün şərqdə yayılmış və rusların Azərbaycanı işğalına dönə-dönə satira yazmış adamı rus bolşevikləri salamat buraxmayacaqlar. Durna yolunu seçib özünə, faytonla buradan xətərsiz keçib. Araz qırağındakı Alxanlı kəndində qonaq qalıb. Qazi Mirzə Əli Axundzadənin himayəsi ilə Arazı sağ-salamat adlayıb. Qazi Mirzə Əli mənim babamdır. O ruhani başçı tarixə onunla düşüb ki, Mirzə Cəlil onun avam kəndliləri elmə-biliyə çağırmasını, əməli xeyirxahlığını "Amerikanın kəşfi" səviyyəsində qiymətləndirmişdi. Onun da aqibəti yaxşı olmadı.

- Nə demək istəyirsiniz, bu yol bizi də o iqbala aparacaq.

- Yox, sözgəlişi dedim. Aqibəti tarix qiymətləndirir. Güman edirəm ki, siz bütün çətinliklərə baxmayaraq, izinə düşdüyünüz bu haqq işini inşallah başa çatdırarsınız, tarixə düşərsiniz və mənim babama verilən qiymət - Amerikanın kəşfi səviyyəli şöhrət sizə də qismət olar.

- İkimizə! birlikdə!

Adılo, bilirsən birlik nə vaxt olur?

- Siz deyin.

- Xalqımızın mənəvi tanrısı Nizami belə nəql eləyir bu məqamı. İran şahı Xosrov türk məlakəsi Şirinə məhəbbətini həyatiləşdirmək istəyəndə? Məşuqə deyir.

 

Gərək sən bir neçə qoca tapaydın.

Onlar gəlib işi edəydi aydın.

Adam göndərəydi kəsdirib kəbin

Bunlara layiqdir şəkərdən Şirin.

 

- Kifayətdir. Əcdad nənəniz Şirinin qanı azərbaycanlı qadınların damarlarından axmaqda davam edir.

Xosrov hardan gəlmişdi

- İrandan, Arazı keçmişdi, Azərbaycan torpağında, bax ermənilərin iddiasında olduqları bu Qarabağ yaylağında gözəli görüb bənd olmuşdu.

- Tarix təkrar olunur - Adılo zarafatla qəbahətini yumaq istədi. Bəlkə ibtidaidə fransada da belə bir adət-ənənə var imiş. İndi bizim ölkədə sevgi azaddır. Mən güman edirəm ki, dünya demokratiya qanunu bərqərar olsa, birinci bənddə yazılacaq: sevgi azaddır! Zaman və məkan müstəvisindən asılı olmayaraq!

- İnşallah! Qarabağ da bu minvalla öz haqqını ala bilər!

 

BU DA GƏLİNQAYA!

BU DA SEVGİ DƏFTƏRİM!

 

Yox, bu o Gəlinqaya deyildi!

Bizim pişvazımıza çıxanlar da gəlinqayalı deyildilər. Saqqallı ermənilər idi. Və tezliklə anladım ki, bunlar fransız

jurnalistini qarşılamağa - doğma tərəfdaşlarının xidmətində durmaq üçün gəliblər - təm-təraqla!

Mən özümü itirdim. Birdən bizlər yanılmış olarıq - Fransa jurnalisti Paris lobbisinin istəyincə gəlmiş olar.

Düzü, Adılonun nəzakətli davranışı, hərdən erməni kəlməsi işlətməsi də şəkk etməyimə əsas verirdi. Qızıl Xaç Cəmiyyətinin təmsilçisini isə arzuolunmaz qonaq kimi soyuq qarşıladılar. Erməni dığaları böyrümdə-başımda çox dolansalar da, fransızı incik salmamaq üçün ehtiyatla tərpənirdilər. Madamg madamg kəlməsindən o tərəfə keçmirdilər.

Özünü keşişə oxşatmış erməni hiss edirdim ki, gözaltı məni süzür. Oğru pişik kimi bir xeyli marıtlayıb, gah gözümün içinə, gah boy-buxunuma, daha çox da saçlarıma baxırdı.

Və qəsdən, mənim ona yaxınlıq verməyim üçün yaltaqlıq edirdi. "Sizin qulunuz Karapet xidmətinizdədirg" İndi tanıdım, bu ki, Rəşid kirvə idi!

- Xanım, siz ermənilərə yoldaş deyirsiniz?! - Adılo soruşdu.

- Kirvə başqa ayamadır. Xeyirxah azərbaycanlılar, donuz əti yeyən ermənini murdar hesab etsə də, ürəklərini sındırmamaq üçün belə bir yaxınlıq ənənəsi qoyublar. Bağışla məni, oğlanlara sünnət edəndə, erməni tutur uşağı, olur ailəyə yaxın.

- Əcəb! Kirvə də imkan düşən kimi sizi topa tutur!

Qəribə millətsiniz?!

Mən ehmalca baş hərəkətimlə "anladım" deməklə kifayətləndim. Ancaq şübhələrinə son qoymaq istəmirdi Karapet.

Mən bu üç günə, biləndən sonra ki, fransalı türk qızı roluna girməliyəm, çox məşq etməli olmuşdum. Rövşanədən ancaq içimdəkilər qalmışdı.

Ehtiyat etdiyim bircə səsim idi. Aktrisa üçün hər hansı bir əcnəbi obrazına girməkdə, gerçəklik yaratmaqda çətini də milliyətinə uyğun səs ahəngi seçmək olardı. Susmaq - ən vacibdi. Fransalı türk qızını təqdim etmək gərəkliyi üçün hərdən bir türk kəlmələri işlədirdim ki, inam yaradım.

Qonağı qarşılamağa hazırlıqlı gəlmişdilər. Və təntənəli qarşılanma məclisi bizim evin qonşuluğunda - özünü Karapet kimi tanıtmaq istəyən Rəşidin evində düzəldilmişdi.

Rəşid kirvə oxumamışdı. Bizim kənddə dördsinifli ibtidai məktəb var idi. Bizimlə iç-içə yaşayan ermənilər bir neçə kilometr aralıdakı kənd məktəbinə getməli olmuşdular. Mən onu tanıyandan kolxoz donuzlarını otaran görmüşdüm. Sonra bizim kəndə qrad - dolu buludlarını dağıdan top verdilər. İşlədən özümünkü idi, alman müharibəsindən əlil dönmüş topçu əsgər. Müəllim, marağımızı nəzərə alıb, bizi topun yanına aparmışdı. Görək buludları necə başımız üstündən top mərmiləri ilə dağıdılır. Rəşid atamın qılığına girdi ki, donuzlar xəstəlik tapıb, qırılıb, işsizəm, məni düzəlt topçuya köməkçi. Qocalıb, şikəst adamdır. Mərmiləri daşıya bilmir. Kömək edərəm.

Atam ürəyi yumşaq adam idi, sədrdən xahiş elədi. Topçu dünyasını dəyişəndə, peşəkar tapana qədər Rəşid əvəz elədi topçunu.

g İçəri girirəm. Süfrə açılıb, süfrə deyəndə ağlınız əsl süfrəyə getməsin. Atamın palıddan düzəltdirdiyi yazı masasının, mətbəx stolumuzun üstünə qəzet döşənmişdi.

Ermənilərin çox xoşladığı qızardılmış donuz balası - "çoşka" yazı masasının üsütünü tutmuşdu, sarımsaq, xiyar turşusunun iyi baş çatdadırdı.

Dişimi boğazıma qapayıb, öyüməkdən özümü güclə saxladım. Tut arağının qoxusu beynimi didirdi..

Adıloya danışmağa imkan vermirdilər. Fransa da erməni qalmadı ünvanına badə qaldırılmasın, axırda Adılo yada düşdü. İçəridən gəlmiş çalsaqqal erməni rus generalının adını çəkdi və fransıza xoş gəlsin deyə bunu da unutmadı ki, ərə, rus tutovkanın küpünə girir, deyəndə ki, fransız qonağımız var, gedək boğazımızı isladaq, "net, net!" dedi, onlar araq xoşlamırlar. Tutovqa içirdərsiniz, ölüb-eləyər şərinə düşərsiniz.

Görünür, "ölüb-eləyər" xofu məclisin müddətini bir qədər gödəltdi. Ağıllı Vahid artıq maşında idi. Nəhayət, gecədən xeyli keçmiş araq qoxuyan, yağ yanığı dadan otaqdan çıxa bildik. Qabaqda da Karapet. Və bizimlə təklənmək ona daha çox lazım imiş.

Fransızı yanladı.

- Mosa (müsyöcan) məzhəb haqqı bunların ağlı yoxdu. Qızlar, qaçıb canlarını qurtarmaq əvəzinə gedib özlərini qayadan atıb öldurublar. Top mənim əlimdəydi, qaçanlara mərmi korlamazdım. Qaçırdılar cəhənnəmə - gora. Mən mərəkdə, pəyədə gizlənənləri topla qorxudurdum ki, qaçıb rədd olsunlar. Adılo "and" mərasimindən bezikib, araya söz qatdı.

- Cənab Karapet, sənin yerin Parisdi. "Soyqırımı"na səs verməyənləri, sözlə yox, topla qorxudardın Parisdə.

- Xaç haqqı, topun qabağına qatıb, Parisdən çıxardardım, elə, türklər kimi.

- Bizi bu gecə necə qoruya biləcəksən?

- Mənim kəndimə bir köpəkoğlu ayaq basa bilməz.

Mən Karapeti qızışdırmaq istədim.

- Yerevandan gəlmiş soldatlar hardan biləcək ki, sənin kəndindir. Sənin qonaqlarındır?!

- Müsəlmanları qovan kimi, elan etdim ki, bundan sonra "gəlinqaya" - zad yoxdur. Karapetkert var!

- Səni Yerevanda tanımırlar. Bu qədər xidmətin var, çəksinlər aparsınlar ora!

- Ərə, Musa, sən ermənini yaxşı tanımırsan. Öz aralarında bir-birini qudurmuş it kimi tuturlar. Kənarda, türkə qarşı qardaş olurlar. Bunların bir düşməni var, o da türkdür.

- Sən ki, ermənisən, türkün də düşmənig

- Başqa bəla var.

- Nədir o?

- Adım Rəşiddir. Rəşid kirvə deyirlər mənə.

- Noolsun?!

- Rəşid müsəlmanca igid deməkdir. Ona görə qoymayıblar adımı. Ermənilər də belə inanc var. Arvad uşaq doğurg

Adılo məzəllik elədi.

- Uşağı bəs kim doğar?!

- Yox, ey, doğur, uşaq körpə ikən ölür, yaşamır. Onda doğulan uşağa türk adı qoyurlar. Kaş qarnı cırılaydı, doğmayaydı məni. İndi Rəşid adı qaxanc olub başıma. Məndən igid də çıxmadı, oldum donuz çobanı.

Sən öz ayağınla gəlmisən, bəlkə məni Parisə aparasan. Orda deyillər, erməni hansı adı istəyir, qoyur övladına. Müsəlman adı pisdir, niyə "Arşın mal alan" filminin artisti Rəşid Behbudovu Fransa alqışla qarşıladı. Elə Yerevanın özündə, nə qədər müsəlman adı var. Türklərin oxuyanı Zeynəb Xanlarovanı ermənistanın xalq artisti elədilər. Kimdi indi Sayat-Novaya qulaq asan.

- Karapet, ağıllı adama oxşayırsan. De görüm, qabaqkı dövr - Azərbaycan vətəndaşı olanda yaxşıydı, yoxsa indi. Qarabağda yaradılan hökmranlıq?

- Bunları yazma, ha.

Məzhəb haqqıg duz deyirəm.

Erməninin nazik yerinə toxunmuşdu. Danışdı ki, dava düşməmişdən can deyib - can eşidirdik. (İndi bir-birimizin kölgəsini ayaqlayırıq.) Dolanışığımız da elə bundan çıxırdı, nəğməmiz də. Eşitmiş olarsan can deyib haystan Azərbaycan - oxuyardıq.

Can deyirdik, boğaz bir idik. Dolanışığımız yaxşı idi.

Bax, onları qorxuzub qaçırdandan sonra Allah da bizdən əyib. Allah iki deyil, bir Allahımız var. O vaxtlar taxılımızı yığıb-yığışdıra bilmirdik. Niyə ki, mən bulud qovan topunu işlədirdim. Qoymurdum qara bulud yumurta boyda dolunu zəmilərə səpələsin. İndi nə top var, nə taxıl. Bunları, sənə ürək qızdırıb deyirəm. Yazmayasan, yoxsa, kənddən qovarlar məni. Vallah-billah bizimkilərin başı xarab olub. azərbaycanlıların yaxşı bir misalı var: quduran qırx gün çəkər. Biz o günü gözləyirik ki, türklər gəlib bizi qıracaqg

Yumuşaldığını görüb, gözlədiyi yaxşı günün muştuluq siftəsini verdim. Nəm-nüm eləsə də, pulu aldı. Məni gülmək tutdu, dolları elə qamarladı kig ovcunun içində bükmələdi, görən olmasın.

Adılo dedi: Parisdə hər millətdən adam yaşayır. Hərənin də öz marağı, xisləti var. Ermənilər çox pulpərəstdir, atasını söy, əlinə pul ver. Biz fransızlar da sizlər kimi səxavətliyik, yaxşı misal var: varını verən utanmaz.

- Madam, ağlın nə kəsir bizim bu sevdalaşmağımızdan - Adılo soruşdu. Yanlayıb qulağına dedim ki, bizlər başqayıq. Ürəyimizdə nə var dilimizə gəlir, məni bağışla, bunların xasiyyəti başqadır, ehtiyatlı ol. Min-bir dilləri var.

- Nədən hüşənirsən kig

- Bunların başçıları, necə deyərlər - qazdan ayıqdır. Bəlkə Rəşidin üstünə adam salıb, nə üçün gəldiyimizi səhih öyrənməsini tapşırıblar.

Adılo güldü.

- Mən onun söylədiklərini də, Köndələn çayın vadisində, hələ də qanın rəngi getmədiyi qayanın yanında lentə alacam. İstəsən, səninlə də qoşa şəklinizi çəkərəm.

- Dedim: bizimkilər bu şəkli görsələr, nəinki mənə, Uşaq fonduna divan tutarlar.

- Rövşanə, unutma ki, mən peşəkar jurnalistəm!

Müharibələrin axırı barışla qurtarır. Vaxt gələcək ki, ermənilər ətəklərindəki daşı tökəcəklər, xalqlar da bunu istəyir, fransızlar da, erməni ziyalıları da bunu anlayır. Ara qızışdırıb, seçki üçün bal yığmaq istədiklərinə baxma, öz tariximizdən yaxşı dərs alıblar. Bizim də başımız daşdan-daşa dəyib. Romalılar, ingilislər, ruslarla müharibələr dərs olub bizlərə. Böyük Napolyonu ölkədən sürgün elədilər, sonra peşmanlayıb Parisin ortasına Pantelon ucaltdılar. Gözəl də fikirləşiblər ziyarətə gələnlər içəri daxil olanda, baş əyməli olurlar önündəg məzar aşağıdadır.

Barış - hər iki tərəfin qələbəsi olacaq və zarafat elədi - o zaman səninlə Rəşidin şəkli qəzetləri bəzəyəcək.

- Yox, aa! Bəlkə əksinə oldu, istəmirəm!

- Hər halda ürək eyləyib qarşı-qarşıya duran iki tərəfin odu-alovu içərisinə atılmağın böyük hünər olduğu şübhəsizdir. Mopasanın çox sevilən bir povesti var - "Həyat". Onun son cümləsini fransızlar əzbər bilir: "Bax, görürsünüzmü. Güman belədir. Həyat necədir: çox elə də yaxşı və çox elə də yaman deyil."

Rəşid bir qədər əvvəl bizdən üzr istəyib, aşağı evə - bizim evə getməsi xeyli çəkdi. Biz ürəyimizi boşaltdıq. Xoş əhvalla qayıtdı.

- Qarıya tapşırdım ki, sizin yatağınızı rahatlasın, xidmətinizdə dursun. Sonra gəlib bizdə yatar.

Ancaq Qarı axırıncı tapşırığı yerinə yetirə bilmədi. Mən içəri gircək, nənəm Xanpərini tanıdım, lap qocalmışdı, ancaq gözləri diri idi.

Bağrıma basdım, öpüşə qərq elədim, qucağıma alıb, gül dəstəsi kimi üzüm bərabərinə qaldırdım.

 

(Ardı var)

Ədalət.-2012.-7 dekabr.-S.6.