M.F.Axundzadə Almaniyada

 

Almaniya ilə Azərbaycan arasında elmi-mədəni, kulturoloji dialoqun tarixi uzaqböyükdürbu dialoq bu gün də müxtəlif şəkildə və statuslarda davam edir. X1X yüzildən başlanan bu dialoq bu gün Almaniyanın Maynts Universiteti və Azərbaycanın Bakı Slavyan Universiteti arasında "Nibelunqlar" ilə "Kitabi Dədə Qorqud"un müqayisəli tipoloji araşdırması yönündə davam edir. Son iki yüzildə Almaniya Azərbaycana məxsus bir çox bədii, ədəbi, kulturoloji dəyərlərini özünə qaytarmışdır. "Kitabi Dədə Qorqud"un yenidən yarandığı arealın və mənsub olduğu xalqın malı olması Almaniyada reallaşmış, F.Ditsin araşdırmaları sayəsində mümkün olmuşdu. Eyni hissləri Mirzə Şəfi Vazehin bədii irsinin vətənə dönməsi üçünkeçirdirik. Yola saldığımız yüzildə yalnız Avropanı deyil, dünyanı dolaşan (otuzdan çox dilə tərcümə olunmuşdur) Qurban Səidin "Əli və Nino" romanı da Almaniyada həyata vəsiqə almışdır. Bütövlükdə bu üç böyük hadisə ilə Almaniya Azərbaycan ədəbi, bədii, mədəni məkanına böyük bir zənginlik gətirmişdir. Lakin xalqlar və ölkələr arasında əlaqələr bununla tamamlanmır, daim yenilənir, qarşılıqlı münasibətlər müstəvisində inkişaf edir. Bu yaxınlarda Almaniyanın paytaxtı Berlin şəhərində mütəfəkkir, yazışı, komedioqraf, tənqidçi, islahatçı Mirzə Fətəli Axundzadəyə həsr olunmuş elmi konfransı bu münasibətlərin yeni təzahürü hesab etmək olar.

İki yüz ildən sonra M.F.Axundzadənin həyatı, fəaliyyəti, əsərləri və düşüncələri ilə bağlı Almaniyada elmi konfransın keçirilməsinin dərin mənası var; Axundzadə zatən Şərq və eləcə də milli düşüncəni gəlişdirmək üçün üzünü Qərbə tutmuşdu. Maraqlıdır ki, M.F.Axundzadə Şərqdəki mövcud satus-kvonu dəyişmək üçün irəli sürdüyü Əlifba layihəsinin bir nüsxəsini də o zaman Almaniyaya göndərmişdi... Sonralar Şərqdəki mövcud status-kvonun dəyişilməsində, özübu dəyişikliyin Azərbaycandan başlanmasında M.F.Axundzadənin fikirlərinin Qərbdə təhlil edilməsinin, özüAlmaniyada dartışılmasının səbəb və nəticələri tamamilə uyğundur.

Doğrudur, Azərbaycanda bu il M.F.Axundzadənin anadan olmasının 200 illiyi ilə bağlı çox tədbirlər keçirilmişdi, ancaq mənə elə gəlir, Almaniyanın Berlin şəhərində keçirilən bu elmi müzakirənin başqa bir önəmi var; nədən ki, onun başlatdığı düşüncə və idarəetmə islahatları miili coğrafiyadan çox-çox uzaqlarda, özüonun həmvətənlərinin iştirakı ilə keçirilirdi. Burada əlbəttə, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin də payı vardır. Konfransa yola düşməzdən bir neçə gün öncə Axundovçuları qəbul edən Kamal müəllimin narahatlığının əsasında da məhz bu elmi müzakirənin məsuliyyəti dayandığından verilən tövsiyyələr də buna yönəlik idi.

Noyabrın 6-7-də Almaniyanın paytaxtı Berlin şəhərində Humboldt Universitetində gerçəkləşən konfransın baş tutmasında, şübhəsiz, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru Rəhilə QeybullayevaHumboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri prof.dr.Yeva-Mariya Auxun əməyini xüsusu qeyd etmək gərəkir. Böyük bir çaba ilə M.F.Axundzadə əsərlərini və fəaliyyətini konfransın mövzusu edərkən bunun Qərb və Şərqin qarşılıqlı inkişaf istiqamətlərini nəzərə almamış deyildi. Buna görədir ki, Almaniyada Şərq mərkəzinin keçmiş direktoru prof.dr. Udo Şteinbax konfransın açılışında Qərb və Şərq dəyərlərinin qovuşuğunda M.F.Axundzadənin rolunu düzgün dəyərləndirərək konfransın böyük əhəmiyyətini qeyd etdi və çıxışçılara uğurlar arzuladı. Prof.dr. Yeva-Mariya Auxprof.dr. Rəhilə Qeybullayevanın çıxışlarında da konfransın əhəmiyyəti və vacibliyi probleminə toxunuldu. Ayrıca prof.dr. Rəhilə Qeybullayevanın M.F.Axundovun "Aldanmış kəvakib" əsərindəki metamarfozalarla bağlı məruzəsi də maraqla qarşılandı.

Ayrı-ayrı panellərdə keçən konfransda İngiltərə, Türkiyə, Rusiya, İran, İsrail, Qazağıstan və başqa ölkələrdən gəlmiş alimlər M.F.Axundzadə yaradıcılığını müxtəlif problemlər üzrə təhlil etdilər. İlk paneldə BSU-nun müəllimi Nigar Bünyatovanın Axundovun fəlsəfi düşüncələri, Tiflisdən gəlmiş İrma Maxaradzenin M.F.Axundovun gürcü yazıçıları ilə əlaqələri, Londondan gəlmiş Sevinc Baxışın M.F.Axundzadə yaradıcılığında avropaçılıq mövzusunda məruzələri təqdim olundu. İ.Maxaradzenin Axundzadənin dəfn xərclərinin Orbeliani tərəfindən götürülməsi və guya müsəlman adətləri üzrə dəfn olunmaması ilə bağlı Orbelianiyə istinadən verdiyi məlumat təsdiqini tapmadı. Araşdırmaların bir özəlliyi odur ki, hər hansı bir fikir bir neçə faktla təsdiq olunmursa onu fakt olaraq qəbul etmək olmur. Mənim İ.Maxaradzeyə iradımın əsasında da məhz bu arqument dayanırdı. Son tədqiqatlar Orbelianinin Axundzadənin dəfni ilə əlaqədar dediyi fikirləri təkzib edir.

Konfransın ilgi çəkən panellərindən biri də Axundzadənin Əlifba islahatı ilə bağlı fəaliyyəti, fikirləri və düşüncələri oldu. Məlumdur ki, M.F.Axundzadənin Azərbaycan ictimai düşüncəsinə ən böyük etkisi mövcud Şərq mədəni təfəkkürünü, ədəbiyyatını və əlbəttə cəmiyyətini dəyişməkden ibarət idi. Bütün yaradıcılığında forma ve problematika baxımından buna əməl etdiyi kimi geniş masştabda, yəni Şərq arenasında da buna nail olmaq istəyini gizlətmir, nə qədər təəccüblü də olsa təkbaşına mövcut status-kvonu dəyişmek istəyirdi. Geniş kapsamda M.F.Axundzadənin bu konsepsiyası Şərq xalqlarının maariflənməsi, özünüidarəni mənimsəməsi və azadlığına nail olması dəmək idi. Buna görə də bu konsepsiyanı həyata keçirmək ondan bir çox islahatlar həyata keçirilməsini tələb edirdi. Onun ömrünün böyük bir hissəsini həsr etdiyi bu fəaliyyət sferası yeniləşmə, yaxud avrpoaçılıq hərəkatının başlanğıcı olur. Yeniləşmə-avropalaşma konsepsiyasının özü də M.F.Axundzadə fəaliyyətində bir neçə mərhələyə bölünür. Burada onun milli şüurun gəliştirilməsi üçün ana dilinde əsərlər yazmaq, yeni düşüncə stereotipləri formalaşdırmaq, komediya, proza, tənqid kimi janrların əsasını qoymaqla yanaşı, ictimai-siyasi arenadakı yeniləşmə ilə bağlı böyük çaba sarf etməsidir. Ömrünün böyük bir hissəsini Şərq arenasında Əlifba dəyişikliyinə hasr etməsinin əsasında da elə bu faktor dayanırdı. Başqa sözlə Axundzadənin Əlifba islahatı yeniləşmə konsepsiyasında bir açar funksiyasını görür. Mənim və Bakı Slavyan Universitetinin Türkşünaslıq şöbəsinin müdiri Aygül Hacıyevanın və Almaniyanın Tübingen Universitetinin doktoru Abdullah Kərimzadənin məruzələrində məhz Axundzadənin fikir və Əlifba islahatları müzakirə edildi.

Tənqidçi Rüstəm Kamal M.F.Axundzadənin həyat və fəaliyyətinə nitq aktları baxımından yanaşdı və yaradıcılıq poetikasının cəhəti olaraq uğursuz nitq aktlarına nəzər saldı. Berlin humboldt Universitetinin doktoru Rüfət Səttarov, Erfurt Universitetini təmsil edən Heydər Sadi, Bohum Universitetindən doktor Şamil Şıxəliyevin məruzələrində Axundovislam problemi geniş müzakirə mövzusu oldu. Bu mövzunun davamı olaraq İzmir Universitetindən gəlmiş Hilmi Özavçının Əhməd bəy Ağoğlunun yaradıcılığında islamda qadın, vaxtilə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı olan və Əli bəy Hüseynzadə yaradıcılığından filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan, indi isə Almaniyada çalışan Rasim Mirzənin Axundov yaradıcılığında modernizm mövzusunda məruzələri də maraqla qarşılandı. Günün sonunda konfrans iştirakçılarına böyük komedioqrafın əsəri əsasında çəkilmiş "Dərviş parisi partladır" bədii filmi nümayiş etdirildi.

Təl-Əviv Universitetinin doktoru Rafi Beykanovun, BSU-nun Jurnalistika kafedrasının müdiri Etibar Babayevin, həmin universitetin professoru Rəhilə Quliyevanın məruzələrində də M.F.Axundzadə yaradıcılığında və fəaliyyətində yenilikçi və islahatçı olaraq qiymətləndirildi. Professor Bella Musayeva Axundzadə obrazlarını film və ədəbiyyatlarda izlədi, filologiya üzrə fəlsəfə doktoru Fidanə Musayeva isə Axundzadə qəhrəmanlarının daxili aləminə nəzər saldı. BSU-nun dosenti Aytən Nəzərovanın məruzəsində Axundzadənin "Aldanmış kəvakib" əsərinə Orta əsrlər Şərq ədəbiyyatı kontekstində nəzər salındı, dosent Leyla Məmmədovanın məruzəsində isə folklor qaynaqları araşdırma mövzusu oldu.

Beləcə Bakı Slavyan Universitetinin aparıcılığı ilə M.F.Axundzadənin anadan olmasının 22 illiyi ərəfəsində onun yaradıcılığı, fəaliyyəti, fikir və ideyaları vətənindən çox-çox uzaqlarda (hansı ki, Axundzadə ideyalarının həyata keçirilməsi üçün üzünü məhz Qərbə tutmuşdu) müzakirə predmeti olması onun ideyalarının yaşamasını şərtləndirən faktor olaraq göstərmək olar. Bu cür qarşılıqlı elmi əməkdaşlıq həm Bakı Slavyan Universitetinin əlaqələrini genişləndirir, həm də alimlərimizin xarici ölkələrdə tanınmasına şərait yaratmış olur. Sonda onu da qeyd etməyi vacib hesab edirəm ki, Azərbaycanın Almaniyadakı səfirliyinin konfransa göstərdiyi maraq yalnız panellərdə iştirakla yanaşı, həm də məruzələrə münasibət bildirilir, müxtəlif səviyyələrdə konfransın təşkili işində də yaxından iştirak edirdilər.

 

BƏDİRXAN ƏHMƏDOV,

Professor

Ədalət.-2012.-7 dekabr.-S.7.