Xəyalə SEVİL

QUYUYA DAŞ ATMAYIN

 

Gözümün yaşını bir cüt zər kimi

Atsam... Atsam o da qoşa gələcək.

Mənim məhəbbətim yupyumurudu,

Hərlənib, frlanıb başa gələcək.

 

...Yaman darıxırdı eşqin bu gözü,

Yenə ağlamışam, qıyat yu gözü.

Ha gizlədim, ha saxlıyım su gözü

Onsuz baxışlarım yaşa gələcək.

 

Sıxdım kipriyimi, suyu çıxacaq,

Günəşi batıbdı, ayı çıxacaq.

Qazsan gözlərimi quyu çıxacaq

O da bir atımlıq daşa gələcək...

 

ÜZƏRLİK

 

Düşən axırıncı damlaydı gözdən,

Gözü boşaldı ürəyim kimi.

Eh nəyə gərəkdi üzrxahlığın,

Gün çıxar, quruyar gözümün nəmi.

 

Sıxan ürəyimi dar köynəyimdi,

Ürəyim hər şeydən sıxılan deyil.

Çəkdin əllərini ürəyim altdan,

Qorxma, rahatca get, yıxılan deyil.

 

Sevgimi soruşma, sevgim kül olub,

Sevgimi bu külə mən inandırdım.

Doladım başına üzərlik kimi,

Sevgimi ocağa atıb yandırdım.

 

LAP TƏZƏDƏN...

 

Gözünü yumub açasan,

Əllərinə bir əl düşə.

Yaşın da o yaş olmaya,

10-15 il əvvəl düşə.

 

Qayıdasan, axır yolun

Yollarının başı ola.

Gözlərindən axan yaş da

Ömrün-günün qışı ola.

 

Ağladıqca, ağladıqca,

Durulasan, durulasan.

Sevməmiş qız ürəyinlə

Lap təzədən vurulasan.

Laaap təzədən vurulasan.

 

CIĞAL

 

Yadıma salmıram səni,

Məndən incimə-incisə.

Daha boylana bilmərəm

Axı çölümdən incimə.

 

Bir azca buz bağlamışam,

Əriyərəm adət olar.

Adın dodağıma gələr,

Ərimə xəyanət olar.

 

Ağla, düşüm gözlərindən,

Sən unut məni, unut.

Sonra üzü günəşə durr,

Nəmli gözlərini qurut.

 

Xatirəni ürəyinin

Başına çək sığal kimi.

(Biz vaxtında bacarmadıq)

Bacarmadıq, bu oyundan

Çıxıb qaçdıq cığal kimi.

 

Ədalət.-2012.-7 dekabr.-S.6.