Moskva "Dolu"ya inandı

 

Rusiya paytaxtında "Dolufilminin təqdimatı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yazıçı, millət vəkili Aqil Abbasin ssenarisi əsasında Elxan Cəfərovun quruluş verdiyi bədii film Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir.

Ryumina adına Folklor Mərkəzində keçirilən təqdimatdan öncə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri "Dolufilminin bəstəkarı Polad Bülbüloğlu ekran əsərinin ərsəyə gəlməsindən söz açıb. Filmdə Qarabağ müharibəsinin dolğun şəkildə təsvir olunduğunu deyən səfir, bu cür təqdimatın məhz Rusiya paytaxtında keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Filmin ssenari müəllifi Aqil Abbas isə filmin yaradıcı heyətinə əməyi keçən hər kəsə təşəkkür edib: "Çox sevindirici haldır ki, film artıq öz ətrafına geniş tamaşaçı kütləsi toplaya bilib”. Yazıçı hazırda "Doluromanının həm türk, həm rus dilinə tərcümə olunduğunu bildirib. O, filmin Sankt-Peterburq Yekaterinburqda da nümayiş olunacağını da söyləyib.

90 dəqiqəlik filmin rejissoru Elxan Cəfərov da səhnədə olan filmin baş rollarının ifaçılarını təqdim edərək, "Dolu”nun yaranma tarixindən danışıb.

Daha sonra filmin nümayişinə başlanılıb. Filmdə coğrafi məkan kimi Şəmkir, Ağdam, İsmayıllı, Ağcabədi, Sumqayıt seçilib.

 

Ədalət.-2012.-8 dekabr.-S.3.