Kür ilə Arazın
qarışdığı yer – Neftçala
Cari
ilin 9 ayı da bu rayonun uğurlu inkişafının yeni mərhələsidir
Günlərə, həftələrə, aylara sığınan il əslində böyük zaman kəsiyində elə də böyük vaxt deyil. İçərisində yaşadığımız il də sona yetmək üzrədir. Ancaq hər saatı, hər günü ən müxtəlif qayğılarla yaşananda ilin ömrü kifayət qədər uzundur. Bu baxımdan ölkənin hər yerində son vaxtlar həyata keçirilən uğurlu sosial-iqtisadi layihələr ötən hər ilin çiyinlərinə böyük məsuliyyət qoyur və tarixləşir.
Kürlə Arazın qovuşağında yerləşən
Neftçala rayonu da bir azdan
başa çatan
2012-ci ili boş əllə
yola salmayacaq. Hələ
buna xeyli qalsa da, 9 ayın statistik rəqəmləri bunu
deməyə əsas verir.
Neftçala rayonunun maraqlı tarixi var. Rayon 1940-cı ildə
təşkil edilsə
də, 1959-cu ildə ləğv edilərək
Salyan rayonuna birləşdirilmişdir. Kür-Araz ovalığının
şərqində yerləşən,
elə şərqdən
də Xəzər dənizi ilə əhatə edilən Neftçala rayonu
1973-cü ildə yenidən
yüksələn rayon kimi
ölkə xəritəsinə
düşmüşdür. Mərkəzi Neftçala
şəhəri olan bu rayonun 1451 kvadrat kilometr ərazisi var. Səthi düzənlik olan rayonun Bankə, Xıllı, Həsənabad
qəsəbələrindən başqa irili-xırdalı
50-yə kimi kəndləri
var. Dəniz səviyyəsindən
22 metr aşağıda
yerləşən rayon neft,
qaz, yod, brom, xörək düzü kimi faydalı qazıntılarla
zəngindir. Rayon iqtisadiyyatının əsasını
da neft, qaz hasilatı, əkinçilik və maldarlıq təşkil edir. Kür çayı, Bala
Kür kanalı, Mərkəzi Muğan kollektoru bu rayonun
ərazisindən keçir.
Tuqay meşələrinin, Şirvan
Milli Parkının bir hissəsi də Neftçala ərazisindədir.
"Neftçala rayonunun
magistral yoldan kənarda yerləşməsi
o demək deyil ki, bu bölgəyə
az diqqət yetirilməlidir, əksinə,
buraya daha çox diqqət yetirilməlidir. Son illərdə
Neftçalada gedən
abadlıq-quruculuq işləri,
rayonun inkişafındakı
müsbət dəyişikliklər
və ümumən iqtisadi potensialın artması burda ciddi irəliləyişlərin
olduğunu göstərir.
Bu çox sevindiricidir
və həmin yüksəliş prosesinə
daha böyük dəstək verilməlidir".
Bu fikrin müəllifi
isə Azərbaycan Respublikasının Presidenti
İlham Əliyevdir.
Bir neçə il öncə
deyilmiş bu fikrin, tövsiyyənin miqyası bu gün Neftçalada daha böyükdür.
Təsdiqini tapan söz
Ölkə Prezidentinin Neftçala haqqında dediyi sözlər rayon rəsmilərinin,
eləcə də yerli sakinlərin üzərinə çox
böyük məsuliyyət,
etimad qoymaqla öz nəticələrini
elə də çox gözlətmədi. Qısa vaxtda
Neftçala şəhəri
öz simasını tanınmaz dərəcədə
dəyişdi. Yeni inzibati
və yaşayış
binaları inşa edildi. Park və
meydançaların salınması,
yaşıllıqların artırılması,
yeni ağac və gül kollarının əkilməsi
gündəlik həyat
qayğısına çevrildi.
Yolların, səkilərin genişləndirilməsi,
abadlaşdırılması elliklə həyata keçirildi. Rayon mərkəzi Neftçala
şəhəri gözəl
bir məkana çevrildi.
Haqqında danışılan vaxt çərçivəsində bu işlər bir qədər də genişləndirildi. Şəhərin Heydər Əliyev prospektində Rayon İcra
Hakimiyyətinin yeni inzibati binasının, Heydər Əliyev Mərkəzinin tikintisi, prospekt boyunca aparılan abadlıq-quruculuq
işləri uğurla
davam etdirildi. "Aqrartikinti Müəssisəsi"
MMC tərəfindən şəhərin
park və meydançalarında
314074 manatlıq əsaslı
təmir işləri
aparıldı.
"Aran-4" MMC 140202 manat dəyərində yol təmir işlərini həyata keçirdi. "Sirac
Təmir-Tikinti" MMC Bankə
qəsəbəsində Səməd
Vurğun adına
parkda və digər işlərdə
39949 manat məbləğində
vəsait sərf etdi. Qəsəbənin Kommunal Müəssisələri
Kombinatı sanitar təmizliyə, yaşıllaşdırma
işlərinə 29068 manat
xərclədi. Rayonun səhiyyə,
təhsil, mədəniyyət
obyektlərində, inzibati
ərazi nümayəndəliklərində
"Təmir-Tikinti" MMC 56900 manat cari təmir
işləri gördü.
Neftçala şəhər Mənzil
Kommunal Təsərrüfatı
İstehsalat Birliyi, Xıllı qəsəbə
Kommunal Müəssisələri
Kombinatı da küçələrin təmizlənməsinə,
yaşıllıqların salınmasına
müvafiq olaraq 112217 və 5200 manat vəsait sərf etmişlər.
Rayonun təmir-tikinti
təşkilatları, digər
qurumlar tərəfindən
aparılan işlərin
həcmi 4950000 manata yüksəlmişdir.
"Neftçala rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 12 iyun
2012-ci il tarixli sərəncamına əsasən
11 yaşayış məntəqəsini
birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzərkənd
avtomobil yolunun yenidən qurulmasına ilk
mərhələdə ayrılan
5 milyon manat vəsaitin 2,5 milyon manatı təyinatı üzrə istifadə edilmişdir.
39 saylı Yol İstismar İdarəsi yolların saxlanmasına və təmirinə 538
min manat xərc çəkdi.
Bütün bunlar deməyə əsas verir ki, ölkə prezidentinin Neftçala haqqında dediyi sözlər qısa vaxtda uğurla həyatda öz əksini tapdı.
Təhsilə diqqət və
qayğı həmişə
önəmlidir
Dünyanın ən böyük mütəfəkkirləri, alimləri,
üləmaları, ağıllı
imperiya rəhbərləri
belə insanların gözüaçıq, təhsilli
olmasına çalışmışlar. "Sonda elm qalib gələcək" deyimi
də zaman-zaman beləcə formalaşmışdır.
Neftçala Təhsil Şöbəsi
və rayonun təhsil müəssisələri
elmin səviyyəsini
yüksəltmək, gənc
nəslə daha yaxşı mənəvi keyfiyyətlər aşılamaq
üçün bütün
vasitələrdən istifadə
edirlər. Buna görə də bu il ali məktəblərə
sənəd verən
332 nəfər məzundan
163 nəfəri tələbə
adını qazanmışdır.
Bağırlı Nigar İlqar
qızı, Bəşirli
Leyla Elşad qızı Prezident Təqaüdünə layiq
görülmüşlər.
Rayon təhsilinin maddi-texniki
bazasının möhkəmləndirilməsi
diqqət mərkəzində
saxlanılmışdır. Xıllı qəsəbə
2 saylı tam orta məktəb
üçün 220 yerlik
yeni məktəb binası tikilərək
tədris ilinə qədər istifadəyə verilmişdir.
II Qaralı kənd tam orta
məktəbi üçün 200, Xəzər
kənd orta tam məktəbi
üçün 260, Yuxarı Qaramanlı
kənd orta məktəbi üçün
360 yerlik məktəb binalarının
inşasına başlanmışdır.
Daha
çox təmirə ehtiyacı olan məktəblərin təmiri
üçün yerli büdcədən 36 min manat
ayrılmış, təmir işləri keyfiyyətlə
başa çatdırılmışdır.
2012-ci
ilin 9 ayı ərzində rayon məktəblərinə 108,5
min manatlıq inventar və avadanlıqlar verilmişdir.
(ardı gələn
sayımızda)
Səxavət Məmmədli
Ədalət.-2012.-8 dekabr.-S.4.