QEYRƏT
CƏNGİ VƏ SEVGİ NOBARI
Ədəbi-bədii
romandan - parça
Cəmil Əlibəyov
(əvvəli
ötən saylarımızda)
- Sus, mən Rövşanəyəm! Bir-birimizi tanımırıq.
Kitab şkafına yaxınlaşdım. Xatirə
dəftərimi tapdım, oxudum və Adılonu nənə ilə
söhbətdən ayırdım. Qulaq asın bu şeirlərə.
Eşqsiz
bu dünya soyuq məzardır.
Nizami Gəncəvi
Ey
eşqə günah deyən günahkar,
Tərk
eyləməzəm mən o günahı.
İmaməddin
Nəsimi
Ey ömr
gəl indi başa sal həm,
kim,
çeşminə təzə oldu aləm!
Aləm
xoş idi ki, var idi yar,
Çün
yar yox, olmasın nə kim var.
Məhəmməd
Füzuli
Ey Xətai,
qıl fəda canın vəfalı yar üçün
Şah
İsmayıl Xətai
Tanrı
səni xoş camala yetirmiş,
Səni görən aşiq əqlin itirmiş.
Mələkləri
dərmiş, göydən gətirmiş,
Heyif ki, dəriblər tər bənövşəni.
Aşıq
Qurban
Bu
şeiri rəfiqəm Bənövşəyə ithaf kimi
seçmişdimg
Adılo, şaqqanaq çəkib güldü.
- Bunu dəftərə
yazan sevgi payından xəbərsiz qız olub?!
İnanmıramg
- Bunlar, hələ
başqa xatirə dəftərimdə olanlar da, xoş xəyallar
idig puça çıxmış xəyallar.
- Bəlkə,
cücərməkdə olan sevgi bələdçisig
- Ola bilər,
gənclik - sevgi üçün, ilk məhəbbət xatirələri
üçün gur axan çaydır. O zaman heyranlıq
yaradır kig bu çay sərt qayaların başından
şəlaləyə dönüb özünü öz
varlığını - görüntüsü, səs-sədası,
əzəmətli görünüşü ilə mən də
varam deyir.
Güman edirəm ki, Parisin gözəllik rəmzi olan
Sena çayının şəhər hissəsində şəlaləsi
olmuş olsaydı - ucalıq - əzəmət rəmzi Eyfel
qülləsini ucaltmağa ehtiyac yaranmazdı.
- Tale mənim
sevgi yaşımın qabağına iri bir qaya yumaladı -
müharibə!
- O
qayanı tək kənarlaşdırmaq olmaz.
- Ancaq mən
köməyə Vilyam şekspiri çağırıram.
Deyir: yer
üzündə ən böyük cəza da - sevgidir, ən
böyük həzz də - sevgidir.
Mən özümə cəzanı seçməli
olmuşam.
-
Anladım. Onda, çıxaq aylı gecənin
seyrinə. O bizə çox şey deyə bilərg
Bayırda, demə ki, gözətçimiz
varımış. Vahid maşının fanarlarını yanılı
qoymuşdu ki, Xaç nişanını görənlər
yan keçsinlərg
İSAQ -
MUSAQ
QUŞLARININ
HARAYI
Adılodan icazə istəyib, nənəmlə həyətə
çıxdım. Yazıq nənəm cavan oğlanla mehrimdən
incikliyini üzə vurmasa da, razı da deyildi. Bəlkə də gümanına gəlirdi ki,
teletamaşada ağanın qulluqçusu rolunu
oynadığım kimi, bu da bir teatr tamaşasıdır?!
Düzünü deyim ki, nənəmin necə olub əsirlikdə
qalması da nigarançılıq törədirdi.
Nənəmlə
evdən aralandıq, moruq kolları ilə hasarlanmış barı yanına gəldik.
Ölü bir sükut vardı. Hərdən bir
küləyin səmti dəyişəndə
Ağbulağın zümzüməsi qulağa dəyirdi.
Əslində gecə özü də dərin
yuxuya getmişdi. Və bir qədər sonra İsaq -
musaq quşlarının harayı başladıg bu da ilahidən
olan iş idi. Otaqda ehtiyatlandığımdan
deyə bilmədiklərim sicimləndi.
Birinci sualım bu oldu.
- Necə
olub sağ qalmısan, nənəcan? Biz sənə yas
tuturduqg
Ətraflı danışdı.
- Mən
qayaya sarı gedən qızlardan nigaran oldum. Qaçdım
ki, onları səsləyib, aşağı yola döndərim.
Özüm də onlarla gedim. Nə onlara çata bildim, nə camaata. Rəşid şəbbədən - xeyir
qabağıma çıxdı. Dedi: arvad getmə,
görmürsən o tərəflərdə güllə-borandı?!
- Mən,
Karapet deyil, Rəşid deməsindən hirsləndim. Dedim ki,
o murdarın öz adını de. Bunlar nanəcibdilər.
Gözəl adımızı
götürüb, yaşayan bu mürtət oğlu mürtət,
indi səni əsir saxlayır.
- Sağ
qalmağım o göydəkinin işidir. Rəşid
kirvə imdadıma çatdı.
- Bəs
işğalçı soldatlar necə qəbul etdilər azərbaycanlı
anasını?
- Əsir kimi, mırıldaya-mırıldaya. Rəşid
onlara anlatdı kig çörəyimizi bişirər,
qulluğumuzda durar. Bir saldat qulağım eşidə-eşidə
dedi: "Türklərin dolmasının dadı
damağımdan getməyib." Canımın dərdindən
Rəşidin ailəsinin təndir çörəyini mən
bişirməyə başladım. İnsafən
arvadının bir əli mənim üstümdə olur.
Düşəndə, əl tutur. Danalarımızı kəsib yeyirdilər. İçalatını mənə verirdilər.
- Soldatlar
necə yanaşırdılar əsir qarıya?
Yerevandan gələnlərin çoxu bilmirdi ki, mən
müsəlmanam, Rəşid deməmişdi.
- Hə
yuuz bizim evləri yandırmayıblar?
Dedi:
- Bilirsən
də kəndin adını dəyişiblər. Gəlinqayanı Karapetkert adlandırıblar. Yerevan ermənilərini bura köçürəcəklər.
Özləri ağızlarından
qaçırıblar. Allah qoysa niyyətləri
gözlərində qalacaq.
- Sən
necə? Ümidlisən kig bunlar rədd olub gedəcəklər?
- Ümid
məni saxlamırmı?! Bir də sizin
yadınızda olmaz. Mən təzəcə
babanın evinə gəlin gəlmişdim. Erməni basqını başladı. Şuşanı yandırdılar. Yadımdadır Novruz bayramı günü idi.
Nooldu? Onlar qovuldu. Biz şən-şadyan yaşadıq. Onu edə bilirdilər ki, dəstə-dəstə
İravandan yığışıb gəlirdilər
Şuşaya, öz xarabalarında qara zurnaya dəm verirdilər.
Göz yaşı axıdırdılar.
Bizimkilərdən də onlara baxıb yazıqları gələnlər
vardı. İndi olublar yelmar ilan quyruqları üstünə
qalxıb zəhər çiləyirlər bizə.
- Bəs
sən qorxmursan?
-
Yaşadığımı yaşamışam? Ömrümü sizə bağışlayıb gedəcəyəm
haqq dünyasına.
- Bəlkə,
burda qalmağı - qaçıb canını qurtarmaqdan
üstün tutursan?
-
Ağıllı balam. Nə qədər
gözüm işıqlı dünyaya qapanmayıb,
keçmiş olsa da doğma torpağımızı, o
dünyamızı mənə xatırladır.
Nənəmin uşaqlıqda mənə necə qahmar
çıxdığını xatırladım. Atam Bakıdan
avtomat qələm alıb gətirmişdi. Yanımda gəzdirirdim. Qaya
başında oynayanda düşüb itmişdi.
Ağlaya-ağlaya anamın üstünə gəldim, qələmi
itirdiyimi deyəndə, açıqlandı mənə:
itib-itib cəhənnəmə kig mən də deyirəm bəs
iki almısan.
Nənəm
onu qınadı: İtginin balacası - böyüyü olmur,
qızım. İstər iynə itirmisən,
istərsə yanıbalalı inək - hər itkisi adamı
yandırır.
Bunu xatırlamağım xoşuna gəldi. Və bayaq nə
üçün əsirliyə dözdüyünü
soruşanda, demədiyini indi açıqladı: "mənim
iynəm itməyib - Qarabağım itib. Mən
necə bu təbiətə, məni böyüdüb insan edən
torpağa biganə qala bilərdim?!"
Bax, elə bu anda İsaq - musaq quşları
haraylamağa başladı.
Adılonu
otaqda tək qoyub gəldiyimi anıb, nənəmə dedim.
- Mən
bu fransız jurnalistinin dilmancı - köməkçisiyəm.
Bizə xeyir olan iş üçün gəlib. Gedim onu çağırım. Biz
qayaaltına getməliyik. Jurnalist onun
üçün gəlib.
- Nə
deyirəm, - yarıkönül razılıq verdi.
Və dedi - Rəşid bilir bunu?
- Ehtiyac
yoxdur. Bələdçi mən özüm.
Elə bilirsən qaya
cığırlarını unutmuşam? Tez-tez yuxuma
girir kəndimiz, qaya başı, o cığırlar...
-
Ehtiyatlı olun. Rəşidə deməyin gedəcəyinizi.
Tox pişik kimi xorultusu bura gəlir, içib,
olmayan ağlını da itirib.
- Nənə
- Adılo otaqda fikirləşdiklərinin burda dilinə gətirdiyi
birinci bu oldu - kəndinizin adını niyə Gəlinqaya
qoyubsunuz.
- Məndən
qabaq olub bu. Danışırdılar ki, iyirminci ildə ermənilər
bura qırğına gələndə belə bir qəziyyə
olub. Təzəliklə evlənmiş gənci,
gəlinin gözü qabağında doğrayıblar. Gəlin
buna dözməyib, gəlinlik gərdəninə od vurub, özünü də qaya
başından atıb.
- Namərdlər!
- Adılonun gözü yaşardı.
Adılo ilə bir-birimizə elə
alışmışdıq ki, bir neçə dəqiqəlik
ayrılıqdan sonra da rastlaşanda sanki neçə gün
idi ki, bir-birimizi görmürdük. Çətinlik
insanı yaxınlaşdırırmış. Mən fransız üçün azərbaycanlı
babasının nəql etdiklərinin canlı -
teleaparıcı ifadəsi ilə demiş olsam, viziol təcəssümü
idim. Kəndimiz isə ümdə istək
və arzularıma qovuşmaq üçün səriştəli
bələdçi idi. Qızların taleyinə...
Bu dəfə, onun gəlişi həmin
istiqanlığın davamı olmadı.
-
Rövşanə xanım, noolub, bu faciə məkanına gəldiyiniz
üçün peşmansınız? Kefsiz
görünürsünüz.
- Yox, yox
nə danışırsınız?!
Bais daha böyükdür.
- Kimdir?
- Ay! -
Söhbəti dəyişdim. - Mən Bakıda
ayı görə bilmirdim.
Ayın vurğunu olmuşam uşaqlıqdan.
- Şəhərdə təəssüf ki, ayı
görmək və seyr etmək mümkün olmur. Əksinə olsaydı
Fransa qızları bizdən inciyərdi, onlardan göz çəkib
aya tamaşa etdiklərimizə görə!
- Gəlinqayada
heç kim sizdən incimir, istədiyiniz qədər
aya baxa bilərsiniz.
Adılo
bir qədər də mənə yaxınlaşıb, astadan
dedi.
- Siz aydan
da gözəlsiniz!
Onun dediklərini nənəmin qulağı kəsdirməsə
də, mehriban ədasına qısqanclığını
sezdim. Və onun yanına gəldim.
- Nənəcan,
biz Karapetlərin qonaqlığı üçün bura gəlməmişik.
Qaya altına enməliyik. Necə
məsləhət bilirsən. Rəşidi
oyadaq, bizimlə getsin.
- Nə
badə! Neçə gündür buna görə
gəldi-getdiyə düşüblər. Qabaq
ölü əllərinə düşəndə, sevincək
olardılar. Satırdılar. Qızların cəsədinə yaxın getmirlər.
Xaç idarəsinin adını çəkirdilər.
Rəşiddən soruşdum: insanıq, sənin həmkəndlilərindi,
dəfn eləyin. Dedi ki, mənlik deyil, yuxarıların
işidir.
Rəşid bildi, aləm bildi. Tökülüb gələcəklərg
- Bəs
necə eyləyək, özümüzmü gedək?
-
Qızım, qanı qanla yuyarlar. Bir halda ki, cəsarət eləyib
bura gəlmisiniz, dayanmayın gedin
Adılo nənənin cəsarətini heyranlıqla dinlədi. "Hardandır bu ürək
qocada?" dedi.
- Ulu nənəmizdən.
Bizim qədim zəmanədə Tomris nənəmiz
adlı ölkə hökmdarımız olub, yadelli şah onu
özünə zövcə aparmaq istəyəndə, xəbər
göndərib ki, rədd ol get burdan. Şahın
günahsız insanların qanını-qohumluqla yumaq istəyir?
Hökm verib: qoşun çəkib, yağıları
qırın, başını kəsib, tuluğa atıb,
deyib: indi nə qədər qan istəyirsən iç!
Mən,
qismət olsa, Amaliya xanımın "Tomris"
tamaşasına apararam, görərsiniz, necə nənələrimiz
olub!
Mənim üçün ay gözəllikdən
savayı həm də igidlik timsalıdır. Bir
günçıxan tərəfə baxın. Ay bizim
Baxtik dağının arxasından qalxır. Lap
oynaq vaxtlarımızda da biz o dağın belinə qalxmaq
üçün neçə yerdə dincimizi almalı
olurduq. Ay isə birnəfəsə oradan diklənib
gülər üzünü bizə göstərir.
- Deməli,
sən uşaqlıqdan igidliyin vurğunu olmusan. Bəs niyə igidlik peşələrindən birini
seçməmisən?
- İndi
seçirəm Ark yolunu!
- O
böyüklükdə sovet dövləti var idi. Faşizmə
qarşı müharibədə Azərbaycan əhalisinin
yarısından çoxu cəbhəyə getmişdi! Qəhrəmancasına
döyüşmüşdülər. Bunları
baban sizə danışmış olar. Aralarında
qadın igidlər də az deyildi.
Necə oldu ki, səhnə peşəsini seçdim. Bunu başqa
bir vaxt təfsilatı ilə nəql etməyə
çalışaram. İndi istəyirəm
ki, əsir alınıb, bütün gözəlliyini
itirmiş Qarabağın gecə mənzərəsini
müşahidə edəsiniz. Gecəmiz də
füsunkardır.
- Gözəldir!
- Mənim
gözümlə isə gözəldən də gözəldir.
Bir qədər əvvəl ay təzə-təzə
baş qaldıranda nənəmə dedim. Bayaqkı əzəmətli
qaranlıq, niyə dinməz-söyləməz öz yerini aya
verdi.
Dedi ki,
Haqdan belə hökm edilib.
- Bax bu mənim
peşə qayəmdir! Haqqa söykənsək
ulu Tanrının ən böyük buyruğuna əməl
etmiş olarıq.
- Bir qədər
əvvəl aylı gecəni seyr edərkən bilirsiniz nə
haqda xəyal edirdim. Fikirləşirdim, ayla yer arasında
qohumluq, tərəfdaşlıq var. Bəlkə də bizim kənddə
ətraf ona görə gümüş kimi ağ-appaq dona geyinir ki, Ağbulaqdan nur alıb, öz
işığına qatır göy pərisi.
Bəs insanlar niyə bir-birindən işıq alıb,
xoş, əmin-amanlıq həyat tərzini bərqərar
etmir?!
- Biz
jurnalistlər, bütünlükdə demokratik media buna
çalışır. Bəs məni bura gətirən
nədir?
Təəccübləndim:
bu quşlar ilin bu vaxtı isti ölkələrə gedirlər.
Görünür, durnalar kimi, onlar da atəşlərin
qorxusundan burda daldalanıblar.
Bu anda İsaq-musaq quşları bir də səs-səsə
verdilər. İtgilərini axtarırdılar.
- Kimdir
onlar?! Bəlkə bizi busurlar, şərti səslə
xəbərləşirlər?
Danışdım ki, bir vaxtlar onlar da xoşbəxt bir ölkənin, ailənin övladları olublar. İki qardaş bir bacı meşəyə gəzintiyə çıxıblar. İtiriblər bir-birinig bais də bir tülkü olub. Onların qabağından hiyləgərcəsinə qaçıb. Oğlanlar fikirləşib ki, tülkü harda olsa, gecə kəndə cumacaq, toyuqlar üçün. Və onun dalınca qoşublarg
(Ardı var)
Ədalət.-2012.-11 dekabr.-S.6.