TOYUQ BANLAYIR
Dünyanın işləri elə qarışıb,
Yaxşını yamandan gəl indi ayır.
Görün ki, nə qədər həddini aşıb,
Xoruzun yerinə
toyuq banlayır.
Fironluq eləyir adi gədə,
Ağsaqqal kişiyə eləyir hədə.
Belə
görməmişəm inan
heç vədə,
Xoruzun yerinə
toyuq banlayır.
Kasıbın üzünə baxılır
soyuq,
İnana
bilmirəm: məgər
biz buyuq?!
Yerini səhv salıb xoruzla toyuq,
Xoruzun yerinə
toyuq banlayır.
Çoxları deyildir işində
mətin,
İtirib
qızıltək kişi qeyrətin.
Kim deyir hökmüdür
bu təbiətin?!
Xoruzun yerinə
toyuq banlayır.
Görəsən bu sirin səbəbi nədir,
Toyuğun çaşması bir bəhanədir.
Bəlkə səbəbkarı bu zəmanədir?!
Xoruzun yerinə
toyuq banlayır.
Çalışsaq da hələ heç nə alınmır,
Zavalı xoruzlar yada salınmır.
Onların havası hələ
çalınmır,
Xoruzun yerinə
toyuq banlayır.
Hərə öz yerini bilir hardadır,
Hində xoruz yerdə, toyuq tardadır.
Hələ ki, üstünlük
toyuqlardadır,
Xoruzun yerinə
toyuq banlayır.
Yaxşı eşidilir toyuğun
sözü,
Xeyir verdiyiçün
çox ağdır üzü.
Çox
baxt qarışdırır
gecə-gündüzü,
Xoruzun yerinə
toyuq banlayır.
Üstünlük ondadır bəxti
gətirib,
Zaman istəyini kama
yetirib.
"Toyuqluq" adını tamam itirib,
Xoruzun yerinə
toyuq banlayır.
Hərə öz yerində
olmasa əgər,
Ömrümüz-günümüz ötüşər
hədər!
Belə
olacaqdır nə vaxta qədər
Xoruzun yerinə
toyuq banlayır.
ÖLƏNDƏ ÖLƏRİK,
QALSAQ YAŞARIQ
Bizə
hədə-qorxu gələn
bəzi cahangirlər
Bizi qorxutmasın hər yetən gədə,
Sarsılan deyilik, nə qədər varıq.
Xalqım
yenilməzdir azad ölkədə
Öləndə ölərik, qalsaq
yaşarıq!
Özünə ağalıq eləsin
hərə,
Düşməsin havayı boş fikirlərə.
Budur cavabımız cahangirlərə:
Öləndə ölərik, qalsaq
yaşarıq!
Yüz düşmənə cavab
verə birimiz,
Çoxdur bizdə Mübariztək
ərimiz!
Qüdrətlidir hər cəsur
əsgərimiz,
Öləndə ölərik, qalsaq
yaşarıq!
Hələ susmamışdır qəlbimin simi,
Müzəffər bayraqlı bir ordu kimi.
Cihada gedərik bir nəfər kimi,
Öləndə ölərik, qalsaq
yaşarıq!
Min dəfə düşdük
ki, çətin sınağa,
Başımız üstündə olmasın
ağa!
Canımız qurbandı Ana Torpağa
Öləndə ölərik, qalsaq
yaşarıq!
AXIRIN AXIR OLSUN
Qıymaram vaxt-vədəsiz,
Nə bir çiçək, gül
solsun.
Arzularam
hər kəsə:
Axırın axır olsun.
Xilaf çıxanda vədə
Təqsir görmə özgədə.
Əvvəlin nəs gəlsə
də,
Axırın axır olsun.
Cah-cəlalın olsa da,
Qiymətlidir xoş səda.
Etibarsız dünyada
Axırın axır olsun.
Sirr var hər saatda,
Bunu bilmir saat da!
Elə yaşa həyatda
Axırın axır olsun.
Ötüb keçər çətin
də,
El-oba adətində.
Ömrün aqibətində
Axırın axır olsun.
Ömrü vermə yelə
ki,
Səninkidir hələ ki.
Salamatsan
neçəki,
Axırın axır olsun.
Qızılgülün çətrinə,-
Könül verdim ətrinə.
Bənövşənin xətrinə
Axırın
axır olsun.
Uyma
şöhrətə, ada,
Aqibəti
sal yada.
Əvvəlin
şah olsa da,
Axırın
axır olsun.
Əjdər QİYASLI
İqtisadçı alim, şair
Ədalət.-2012.-11 dekabr.-S.6.