QEYRƏT
CƏNGİ VƏ SEVGİ NOBARI
Ədəbi-bədii
romandan - parça
Cəmil Əlibəyov
(əvvəli
ötən saylarımızda)
Qayıdanda bacıların tapmayıblar.
Bacısız üzüqara evə dönməkdənsə
Tanrıya diləyə gediblər: Sən bizi quşa döndər,
bacımızı axtarıb tapaq.
- Nə
gözəl əfsanədir!
- Həm
də ibrətlidir. Mən rəfiqəm Bənövşəni
tapana qədər bax bu quşlar kimi haraylayacağam.
Harayıma "yox" cavabı verilsə də! Bu quşlar
iki sədada öz borclarına əməl edirlər. İsaq:
Tapdın? Musaq: yox!"
Adıloya
xoş gəldi bənzətmə.
- Mən
Musaq olaram. Ancaq bu ağır - acı "yox!"
cavabı təkrarlamayacağam!
Anam həmişə deyərdi.
- Bizim qəbristanlıqdan bir ovuc torpaq gətirəydilər. Harda basdırsanız məni o torpağı qəbrim üstünə səpərdiniz.
-
Misal var: dağ Məhəmmədə sarı getməsə,
Məhəmməd dağa sarı gedər. İnşallah, sən
özün öz ayağınla Gəlinqayaya gedəcəksən.
Adılodan
icazə istəyib torpağı dəsmala yığdım.
Qaya
başından Ağbulağa qədər bu xəyal - ziyarət
eşqi məni qanadları üstünə aldı.
Aktrisanın xoşbəxtliyi odur ki, onu sevirlər. Ən çox da ifa etdiyi rollar qazandırır bu məhəbbəti. Mən də bunu hiss etməkdəyəm. Ancaq gözümün qabağına dünyanın məşhur aktrisalarını gətirəndə, anlamım belə olur ki, mən yalnız Dəli Sona ilə o nüfuzu qazana bilmərəm. Mən Romeonu, Ofelyanı, Şirini oynaya bilmərəm. Çünki onların yaşadığı mühit mənə yabançıdır. Bir də axı, bizim tamaşaçılar üçün sevgi ibrəti luzumda deyil hamının öz sevgisi var, onunla yaşayır.
- Bəs sizin sevginiz?
- Az-çox Romeo ürəyimə yatır. Onun bir ayağı səmada, bir ayağı torpaqda olsa da, sevgini doğru - düzgün qiymətləndirir.
"Sevgi
müstəsna bir müdrik siqlətdir - acısı da,
şirini də kifayət qədərdir".
Bax,
mən buyam. Ancaq zəhər içib acılıqdan xilas
olmaq mənə yaramır, Ofelya sayağı.
Mən
Babəkin qadını kimi, xalqı yadellilərdən xilas
etmək əməli ilə, həm də gözəllik
timsalı ilə yaşamağa qadir olmalıyam! Amaliya
xanım bunu səhnədə dəyərincə elədi
Mənim,
bu parlaq istedadlı aktrisanın yolu ilə getməyə
gücüm çatarmı?!
Və düzəliş verməli oldum.
Xalqın sevimlisi Rasim kimi igid Babək - tərəf -
müqabilim olarsa.
Adılo
obrazının səhnədə yaradılacağı
haqqında xəyalım öz yerini tutsa da, bundan da imtina etməli
olaram. "Mən sevdiyim adamı öpüşlərə
qərq edərək zəhər içib acılıqlardan,
zavaldan qurtula bilmərəm. Mənim torpağıma andım
var: de Ark kimi ölmək! Mən kiçik ya böyük
öz rolumu: acılı-şirinli həyatımı da.
Torpağımın fədaisi rolunu səhnədə olmasa da
yaşadığım keşməkeşli həyatda
oynayacağam! Məhəbbət qismətim olmasa dag
Nənəm, bizə yaxınlaşdı. Və
mırıq dişləri arasından sözləri güllə
kimi yağdırdı.
- Nə durmusunuz? Haydı, işinizin ardınca
gedin. Onlar oyanandan sonra
qurğunuz alt-üst ola bilər.
Gedin!
Artıq dan yeri sökülməkdə idi. Bu da xoşbəxtliyimiz
idi ki, günəş birinci olaraq bizim dağlarla
salamlaşır. Deməli, gündüz
bizdə tez başlayır. Və bundan
faydalanmalıyıq.
-
Adılo, kameranı götür, getməli olacayıq.
Və göz qırpımında jurnalist
yaraqlarını otaqdan götürüb, hazır vəziyyətdə
dayandı.
Nənə kövrək səslə uğur dilədi və
əllərini səmaya dikləyib, Tanrını köməyə
çağırdı.
Biz artıq kənddən aralanmışdıq.
Bu da
Qayabaşı, bu da mənim bütün sevinclərimin
beşiyi. Və bəlkə də son dəfə
gözümə yığa biləcəyim qayalar
başı.
Adılo ətrafı lentə köçürdü. Və dərhal
da çantasından alpinist ipini çıxartdı.
-
Düşmə! Cığır var!
Bu sözümü o sal daşa bənd elədiyi alpinist
ipindən sallandığı və sinəsinə
sıxıb kameranı enmə bucağına
tuşladığı anlarda hardan eşidə bilərdi?!
Mən gözümü çəkmirdim. Hərdən
ayağını qoyduğu qaya uçur, iri daşlar
üzüaşağı diyirlənərək,
başqalarını da qoparıb çaya tökürdü,
toz dumanı arasında gözdən itən Adılo sanki
ürəyimin şah damarını da
qırıq-qırıq edib, həyatın bu dəhşətli
axarına qolazlayırdı. Hərdən də
gözümdən itəndə ikinci bir qorxu canıma
çökür: axı, danışardılar ki, bu
qaranlıq kahalarda qulyabanı məskundur. Birdəng
Mən Ağbulağa gedən çınqıllı
cığırı aradım. Qızlar bir yana,
bulağa su içməyə enən dağ keçiləri
də bu cığırı zərbli ayaqları ilə
ağardardı. İndi, hardasa cığır
itirdi, görünür güllə qoxusundan keçilər
qayanın üstündən tullanırmışlar. Və
ya güllə səslərindən ürküb su yolunu dəyişmişlərg
mən ölüm - gor cığırı ilə getməliyəm!
Ehtiyatlandım. Mən uçurlansam Adılonun bütün fikirlərinin
alt-üst olması bir yana, özü də
dözməz. Bu iki qorxu arasında, Gəlinqaya
faciəsini xatırladım. Fransızın
başına bədbəxt iş gəlsə, mən nə edərəm?!
Ölüm ondan fərz olardı mənə.
Ağbulağın
yanına enəndəg kaş gözlərim kor olaydıg nə
görsəm bundan dəhşətli ola
bilərdi. İki qızın cəsədi qar
tarı içindədir. Bir qədər aralıdag iri
qan ləkəsi, bəyaz qar üzərində sanki
yazmışdı: yaxın gəlmə!
Adılo
cəsədləri lentə alıb, mənə
yaxınlaşdı:
- Bu da
haqq! Bu da fəlakətlər fəlakətig
Parisdə erməni qızları bax bu igid qızların uzun
saçlarını başlarına bənd eləyib, azərbaycanlı
olduqlarının gerçək görüntüsünü
yaratmaq istəmişlər. Alçaqlar!
Uşaq kimi, bir-birimizə qoşulub ağladıq.
Kişi mərdanəliyi üstün gəldi.
- Bəsdir,
göz yaşları köməyimiz olmayacaq! gedək!
- Necə?
Buralara sən bələdsən. Sizin
çaylar günçıxana sarı axır yəqin.
Onun yatağı boyu aşağı ensək,
Qarabulağa yetişə bilərik.
- Hə -
dedim və sualımı da çatdırdım - bəs Bənövşə?!
- Darıxma.
Mən Qızıl Xaça telefon eləyib, məsələni
açıqlayıram. Qoy onlar
Qaçqın idarəsinə sifariş versinlər, belə
bir qızın harada olduğundan xəbər tutsunlar.
Bu, belə! Mən Vahid bəyə telefon
açıb, deyəcəm ki, qurbağa kimi o, sərxoş
quruldayanlar oyanmamış, gəldiyimiz yolla qayıtsın.
Qaraköpəyə. Orda görüşərikg
Qalaaltına
enməmişdən nənəmlə vida
görüşünü xatırladımg
Gəl
gedək baş bulağa,
Suyu sərxoş bulağa.
Birin sən
de, birin mən
Tökək
qan-yaş bulağa
Göy
üzü damar-damar,
Göydən yerə qan damar.
Düşdüm
düşmən əlinə,
Doğradı damar-damar.
Mən
aşıq çəkim dərdi,
Doğruyum töküm dərdi.
Nə
qızım var, nə nəvəm
Kiminən çəkim dərdi.
Bəs mən kiminən çəkim bu dərdi, ay nənə?!
Erməni
vandalları, dinc yaşadığımız yerdə, elə
bir vəhşilik törətdilər kig
Bir qədər
əvvəl nənəmə aktrisalıqdan əlimi
üzdüyümü göz yaşlarımla deyəndə,
belə təskinlik vermişdi: "Əziz balam, siz cavanlar
indiki ədəb-ərkan pozquntularını özünüzə
dərd edəndə, görün bizlər nə çəkirik?!
Bunların hamısına bais davadır. Dünya müharibəsi zamanı da belə əxlaq
sarpıntıları olmuşdu. Amma bu təhər yox!
Dava - xalqın həyatında çat atmış
güzgüdür, sənin gözəl Bənövşən
də o sınıq aynada özünü şikəst görə
bilər. Əlac - davaya son qoymaqdadır. Binayi - əzəldən bizim obada
cızığından çıxan zənən tayfası
olmayıb. Bu müsibətdir. Normal həyatdan ancaq qeyrət naminə
çıxmaq olar!"
SON
HEKAYƏT
EPİLOQ
ƏVƏZİ
Adılonu
vətəninə yola salandan sonra tənhalıqda hiss edirdim
özümü. Bir yandan rəfiqələrimin Allahın məzarında
da yer ala bilməməsi, daha çox da Bənövşənin
yoxa çıxması! Ölüm
hamının getməli olduğu mənzildir. Unudulur. İtkin düşmüşün
minbir dərdi var. Onda da Bənövşə ola!
Bütün gəncliyimi, bütün xoş
günlərimi itirmiş kimi idim. Kaş heç gedib
öz gözümlə görməyəydim kig o yoxdur!
Qızıl Xaçdan təzəcə gəlmişdim,
otağa girmək də istəmirdim. Haqq sözdür ki,
dünya insanda sığışa bilər, amma dərdli
insan bu boyda dünyada özünə yer tapa bilməz. Bənövşənin sorağı ilə
Qızıl Xaça gündə necə dəfə getmək
rahatlıq idi - ümid-qüvvə verirdi mənə.
Ancaqg qayıdanda sanki qaya daşları
ağırlığında şələ
daşıyırdım kor peşman əhvalımla!
Adılo da gündə neçə dəfə telefon
açırdı. O da şux əhvalla başlayırg. Verilişlərin
möhtəşəm səs-səda saldığından,
babasının mənim yolumu səbirsizliklə gözlədiyindən
danışırg mən bədxəbərdən
ruhlandırıcı bir söz eşitməyib məyus olurdu.
Aralıdan gözüm aldı ki, Prezidentin qəbul
otağında ucaboy bir qadın dayanıb. Geyim-keçimindən
kənd adamına oxşayırdı. Uzun
hörükləri kəmər yerini döyürdü. Hüşəndim.
- Siz niyə
burda durmusunuz?
Böyüyünüzün yanına göndəriblər
məni.
-
Uşağınız hanı? gözləməli
olmazdınız. Biz uşaqla bağlı
qayğılara əncam çəkirik.
- Uşağım
yoxg yoxdu. Olmayıb. Heçg
-
Qaçqınsınız?
- Bə-bə-li.
-
Hansı rayondansınız?
Cavab olmadı. Əlavə sual verməli oldum.
- Ailəniz
hardadır, indi?
Bu dəfə özünü ələ ala bilmədi. Göz yaşları ilə
cavab verdi.
- Kövrəlməyin.
İndi bu bədbəxtlik çoxlarının
başına gəlib. Qarabağlılar bütün Azərbaycana
səpələnib!
- Məəndən
heeç nə soo-ruşma-yın.
Sağ əlini
sellənən göz yaşlarına bəlgə etmək istədi.
İlahi,
bu qızın əli nə gündəydi: biləkdən
bükülmüşdü, yumuruqlamışdı,
süddüyan kimi saralmışdı.
Sualı elə verdim ki, qısa cavab üçün
çətinlik çəkməsin.
- Xəstəlik
tapmısan?
- Hə.
- Mən
köçkün düşmüş rayonların
adını desəm, yada sala bilərsən?
- Hə.
Ərgünəşin adını deməyə
peşman oldum.
Bu dəfə hər iki qotaz sayaq əlini sinəsinə
çırpdı.
Qucaqladım onu, uşaqlıqda anam məni
bağrına basan kimi.
- Sən
Bənövşəsən?
- Hə.
- Məni
tanımadın. Mən Röfəyəm, Rövşanə
Söz tapmayıb üz-gözümü öpüşə
tutdu.
- Vallah bu
möcüzədir!
Başını buladı.
- Olag
caq-dı.
Bənövşəni otağa apardım. Bir daha suallarımla onu
narahat etmək istəmədim! Çay dəmlədim! Şirniyyat qoydum qabağına. Və
özümdən asılı olmayaraq hər dəfə
yanından keçəndə hörüklərini ovcumun
içində dəstəkləyib öpürdüm.
Bənövşə riqqətə gəlmişdi. Bu dəfə
hörüklərini sinəsinə töküb soruşdu.
- Bunları neygləyəgcəyəm burda?
-
Anladım.
- Səni
öz yanımda saxlayardım. Amma bilirəm ki, Prezident
başqa cür həll edəcək. O çox müdrik adamdır. Lazım bilsə, apararam anamın yanına. Anam Şüvəlanda - Abşeronun ən gözəl
yerində, yazıçıların yaradıcılıq -
istirahət evində qalır. Müəllimə
ilə şagirdi orada kiçik bir Gəlinqaya mühiti
yaradarlar. Lakin birinci növbədə sənin
müalicənlə məşğul olmalıyıq. Sən, tam sağalacaqsan. "Bənövşə"
oynadığımız dövrün gümrahlığı
kimi.
- Qaldığım
kənddə hörgüklərgimə qızglar qulgluq edərdi.
Bəsg
- Anam sənə
də ana olacaq.
Dediklərimə inam yaratmaq üçün prezidentimiz
haqqında ətraflı danışmalı oldum.
Bizim prezident binəsib adamlara Tanrı töhfəsidir. İndiki zamanda kim ağlına gətirərdi ki, hökumətdə
ikinci şəxs olan böyük vəzifə sahibi öz istəyincə
elm ocağını - akademiyanı seçib fəaliyyətini
orada davam etdirsin. Bu da hələ hamısı
deyil. Ermənilər aranı
qarışdırdı. Uşaqlar daha
çox zillətlərə məruz qaldı. Ərizə verib Uşaq Fonduna keçdi. Bənövşə, bacım, mənim taleyim də
bu anlarda həll olundu. Teatrdan gedəndə
mən telekanalda işləyirdim. Ağılagəlməz
görüntünü lentə aldırdım.
Nazirlər sovetinin birinci müavini iclasda rəyasətdə
nüfuzlu adamların yanında oturmuşdu. Elə ki, ərizəsinə
görə başqa işə keçirildiyi həll olundu,
gözlənilmədən kürsüdən qalxdı. İclas sədrini də çaşdırdı.
Aşağı düşdü, beşinci
sırada əyləşdi. Onun
üzündəki məmnunluq cizgilərini kameraya
köçürdük. Necə də xoşbəxt
idi!!!
Bütün zalı heyrət bürüdü.
(Ardı var)
Ədalət.-2012.-12
dekabr.-S.6.