DAĞLARIN
ÜZÜ QIŞA
Yardımlılar
isə qışa hərtərəfli hazırlaşıblar
Payızın son ayı dağlarda
daha çox hiss edilir. Az
əvvəl meşələrə
min bir naxış vuran ağacların sarı-qırmızı yarpaqları
tamam seyrəlmişdir.
Əsasən sarı çalarlarla
zəngin olan meşələr bir azdan tamam çılpaq
qalacaq. Lap yuxarılara
düşən qar çox güman ki, bu günlərdə
hər yeri ağ örpəyə
bürüyəcək. Və beləcə
4-5 ay qış dağlarda
hökmranlıq edəcək.
61252 nəfər əhalisi
olan Yardımlı rayonu da qışın
nəfəsini duymaqdadır. Sakinlərin dediyinə
görə daha sərt keçən ötən qış onların gözlərini qorxutduğundan bu ilki qışa daha möhkəm hazırlaşıblar. Mal-qaraları üçün
yem ehtiyatlarını,
əsasən də ot-ələflərini daha
çox tədarük
ediblər. Rayonun
lap ucqarlarında yaşayanlar
evlərini qızdırmaq,
biş-düşlərini etmək
üçün quru odun tədarükünü
unutmayıblar.
Rayon sakinləri şəxsi
təsərrüfatlarından əldə etdikləri kənd nemətlərinin
- taxılın, kartofun,
soğanın bolluğundan
da eyni həvəslə
danışırlar. Əslində dağlarda yaşayanlar üçün bütün
bunlar adi həyat qayğılarıdır.
Ancaq nəzərə alsaq ki, burda bəzən
aramsız yağan qar sakinlərin günlərlə ətrafla
əlaqəsini kəsir.
Ona görə də qışa daha ciddi hazırlaşmaq vacibdir.
Qışın qayğıları uzun qış gecələrində
həll olunmur. Bu işlərə isə ilin digər fəsillərində tədarük
görmək qaçılmazdır.
Meşələrin rahat yaşama haqqı
Dağ rayonlarında
meşələrdən hərtərəfli
istifadə etmək insanların yaşama hüququdur. Ancaq heç bir
təbii sərvət
tükənməz deyil.
Təbiətin yaşıl örtüyü
meşələr də
bu qəbildəndir.
Əslində insanların bu
təbii tələbini
başa düşmək
üçün riyazi
hesablamalara da ehtiyac yoxdur. Çünki dağlardakı sərt
qışı yaşamaq
elə də asan deyil.
Yardımlıda insanların bu təbii, həm də sosial ehtiyaclarını aradan qaldırmaqdan ötrü
son vaxtlar çox mühüm layihələr
həyata keçirilməkdədir. Belə ki,
rayon mərkəzi və
mərkəzə yaxın
olan bir sıra kəndlər artıq mavi qazdan istifadə etməyə başlamışlar.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
2013-cü ilin axırlarına
kimi respublikada qazlaşmanın səviyyəsini
95 faizədək yekunlaşdırmaq
tələbini qarşıya
qoymuşdur. Qeyd etmək lazımdır
ki, ölkə prezidenti 2006-cı ilin oktyabr ayında Yardımlıda ilk dəfə
mavi qazın verilməsində iştirak
etmişdir. Elə həmin
vaxt cəmi 252 abonent mavi qazdan
istifadə etməyə
başlamışdır. İndi rayonun 88 yaşayış
məntəqəsində 8291 abonent bu xidmətdən
istifadə edə bilir. Artıq rayonun 15 faiz
əhalisi mavi qazdan yararlanmaqdadır.
Bu isə Yardımlının
6 yaşayış massivi
deməkdir.
Rayon mərkəzi olan
Yardımlı şəhəri
bu təbii nemətdən 68 faiz bəhrələnməyi bu
günün reallığıdır. Rayon mərkəzindən
o qədər də uzaqda olmayan Bozayran kəndi 10 faiz, Qabaqdibi 8 faiz, Ürəkəran kəndi 37 faiz mavi qaz almağa
müvəffəq olmuşlar.
Sırıq və Əngövül
kəndləri isə
təbii qazla başdan-başa təmin edilmişlər. Qeyd
etmək lazımdır
ki, bu ilin
10 mayında, Ümummilli
Lider Heydər Əliyevin anadan olması günü münasibətilə Əngövüldə
sakinlərin təbii qazla tamam təmin
olunmaları xüsusi
təntənə ilə
qeyd edilmişdir. Bu ilin iyul ayından isə 300 abonenti olan Bozaran
kəndinin bütövlükdə
qazlaşdırılmasına başlanmışdır. Artıq tikinti-quraşdırma işlərinin
böyük hissəsi
arxada qalmışdır.
Çox
yaxın vaxtlarda kənd sakinlərinin hamısı mavi qazdan istifadə edə biləcəklər.
Yardımlıda mavi qaz təminatını miqyası
hər gün böyüməkdədir. Şəhər mərkəzi ilə
birlikdə onun yaxın ətrafı, qaz kəmərinə yaxın 12 kəndin qazlaşdırılması nəzərdə
tutulur ki, bu da yaxın
vaxtlarda həyata keçiriləcəkdir. Mavi qazdan
daha səmərəli
istifadə etməyə
çalışan rayon rəhbərləri,
eləcə də sakinlər yaxın vaxtlarda bir sıra
obyektlərdə bundan
lazımınca yararlanmağı
qarşıya məqsəd
qoymuşlar. Köryədi kənd orta məktəbinin bu xidmətdən istifadə
etməsinə isə
elə də çox vaxt qalmayıb. Bu məqsədlə artıq
layihə smeta sənədləri də hazırlanmışdır.
Zərifə Əliyeva adına uşaq bağçasının qazla
təmin olunması üçün layihələndirmə
prosesi arxada qalmışdır. Yardımlı rayonu kimi dağlarda,
geniş ərazidə
yerləşən yaşayış
məntəqələrinin təbii qazla təmin etmək doğurdan asan deyil. Ancaq dağların yaşıl
örtüyünü qorumaq,
insanların sosial şəraitini yaxşılaşdırmaq
üçün mavi qazdan istifadə etmək zamanın tələbidir.
Yollar birləşdirir obaları,
elləri
Yardımlı rayonunda inkişaf etdirilən, yenidən qurulan infrastrukturların şəbəkəsi hər
gün genişləndirilməkdədir. Yol təsərrüfatı
da yardımlıların
gündəlik həyat
qayğılarından biridir.
Bu infrastrukturu genişləndirmək üçün
rayon İcra Hakimiyyəti
və Azərbaycan Respublikasını Nəqliyyat
nazirliyinin birgə səyi nəticəsində
şəhər və
kənd yollarının
təmiri məqsədilə
rayona müxtəlif texnikalar gətirilmişdir.
Rayon 44 saylı Yol İstismar İdarəsinin
də texnikalarından,
maşınlarından istifadə
etməklə şəhərdə
6 kilometrə yaxın,
uzunluğu 7 kilometr olan Şilvəngə - Ökü-Mamulğan yolunun
4 kilometri, Yardımlı-Vəlixanlı
yolunun 0,7 kilometri, Hamarkənd-Abasabad
yolunun 0,5 kilometri, uzunluğu 2 kilometr olan şəhərin Ünəc küçəsi,
uzunluğu 8 kilometr olan Yardımlı-Şəfəqli
yolunun 2 kilometr hissəsi, Dəryavar yolunun 0,2 kilometri, Ləzran yolunun 0,8 kilometri çınqıl
örtüklü daşlarla
təmin edilmişdir.
Bundan başqa uzunluğu 7 kilometr olan Zeynələzir-Honuba yolunda, uzunluğu 4 kilometr olan Gügəvar
yolunun 2 km hissəsi, uzunluğu 2 km olan Cerinbel yolu, uzunluğu 3 km olan Dağüzü yolunun 2
km hissəsi, Avun yolunun 0,5 km hissəsi,
uzunluğu 4 km olan Gərsava yolunun 2,5 km hissəsi, uzunluğu 3 km olan Kürəkçi yolunda torpaq işləri görülmüş
və yolun eni 6 metr olmaqla
tamamilə genişləndirilmişdir.
Ümumilikdə, 40 km-ə yaxın yol çınqıl örtüklə
təmir olunmuş, 19
km yol isə eni 6 metr olmaqla
genişləndirilmişdir.
Masallı-Yardımlı yolunda təmir işləri gündəmdən
çıxarılmamışdır. Yola
tökülmüş çınqıl
və daşlar daim təmizlənmiş
bir sıra yerlərə asfalt
vurulmuşdur. Ötən müddətdə
Yardımlı rayonuna 1 ədəd Tatra və 1 ədəd RK-27 özüyükləyən
traktor verilmişdir. Yol İstismar İdarəsindən
bitum və mazut
ehtiyatı çoxaldılmışdır. Qış
mövsümündə avtomobillərin təhlükəsiz hərəkətini
təmin etmək məqsədi ilə qum
və çınqıl tədarük edilmişdir.
Arxada qalan vaxt ərzində idarəyə 70 ton bitum,
15 ton mazut gətirilmişdir. Müəssisədə olan asfalt beton
zavodu təmir edilmişdir. Burda asfalt
işlərini aparmaq üçün lazımı
olan bütün
material istehsal edilir.
Dağlarda güclü leysan yağışlarının yağması
təbiidir. Bunun nəticəsində Viləş çayı öz məcrasından çıxaraq qaz xətlərinə, avtomobil
yollarına ciddi ziyan vurmuşdur. Bütün bunları aradan qaldırmaq üçün rayon rəhbərləri,
yerli icra strukturları mütəmadi
iş aparırlar.
(ardı
gələn sayımızda)
Səxavət Məmmədli
Ədalət.-2012.-12
dekabr.-S.7.