QEYRƏT CƏNGİ VƏ SEVGİ NOBARI

 

Ədəbi-bədii romandan - parça

Cəmil Əlibəyov

(əvvəli ötən saylarımızda)

 

Mən həmin anı efirə çıxardanda, bu böyük şəhərdə özümə yer tapmırdımg görənlər qucaqlayır, telefonum bir an susmur. Camaat, xüsusən ziyalılar bu hərəkəti istiqlal neməti kimi qiymətləndirirdilər: bax bu yüksək insaniyyət rəmzidir, deyirdilər, müstəqilliyimizə əsl xidmətdir!

Bu hərəkəti şərh edərkən, təcrübəsizliyə yol vermişdim. Böyük şəxsiyyətdən ibrət götürməyə çağırmışdım. Bir atalar misalını çəkdim: insan ağrıyan yerinə əl uzadar. Və bizim başbilənlərimiz ağır günümüzdə belə hərəkət etməlidir!

Telekanal başçısı, həddimi keçdiyim üçün məni izləməyə başladı.

Həyatım qədər vurulub, neçə il Azərbaycanın intellekt sahiblərimdən öyrəndiyim səhnə sənətimi heç olmazsa veriliş aparmaqla davam etdirməyə də müvəffəq olmadım.

Şəfiqə müəllimə rəyasət heyətinin üzvü kimi məni bu idarəyə dəvət etdi.

Mədəniyyət universitetinə daxil olmağıma görə xalq artistinə minnətdaram. Onun "Dəli Sonası" nı ifadə edəndə dedi: məndən sonra o rolu sən oynamalısan.

- Mənim qismətim imiş! - Bənövşə ruhla dedi - sənə qovuşdum. Hamımız xoşbəxt olacağıq. Gün o gün olsun ki, Qarabağa qovuşaq!

Hörmətli oxucular, daxilimdəki burulğanı hekayətimin əvvəlində sizlərə çatdırmaq istəmişdim. Üç kəlmə ilə: hamı qəm yeyir!

İndi, anladım ki, hamının içindən keçənləri belə ümumiləşdirmək doğru olmaz. Göz yaşları ilə vətən hifz olunmaz! Qeyrət cəngi qabaqdadır!

Dövrümüz başqa bir pilləyə qədəm qoyub. Mən böyük şairimiz Racinin bir şeirini tez-tez xatırlayardım.

Nə eşq olaydı, nə məşuq,

Nə dərd olaydı, nə dərman.

Həyatın iki üzünü gördükcə bu qənaətimdən vaz keçirəm. Bunlar Tanrının buyruğu ilə hasilə gəlib. Sevgini də yaşamaq lazımdır, dərdə də əncam çəkmək!

Reallıq budur, çağdaş dünya səkkiz yüz il əvvəl dahi Nizaminin söylədiyi zəmanəyə girməkdədir.

Dövrə bax ki, alçalıb zülmdən, şərdən bəşər,

Azğınlığın əlindən qaçır bəşərdən bəşər.

İnsanda nə ləyaqət, nə mərdlik qalıb indi,

İnsandan insanlığı namərdlər alıb indi.

Bənövşə başı ilə təsdiqlədi. Və gözlənilmədən xəbər aldı.

- Ərgin var?

- İkimizin də toyu, inşallah bir yerdə, Qarabağımızda olacaq.

Və bir anlığa onu tək qoyacağım üçün üzr istəyib qəbul otağına keçdim. Adıloya telefon elədim.

- Muştuluq! Bənövşə tapılıb. Öz ayağı ilə fonda gəlib

- Nə danışırsınız! Sağ-salamatdır?

Dilimə "şikəst" sözünü gətirmək istəmədim. Dedim: afrodita kimig Bu barədə söhbətimizi yada saldım: gözəlliyin yaman qisməti ona da nəsib olub, əlləri biləkdən bükülü qalıb, kontuziyası da tam keçməyib.

- Hazırlaşın Paris dəvət göndərəcək. O müalicə olunmalıdır!

Sevindim və bunu Bənövşəyə çatdıranda, kənddəki rəngi üstünə gəldi, gözəlləşdi.

Bu dəfə mobil telefonu Bənövşənin qulağına yapışdırdım: Adılo təkrarladı - narahatçılığa ehtiyac yoxdur. Sağdır, deməli heç nə itməyib. Mən Parisin meri, Qızıl Xaç Komitəsi, Qadın müdafiə Cəmiyyəti ilə danışıq aparmışam. Paytaxtımızda şücaət divarı var. Uzunsaçlı qeyrət mübarizlərinin orada baralyefi qoyulacaq.

Və Beynəlxalq Xaç Komitəsinin sifarişi olacaq. Siz Bənövşə ilə Parisə gəlməlisiniz. İndi mən təyyarə limanına tələsirəm. Azərbaycanın birinci ledisi Mehriban xanım Əliyevanı qarşılamağa gedirəm.

Elə bil Tanrıdan vəhy gəldi mənə: hər ikinizin xoş qismətinizdir bu!

Sevincimin həddi-hüdudu yox idi.

Elə bil Bənövşənin dili açılmışdı, kəkələmirdi. Söhbətimin əzəlinə əlavələr etməli oldu. Dedi ki, neçə gün qarın içində qalmışam. Qonşu kənddən olan çoban Ağbulaqdan su içmək üçün gəlibmişg hənirti eşidib, qar topasının içindən məni tapıb. Xəstəxanaya gətirib. Ancaq bunları xatırlayıram

Mən də tarixçəmi - fransız jurnalisti ilə Gəlinqayaya getdiyimizi nəql elədim.

Bu dəfə bayaqkı sualı bir qədər genişləndirdi.

- Frangsız səngin əringdi, og necə olgan işgdir?!

- Sən dediyin kimig Ya qismət!

- Toyunuz olub?

- Səni çobana ərə verəndən sonra - zarafatla araya söz qatdım - fikirləşərəmg

- hargdan adaxlı tapdın mənə.

Onun sözünü təkrarladım: Qismətdir! Dedim ki, fransız jurnalisti, ha çal-çevir elədi, məndən ailə qurmaqla bağlı isti bir söz eşitmədi. Belə bir həyati vəd etməyə haqqım da yox idi. Qopardılmış torpaqlarımızı qovuşdurmaq qarşımızda durur. Bir qədər əvvəl mən aktrisalıq idealımı gerçəkləşdirmək - Dəli Sonanın harayını müasirlərimizə çatdırmaq istəyirdimsə - namus ləyaqətimizi saxlamaq üçün səhnə həsrətimdəydinsəg indi de Ark olmaq, doğma yurdumuzu Fransanın kəndli qızı Canna kimi əsarətdən qurtarmaq xəyalı ilə yaşamaq istəyirəm. Lap oda atsalar da məni!...

Təbiətin pozquntuları ilə insan mənəviyyətindəki aşılamalardan xilas vasitəsi Allahın əlindədir.

Ancaq hər şeyin yaxşı olacağı inamıma səbəb birdir. Qədimdən belə bir inanc var ki, Tanrı uzunsaçlı qızların faciəsi üçün baislləri bağışlamır.

Əgər hər birimizdə qeyrət olsa, hamılıqla bir ağızdan deyə bilsək:

Mən Azərbaycanam! Hünərimlə, mənəvi dəyərlərimlə!

Bu xilas edə bilər bizi düşmən tapdağından da, əxlaq uçurumuna yuvarlanmaqdan da!

QİSMƏT SƏRGÜZƏŞTİNƏ EPİLOQ ƏVƏZİ

Bir qədər əvvələ qayıtmalı olacağam. Adılo ilə danışandan sonra Bənövşənin müalicəsi ilə bağlı nigarançılığım, yaz dumanı kimi dağların başına çəkilməkdəydi - hər şey yrəyimcə idi. İntizarla prezidentin yolunu gözləyirdi. Uşaq sanatoriyasına telefon açıb və xoş xəbər çatdırmaqda tərəddüdlü idim. İstəyirdim, akademikin sevincini və qüssəsini təkcə ağıllı-tədbirli sözlərindən deyil, işıqlı sifətindəki mənalı çalarlardan da oxuyum.

O biri məqam da rahatlıq vermirdi mənə. İnanmırdım ki, Bənövşənin xəstəlikləri haqqında Adıloya "him-cimlə", Afroditanı nümunə gətirməklə təfsilatı ilə çatdıra bilmişəm. Axı, xoş turist səfəri başqa, müalicə səhhəti daha müşgül işdir. Buna ancaq prezident aydınlıq gətirə bilərdi.

Ümidim özünü doğrultdu.

Prezidenti həyətdə qarşıladım. Təəccübləndi: "noolub qızım? Təcili problem çıxıb?"

- Muştuluqdur! - sevincək dedim - rəfiqəm Bənövşə tapılıb. Öz ayağı ilə fonda gəlib.

Prezident sevincini bölüşdü, dərhal da xəbər aldı: sağ-salamatdır?

- Belə, gözlərim doldu. Və nəysə yaxşı olmayan xəbər deyəcəyimi sezib, məni qabaqladı. - Salamatlıq - bu ən xoş sözdür. Qalanı Allah rizası ilə həll olunar.

Bənövşəni çağırdım.

- Nə gözəl rəfiqən var! - bərkdən deyib, Bənövşəyə də eşitdirdi - və yaxınlaşıb rəfiqəmin alnından öpdü. Məni bağışlayın, bir ailə söhbətimə görə. Bu uzun ömür yolunda ən böyük şadlandığım qızım dünyaya gələn gün olub. Qız - Allahın nemətidir, o zərif məxluqu verib kig həyatın ağırlıq çağlarına xatircəmlik inamın daim yaşasın. Əbədi qayğı çəkənim olsun. Düz fikirləşmişəm! Hesab edirəm ki, bir qızım da - namus cəngavəri Bənövşə olacaq! Rövşanə hey məni inandırmağa çalışır ki, səhnəyə getsin. Dəli Sonanın rolunu oynasın. Qeyrətin saqqız kimi çeynəndiyi, müqəddəs qadının adının naməhrəm ayamalarla qoşa çəkildiyi bir zamanda yolunu azanları haqq dərgahına çağırsın.

Bu günə qədər mən bu imkanın yaranacağına müntəzir idim. Ancaq zəmanə başqa bir nümunə - qeyrət, namus fədaisi bəxş edib Bənövşənin timsalında bizə!

Və bizi kabinəsinə dəvət elədi. Və söylədiklərini əyaniləşdirdi.

- Səhiyyə nazirinə zəng vurdu.

- Qırmızı Aypara cəmiyyətini narahatçılıqdan qurtardı.

- Bənövşəni hələlik Şüvalanda yazıçılar evində yerləşdirmək haqda göstəriş verdi.

Elə bil, dünyanı mənə bağışladılar!

Fəzilət və hikmət şairi Məmməd Araz öz nikbin - nihilist şeiri ilə demək istəmir ki, dünya fəna-puçdur, deyir ki: bu zəmanənin ikinci mərtəbəsində şadyanə, qudurqan həyat sürənlər - insani sifətlərinizi itirməyin, birinci mərtəbədəkilərin acı həyatının ah-naləsi sizlərə eşidilməz olsa da ərşə - Tanrı iqamətgahına gedib çatıb. Sizləri də mən xəbərdar edirəm:

 

Dünya mənim,

Dünya sənin.

Dünya heç kimin!

Öz dərsinizi alın!

 

İnsani sifətlərinizi itirməyin, bu günün sabahı da var! Min-min illik mənəvi dəyərlərə arxa çevirməyin, birinci mərtəbədəkilərə yanğı vermək üçün: milyonlar bahasına başa gələn mülklərinizi, nadir daş-qaşlarınızı, avtomobillərinizi gözə soxmayın! Onlar sizin deyil, sizin olmayacaq - mənəm-mənəmliyin ömrü ikinci mərtəbəyə sahib olmaq dövründən yuxarı tərəfə getməyəcək! Bu dünya əzəldən mənim olub, haqqın olub. İstiqbalda da mənim olacaq, ədalət naminə! Sizlərin dəbdəbəsi birinci mərtəbədəkilərin ruzisindən qopardılmışların hesabınadır! Gec-tez haqq özü bunlara əncam çəkər. Xudavəndi - aləm bunu bağışlamaz!!! Yaradanın bir mübarək adı da Haqdır!

Şairin ruhuna salavat çevirib, dedim: qəm yemə şair, biz artıq haqq yolumuza düşmüşükg Bənövşəni əsirlikdən xilas edən ulu Tanrı Qarabağın başına da xeyirxah əlini gəzdirəcək.

Adılo ilə son görüşümüz də bu ruhda olmuşdu.

...Yadıma düşdü ki, Adılo sabah yola düşür, onunla vidalaşmaq gərəkdir. Prezidentdən məsləhət almaq istədim. O məni qabaqladı: Rövşanə, qızım, fransız bizi vida görüşü üçün kafeyə dəvət edib. Sən gedərsən, razılığımızı bildirərsən. Deyərsən ki, qızlarımız namus-qeyrətlərini qorumaq üçün özlərini ölümün ağzına atıblarsa, bu bütün xalqları qeyrət ölüm-dirim cənginə çağırmaqdır. Biz fransız oğlunun bu işdə bizə köməyi üçün minnətdarıq. İstərdik ki, jurnalist Böyük Fransaya çatdırsın ki, Azərbaycanda da Canna de Arklar həyat səhnəsinə gəlir. Bu, o deməkdir ki, biz qalib gələcəyik. Dünyanın yiyəsi: sahibi - zaman belə insanlar olacaq!

Və bu yeni tarixin yazılması üçün xeyirxah, fədakarlıq nümunəsi göstərdiyini Azərbaycan xalqı yaddaşında qoruyub saxlayacaq! Çox sağ olsun!

Biz artıq Fəvvarələr bağında, əcnəbilərin çox olduğu açıq havadakı kafedəyik.

Bu bir neçə günün olaylarından min bir gecə nağılı qədər çağdaş həyatın olmuşları və olacaqları barədə söhbət aparmalı oluruq. Mən gözləyirdim ki, Adılo bu görüşdə nobarını məhəbbət əhd-peymanına çevirmək niyyətini açıqlayacaq. Prezidentin sifarişini - təşəkkürünü minnətdarlıqla qarşıladı. Mən ürəyimdə sözlə onu qabaqladım.

- Müsyo Adılo, mən sizin səfəriniz müqabilində dönə-dönə minnətdarlıq etməyə borcluyam. Amma istərdim ki, bir narahatlığıma münasibətinizi bildirəsiniz.

- Nədir o, gücüm çatarsa, məmnunluqla!

- Qısa vaxtda Azərbaycanımızın ağını da, qarasını da gördünüz, deyə bilərsinizmi ölkəmizin, Qarabağla bağlı - bu bəla ilə üzləşməsinin illətini nədə görürsünüz.

- İnciməsəniz açıq danışaram. Siz bu bəlaya öz ayaqlarınızla gəlib çıxmısınız. Bax, elə kəndinizin timsalı ilə qiymətləndirək. Yeganə silah - od ağızlı top Karapetin ixtiyarına verilib. Bu sizin xalqın ürəkaçıqlığı, xeyirxahlıq səxavətidir. Bulvarda qocaların söhbətindən də bu qənaətə gəldim ki, hər sahədə namərd erməniləri vəzifə - nüfuz sahibi etmisiniz. Sözü keçən onlar olub bu diyarda. Bu da nəticə!

Əminliklə deyirəm ki, Siz bu münaqişəni uduzmamısınız. Nəinki namərd qonşular, başqaları ilə barış quranda o səhfləri təkrar etməyəcəksiniz. Müstəqil hökm sahibisiniz. Keçmiş xətaları təkrarlamağa heç bir qüvvə sizi vadar edə bilməz.

Jurnalistin məntiqi ilə razılaşmamaq olmazdı.

Narahatçılığım onda oldu ki, bu sözləri deyəndən xeyli sonra da Adılonun gözləri, qarşımızdakı şarlar fəvvarəsinə dikilib qalmışdıg Görünür, dilinə gətirmədiyini əlavə - davranışı ilə mənə çatdırmaq istəyirmiş: dünya bu şarlar deməkdirg Hər birinin də öz marağı var. Əgər tək bir şar olsaydı dünya hamının sayılardı.

Qonağı fikirdən ayırmaq istədim.

- Mümkünsə, Azərbaycanımızı tamam - kamal tanıyan babanızın fikrini də mənə çatdırasınız.

- Verilişlər olan disketi Sizə göndərəcəyəm. Ancaq orda araşdırmamızın bütün təfərrüatları birindən başqa öz əksini tapacaq.

- Nədir o?

- Mənim məhəbbətimə cavabınız

- Mən de Arkın rolunu - xalqıma ürəyimcə xidmət borcumu yerinə yetirmək rolunu oynaya bilsəm, Canna kimi oda atılsam da heyfislənmərəm. Və ya doğma yurdumu tərk etməli olsam da

Müdrik qocalar dedilər ki! sizin diplomatlarınız dünyanın iri dövlətləri arasında mötəbər yer tutmaq, torpağınızı geri almaq üçün çox əlləşir, etimad ediləcək güvənci - arxanı tapmaq mümkün olmur. Böyük ilişiklik bundadır. Hər dövlətin öz marağı, sizin də öz milli istəyiniz, borcunuz var.

- Sahibül-zamanı gözləyək?

- Ona doğru gedirsiniz. Dünya sizin tərəfinizə keçir. Qeyrət cəngini udacağınız gün uzaqda deyil.

- İnşallah

- Ancaqg bu da var ki, Tanrı sizə haqqınıza qovuşmaq üçün hər şeyi verib. Gecikmək olmaz. Torpaq itgisi yarasının üstü qaysaq bağlayandan sonrag de Arkın arxasınca gedənlər azalar

Bilməmiş deyilsiniz ki, Tanrı fransızın can xəmirini məhəbbətlə yoğurub. O xalqın oğlu kimi deməliyəm ki, sevgi nobarı bir dəfə töhfə edilən ən qiymətli - əvəzolunmaz nemətdir. Onu vaxtında məhəbbət gerçəkliyinə çevirmək gərəkdir, yoxsa, qızıl gül kimi pardaxlasa, yüngül bir yel də onun ləçəklərini qanadları üstünə alıb, istədiyi səmtə səpələyəcək. Olsa-olsa ilk məhəbbət kimi xəyala-xatirəyə çevriləcək. Ömür boyu onun nisgilini yaşayacaqsan!

 

2004-2012

Ədalət.-2012.-13 dekabr.-S.6.