Hacı Murad Yegizarov: "Məcburi köçkün
adını üstümə götürmək istəmədiyim
üçün ölkədən getmədim"
Xalq artisti Hacı Murad Yegizarovun Kulis.az-a müsahibəsi
-Sizi axtardım, dedilər Almaniyada yaşayırsınız, yeni
tamaşanın məşqlərində
iştirak etmək üçün Bakıya
gəlmisiniz?
- Mən yox, xanımım,
uşaqlarım Almaniyada
yaşayırlar. Mən gedib-gəlirəm.
- Yəqin bu yaşda
belə iki ölkə arasında qalmaq asan deyil.
- Çətindir əlbəttə.
- Bu barədə
yenə danışacayıq,
hələlik bir az uşaqlığınıza
səyahət edək,
hansı mühitdə
böyümüsünüz, ailəniz kim olub?
- Bakıda doğulub böyümüşəm, köklü
bakılıyam. Atam hərbiçi
olub, anam müəllimə idi.
Atam dağıstanlıdır, anam
Şamaxı xanı
Mahmud Əliyevin nəvəsidir.
Ata tərəfimin hamısı
ya diş həkimləri idilər, ya da zərgərlər.
- Yəni əlləri qızılla
oynayırdı?
- Hə, ana tərəfin
isə əksəriyyəti
dövlət qulluğunda
olublar. Nazir, diplomat. Dayım da diplomat idi,
istəyirdi ki, mən də onun yolu ilə
gedim. Nəslimdə-kökümdə incəsənət adamı olmamışdı
mənə qədər.
Qonşumuz Ələsgər Ələkbərovun təsiri
ilə mən tez-tez Dram Teatrının tamaşalarına gedirdim.
İncəsənətlə bir peşə
kimi məşğul olmaq ağlıma da gəlmirdi. İdmanla məşğul
olurdum, boks
üzrə Respublika çempionu idim. Voleybolla, üzgüçülüklə, karate ilə ayrı-ayrı vaxtlarda məşğul olmuşam.
Orta məktəbin
sonuncu sinfində məktəbin dram dərnəyinə
düşdüm, görkəmimə
görə məni kiçik bir idmançı rolunu oynamağa dəvət etdilər. Mühitə düşdüm, ardınca buraxılış
gecəsi üçün
bir tamaşa hazırladıq, orda da oynadım. Tamaşaya Ələsgər Ələkbərov
gəlmişdi. Ailəm iştirak
etmədi, çünki
məəttəl qalmışdılar
ki, mən neyləyirəm, hansı peşəni seçmək
istəyirəm, birdən
incəsənəti seçərəm.
Ələsgər Ələkbərovdan xahiş
etmişdilər ki, baxsın görsün mənim incəsənətə
bir aidiyyaətim var, ya yox. O, da baxdı tamaşaya və ailənin içində mənə
dedi ki, sənin incəsənətə
getməyin məsləhətdir,
istedadlısan, səndə
öz gəncliyimi görürəm.
- Beləliklə sənədlərimi
verib İncəsənət
İnstitutuna qəbul
olundum. Elə birinci kursda
Ələsgər Ələkbərov
məni "Uzaq sahillərdə" filminin
sınaq çəkilişlərinə
apardı ki, Mixaylo roluna çəkilim. Çox gənc
olduğum üçün
o rola məni götürmədilər, filmdə
bir partizanı oynadım. Ondan sonra "Ögey
ana"da çoban obrazına çəkildim.
- Ələsgər Ələkbərovla
bir yerdə.
- O illər ərzində hansı filmə çəkildimsə Ələsgər
Ələkbərovla bir
yerdə çəkildik.
"Böyük dayaq" da həmçinin. Təhsil aldığım
illərdə bir neçə filmə çəkilmişəm. "Böyük dayaq"da Şirzad diplom işim oldu. Ardınca "Ulduz",
"Arşın mal alan", "O qızı
tapın", "Bir
cənub şəhərində",
"Arşın mal alan".
Əsasən Eldar Quliyevin
filmlərində çəkilirdim,
çünki uşaqlıq
dostum idi. Həyatımda üç dəfə
jurnalist obrazında oynamışam. "Həyat öyrədir",
"Əsas müsahibə",
"Bir cənub şəhərində ".
- "Arşın
mal alan"da Süleyman roluna çəkilmək deyəsən
öz istəyiniz olub?
- Tofiq Tağızadə ssenarini mənə oxumağa verdi,
oxudum və ondan xahiş etdim ki, Süleyman
rolunu mənə versin, çünki o rolu özümə daha yaxın hesab etdim. Bu
rolla öz köklərimə qayıdırdım.
Öz mühitimin adamı idi, xaricdə təhsil almış, dövrünün intellektualı.
- İlk sınağınız
alınmasa da film taleyiniz uğurlu oldu.
- Hə bir-birinin ardınca kinolara çəkildim, 35 film "Azərbaycanfilm"in
istehsalıdır. NTV-nin Azərbaycanla birgə istehsalı olan "Dronqo"da nazir müavini, iki Gürcüstan filminə çəkilmişəm,
iki filmə də Almaniyada rol almışam. "Şpeyer və
o" filmində Sovet
polkovniki rolunu oynamışam, bir də "Şübhə
altında" bədii
filmində Azərbaycan
naziri obrazına çəkilmişəm. Almaniyada
"Məkkə" adlı
filmdə də çəkilmişəm, onu
azərbaycanlı çəkib.
- Son illər deyəsən, nazirləri,
ya da çekistləri
oynayırsınız.
- Hə, elə çıxır.
- Rus Dram Teatrı yeganə iş yeriniz olub, teatrı heç vaxt dəyişməmisiniz.
- Hələ tələbə
ikən burda işləməyə başlamışam.
O vaxtdan 200 rol oynamışam, müxtəlif
xarakterli rollarım olub. Bu da mənim həyatım.
- Təqaüdə
çıxmamısız?
- Rəsmi surətdə təqaüddəyəm, amma
hamı bilir ki, aktyorun təqaüdə
göndərilməsi onun
ölümü deməkdir.
Ona görə də demək olar ki, bütün tamaşalarda varam, oynayıram.
- Dövrünüzün
xarizmatik aktyoru olmusunuz, çox populyar idiniz, o dövrlə indinin arasında həyatınızda
nələr dəyişib?
- Çox şey dəyişib, çünki
epoxa dəyişilib. Çox işləyirdik, işimizin
müqabilində qəpik-quruş
alırdıq, amma gələcəyə, kommunizmə
inanırdıq. Fəxri ad, orden,
medal verirdilər, amma
dolanışıq yox
idi. Bizi Sovet dövlətimiz
istismar edirdi. İndi heç olmasa çəkilişlərə görə
o vaxt olduğundan çox qonorar alırıq. Düzdür, Moskva aktyorları ilə heç müqayisəyə gələ
bilmərik, amma Allaha şükür prezident təqaüdü alırıq. Fəxr etdiyim
bir məqam var ki, yaxşı
təhsilli, öz intellektini yüksəltməyə
çalışan gənclik
yetişməkdədir. Dünya miqyaslı tədbirlər
bizdə keçirilir,
bu da gözəl
haldır. Bir-birinin ardınca
teatrlar təmir olunur. Azərbaycan çox inkişaf
edir. Hayıf ki, bizim həyatımızın çox
uzun bir hissəsi keçid dövrünə düşdü.
Bu keçid dövründə
mədəniyyətimiz çox
itirdi. Nəsillər arasındakı ardıcıllıq
itdi. Böyük bir nəsil
kadrları itirdik.
Kadrlar getdilər, yerlərini tutan yoxdur, çünki ara böyük
oldu. İndi yenilərinin yetişməsi
üçün zaman
gərəkdir.
- Qayıdaq əvvəlki söhbətimizə,
Almaniyada yaşayan ailənizdən danışırdıq.
Artıq söhbət
əsnasında anlaşıldı
ki, siz niyə
həm Bakıda, həm Almaniyada yaşayırsınız, çünki
Bakısız qala bilmirsiniz
-Düzdür, cəmi on gün sonra Bakı üçün necə darıxıramsa özümə yer tapa bilmirəm. Birdən hiss edirəm ki, artıq qayıtmalıyam, bunu heç nə ilə izah etmək
olmur - vətəndir,
vəssalam. Gəlirəm məzarlığa gedirəm, əzizlərimi
ziyarət edirəm.
Atalığım rəhmətə gedəndə ona layiq məzarüstü düzəltdirə bilməmişdim.
Mənimki belə gətirib ki, atam da
olub, atalığım
da. O, böyük elm adamı
idi, bu il ona layiq
məzarüstü düzəltdirdim,
bir az rahatladım.
Hiss edirəm ki, bizdən sonra gələn nəsillər
üçün belə
məqamlar heç bir rol oynamayacaq,
təəssüf ki, belədir, amma biz belə yetişmişik, bizim üçün ata, ana, böyüklərin məzarı
ziyarətgahdır. Gəlirəm, hökmən onları ziyarət edirəm. Bakıya düşən kimi kerosin qoxusu məni vurur, onu ciyərlərimə çəkirəm, çünki
bu Bakının qoxusudur, mənim uşaqlığımın qoxusudur.
- Amma ailənizdən də uzaq yaşaya bilməzsiniz.
-
Arvadım, qızım, bir oğlan nəvəm var. Ailəm
mənim hər şeyimdir. Onlardan danışmaq istəmirəm, gözə
gələcəklərindən qorxuram. Onlar üçün
yaşayıram, Allahdan sağlamlıq istəyirəm
ki, onların qayğısına qala bilim. Heç
kim onlara pislik edə bilməsinlər. Qızım xoreoqrafiya məktəbini bitirib,
sonra da Xarici Dillər Universitetində təhsil
alıb. Demək olar ki,
dörd dil bilir.
- Ailəniz niyə getdi Bakıdan,
eşitdim ki, hələ 90-cı illərdə sizin
özünüzü də Almaniyaya dəvət ediblər,
amma sənədinizi məcburi köçkün kimi tərtib
etmək şərti ilə razılaşmamısınız?
-
90-cı illərin əvvəli idi, xaos hökm
sürürdü. Mən maşınımı
saxlayıb teatra girmək istəyirdim,
bir-neçə nəfər əllərində zəncir kəsdilər
qarşımı ki, bizi
Bayıla apar. Dedim ki, uşaqlar
bağışlayın, mənim məşqim başlayıb,
axşam tamaşam var. Girdim teatra
bir də gördüm
arxadan dəhşətli səslər gəlir,
çönüb gördüm
ki, maşınımı salıblar dəmir,
ağac, nə bilim əllərinə
nə gəldi onun altına.
Maşından əsər-əlamət qalmadı,
qayıtdım geri, məni aldılar
mühasirəyə təhqiramiz ifadələr işlətdilər.
Həmin məqamda əlimdə avtomat olsa biçərdim onları, çünki
çox təhqir olunmuşdum,
alçaldılmışdım. İllər keçdi
mən "Sovetski"də böyümüşəm, dostlara bu məsələni
danışdım, onları çox sərt
cəzalandırdılar.
Həmin
illər "Azadlıq" radiosundan Mirzə Xəzər mənə
təklif elədi ki, gəl, burda səni də ailəni də
işlə, evlə təmin edirik qal. Dedi
ki, çox az qalıb Sovetlər Birliyi
dağlmaq üzrədir, səni burda məcburi köçkün
kimi sənədləşdirək, bir dənə o sözə
görə getmədim. Mən bakılı, azərbaycanlı
kimi bunu edə bilməzdim.
Ailəmin isə təhlükəsizliyi üçün
onları göndərdim. Həqiqətən də çox keçmədi Sovetlər Birliyi dağıldı, o
vaxt bu heç
ağlagəlməzdi. Mən elə bir ömür yaşamışam ki,
heç kimi
alçaltmamışam, satqın olmamışam,
satılmamışam, sülh adamıyam.
Müharibə olmasın, öz sənətimizlə
məşğul olaq.
- Bu yaşda sizi nə xoşbəxt
edə bilər?
- Uşaq gülüşü.
Ramilə QURBANLI
Ədalət.-2012.-13 dekabr.-S.8.