"Bir günlük Xəlifə"
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. K.M.Abdullayevin təşəbbüsü və təşkilatçılığı ilə bu təhsil ocağında bir çox maraqlı layihələr həyata keçirilmişdir. Bu layihələrdən biri də universitetdə təhsil alan, müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin tələbə özünüidarəçiliyinə, yəni "Bir günlük Xəlifə" gününə cəlb olunmasıdır.
Bakı Slavyan
Universiteti tələbələrinin
müstəqil idarəçilik qabiliyyətinin
inkişafına təkan vermək, intellektual
səviyyələrini, işgüzar
bacarıq və vərdişlərini yoxlamaq,
onlar tərəfindən verilən uğurlu təklifləri təhlil edib həyata keçirmək məqsədilə
həyata keçirilən bu maraqlı
layihə ilk dəfə 2002-ci il dekabrın 13-də gerçəkləşmiş
və həmin gün 14 rəhbər vəzifəyə
tələbələrin namizədliyi irəli sürülmüşdür.
Obyektivliyi və şəffaflığı
təmin etmək məqsədilə seçkilər tamamilə
tələbələrin öhdəsinə
buraxılmış və heç bir rəhbər şəxsin müdaxiləsi
olmamışdır. Növbəti "Xəlifə"
günləri 2005-ci il 13 may,
2007-ci il 13 aprel,
2009-cu il 13 noyabr və
2011-ci il 13 dekabr tarixlərində
həyata keçirilmiş və həmin
günlər tələbələrin yaddaşında unudulmaz xatirəyə çevrilmişdir.
Bu ilki "Bir günlük Xəlifə" Tələbə Özünüidarəetmə günü 2012-ci il 13 dekabr tarixinə təsadüf etdi. Sentyabr ayından etibarən başlanılan hazırlıqlar artıq başa çatmışdır. Rektorun əmri ilə seçkilərin keçirilməsi vaxtı müəyyənləşdirilmiş və "Xəlifə" günü ilə bağlı bütün təşkilati işlər keçmiş "xəlifə"lərdən təşkil olunmuş münsiflər heyəti, Kölgə Kabineti və Tələbə Gənclər Təşkilatına tapşırılmışdır. Tələbələr onlara verilən xüsusi blanka özləri haqqında məlumatı və namizədlik verdikləri vəzifələr haqqında bildiklərini yazmışlar. Sonra tələbələrin reytinq cədvəli, yəni onların tələbələr arasında nüfuz dərəcəsi müəyyənləşdirilmişdir. Universitetin akt zalında 200-dən çox tələbənin iştirakı ilə seçkilər keçirilirmiş və namizədlər müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, budəfəki "Xəlifə" günündə 22 vəzifəyə 170 tələbə namizədliyini irəli sürmüşdür. Sonra onlar öz aralarında debatlar keçirmiş, platfomalarını təqdim etmişlər. Ən maraqlı təklif və ən dolğun platforma ilə çıxış edən 22 tələbə rəhbər icraçı vəzifəsinə seçilmişdir.
13
dekabrda xəlifələr iş gününə
başlamazdan əvvəl Ümummilli lider H.Əliyevin Fəxri
Xiyabanda məzarını ziyarət etmiş və ölməz
rəhbərimizin BSU-da yerləşən büstü
önünə əklil dəstələri qoyulmuşlar. Bu ilki "xəlifə"-rektor BSU-nun Magistratura
şöbəsinin "Beynəlxalq jurnalistika"
ixtisasında təhsil alan II kurs magistrant Almaz Axundova bildirdi ki: "hər bir Xəlifə tutduğu
vəzifədən asılı olmayaraq öz işinə məsuliyyətli
yanaşmalı, gələn qonaqları yüksək səviyyədə
qarşılamalı və unutmamalıdır ki, hər birimiz Bakı Slavyan Universitetini layiqincə
təmsil eməliyik". Universitetin tədris işləri, elmi
işlər, beynəlxalq əlaqələr, tərbiyə
işləri və inzibati işlər
üzrə "xəlifə"-prorektorları Vüsalə
Cəfərova, Səmra Qasımzadə, Fəridə
Qasımzadə, Aytac Məmmədova və
Toğrul Göyüşlü
bildirdilər ki, məhz bu
layihənin Azəbaycanda ilk
dəfə olaraq BSU-da
həyata keçirilməsi, tələbələrə
göstərilən etimad universitetimizi
digər universitetlərdən fərqləndirir və tələbələrin
özünüidarəçilik qabiliyyətlərinin
formalaşmasında mühüm rol oynayır. "Xəlifələr"
onu da qeyd
etdilər ki, biz bu etimadı doğruldacağıq və öz vəzifələrimizin öhdəsindən
layiqincə gələcəyik.
"Xəlifə"
günü Serbiya Respublikasının Azərbaycandakı
Fövqəladə və Səlahiyyətli səfiri Zoran
Vayoviç BSU-nun qonağı olmuşdur. Xəlifə rektor A.Axundova səfiri universitetdə görməyə
şad olduğunu bildirdi və BSU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi, tədris və tələbə həyatı,
çoxşaxəli fəaliyyəti, eləcə də görüşün təsadüf etdiyi "xəlifə günü"
haqqında ətraflı məlumat verdi.
BSU-ya ilk dəfə qonaq gələn səfir Z. Vayoviç isə öz növbəsində bu
cür tədbirlərin digər
universitetlər üçün gözəl
nümunə olacağını vurğuladı və qeyd etdi ki,
gənclərlə işgüzar
münasibətdə olmaq daha
maraqlı və əlverişlidir, çünki
gələcək gənclərin əlindədir. Səfir
eyni zamanda, BSU-da Serb Dili
və Mədəniyyəti Mərkəzini açmaq
arzusunda olduğunu və
universitetlə əlaqələrin daha da genişləndiriləcəyini qeyd etdi. Görüşün
sonunda səfirə xatirə hədiyyələri
təqdim edildi. Görüşdən sonra cənab Z. Vayoviç
universitetlə tanışlıq çərçivəsində
muzey, müxtəlif ölkələrin BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət
mərkəzləri və müasir standartlarla yenidən qurulmuş
kitabxanada qonaq oldu.
BSU-nun
dostlarından biri olan Polşa Respublikasının Azərbaycandakı
Fövqəladə və Səlahiyyətli səfiri Mixal
Labenda da "xəlifə günü"ndə universitetin
qonağı oldu. Xəlifə "rektor"la görüşdən sonra
səfir M.Labenda Polşa
tarixi haqqında məruzə ilə tələbələrin
qarşısında çıxış etdi.
"Xəlifə" günü Ukrayna Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Aleksandr Pavloviç Mişşenko universitetimizdə yüksək səviyyədə təşkil olunmuş Ukrayna Dili və Mədəniyyəti Mərkəzində tələbələrlə görüşdü. Görüşdə çıxış edən səfir bildirdi ki, "Ukrayna ilə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələr yüksək səviyyədə inkişaf edir". A.P.Mişşenko onu da qeyd etdi ki, Ukrayna-Azərbaycan əlaqələrinin qurulmasında BSU xüsusi çəkiyə malikdir. "BSU həmişə məni maraqlı və mənalı layihələri ilə təəccübləndirib. Tələbələrinizə yaratdığınız şərait, onlara demokratik dəyərlərə söykənərək göstərdiyiniz etimad diqqətəlayiqdir. İnanıram ki, bu gün inamlı addım atan, müstəqil qərar qəbul etmək bacarığına malik olan bu xəlifələr gələcək işlərində də çətinliklərin öhdəsindən asanlıqla gələcəklər". Görüşün sonunda səfir tələbələrin suallarını cavablandırdı və xəlifələrlə xatirə şəkli çəkdirdi.
Xəlifə
günü çərçivəsində bir sıra
maraqlı görüşlər də baş tutmuşdur. Bunlardan "İrəli" İctimai
Birliyinin təşkil etdiyi
və Birliyin fəaliyyəti ilə
bağlı təqdimat mərasimi xüsusilə yaddaqalan idi. Təqdimetmə mərasimində Birliyin
insan resursları üzrə katibi Rövşən Camalov
tələbələrə "İrəli" İctimai Birliyinin yaranma tarixi, mərkəzləri,
şöbələri, Birliyin fəaliyyəti
haqqında maraqlı məlumatlar vermiş,
tələbələri öz
sıralarına qatılmağa dəvət etmişdir.
ACCESS bank nümayəndələri də bu gün
universitetdə olmuşlar. Xeyriyyəçilik məqsədilə BSU-da olan bank nümayəndələri
tələbələrlə görüşdə bankın
yaranma tarixi, strukturu və layihələri barədə
məlumat verdilər.
Bankın filial müdiri Ş.Rüstəmov
bank nümayəndəsi, universitetin
məzunu H.Babayevin təşəbbüsü ilə
BSU tələbələrinin sırasından 5 namizədin
seçildiyini bildirdi
və bu tələbələrə bank tərəfindən təqaüd
kartlarını təqdim
etdi. Xəlifə
rəhbərlər həmçinin
BSU-nun Tələbə Teatr
studiyasının quruluşunda
yeni tamaşanın nümayişini keçirmiş,
xalq artisti R.Balayev, yazıçı
N.Rəsulzadə və
tanınmış jurnlist
E.Şıxlı ilə
görüşlər təşkil
etmiş, gün ərzində BSU-nun əməkdaşlıq
etdiyi xarici ölkə universitetlərinin
tələbələrindən təbrik məktubları almışlar.
Universitetin II tədris binasında
da isə NAYORA-ın neneceri P.Piriyevlə, "GREEN BAKU" nümayəndəsi A.Hüseynovla
görüş keçirilmiş,
Ekologiya mərkəzi
və Gənc filoloqlar klubunun açılışı baş
tutmuşdur.
Tələbələr "xəlifəlik"
etdikləri bir gün ərzində BSU-da həmişəki iş rejimi gözlənilmiş və
rəhbər vəzifələri
icra edən 22 tələbə gün ərzində öz vəzifələrini məharətlə
yerinə yetirməyə
çalışmışlar. Doğma təhsil ocağımızda
keçirilən layihələrin
ən maraqlı və vaciblərindən biri olan "Xəlifə" günü
universitetimizdə gənclərə
nə cür etimad göstərilməsindən
xəbər verir.
Əbəs yerə deyilmir
ki, DOCENDO DİSCİMUS - Öyrədərək
öyrənirik.
Əbülfət Mədətoğlu
Ədalət.-2012.-14 dekabr.-S.4.