MÜBALİĞƏSİZ
GÖZƏLLƏŞƏN BÖLGƏ
Ağcabədi Avropa
şəhərləri ilə müqayisə oluna
bilər
Gəlin etiraf edək ki, təkcə regionların inkişafına dair Dövlət Proqramı ilə əlaqədar olaraq bölgələrə etdiyimiz səfərlər zamanı müşahidə etdiyimiz məqamları bir kənara qoysaq, onda məlum olar ki, hələ bu proqramsız da ölkə ərazisindəki magistral yolların yenidən qurulması, bərpası, təmiri və digər xidmətləri üzrə zaman-zaman kifayət qədər vəsait ayrılmış və müəyyən işlər də görülmüşdü. Təəssüf ki, bəzi rayonların ərazilərindən keçən əsas magistrallar o vaxt, elə indi də nədənsə "şikəst" vəziyyətdə olur. Əlaqədar təşkilatlar bu yolların tam əsaslı bərpasını ya gecikdirir, ya da kosmetik əməliyyatlarla bu işlərin icrasını başa çatdırırlar. Təəssüf ki, Beyləqandan Ağcabədiyə qədər olan və ümumiyyətlə, Beyləqan ərazisindən keçən dövlət əhəmiyyətli yolların vəziyyəti o qədər də ürəkaçan deyil. Xüsusilə, Bəhrəmtəpə-Ağcabədi yolundakı real vəziyyət həmişə mətbuatın diqqət mərkəzində olub, həmişə də sürücüləri hövsələdən çıxarıb...6
Beyləqandan keçib
Ağcabədi istiqamətində hərəkət etdiyimiz bu narahat
yolun Ağcabədi sərhəddinə
çatırıq. Necə deyərlər, burdan
sonra rahat nəfəs
almaq olar. Yol kənarı ilə əkilmiş təzə
pöhrələr yolun
rahatlığına əlavə bir dinclik də gətirir. Adamın bu səliqə-səhmandan səmimi deyim ki, gözləri də
dincəlir. Biz rayon mərkəzinə
daxil oluruq. İlk qarşılaşdığımız
çayxanada, yəni yol
kənarında maşını saxlayıb nəfəsimizi dəririk.
Hər tərədə sayrışan işıqlar Ağcabədiyə
xüsusi bir gözəllik
verir. Açığı yadıma məşhur
filmlərdən bir ifadə düşür. Həqiqətən də
gözəl gecədir, həqiqətən də filmdə deyildiyi kimi, mavi gecələrdi!!! Doğrudur,
mən nə Parisdə, nə də Avropanın keçmiş SSRİ hüdudlarından kənardakı
şəhərlərinin heç birində
olmamışam. Amma fəhmlə Ağcabədinin
bu mavi gecələrini
ekranlardan müşahidə etdiyim Parislə müqayisə etməyə
çalışıram. Mənim bu
müqayisəm kimlər üçünsə yersiz görünə bilər. Amma dəxli yoxdur. Çünki yaxın onillikləri
xatırlayanda Ağcabədinin bərbad vəziyyətini göz önünə gətirəndə rahatca demək olar ki, bugünkü Ağcabədi
doğrudan-doğruya Avropa
şəhəridir, inkişaf etmiş bir bölgə, bir rayondu. Deməli, insan hər şeyə qadirdi.
İstəyi, arzusu olsa,
o, səhranı da gülüstan edə bilir.
Necə ki, bu gün Ağcabədi faktiki
olaraq ölkənin baş
şəhərləriylə gözəllik
yarışmasında önə çıxmaq, seçilmək
imkanına malikdir. Bunu isə həm ağcabədililər,
həm də onlara canyananlıqla, peşəkarlıqla,
dövlətə və xalqa sədaqətlə,
ən vacibi isə ölkə prezidenti cənab İlham
Əliyevin tələb və tapşırıqlarını,
etimadını yüksək səviyyədə doğrudan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov öz
komandası ilə birgə gerçəkləşdiribdi.
Ağcabədidə
gecə gəzintisi mənə xüsusi zövq verdi. Demək olar ki,
bütün küçələr al-əlvan
işıqlara bürünmüşdü.
Hətta rayonun, daha doğrusu, şəhərin ən arxa planda olan
küçələrində belə yollar
rahat, işıqlı, səkilər təmirli,
yol boyunca fəaliyyət
göstərən obyektlər isə tikinti,
arxetuktura baxımından göz oxşayan və müasir...
İnsan
üçün fəaliyyət şəraiti nə qədər
rahat olarsa, onun ortaya qoyduğu nəticə də yüksək
olar. Yəni əlinə-ayağına dolaşan,
sənə problem yaradan
olmadığı halda, sən də öz işini könül rahatlığı ilə, özü də səmərəli bir şəkildə görə bilərsən.
Bundan ailə də, ətraf da, cəmiyyət də faydalanar.
Bax, elə
Ağcabədidə həmsöhbət olduğum
adi vətəndaşların dilindən eşitdiyim sözlərin böyük
əksəriyyəti rayondakı işgüzar
mühitlə, qarşılıqlı anlaşma
ilə icra strukturlarının tələbkar
və qərəzsiz fəaliyyəti ilə, xüsusən
icra başçısı Şahin Məmmədovun adamları dinləmək,
qayğı göstərmək, onların müsbət
işlərini qiymətləndirmək peşəkarlığı
ilə bağlı idi. Hamı
faktiki olaraq onun Ağcabədidə göstərdiyi xidmətləri
tam səmimiyyəti ilə etiraf edir və bugünkü Ağcabədinin bütün
inkişafını, nailiyyətlərini icra
başçısının əməyi ilə
bağlayırdı. Konkret rəqəmləri
dilə gətirən ağcabədili müəllim bildirdi ki, bu gün
rayonda şahmat məktəbinin,
sutkalıq istehsal gücü
20 ton olan süd emalı zavodunun,
sutkalıq istehsal gücü
250 ton olan "Atena" Süd Məhsulları
Kombinatının, 205 çarpayılıq xəstəxananın,
Üzeyir Hacıbəyov adına Qarabağ Muğam Mərkəzinin,
Heydər Əliyev adına Mədəniyyət
və İstirahət parkının, Ağcabədi-Qaradolaq-Kəbrli
yolunun, rayonun bütün yolları boyunca
yaşıllıqların salınması,
tikinti-abadlıqların aparılması məhz icra başçısının daimi nəzarəti altında həyata keçirilib.
Bu
gün Ağcabədi Taxta-Körpü istiqamətində, eləcə
də Ağcabədi-Ağdam, Ağcabədi-Bərdə istiqamətlərində
də rayonun ümumi mənzərəsi demək olar ki, bir
tamlıq təşkil edir. Bunları sadalamaqda məqsədim görülən
işlərin bütün rayon
üzrə eyni templə, eyni
tələbkarlıqla görülməsini oxuculara
çatdırmaqdı. Təbii ki,
Ağcabədidə bu gün
görülən işlərin kökündə ölkə prezidentinin bölgələrə, o cümlədən də Ağcabədiyə
olan diqqət və qayğısı
dayanır. Təsadüfi deyil ki, biz Ağcəbədidə
olduğumuz zaman rayonda YAP Ağcabədi təşkilatının
VII konfransı keçirilirdi. Həmin konfransda
çıxış edən Milli Məclis
sədrinin müavini Bahar
xanım Muradova birmənalı şəkildə
Ağcabədidə qarşılaşdığı mənzərəni
yüksək qiymətləndirib, görülən işlərə
görə, rayon rəhbərliyinə, partiya fəallarına, Ağcabədi sakinlərinə
öz təşəkkürünü
bildirdi. Elə həmin konfransda çıxış edən rayon icra hakimiyyətinin
başçısı Şahin Məmmədov
da Ağcabədidə əldə edilən
bütün uğurlara,
onların ünvanına səslənmiş xoş
sözlərə görə, Bahar
xanıma təşəkkür etməklə hər bir uğurun arxasında
ölkə prezidentinin tələbkarlığının
dayandığını, etimadının durduğunu
söylədi.
Bəli,
bu gün bütün regionlarda yeni iş yerlərinin
açılması istiqamətində müəyyən
addımlar atılır. Bu işlərin
görülməsində təşəbbüskarlıq
missiyası daha çox
rayon strukturlarının üzərinə
düşür. Bu mənada Ağcabədidə
təkcə dövlət sektorunun deyil, o cümlədən də
kənd təsərrüfatı rayonu olan bu bölgə üçün xarakterik olan sahibkarlığın, fermer
təsərrüfatının genişləndirilməsi üçün də müvafiq
addımlar atılır. Məhz sahibkarlara
göstərilən qayğının nəticəsidir ki, Ağcabədidə özəl sektor inkişaf edir, kənd təsərrüfatı məhsullarının
istehsalı və çeşidi günbəgün
çoxalır. Bu da öz növbəsində sakinlərin büdcəsinin
artımına, onların maddi
imkanlarının genişlənməsinə şərait
yaradır. Bunu hiss etmək
üçün rayondakı sosial-məişət
obyektlərinə baş çəkməklə,
rayonda fəaliyyət göstərən iş adamları, fermerlərlə həmsöhbət
olmaq yəqin ki, kifayət
edər. Mən Ağcabədidə olarkən millət vəkili,
ağcabədililəri parlamentdə ləyaqətlə təmsil
edən Tahir Rzayevlə də həmsöhbət
oldum. Onun bir ziyalı, bir şair, bir ağcabədili
kimi doğma yurdu haqqında söylədikləri,
qazanılan uğurlardan fərəh duyduğunu aydınca hiss etdirirdi. Bu da
təbiidir. Axı yaxşı iş,
yüksək nəticə həmişə insanı üzüağ, başı uca
edir. Elə Tahir
müəllimin söylədikləri də xüsusi
olaraq, rayon rəhbərliyinin
sakinlərlə anlayışlı münasibəti ilə əlaqəli
dedikləri məni öz təəssüratımda
yanılmadığımı bir daha təsdiqlədi.
Doğrudan da bu gün Ağcabədi özünün çiçəklənən, inkişaf edən və hər kəsə nümunə olacaq bir zamanını yaşayır. Bu zamanın davamlı və hər kəsə xoşbəxtlik gətirməsini biz də ürəkdən arzu edirik. İnanırıq ki, elə məhz belə də olacaqdır.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-15 dekabr.-S.4.