LƏYAQƏTİNİ İTİRƏNLƏR ÜÇÜN "LƏYAQƏT DÜSTURU"

 

Doğrusunu deyim ki, son vaxtlar bədii kitab oxumağa nə vaxtım, nə də həvəsim var idi. Lakin icimdə bir boşluq yaranmışdır. Bu boşluqu doldura biləcək bir bədii əsəri tapa bilməyəcəyimdən sanki qorxurdum. Belə bir zamanda gənc yazar, Natiq Məmmədlinin "Ləyaqət düsturu" kitabı əlimə düşdü. Etiraf edək ki, bu gün çoxlarının anlamında və amalında ləyaqət hissi unudulmuş, yaddan çıxmış, kecmişin qayda-qanunu kimi çoxları onu "arxiv"inə atmşıdır. Amma unutmaqyaq ki, insan varlığının ən qiymətli xəzinəsi onun ləyaqətidir, əgər onu itirdisə yaşamağına dəyməz. Zamanın bu gərdişində, çoxlarının hər şeyi maddiyyətə bağladığı bir zamanda insanların LƏYAQƏTƏ neçə də böyük ehtiyacları var imiş...

Əsərin adı kimi üz qabığında verilən bir cümlə də diqqətimi cəlb etdi: "...hadisələrin bədii formada ifadəsi oxucuya yalnız bir ideyanın- mütləq dəyişmək, mütləq dəyişilmək yanğısının aşlanmasına hesablanıb".

Burada yadıma ingilis yazıçısı Oldos Leonard Harslinin kitab haqında söylədiyi bir fikir düşdü. O, yazırdı ki: "İnsanlığı tədqiq etməyin ən yaxşı yolu kitabdır". Deməli Natiq Məmmədli də "Ləyaqət düsturu"nu yaz-maqla ləyaqətini itirmiş, insanlıqdan uzaq düşmüşlərə yenidən insanlığını təlqin etmək arzusundadır. Natiq Məmmədlini yaxşı tanıyanlar bu qələmin, bu sözün paklığına inanmaya bilməzlər.

"Ləyaqət düsturu"nu oxuduqca qarşımda N.Məmmədlinin təpədən dırnağa ləyaqət təcəssümü olan siması canlandı. Çünki o qədər səmimi, təbii və həssas insandır ki, içində çəkdikləri üzündə-gözündə əks olunur. Hörmət-li publisistimiz Flora Xəlilzadə demiş: "İçinin həyası, abrı üzündə əks olunan Natiq hər an özünə və qələminə hörmətlə yanaşan söz sahibidir". Elə ona görə də əsərinin hər cümləsində, hər səhifəsində oxucusuna dönə-dönə insan ləyaqətinin ucalığını, paklığını, toxunulmazlığını, müqəddəsliyini xatırladır.

"Qanun" nəşriyyatı tərəfindən 2012-ci ildə çap olunan əsərdə müəllifin müxtəlif illərdə qələmə aldığı hekayələri toplanıb. Bu hekayələrdə qoyulan problemlər "dünyanın özü qədər qədimdir" deyənlər doğrudan da haqlıdır. İnsan xisləti, onun naqislikləri, tamahkarlığı bəzən bunlara uyaraq ləyaqət hissini hər şeyə qurban verməsi illər boyu hər bir yazarı narahat edib, düşündürüb. Lakin burada diqqəti çəkən əsas çəhət odur ki, müəllif bu problemlərə, nöqsanlara bir qələm əhli kimi fərdi yanaşmağa üstünlük verib. Bu isə onun istedadlı, püxtələşmiş, bitkin bir qələm əhli olmasından xəbər verir. Bu haqda "Ön söz"də Anar müəllim belə yazır: "...Natiqin qələminin bitkinliyinin əsas göstəricilərindən biri və məncə ən başlıcası, yazardan xüsusi istedad tələb olunan prinsipə əməl etməsidir: müəllif susmaq lazım gələn məqamda özü danışmır, mətləbi ifadə etmək imtiyazını obrazların özünə verir, hadisələri, bədii detalları "dindirir".

Kitab "Ləyaqət düsturu" adlı hekayə ilə başlayır. Bir vəzifə sahibinin hər şeyini maddiyyata qurban verməsi, ləyaqətinin qiymətini kah bahalı maşını, kah dəbdəbəli evi, kah da fermer təsərrüfatının qiyməti ilə ölcməsi kimi faciəli bir səhnəni müəllif çox böyük ustalıqla əks etdirib. "Deməli, elə rəqəm tapmalıydı ki, özü də, ləyaqətinə müştəri çıxanlar da razı qalsın". Nə qədər açınacaqlı bir həqiqət. Bəyəm bu gün belələri azdırmı? İnsanlığını, ləyaqətini, hətta namusunu belə vəzifəyə, rahat gün-güzarana qurban verənlər Natiq müəllimin "qəhraman"ı olan Cəsarətin simasında neçə də gözəl açıqlanıb. Müəllif onların dünyasını özünəməxsus bir şəkildə açıb-tökərək elə onun öz dili ilə ləyaqətsiz olduğunu təsdiq edərək yazır: "Bəlkə mənim yerli-dibli ləyaqətim yoxdur, ona görə ona qiymət tapa bilmirəm?".

Bu sualdan dərhal sonra müəllif qeyd edir ki, birdən Cəsarət "müəllim"in yadına dünya ulduzu Cenifer Lopes düşür. "Möhtəşəm arxa-sıyla şöhrət qazanan Cenifer Lopes onu 27 milyon dollara sığortaladıb. Gözləri doldu, 27 milyona bax e! Bayaqdan bəri, heç olmasa təskinlik üçün yuvarlaq da olsa, bir rəqəm axtaran Cəsarət ləyaqətini ağlı kəsən, gözünə dəyən hər şeylə müqayisə eləmişdir. Elə 27 milyon da pis qiymət deyil, yuvarlaqlaşdırıb onu da ləyaqətə bərabər tutmaq olardı. Bəs birdən soruşsalar, bu haradan ağlına gəlib? Onun arxası- mənim ləyaqətim...".

Çox gözəl bir bənzətmə. Artıq şərhə ehtiyac yoxdur. Çünki yaşa-dığımız bu dünyada az qala hər gün vəzifəsini itirməmək xatirinə nəyinki ləyaqətini itirənlərə, hətta Tanrısını belə unudaraq ağa-qara, qaraya-ağ söyləyən Cəsarətlər qədər desən.

Natiq Məmmədli bu hekayədə olduğu kimi "Korun gördüyü gələcək" adlı hekayəsində insan mənəviyyatından bəhs edir. Çox maraqlı oxunaqlı bir hekayədir. Çoxlarının gözü açıq olsa da içindəki naqislik xisləti, vəzifəsini, şan-şöhrətini itirmək qorxusu ətafında baş verən haqsızlıqlara qarşı onu "kor" edir. Görə-görə kor, eşidə-eşidə kar olur. elə kor, kar olmasa da ləyaqətini itirmiş, qiymətini tapa bilməyən Cəsarət kimiləri onu kar kor olmağa məcbur edir. Burada insanların laqeyidliyindən, haqsız-lığından yorulan, usanan bəzi insanlar bu kora qibtə edirlər. "Kor" isə kor ola-ola bu dünyada yaşamağın çətinliklərini "görərək, duyaraq" deyir: "İlahi düz yola çıxmaq qədər çətindir. İnanmıram ki, düz yolla getmək üçün sadəcə addımlamaq kifayət eləsin, qəfil badalağa mütləq hazır olmalısan". Müəllif bu fikirdən dərhal sonra "indi dünyada nəsli kəsilməkdə olan xeyirxah adamları" qorumaq üçün həyacan təbili çalır, bəşəriyyəti onları qormağa, yaşatmağa cağırır.

Hər gün hər birimizin rastlaşdığı reallıqlar, bəzi insanların təmənnasız xeyirxahlığı (təəssüf ki, bunlar barmaqla saya biləcək qədər azdır), bəzi-lərinin isə başqalarını alcatmaq, ləyaqətinə toxunmaq, haqqına sahib olmaqdan zövq alması (heyiflər ki, bunların sayı-hesabı bilinmir) müəllifin "Klaon" hekayəsində daha böyük ustalıqla verilib. O belələrini özünəməxsus şəkildə tənqid edərək, mənəviyyatsızlığını bəyan edir. "Başı boş, cibi dolu olan" vəzifə sahibi Lütfi arvadı Səriyyənin ad günündə restoranda klonu, təhqir etməsi (əslində öz hərəkətləri ilə klonluq etməsi) mənzərəsini müəllif peşəkarlıqla açıqlayaraq onun ən adi insani hisslərdən dəuzaq olduğunu oxucusuna bəyan edir.

Ətrafımızda baş verən hadisələrə müəllif yalnız bir seyirci kimi baxmır. Haqsızlıqlara qarşı, bir qələm, kalam əhli kimi səsini qaldırır, onları doğru yola səsləyir. Bəzən yumuşaq, bəzn öldürücü satiranın gücü ilə onları tərbiyyələndirməyə calışır. Hadisələri daha ətraflı, geniş şərh etməklə oxucunu dərin mətləblərdən hali edərək belələrinə qarşı amansız olmağa cağırır.

"Ləyaqət düsturu"nda mətbuat, jurnalistika aləminə aid hekayələr yer alıb. Bu da təbiidir. Qələm dostumuz həm jurnalistliklə məşğul olur. Uzun müddətdir mətbuatda çalışır. Əməkdar jurnalistdir. Ali Media Müka-fatına layiq görülüb. O, Azərbaycan mətbuatının inkişafında özünəməxsus yeri rolu olan, səsi-sorağı 19-cu yüzillikdən üzü bəri bu günümüzə kimi gəlib catan, vətənpərvər, xeyriyyəci Hacı Zeynalabdinin xeyir-duası ilə işıq üzü görən, Əli Mərdan bəyin, Həsən bəyin, Əli bəyin, Əhməd bəyin dəsti-xətti olan, Cüyhun Üzüyir bəyin işıqlı zəkasının ruhu duyulan tarixi "Kaspi"nin varislərindən biri kimi bu günkü "Kaspi"ni yaşadanlardandır.

Tədqiqatçı alim prof. Alxan Bayramoğlunun təbirincə desək: "Kas-pi"cilər üçün həyatda bir qiymət meyarı var: vətənin onun vətəndaşlarının ümumi maraqları, doğma AZƏRBAYCANımızın ümum-milli mənafeləri". Bu mənafeyi başda qəzetin təsiscisi, filologiya üzrə fəlsəfə doktoru, jurnalist-şairə, xeyriyyəci xanım Sona Vəliyeva ilə birlikdə təbliğ edirlər. N.Məmmədli bir necə ildir ki, "Kaspi" qəzetinə redaktorluq edir. Bu illər ərzində qəzetdə həm məzmun, həm forma dəyişiklikləri edib.

O, böyük qələm sahiblərinin adına amalına layiq bir "Kaspi"ni yaşadır. Xüsusən hər şənbə çap olunan "Ədəbiyyat" sayını demək olar ki, ədəbiyyat sevərlər həsrətlə gözləyir. Hiss olunur ki, Natiq müəllim mətbuat işini, qəzetcilik prinsiplərini, mükəmməl bilir.

Bunu kitabındakı "Mənim birinci yalanım" adlı hekayəsini oxuyarkən hiss etdim. Redaksiya, nəşriyyat işlərini bütün incəlikləri ilə bilməsi, onun bu gün təcrübəli bir redaktor kimi fəaliyyətinə dəsdək olur.

N.Məmmədli həm tədqiqatçı alimdir. Tarix elmləri namizədidir. Türk xalqları tarixinə dair əsərlərin, bir çox elmi məqalələrin müəllifidir. "Vaxtı keçmiş sitatlar" hekayəsini oxuduqca özümün bu yolda cəkdiyim əzab-əziyyətlər kino lenti kimi gözlərim önündə canlandı özümə təsəlli verdim ki, sən demə yiyəsizlərin hamısı belə əzablar bahasına bu zirvəni fəth edir.

Hekayədə aspirant Qələndərlinin sovet dövrünün son on illiyindən müstəqillik dövrünə qədər olan on il ərzində müdafiə etmək üçün cəkdiyi əzab-əziyyətlər, süründürməciliklər təsvir edilib.

Bu süründürməciliklər o qədər davam edir ki, artıq Qələndərlinin nəyinki, müdafyə etməyə, heç yaşamağa hayı-amanı qalmır (Deyilənə görə sovet dövründə ölkəmizdə Azad Mirzəcanzadə (Ali Atestasiya Komisiyasının sədri) ən azı 50 yaşında müdafyə etmək istəyənlərin qovluğunu hələ "çox gənc"dir adı ilə geri qaytarırmış?! Beləliklə yaşı 60-ı haqlamış "gənc alim"lər müdafyə bura-xılırmış).

"Yaxşı anaların oğulları" adlı hekayədə isə övlad-valideyin münasi-bətlərindən, valideyinin, xüsusən də anaların tərbiyənin bünövrəsini düz qoymadıqda ömrü boyu əzab cəkmələrini müəllif ürək ağrısı ilə təsvir edir.

Diqqətimi cəkən hekayələrdən biri də "Dolma" hekayəsi oldu. Hekayə II Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibi adına layiq görülüb. Hekayədə həmişə olduğu kimi azərbaycan xalqının hər şeyinə sahib olmaq istəyən ermənilərin milli mətbəximizə şərik cıxmalarından bəhs olunur. Müəllif hekayədə RusiyaGürcüstan nümayəndələrinin milli məsələyə münasibətini əsl sənətkarlıqla açıb göstərə bilmişdir. Hətta adı bir hadisələrdə onların riyakarlığını əks etdirməyə nail olmuşdur.

Müəllifin "Beş atanın öğey oğlu", "Bütün maymaqların yükü", "Həkimə gedən məğrur adam", "Xoşbəxt adamla bədbəxt adamın söhbəti", "Halalıq", "Arzuların qənimi" sərlövhəli hekayələrində də insanın mənəvi aləmindən, düşüncələrindən bəhs olunur. Bu əsər müəllifin uzun illər həyat-da apardığı müşahidələrinin bəhrəsidir. Sonda tam əminliklə demək istəyirəm ki, bu əsər oxucusunun mənəvi aləmini zənginləşdirəcək, ona düzgün yol seçməkdə yardımçı olacaqdır. Qələmin iti, sözün kəsərli, çanın sağ olsun qələm yoldaşım!

 

Qərənfil

Dünyamin qızı BDU-nun Fəlsəfə doktoru

Ədalət.-2012.-18 dekabr.-S.6.