Rza Rzayev: "Biz bir-birimizə "sevirəm" deyə bilmədik"

 

Publika.Az-ın "Beşmərtəbə" layihəsinin növbəti qonağı "Dolu" filminin qəhrəmanı Rza Rzayevdir.

 

 

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Hə, hər gün günəşi, ayı tutmaq istəyirəm, illər keçməsin.

2. Çevrənizi...

- Hə, darlığından sıxılıram, genişliyindən qorxuram.

3. Adınızı...

-Yox, mən qoymamışam axı.

4. Yaşınızı...

- Yox, yaşımı yaşamıram.

5. Bədəninizi...

- Yox, dəyişməyə qoymuram, idmanla məşğulam.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Yox, yadlardan qorxuram.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Hə, inanıram ki, cənnətdə görüşəcəyik.

3. Məhəmməd Füzuli ilə...

- Yox, buna hazır deyiləm, qəzəlləri yadımda qalmır.

4. Vanqa nənə ilə...

- Yox, nənələr mənə qalıb?

5. İlk insan olan Adəmlə...

- , amma son insan olsaydım.

Darıxırsınızmı?

1. Uşaqlığınız üçün...

- , ürəyim qalıb uşaqlığımda.

2. Uzaq bir yer üçün...

- Yox, mən yerimi dəyişəndə darıxıram.

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- , çoxdur belə insanlar, burnumun ucu göynəyir onlardan yana.

4. Gələcəyi gözləməkdən...

- Yox, gələcəkdən heç gözləmirəm

5. Bəzən səbəbsiz...

- , vaxtımın çoxunu darıxmaqla keçirirəm.

Oxuya bilirsinizmi?

1. Hər gün kitab...

- , daha çox fəlsəfə, ən azı iki saat.

2. Hər səhər qəzet...

- , dost bildiyim müəlliflərin yazılarını.

3. Elektron material...

- , amma darıxdırıcıdır.

4. Mahnı...

- Yox, səsimi qoruyuram, seçkilərə saxlayıram.

5. İnsanları üzündən...

- Yox, bu elmi bilmirəm, insanların bir üzü yoxdur axı?

 

 

İnanırsınızmı?

1. Sevdiyinizə yüz faiz...

- , amma biz bir-birimizə "sevirəm" deyə bilmədik.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox, gələcək xoşbəxtlik vəd etmir, bəşəriyyəti qiyamət gözləyir.

3. Allaha...

- Hə, amma ONU görəcəyimə inanmıram.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Yox, çünki heç kimdən heç nə gözləmirəm.

5. "Siz hamıdan yaxşı adamsınız" sözünə...

- Yox, yaxşılar çox azdır və onlar çox yaşamır.

 

Ədalət.-2012.-20 dekabr.-S.8.