Fond gəncləri fəal olmağa çağırdı
Fərhad
Hacıyev: "Dağlıq-Qarabağ münaqişəsi barədə
səsimizi dünyaya çatdıra bilməyimiz
üçün görülən işlərdə
xaricdəki gənclərimizin xüsusi rolu var"
"Gənclər Fondu bir sıra beynəlxalq layihələrə maliyyə dəstəyi göstərib, mühüm beynəlxalq forumların, konfransların təşkilatçısı olub. Bu layihələrin keçirilməsində əsas məqsəd ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birbaşa iştirak etmək, bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsi, onların şəbəkələrinin yaradılması üçün imkan yaratmaq olub. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin aktivliyi təqdirəlayiqdir".
Bu fikirləri Azərbaycan
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev APA-ya
müsahibəsində bildirib. Fond elan etdiyi
ilk qrant müsabiqəsindən
danışan icraçı direktor qeydiyyatdan keçmiş
172 təşkilat və 83 fərdi şəxsdən layihə
təklifləri aldıqlarını A kateqoriyası üzrə
104, B kateqoriyası üzrə 16, C kateqoriyası üzrə
isə 9 layihənin seçildiyini deyib. "Digər D və E kateqoriyaları
üzrə isə mütəmadi olaraq
müraciətlər qəbul olunub. D
kateqoriyası üzrə 17 nəfər gənc beynəlxalq tədbirlərdə
Azərbaycanı təmsil edib. E kateqoriyasına rəsmi olaraq 4
müraciət gəlib. Ümumilikdə, layihə müraciətlərinə
əsasən fərdi gənclər və QHT-lər tərəfindən
təqdim olunan layihələrə
Müşahidə Şurasının qərarına əsasən
1 920 820 manat pul
ayrılıb".
Qısa
müddətdir fəaliyyətə başlamasına baxmayaraq
Gənclər Fondu gənclər arasında kifayət qədər
tanındığını vurğulayan F.Hacıyev layihələrin
daha çox təhsil, sağlam həyat tərzinin təbliği,
ekoloji maarifləndirmə, ictimai işlərdə gənclərin
aktivliyinin təmini və könüllülüyün
yayılmasına xidmət etdiyini söyləyib.
İcraçı
director xarici ölkələrdə yaşayan azərbaycanlı
gənclərin aktivliyinin təqdirəlayiq olduğunu bildirib:
"Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ
münaqişəsi barədə səsimizi dünyaya
çatdıra bilməyimiz üçün görülən
işlərdə xaricdəki gənclərimizin xüsusi rolu
var. Buna görə də, Gənclər Fondu beynəlxalq layihələrin
də keçirilməsində maraqlıdır və dəstək
göstərməyə hazırdır".
F.Hacıyev
Fondun növbəti ildəki planlarından da
danışıb: "Gənclər Fondu önümüzdəki
ildə fəaliyyətini daha da genişləndirməyi
planlaşdırır. Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri,
daha geniş
miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial
çarxlar müsabiqələri, gənclər
arasında ixtiraçılığın inkişafına dəstək
verən layihələr həyata keçirəcək. Bundan başqa, Fond bölgələrdə fəaliyyətlərin
aktivləşdirilməsinə xüsusi
diqqət göstərəcək.
Fond fəaliyyətini internetdə genişləndirməyi planlaşdırır. Hal-hazırda Fondun saytında 254 gənclər təşkilatı və 191 fərdi gənc qeydiyyatdan keçib. Müxtəlif sosial şəbəkələrdə Fondun səhifələri minlərlə gənc tərəfindən izlənir. Önümüzdəki günlərdə fond ikinci qrant müsabiqəsini elan edəcək. Müsabiqənin elanı zamanı prioritet sahələr və istiqamətlər qeyd olunacaq. Gəncləri və gənclər təşkilatlarını növbəti müsabiqədə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclər fondu məhz gənclər üçün fəaliyyət göstərir. Gənclərin ideyalarının, təşəbbüslərinin dəstəklənməsi bizim üçün çox vacibdir. Buna görə də, gənclərimizi fəal olmağa çağırırıq".
Anar İsaoğlu
Ədalət.-2012.-20 dekabr.-S.4.