"Bu gün
hamı "gülməli"
artist olmaq istəyir"
Əbdül Mahmudbəyov: "Postmodernizim
deyilən bir cərəyanın arxasınca
olan dartınmalar bizi uçuruma aparan amillərdən biridir"
Bu yaxınlarda "Qan
yaddaşı" adlı
sənədli film tamaşaçılara
təqdim olunacaq. Filmin müəllifi,
tanınmış kinorejissor
Əbdül Mahmudbəyovla
həm sözügedən
film, həm də ümumilikdə kinomuzun inkişafından və digər narahatlıq doğuran kultroloji məsələlərdən danışdıq.
Həmin
müsahibəni sizlərə
təqdim edirik.
- Mənim çəkdiyim bu sənədli filmdə, uzun illərdən bəri mütəmadi olaraq haqsızlığa düçar
olan Azərbaycan həqiqətləri, məruz
qaldığımız soyqırımları,
ədalətsizliklər və
s. problemlər öz əksini tapır.
Tarixi qaynaqlardan,
arxiv materiallarından
və xalqımızın
yaddaşından gələn
bir səs bu gün Müsəlman-Türk
dünyasının hədsiz
haqsızlığa məruz
qaldığını açıqca
göstərməkdədir. Bunlar həm
ideoloji, həm də fiziki zərbələrdir. Heç
kəsə sirr deyil ki, uzun
illərdən bəri
müsəlman ölkələrinə
davam edən "Səlib yürüş"ləri
deyilən bir anlayış var. Zaman-zaman
müəyyən təriqətlər,
"izim"lər yaradaraq
əslində islamı
gözdən salmaq məqsədi daşıyan
bir sıra qurumlar indi də
var və daha da səylə
çalışırlar ki,
Türk-İslam dövlətlərini
dünyaya terrorçu
kimi tanıdıb öz mənfur məqsədlərinə çatsınlar.
Lakin onlar bilmirlər ilahi qanunauyğunluq deyilən bir anlayış da var, onlar nə
qədər çalışsalar
bunu dəyişə bilməzlər. İsalam dininin
təməli gözəllik,
sülh, insanları bir-birinə sevdirməkdi.
Bu dində heç
bir terrordan, qırğından və aqressiyadan söhbət gedə bilməz. Bugünkü təbiət hadisələrinin
özü belə islama qarşı olunan ədalətsizliyə
bir xəbərdarlıqdı.
Müəyyən dövlətlərin şəxsi dövlətçilik
marağının olduğunu
bilirəm, amma din xadimlərinin bu məsələyə rəvac
vermələrini heç
cür anlamıram.
Axı İncil kitabının özündə
də həzrəti Peyğəmbərin zuhur barəsində və İslamın haqq din olduğunu təsdiq edən kifayət qədər dəlillər
var...
İslama olunan təcavüz eyni ilə Türk
xalqlarına qarşı
yönəldilib. I Pyotrdan
başlanan Türk dünyasına xəyanət
planı indi də davam etməkdədir.
Məqsəd isə Türk
dövlətləri arasında
qondarma xiristian dövlətləri yaradaraq
onların bir-birinə
qaynayıb qarışmasına
maneçilik törətməkdir.
Bu flimdə həmin
problemlər, eləcə
də erməni vandalizminin gerçəklikləri
açılır.
- Hansı tarixi qaynaqlara istinad etmisiniz?
- Bu filmdə 60-a qədər tarixi mənbəyə müraciət etmişəm.
Ən qəribəsi odur ki, mən bu
tarixi dəlillərin
heç birində Müsəlman-Türk alimlərinə
istinad etməmişəm.
Elə ruslara, ingilislərə, hətta erməni alimlərinə belə istinad edərək əsl həqiqətin üzə çıxmasına
çalışmışam.
- Film tamaşaçılara
nə vaxt təqdim olunacaq?
- Yaxın günlərdə
nümayiş etdirəcəyimiz
bu film iki hissədən ibarətdir.
Çəkilişlərdə göstərdikləri müəyyən köməkliklərə
görə ATV kanalına
öz dərin minnətdarlığımı bildirirəm.
- Film və seriallar üçün yazılan ssenarilərin yarıtmazlığı müzakirə
olunur. Sizin bu məsələyə münasibətiniz necədir?
- 70 il əsarətdə
olduğumuz dövrdə
beynimizə sovet ideologiyasını elə
yeridiblər ki, onun təsirindən 3-5 ilə azad olmaq
qeyri- mümkündür.
Tarixi şəxsiyyətlərimizi, qəhrəmanlarımızı
bizə düşmən
kimi təqdim ediblər. Elə indi də bəziləri o qəhrəmanlar
haqqında birmənalı
düşünmür. Bizdə yaxşı əsərlərin
yazılması üçün
milli şüurun tam formalaşması lazımdır.
İstedadlı adamlar həmişə
olub, indi də var. Onların varlığı özünü
yaxın zamanlarda göstərəcək.
- Milli şüurun inkişaf etməsi üçün
bizə nə lazımdır?
- Bu gün postmodernizm deyilən bir cərəyanın arxasınca
olan dartınmalar bizi uçuruma aparan amillərdən biridir. Çünki bir çox
yazarlarımız cərəyanın
mahiyyətini tam bilmir.
Belə olan halda həm
özünü itirir,
həm də axtardığını tapa
bilmir. Bu kor adamın işığa tərəf
getməsinə bənzəyir.
Bu gün muğama,
qəzələ, yuxarıdan
aşağı baxanları
əsl Azərbaycan ziyalısı hesab etmək olmaz. Ən yaxşı təzəlik
elə köhnəlikdi.
Bu gün soyunmağı,
tullanıb-düşməyi mədəniyyət hesab edənər vaxt gələcək bunun yanlış olduğunu anlayacaqlar.
- Şeyx, bu gün seriallarda
və filmlərdə
aktyorların oynadığı
rollarda bir sünülik hiss olunur...
- Pisi deyəndə, gərək yaxşını
da deyəsən. Sovet dönəmində olan təhsil bu gün yoxdur. O zaman aktyorluq sənətinə kiminsə
tapşırığı ilə, "dayı" hesabına və s. qondarma yollarla daxil olmaq mümkün
deyildi. Amma təəssüf ki, bu gün
belə neqativ hallar var və
ona görə də bu problemlər
aydın şəkildə
görünür. Heç bir
müəllim kimisə
aktyor edə bilməz. Aktyorluq insanın qanında
olmalıdır. Bu gün hamı "gülməli" artist olmaq
istəyir. Mən filmimdə
ciddi rol oynamaq istəyən aktyorları çox çətinliklə tapıram.
Bunun kökündə isə təhsil problemləri dayanır.
- Bu gün çəkilən bəzi
seriallarımızın xarici
ölkələrin, xüsusən
də türk serallarının plagiatı
olduğu söylənilir...
- Bir var plov
yeyənin artığını
yeyəsən, bir də plov yeyənin
qabağından qalanı
yeyənlərin artığını
yeyəsən. Belə serialları
mən ancaq bu cür qiymətləndirirəm.
Bizdə
kino ənənələri
formalaşanda qardaş
Türkiyə respublikasında
hələ əsl kinonun nə olduğunu belə bilmirdilər. Hesab edirəm
ki, bu cür
seriallar cəmiyyət
üçün heç
bir mənəvi dəyər kəsb etmir.
- Aktyor bütün rolları oynamalıdı, yoxsa bunun bir qaydası
var?
-
Dünya praktikasında peşəkarlıq baxımından
belə şey yoxdur. Amma dünyada bir-neçə belə aktyorun olduğunu danmaq olmaz. Ümumilikdə
isə aktyorların xarakterindən aslı olaraq,
onların oynadığı rol da fərqli olmalıdır.
- Gənc rejissorlara məsləhətiniz nədir?
-
Əsasən dünya kino mədəniyyətini öyrənsinlər,
eləcə də müasir texnologiyaları mənimsəməlidirlər.
Çünki bu gün yaxşı kinonun yaranmasında əsərin
gözəlliyi və rejissor peşakarlığı ilə
yanaşı texnologiyanın da rolu əvəzsizdir.
- Qarşıdan gələn
2013-cü il ilə bağlı yeni layihələriniz
varmı?
-
2013-cü il üçün iki böyük layihəm olacaq. Onun biri yenə də tariximizə aiddir. Mən bu layihəni
verilişlər şəklində
həyata keçirəcəyəm.
Digər
layihəm isə yad planetdən gələnlərlə bağlı
olacaq. Bu gün Yer planeti
və biz yad qüvvələr tərəfindən
idarə olunuruq.
Mən bu məsələləri
də sənədli
film şəkilində tamaşaçılara
təqdim edəcəyəm.
Bahadur Qobustan
Ədalət.-2012.-20 dekabr.-S.6.