Xan Şuşinski
Fondu ilk layihəsinə
başladı
Xan
Şuşinski Fondu ilk layihəsinə başlayıb. Fondun prezidenti,
ustadın qızı
Bəyimxanım Verdiyeva
Lent.az-a açıqlamasında
bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası
tərəfindən “Azərbaycan
musiqisinin dünəni,
bu günü və sabahı” adlı diskussiya keçirilib. İctimai Televiziyada aparılan
diskussiyada ölkənin
tanınmış sənətkarları
fikir səsləndiriblər.
Xalq artistləri Arif Babayev, Əlibababa Məmmədov, Mənsum İbrahimov, Samir Cəfərov və digərləri Azərbaycan
musiqisinin tarixi inkişafından söhbət
açıblar. Fondun prezidenti
bildirib ki, qarşıda daha bir neçə layihələrin həyata
keçirilməsi planlaşdırılır.
Bəyimxanım Verdiyeva deyib ki, yaxın günlərdə Xan Şuşinskinin saytı yaradılacaq: “Rabitə və informasiya Texnologiyaları Nazirliyinin
dəstəyi ilə Xan Şuşinski adına sayt
yaradılacaq. Sayt Azərbaycan
dili ilə yanaşı, bir neçə xarici dildə də fəaliyyət göstərəcək.
Məqsədimiz Qarabağın
əsasını qoymuş
Cavanşirlər sülaləsindən
olan, böyük ustadların ona verdikləri Xan adını öz şəxsiyyəti, sənəti
ilə daim yaşadaraq, zəngin yaradıcılığı ilə
Azərbaycan musiqisinə
misilsiz xidmətlər
göstərən Xan
Şuşinskini gələcək
nəsillərə tanıtmaqdır.
Fonda yığılan vəsait Xan Şuşinskinin yaradıcılığını
öyrənmək və
təbliğ etmək,
istedadlı muğam ifaçılarına dəstək
vermək, muğamın
yayılmasına və
inkişafına yardım
etmək, xalq musiqisinə aid festivallar və tədbirlər keçirmək və sairə layihələrə
sərf ediləcək”.
Qeyd edək ki, fondun
təsisçiləri təsisçiləri
Gəncə Dövlət
Filarmoniyasının bədii
rəhbəri Fikrət
Verdiyev və Milli Konservatoriyanın, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin pedaqoqu Məryəmxanım
Hüseynovadır. Fondun açılış
mərasimi gələn
ilin martında Xan Şuşinskinin anım günü ərəfəsində olacaq.
Ədalət.-2012.-20
dekabr.-S.8.