Gəlməli, görməli Masallı
"Azərbaycanın Folklor Paytaxtı" nominasiyasını bu rayondan necə geri almalı?
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Yaradıcılıq Paytaxtları" layihəsi uğurla davam edir. Başa çatan 2012-ci ildə bu layihədə iştirak etmək şansı qazanan rayonlar gördükləri işlərin hesabatını verir.
Bu il üçün "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunan Qubada və "Azərbaycanın Əfsanələr Paytaxtı" kimi tanınan Gədəbəydə artıq tədbirlərə yekun vurub.
Ötən
həftə isə növbə Masallıya çatdı. Hansı Masallıya?
"Azərbaycanın Folklor Paytaxtı" elan olunan Masallıya.
Masallı hesabat verir, amma nominasiyanı geri vermək istəmir
Quba və Gədəbəydə ilboyu
keçirilən bir-birindən
maraqlı tədbirlər,
görülən işlər
barədə ötən
reportajlarımızda məlumat
verməyə çalışmışdıq. Mədəniyyət və Turizm Nazirliyinin jurnalistlər üçün həmin rayonlara təşkil etdiyi info-turlar layihənin icrası ilə bağlı dolğun bilgi almağa yardım göstərmişdi. Nazirlik ənənəsinə
sadiq qalıb Masallıya info-tur təşkil etməklə
yenə əlimizdən
tutdu.
"Azərbaycanın Folklor Paytaxtı" tədbirinin yekunu Masallının Gənclər
Mərkəzində baş
tutdu. Bayramsayağı
bəzədilmiş məkana
dəvətlilər əvvəlcə
bu il
ərzində keçirilən
tədbirləri özündə
əks etdirən
video-çarxı izlədilər.
Masallı Rayon İcra Hakimiyyəti
başçısının müavini Nəsir Muxtarlı "Azərbaycanın
Folklor Paytaxtı"nda
görülən işlər
barədə dolğun
məlumat verdi.
Yaradılan Təşkilat Komitəsinin
sədri olan icra başçısının
müavini bildirdi ki, təsdiq edilən tədbirlər planına uyğun olaraq "Azərbaycanın
Folklor Paytaxtı.
Masallı-2012"nin loqotipi,
bayraqları hazırlanıb,
əyani vəsaitlər
çap olunub. İki dildə- Azərbaycan və ingilis dillərində çap olunan kitabçada Azərbaycanın tarixi və müasir dövrü barədə məlumat verilib, Masallının keçmişi,
bu günü əks olunub, Qarabağın ermənilərin
işğalına məruz
qalan ərazisi haqqında yazı dərc olunub. Masallıda təşkil olunan Ümumrespublika Muğam Festivalında bütün
bölgələrdən gənc
istedadlar iştirak edib. Festivalın yekun konsertində
isə tamaşaçılar
tanınmış muğam
ifaçılarının çıxışlarını izləmək imkanı qazanıblar. Masallının
folklorunu bütün dünyada təbliğ edən "Halay" ansamblı və tanınmış ziyalı
Mirkazım Aslanlı haqqında sənədli filmlər çəkilib. Rayonda "Azərbaycan folkloru mədəni sərvətimizdir" mövzusunda
keçirilən elmi-praktiki
konfransda ölkənin
görkəmli alimləri
yaxından iştirak edib, fikir və
mülahizələrini bildiriblər.
Teatr həftəsi, Turizm sərgisi, Kitab bayramı və başqa tədbirlər
rayon sakinlərinin marağına
səbəb olub.
Nəsir
Muxtarlı sentyabrın
6-da startı verilən
və 4 gün davam edən Beynəlxalq Folklor Festivalı haqqında geniş məlumat verdi. İcra başçısının
müavini belə bir tədbirin uğurla keçirilməsini
təkcə rayonunun deyil, ölkənin mədəni həyatında
da mühüm hadisə kimi qiymətləndirdi. Onun
sözlərinə görə,
Türkiyədən, İrandan,
Rusiyadan, Latviyadan gələn tanınmış
folklor ansamblları öz ölkələrinin
musiqi mədəniyyətini
təbliğ etməklə
yanaşı, Azərbaycan,
onun dilbər guşələrindən sayılan
Masallı ilə yaxından tanış
olublar. Qonaqların Boradigah qəsəbəsində
və Şərəfə
kəndində çıxışları
maraqla qarşılanıb.
Beynəlxalq Folklor Festivalına Masallı Olimpiya İdman Kompleksində yekun vurulub. Yekun konserti
də rayon sakinlərinə
və qonaqlara yaddaqalan anlar yaşadıb.
Nəsir Muxtarlı qeyd etdi ki, tədbirlərin
yüksək səviyyədə
təşkil olunması
Masallının belə
mötəbər sənət
bayramlarını keçirməyə
hazır olduğunu bir daha sübut
etdi.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayev
"2010-2014-cü illər üçün Yaradıcılıq
Paytaxtları" proqramının
əhəmiyyəti barədə
mərasim iştirakçılarına
məlumat verdi,
"Azərbaycanın Folklor
Paytaxtı" nominasiyasının
qalibi olduqdan sonra Masallıda görülən işləri
yüksək qiymətləndirdi.
Fikrət
Babayev il
ərzində müxtəlif
maraqlı tədbirlərin,
xüsusi ilə Beynəlxalq Folklor Festivalının təşkilində
Masallı Rayon İcra
Hakimiyyətinin başçısı
Rafil Hüseynovun əməyini qeyd etdi. Şöbə müdiri tədbirlərin
təşkilində və
keçirilməsində yaxından
iştirak edənlərə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin adından təşəkkür
etdi.
Milli Elmlər
Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov isə rəhbərlik etdiyi elm ocağının
Masallı ilə bağlı həyata keçirdiyi işlər barədə danışdı. Direktor qeyd
etdi ki, institut əməkdaşları
yerli ziyalıların
yaxından köməyi
ilə "Azərbaycan
folklor antologiyası.
Masallı folklor örnəkləri"
kitabını nəşrə
hazırlayıb. Muxtar İmanov
Folklor İnstitutunun gələcəkdə də
bu sahədə araşdırmalar aparacağını
diqqətə çatdırdı.
Rayon ağsaqqalları adından çıxış
edən Ələsgər
Niftiyev "Azərbaycanın
Folklor Paytaxtı"
elan olunduqdan sonra Masallıda çox böyük dəyişikliklərin olduğunu
bildirdi. Ziyalıların, gənclərin bu
tədbirlərdə yaxından
iştirak etdiyini xüsusi vurğuladı.
Sonra söz Masallı Rayon İcra Hakimiyyətinin başçısı
Rafil Hüseynova verildi. İcra Hakimiyyətinin
başçısı qədim
tarixi, özünəməxsus
təbiəti, yetişdirdiyi
ziyalı ordusu ilə seçilən Masallının "Azərbaycanın
Folklor Paytaxtı"
kimi tanınmağa haqqı olduğunu dedi. Göstərdiyi etimada, il
ərzində keçirilən
tədbirlərdə yaxından
iştiraka görə
Mədəniyyət və
Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlıq
edən Rafil Hüseynov rayon sakinlərinin
də zəhmətini
unutmadı, bütün
masallılara təşəkkürlərini
çatdırdı. Tədbirlərdə fəallığı ilə
seçilən bir qrup mədəniyyət işçisinə isə
qiymətli hədiyyələr
bağışladı.
"Azərbaycanın Folklor Paytaxtı. Masallı-2012"nin
yekunlarına həsr olunan mərasim Bakıdan dəvət olunan incəsənət ustalarının çıxışı
və rayon bədii özfəaliyyət kollektivlərinin
konserti ilə başa çatdı.
"Paytaxtı
hər gün dəyişməzlər"
Gənclər Mərkəzinin iclas zalında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil
Hüseynovun info-turda iştirak edən jurnalistlərlə görüşü
keçirildi. Səmimi şəraitdə keçən görüşdə
Rafil müəllim keçmiş həmkarımız
kimi heç bir sualdan yayınmadı.
Qədim Masallı torpağı, zəhmətsevər və
qonaqpərvər insanları,
görkəmli ziyalıları
barədə fəxrlə
danışan icra hakimiyyətinin başçısı
ölkədəki iqtisadi
inkişafın bu gözəl məkana da yeni nəfəs
verdiyini qeyd etdi. Masallıda görülən işlər və gələcək planlarını
böyük həvəslə
açıqladı.
Rafil
Hüseynov Masallının "Azərbaycanın Folklor
Paytaxtı" elan olunmasını rayonun həyatında
mühüm rol oynadığını bir daha vurğulayaraq
Beynəlxalq Folklor Festivalının, digər tədbirlərin
yüksək səviyyədə təşkilinə görə
Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlıya,
rayon mədəniyyət və turizm şöbəsinin
müdiri, əməkdar mədəniyyət işçisi Lətifə
Mövsümovaya ayrıca təşəkkür etdi.
"Paytaxtı hər gün
dəyişməzlər"-deyən rayon
icra hakimiyyətinin
başçısı Masallıda bundan sonra da beynəlxalq səviyyəli
müxtəlif tədbirlərin keçiriləcəyini bildirdi.
Mədəniyyət
və Turizm Nazirliyinin təşkil etdiyi info-tura qatılan
media nümayəndələri Masallıda gördüklərindən
razı qaldılar.
Növbəti
il üçün "Azərbaycanın Folklor
Paytaxtı" elan ediləcək rayonu çətin sınaq
gözləyir...
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2012.-22 dekabr.-S.14.