YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR
PUBLİSİST-YAZAR: MÖHBƏDDİN
SƏMƏD-2
"Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tutular və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altımışıncı illəri təkcə bizim məmələkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR adıya bir dərnək də var.Həmişə gönlüm istəyib ki, belə bir təşkilat və ya dərnək bizlərdə də olsun,amma bizlər ayrı, Türkiyə ayrı.Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sornakı nəsil tərəfindən heç də gönül xoşluğu ilə qarışılanmayıb. Mən kiminsə müdafisinə qalxmaq məqamından uzağam. Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.Daşlaşmış "ALTIMIŞINCILAR" sırasına salınmayan ALTIMIŞINCILAR da olub. Kimlərdir bunlar?
- Gəncliyində daha çox sənət publisistikası ilə məşğul
idin. Sonradan meylini elmi-publisistik
yazılara və o sıradan olan insanların həyatına həsr etdin. Bu sahədə
gözəl kitablarınız da var. Bu seçim
hardandır?
- Bu
seçim məndə hələ tələbəlik dövrlərindən
olub. Həmin istiqamətdə özümü
ifadə etmək isə "Azərbaycan gəncləri" qəzetində
başlayıb. Orada işlədiyim çağlarda hiss etdim ki, əməkdaşların
hamısı bir-biri kimi
yazır və bu yazıları oxumaq mümkün deyil. Həmişə araşdırmalar, sosioloji tədqiqatlar fonunda
yazılar yazmağa meylli
olduğum üçün
başladım bu yöndə yazılar yazmağa. Bu yazılar çap olunandan sonra məlum oldu ki, oxucuların belə yazılara böyük ehtiyacları var.
Axı, çap olunan
yazılar təkcə bu və ya digər problemləri sadalamaqdan,
xatırlatmaqdan ibarət deyil. Onu doğuran sosial mühit vardır. Bu mühitin elmi sosioloji kökləri
araşdırılmalı, aradan
qaldırılması yolları göstərilməlidir. Belə
yazılar yazmaq isə xeyli
vaxt tələb edir.
Gərək bu və ya
digər problemləri araşdırasan, sosioloji
köklərini tapasan. Əlbəttə, az maaş və qonorar alan jurnalist
üçün bu o qədər də sərfəli deyil. Belə şeyləri yalnız
özünə və imzasına hörmət edən yazar edə bilər. Mən gəncliyimdə olduğu kimi indi də sənət və elmi
publisistik mövzularda
yazmağı davam etdirirəm. Bunların
heç biri, biri o birinə mane olmur. Əksinə, bir-birinin dayağına çevrilir,
bir-birindən qaynaqlanır.
- Bu paralelizm sizi yorub usandırmırmı?
- Bilirsinizmi, bir yazar kimi informasiyanı
mən həmişə
jurnalistikadan almışam.
Jurnalistika mənə gerçəkliklə
daimi əlaqə saxlamağa imkan yaradır.
- Universiteti qurtarandan sonra xeyli işsiz
qaldığın, qonorar
almaq üçün
radioya verilişlər
hazırladığın yadıma
gəlir. Bəs necə oldu
ki, birdən "Bakı" qəzetində
işə düzəldin.
Çünki o vaxtlar beş-altı
qəzet vardı.
Onlarda işə düzəlmək
müşkül məsələ
idi?
- Açığını deyim,
bu təsadüfi oldu. Bir dəfə yeni
hazırladığım verilişi
radionun musiqi şöbəsinə verib
evə getmək üçün Baksovet - indiki İçərişəhər
metrosuna qayıdırdım.
Metronun qənşərində "Bakı"
və "Baku" qəzetlərinin
redaktoru Nəsir İmanquliyevlə yolumuz çarpazlaşdı. O, universitetdə
müəllimimiz olmuşdu.
Elə onda də universitetdə
mühazirə oxumaqdan
qayıdırdı. Salam
verib ötüb keçmək istədim.
Məni saxladı. Sonra qayğıkeşliklə soruşdu:
"Mirzə, (o, bütün
yazarlara belə müraciət edirdi) işə düzələ
bilmisənmi?" Dedim:
"Yox". Bir qədər fikrə gedib sonra dilləndi:
"Sabah saat üçdə
gələrsən yanıma,
bir şey fikirləşərik". Necə demişdi,
elə də etdim. Səhəri gün saat
3-də getdim Nəsir
müəllimin yanına.
Əvvəlcə məni sorğu-suala
tutdu, ailə vəziyyətimlə maraqlandı.
Sonra mətləbə
keçdi: "Ədəbiyyat
və incəsənət
şöbəsində bir
boş ştatımız
var. Əvvəllər sənin
tələbə dostun
Nüsrət Kəsəmənli
orada işləyirdi. İndi onu orduya xidmətə
aparıblar. Hələlik işlə orada, sonrasına baxarıq".
Mən imtina edib dedim:
"Nəsir müəllim,
bayaq özünüz
dediniz ki, Nüsrət Kəsəmənli
tələbə dostumdur.
Mən dostumun yerində işləyə bilmərəm,
ürəyimə pis gələr". Diqqətlə üzümə baxım daxili telefonun dəstəyini götürdü.
Kiməsə: "bura
gəl" deyib üzünü mənə
tutdu: "Mirzə, sən Nüsrətə görə narahat olma. O mənlikdir. Nüsrət
ordudan qayıdana qədər çox sular axıb durulacaq".
O, fikrini yenicə yekunlaşdırmışdı ki, öncə daxili telefonla zəng vurub "bura gəl" dediyi qadın içəri daxil oldu. Nəsir müəllim ona
mənim "Ədəbiyyat
və incəsənət"
şöbəsində yarım
ştatlıq işə
qəbul olunmağım
barədə əmr hazırlamağı, məndən
lazım olan sənədləri almağı
tapşırdı. Beləliklə, "Bakı" qəzetinin əməkdaşı oldum.
Maaşım çox
az, 40 manat
idi. Bir o qədər də
qonorar alırdım.
Amma iş ürəyimcə idi. Di gəl tələbə dostumun yerində işləmək, az maaş və qonorar almaq xoşuma gəlmirdi. Həm də bu qəzet əsasən xəbərlər qəzeti
olduğundan mən özümü tam ifadə
edə bilmirdim. Ona görə "Azərbaycan gəncləri"
qəzetinə can atırdım.
Beş-atlı ay işləyəndən
sonra iş elə gətirdi ki, "Azərbaycan gəncləri" qəzetində
bir nəfər (Davud Abdulkərimov) dünyasını dəyişdi.
O vaxtlar "Azərbaycan
gəncləri" qəzetinin
redaktoru Şamil Fərzəliyev (Şamil Xurşud) idi. O, məni yaxşı tanıyan redaksiya əməkdaşlarının tövsiyəsi
ilə işə dəvət etdi. Bu barədə Nəsir
müəllimə deyəndə
bərk əsəbiləşdi.
Dedi: "a bala, bizim qəzet Bakı Partiya Komitəsinin qəzetidir, jurnalistlərin əksəriyyəti
burada işləməyə
can atır. Sən də başlamısan
ki, mən "Azərbaycan gəncləri"
qəzetinə işə
keçirəm. Yox, mən
səni buraxa birlmərəm. Bir qədər səbirli ol, bir azdan
səni bütöv ştata keçirəcəm,
həm də bir neçə ilə ev də
verdirəcəmg"
- Ömür yolu deyilən bir yol təbii ki, hər bir
adam üçün
təkrarsız hesab olunur. Keçdiyin bu ömür
yolundan razısanmı?
- Mən razı olsam da, olmasam
da, artıq bu yolu keçmişəm.
Bir də ki, əyalətdən
gələnlərin 95 faizi
bu yolu özlərindən
asılı olmayaraq keçməli olurlar.
Bəyəm sən, Tofiq Abdin, Vidadi
Paşayev, Vidadi Məmmədov, İsa İsmayılzadə, Nemət
Veysəlli, Azər
Abdulla, Şəmistan Nəzirli
və başqaları
həmin yolu keçməyibsinizmi?! Düzdür, bu yol hər
birimiz üçün
təkrarsızdır. Sizi deyə bilmərəm, amma mən təzədən
bu təkrarsız yolu yenidən keçmək istəməzdim.
Çünki bu yolun ağrısı, acısı
hələ bədənimdən
çıxmayıb.
- Azərbaycan publisistikasının
60-cı illər havasında
sənin adın həmişə çox hörmətlə çəkilir.
Və yazdığın bir çox publisistik yazılar uzun illərdir ki, unudulmur. Məncə, bundan sonra hələ uzun illər də unudulmayacaq. Bu fakt olaraq qalır
və hərgah sənin o illərini bir etap, mərhələ
kimi götürsək,
jurnalistika üçün
nəyi ən önəmli hesab edirsən?
- Yazı-pozu, publisistika, jurnalistika üçün
çox önəmli
şeylər var. Birincisi,
nə yazdığını
bilməlisən, ikincisi
içindən düz
olmalısan, qərəzçiliyə
yol verməməlisən,
təmənnan olmamalıdır.
Yəqin ki, sən də
yaxşı xatırlayırsan,
ötən əsrin
60-cı, 70-ci illərində keçmiş sovetlər məkanında bədii və sənədli publisistikaya böyük önəm verildi. "Literaturnaya qazeta",
"Komsomolskaya pravda"
qəzetlərində, eləcə də "Novıy mir", "Drujba narodov", "İnostrannaya
literatura" jurnallarında bu janrın ən yaxşı bədii və sənədli
nümunələri dərc edilməyə başladı.
Yadımdadır, Sergey Zalinkinin,
Rasputinin, Vladimir Salauxinin, Nodar Dumbadzenin, Eduard Mejolaytesin Baykal və
Aralıq gölləri, milli adət-ənənələr,
xalq yaradıcılığı, etnoqrafik problemlər barədə bu qəzet və jurnal səhifələrində
geniş publisistik
yazılar verilir, diqqətçəkən
polemika və mübahisələr gedirdi. Oxucular bu publisistik yazıları
maraqla oxuyub ləzzət
alırdılar.
Çox
təbii ki, bu proses Azərbaycanda yaşayıb-yaradan
yazıçı və publisistlərdən də yan
keçmirdi. Daha dəqiq desək, onlara da öz
təsirini göstərirdi. Elə bunun nəticəsidir ki,
yazıçı Anar, publisist
Emil Ağayev, şair-publisist Tofiq Abdin, Siyavüş Sərxanlı,
publisist Nemət Veysəlli, Vidadi Məmmədov, Yusif
İsmayılov, Tofiq Məmmədov və
onlarla başqaları bu
janrda çox qiymətli
nümunələr ortaya qoya
bildilər.
Yeri gəlmişkən, publisistika, jurnalistika üçün önəmli olan bir xarakterik xüsusiyyəti də yada salmaq istəyirəm. O yazardan intellektual və savadlı olmağı tələb edir. Xüsusən də çağdaş günlərimizdə.
(DAVAM EDƏCƏK)
Tofiq Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2012.-22 dekabr.-S.15.