"SONUNCU FATEH"DƏ TÜRK RUHUNUN TƏZAHURU VƏ TƏNTƏNƏSİ

 

Heç bir bədii əsəri bütövlükdə "tarix" adlandırmaq olmaz, ancaq real tarixi qəhrəmanlardan, şahlardan, sərkərdələrdən bəhs edən romanda, povestdə, dramda, poemada, hətta kiçik həcmli hekayədə belə tarixilik mütləq mənada gözlənilməlidir. Çünki həmin əsər milli-mənəvi maraqları əks etdirməklə yanaşı, buya başqa şəkildə bir xalqın iradəsini, tamlığını, digər xalqlarla müqayisədə yerini-yurdunu, dilini-dinini, Vətənini, dağını-daşını, insanların hansı kökdən-soydan qaynaqlanıb pərvəriş tapdığını, casurya mağmınlığını, necə deyərlər, "Şəcərə"sini ifadə edir. Hüseynbala Mirələmov da "türk oğlu türkəm" deyib öyünən Nadir şah Əfşarın təzadlı obrazını "Sonuncu fateh"ində yaratsa da, həm də söylədiklərimiz həqiqətlərə söykənir, Azərbaycanın rəsimini çəkir, bu torpağın varlığın, mənzərəsini cümləbəcümlə tarixi romanında canlandırır.

"Sonuncu fateh"də türk ruhunun təzahürü və təntənəsi olduqca qabarıqdır. Vaxtilə məğribdən məşriqə qədər gözişlənməz nəhəng bir əraziyə səpələnmiş qədim türklər heç vaxt kiminsə torpağını hücumla zəbt etməmişlər, çünki buna ehtiyac duymamışlar, adını unutduğum bir avropalı filosofun təbirincə desək, "onların vətənləri bütün dünya olmuşdur". Gündoğandan günbatana par-par işıldayan, "qəbzəsi qana boyanan" misri qılınclar şaqqıldamış, at nallarından ildırım çaxmış, kəhərlər, köhlənlər dal ayaqları üstə şahə qalxıb kişnəmiş, türk igidləri qarı düşmən önünə mərdi-mərdanə çıxmışlar. Müəllif bir daha təsdiq edir ki, həmişə közərən bu ruh sönməzdir, bu ruh dönməzdir, bu ruh məğlub edilməzdir!

Hüseynbala Mirələmovun baş qəhrəmanı Nadir də bir adlı-sanlı, əsli-nəcabətli türk soyundan çıxmışdır. Romanın ilk hissəsindəki "Ana öyüdü" fəslində dədə-baba sənətinin qulpundan yapışıb ilxı otaran yeniyetmə oğlanın anası Gövhərbəyimlə söhbəti əslində yazıçının bu türk tayfasının kökünə açar salmaq üçün bir niyyətidir. Həmin parça Gövhərbəyim ananın övladına dedikləri ilə başlanır:

- "Ulu nənəniz Şahbəyimin bilməcələri-gülməcələri tayfanın bütün qız-gəlinlərinin dilində, ağzında əzbərdi. "Yusif-Züleyxa" dastanını nəql eləyəndə hətta tayfanın məhrəm kişiləri də gəlib ona qulaq asardılar

- Ana, bə bizi el içində niyə Qırxlı deyə nişan verirlər?..

-Bizim Əvşar tayfası Qırxlı boyundan, bir də Qasımla törəmələrindən bin tutub. Ulu babalarımız Qırxlıları Şah İsmayıl Xətai zamanında Azərbaycanın qədim Əfşaran elindən bura- Xorasana köçürüblərg"

Göründüyü kimi, müəllif ustalıqla romanın başlanğıcında böyük bir əraziyə şahənşahlıq etmiş, hökmü yerimiş, zəmanəsinə uyğun xarici və daxili siyasət yürütmüş Nadir Əfşarın məhz türk boyundan çıxdığını bədii detallarla diqqətə çatdırır. Vaxtı ilə mənfur sovet imperiyasının qısqanclıqla tərtib etdiyi "Böyük Sovet Ensiklopediyası"nda bu Azərbaycan oğlu haqqında nəinki dolğun məlumta verilmir, milli mənsubluğu belə gizlədilir, üstündən sükutlu keçilir. Kitabda oxuyuruq: "Bu tayfa da öz başçısının - Əfşarın adı ilə tanınır. Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşar yadellilərlə mübarizə zamanı Oğuz dədənin həmişə sağ cinahında döyüşərmiş. Oğuz tayfaları arasında əfşarlar cəld olduqlarına görə ən çox vəhşi heyvan ovuna həvəsli imişlər. Bəzən buna görə Əfşara "ovşar" da deyirlər. Türk oğlu türklərin yurd yeri olan ucsuz-bucaqsız torpaqlarda Əfşarlar şanına şayan olan əfsanəvi ad-san qazanmışdılar. Oğuz türkləri Türküstandan Aralıq dənizinəcən, Qafqazdan Kəngər körfəzinəcən ( Fars körfəzi) böyük ərazidə dövlət qurmuşlar".

Hamıya məlumdur ki, Atabəylərin də, Şirvanşahların da, Səfəvilərin də, Qacarların da, Baharlıların da, Əfşarların da soy kökləri türkdür və həmin nəsillərə mənsub olan onlarla sərkərdə, fateh başına tac qoyub əsrlər boyu səltənəti idarə etmişdir. Lakin heç bir digər qədim ölkə kimi Azərbaycan məmləkətinin də bütün dövrlərini "qızıl dövr" adlandırmaq mümkün deyil və xoşbəxtlik, bəxtəvərlik quşu həmişə dövləti idarə edənlərin çiyninə qonmamışdır. Əlbəttə, şahların zəifləri də olmuşdur, güclüləri də. Hər oxuyan Molla Pənah olmadığı kimi, hər şah da Qızıl Arslan deyildi, Şah İsmayıl Xətai ola bilməzdi, cənnət-məkan ləqəbini sığortalamış Şah Abbas ədalətini ölkəsində bərqərar etməyə gücü çatmazdı və yaxud Ağa Məhəmməd Qacar kimi qurd oğlu qurd olmağa qüdrəti yetməzdi. Müəllif əsərinin müxtəlif fəsillərində bir sıra Əfşar igidlərinin adlarını sadalayır, Çaldıran savaşının iştirakçısı Sultanəli Mirzə Əfşar, Qorçubaşı Sevindik bəy Əfşar, Əhməd Sultan, Şahrux Əfşar, Xəlil bəy Əfşar yada düşür, onların heç biri isə Nadir bəy Əfşar deyildi. Çünki zəmanə Nadir kimi seçmə cəngavərləri iki-üç əsrdən bir yaradır, millətini ardınca çəkib aparsın...

Bəs türk ruhunun başqa təzahürləri tarixi romanda necə əksini tapır? O da məlum həqiqətdir ki, harda türk məskəni varsa, o yerdə mütləq at ilxıları var. Türk bəyləri, türk bayanları at saxlamağı, ona qulluq eləməyi, at minib düşmən üstə yüyürməyi şərəf, namus işi sayırlar. "Dədə Qorqud" və "Manas" eposlarında ata məhəbbət hər epizodda ifadə olunur, "Koroğlu" dastanında isə Qıratını düşmən əlinə keçən görən qoç Koroğlu düşməninə yalvarıb-yaxarır: "Həmzə, atı yaxşı saxla, At igidin qardaşıdı". Əlbəttə, xalqımızın "at muraddı" söyləyib. Bu əski inam buya başqa şəkildə romanda ifadəsini tapır. Ayrı-ayrı fəsil və hissələrə diqqət yetirərkən ata bəslənin böyük ehtiramın və etibarın hər an şahidinə çevrilə bilərik. Kitabın "Sünbüllü tac" fəslində ilxı otararkən çəmənzarda mürgüləyən atasını oyadan bapbalaca Nadirə İmamqulu kişi deyir: "Yaxşı yuxu görürdüm. Görürdüm ki, sən atın üstündə Muğandan gəlirsən, başında da tac var". at xoşbəxtlik rəmzidi, ("Ağatlı oğlan" nağılını yada salaq - Müəllif) Nadirin atı arzularını Çin səddindən aşırmağa qadir bir qüvvədir.

Bir dəfə yenə yağışlı-yağmurlu, ildırımlı bir gündə - insanın bir damla yağışın ucundan tutub göyə çıxdığı məqamda iki sədaqətli itinin - Bəbirlə Pələngin köməyi sayəsində hürkən ilxı kiçik ilxıçı oğlu Nadir çomağı ilə xilas eləyir, eyni zamanda ilxı da tələfatdan qurtarır, Əfşar balası da ölümün cəngindən - sərt sıldırımın başından dərəyə yuvarlanmaqdan xilas olur. "Sonuncu fateh"in "Qaçış" fəslində də etibarlı at obrazları diqqət çəkir. Nadir yeniyetmə gənc ikən yaşadığı el-oba özbək qəsbkarlarının hücumuna məruz qalır. O, Buxaradan soyğunçuluq məqsədi ilə Azərbaycana gələn Qəmbər adlı bir varlı-karlı şəxsin himayəsində əsirlik həyatını yaşayır. Və vədə gəlib çatır, Nadir qaçmağa imkan tapır, at bazarından elə Qəmbərin haçansa dəyər-dəyməzinə bir dəllala satdığı Qaçağan adlı atını soraqlayıb tapıb, həmin atı minib dördnala çapıb Buxara əsirliyindən qurtulur.

Yaxşı at həmişə çətində türkün qalib ruhu rolunu oynayıb. Nadiri at uşaqlıq çağlarından padşahlığacan müşayiət edir. Elə xoş anı, gərgin, qızğın döyüşü yoxlur ki, onsuz ötüşsün. Ata olan dərin hörməti görmək üçün roman boyu ayrı-ayrı başlıqlar altınla verilmiş epizodlarasa nəzər yetirmək kifayətdir: "Yır-yığış edib atların cidarını açdılar. Yəhərləyib tapdıqlarını bərkidib yola süvar oldular. Bir müddət dördnala çapdılar. Sonra cilovları dartıb yorğaya keçdilər". ("Qaçış").

 

"Nadir atdan enib məzarın önündə diz çökdü" ("İlk qələbənin sevinci").

"Nadir bəy ağır-ağır atdan enib irəli yeridi" ("Taledən qaçmaq olmur").

"Onların çadır qurub təzə məskən saldığı yerə bir-iki fərsəng qalmış irəliyə iki cavan atlı göndərdi". ("Böyük birliyə gedən yol").

"Qılınc xanla İmamqulu əmiri aradan götürəndən sonra Nadir bəy rahatca köhlən kəhərin yəhərinə oturub öz adamları ilə Kəlat yolu ilə gedirdi". ("Köhlən kəhər yüyrək olar").

"Sonra qızılbaş qiyafəli atlıları görəndə sevindilər". ("Təhmasib Mirzənin məğlub sərdarı".

"Atlar yəhərlərinəcən palçıq içində idi". ("Şahın xidmətində".

"Nadir xan atını Çaharbağ məhəlləsində saxladı". ("Təhmasibqulu xan Məşhədi azad edir")

"Nadir xanın iki dərviş casusu atlarını çaparaq, Əşrəf xan Əfqanın tədbiri barədə xəbər gətirdi". ("Hərəmxanada qətl").

"Öz qələbəsi barədə Tehrana çaparaq göndərəndən sonra Nadir xan Əfşar nəhayət, hicri təqvimi ilə rəbbülsani ayının əvvəllərində (16 noyabr 1729-cu il) Təhmasibqulu xan adı ilə ağ ərəb atının belində bütün ordusu ilə Səfəvilərin sonuncu paytaxtı olan İsfahana daxil oldu. ("Paytaxt").

"Beş yuzə yaxın rum və şam atları bir-birinin ardınca düzülmüşdü". ("Təhmasib şahın devrilməsi").

 

"Ürkək gözləri az qala hədəqəsindən çıxan at cilovunu gəmirə-gəmirə yarğanın qaşında dayanmışdı". ("Nadir şahın ölüm xəbəri").

Azərbaycan və ümumən türk dünyasında indi də müxtəlif at cinsləri mövcuddur və onlar Qarabağ atı, ərəb at, dilboz at, monqol atı, qazax atı, kazak atı adıyla məşhurdurlar. Ölkəmizdə at yetişdirən və cıdırlar var. Göründüyü kimi, qədim dövrlərdə at təkcə minik vasitəsi deyil, türkün ramedilməz, məğlubolmaz döyüş sirdaşıdır. At qulaqlarını şəkləyib kişnədimi, deməli, yaxınlıqda yağı pusqusu var. At zəncirini gəmirib irəli şığımırsa, yolu getmirsə, deməli, qarşıda düşmən gizlənib. Şübhəsiz, təcrübəli ilxıçılar, mehtərlər atların özünəməxsus keyfiyyətlərindən və özəlliklərindən xəbərdar olublarbu haqda sərkərdələrə, çarvadarlara, elçilərə, codarlara səhih məlumat ötürüblər, onlar bundan məqsədli surətdə faydalanıblar. "Sonuncu fateh"də etnoqrafik elementlər zəngindir və müəllif atlara verilən adları peşəkarlıqla işlədir, məzmun və mənasını açır. Məsələn, Dəli köhlən, Qaçağan at, Qaragöz, Alapaça, Qaşqa at, Yorğa ats. və ilaxır.

İstər Osmanlılar olsun, istər Orta Asiyalılar - özbəklər, qazaxlar, qarakalpaklar, istər İraq türkmənləri olsun, istərsə də Qafqazda yaşayan qumıklar və azərbaycanlılar - bunlar mənşəcə türkdürlər. türk oğlu Nadir Əfşar gah məmləkətdə məhəlli müharibələri yatızdırır, gah bir-birinə düşmən kəsilən və eyni soykökünə mənsub türk tayfa və qəbilələrini sakitləşdirib başa salır, gah da irimiqyaslı döyüşlərə atılmaq məcburiyyətində qalır. Zəmanəsinin ən görkəmli dövlət xadimi səviyyəsinə yükslən Nadir Əfşarın Türkiyə sultanlığı ilə münasibətlərinin hər vəchlə yaxşılaşdırılması ilə əlaqədar göstərdiyi səylər, müsbət cəhdlər Osmanlıların paytaxtı İstanbulda da Azərbaycanın siyasi-mədəni mərkəzlərində də isti qarşılanıb. Nadir şah keçmişdən dərs götürüb, oSultan Səlimin (Səlim Yavuzun), nə də Şah İsmayıl Xətainin səhvlərini təkrarlamaq istəmir. Mümkün qədər qardaş qırğınından gen qaçması ilə Nadir Əfşar hər iki keçmiş imperiya rəhbərindən bir baş yuxarıda dayanır. O, elçilər yollayır, rəsmi sənəd və müqavilələr imzalamaq üçün vasitələr axtarır. Siyasi gedişlər edir, hətta türk qiyamçılarını yola gətirmək üçün başçılarının yanına qasid, çapar göndərir. Sözü keçməyəndə, yersiz müqavimət görəndə cin atına minir, qılınc alıb döyüşə başlayır və ya ordunu təpədən-dırnağacan silahlandırır.

Bir də Hüseynbala Mirələmov Nadir Əfşarın özəl cəhətlərini hərtərəfli göstərməklə onun əsl türk olduğunu xarakteri ilə təsdiq edir. Bəli, Nadirin xarakteri türk xarakteridir. O, heç kəsdən qorxmur, ölümündən çəkinmir, sərt qərar və əmrlərində də ədalətlidir. Düşmən önünə qorxa-qorxa yox, birbaşa çıxır. Ancaq neyləsin ki, ətrafı xəyanətkar satqınlarla, mənsəbpərəstlərlə, vəzifəpərəstlərlə, şahlıq xülyası ilə yaşayanlarla, yaltaqlarla, dələduzlarla doludur. Bu dəllal xasiyyətli fırıldaqçılar casur, ötkəm Nadiri dəfələrlə tora salmaq, girdaba yuvarlamaq istəyirlər. Hətta siyasi alverə qoşulmaqla məmləkətin taleyi ilə oyun oynayırlar. (İndki günümüzün reallaqları deyilmi? - Müəllif). Lakin Nadir Əfşar hər bir axmaq sözə aldanmır, tədbir görür, özünün ali məramı naminə torpaqlarını qəsbkarlardan azad edir,yeni şəhər və qəsəbələr salmaqla Azərbaycan məmləkətinin tərəqqisində pay sahibinə sevrnilirbütün xırda nöqsanlara rəğmən adını tarixin səhifələrinə qızıl hərflərlə yazır.

Nadir Əfşar bir türk xaqanı olaraq nə qədər keşməkeşli həyat tərzi keçirib bərkisə də, cəmiyyətin aşağı və yuxarı təbəqəsinə bələdiliyi dərinləşsə də, hansı ailədə yetişdiyini, hansı qından çıxdığını da unutmur. Tez-tez nənəsini, atasını, anasını, əzizlərini xatırlayır və onların ruhunu Yasinlə yad edir, dua oxuyur. Bu da türkü xarakterizə edən əlamtədir ki, övlad həmişə valideyn borcunu ödəməklə təsəlli tapıb. Doğrudur, şahlıq taxt-tacı saray əyyanlarının min bir oyunları, vəzifə verdiyi əmir və xanların itaətsizliyi, qudurub səlahiyyətlərini aşmaları Nadir Əfşarın da ürəyini daşa döndərir. O, xələfi Rzaqlunun gözlərini çıxartdırır, bir neçə ən yaxınını xəyanətdə suçlayır, boyunlarını vurdurur. Beləliklə, əsəbləri pozulur, içini şübhə toxumu yeyib gəmirir və yazıçı fatehin iflasa gedən yolunu göstərməklə bu yenilməz türk sərkərdəsinin məhvinin labüdlüyünü təsdiq etmiş olur.

Romanda göstərilən yer adları, qədim toponimlər də türk ruhunun ifadəsidir. Hüseynbala Mirələmov haqlı olaraq bir daha vurğulamaq istəyir ki, gavurlar, düşmənlər təxribatla nə qədər o əski coğrafi adların xeyli hissəsini yaralasalar da, dəyişdirsələr də, onlara ərəb, fars, rus söz birləşmələrindən yarlık qoşsalar da, yenə türkcə məzmununu saxlayıblar. Bir çox kəlmələr isə xaslığını, saflığını, bizim dilin saf qaynağından büllur su içdiyini günü bu günqoruyub. Məsələn, İran ərazisində, Azərbaycanda, Qafqazın müxtəlif bölgələrində qədim şəhər adlarımız qalıb. Roman müəllifi türk ruhunun bariz təzahürünü və təntənəsini köhnə ozanların, saz, söz xiridarlarının obrazlarında daha da kamilləşdirir. Tikmədaşlı Xəstə Qasım klassik Azərbaycan aşığıdır və bu türk oğlunun gəraylı və qoşmaları o vaxtdan dillər əzbəridir və buna müasiri Nadir Əfşar da biganə deyildir, tez-tez haqq aşığını məclislərinə çağırır, həm ozana layiq xələt verir, həm də məclisdəkilərin musiqisindən feyziyab olmasına şərait yaradır.

Əsərdə xalqın adət-ənənəsinə, yer, yurd sevgisinə geniş yer verilib. Hiss edirsən ki, təkcə amalsız savşlarda deyil, adi məişətdə belə bir turk ruhu hökmrandır. Türk təntənəsinin təzahürü onun soyundan, kökündən başlanır, dünənindən başlanır, işıqlı gələcəyinə doğru addım atır. Mülləifin də istəyi bütün oxucuların istəiyi ilə üst-üsət düşür ki, təki bu işıq sınmasın və sönməsin, gur şöləsini zaman-zaman azman türk millətinin sifətinə çiləsin!

 

Ağacəfər HƏSƏNLİ

Ədalət.-2012.-25 dekabr.-S.7.