BİNƏQƏDİ: YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ

 

Ölkəmizdə son illər müşahidə olunan sürətli inkişaf iqtisadi və sosial həyatın bütün sahələrini əhatə edir. Uğurla həyata keçirilən sosial iqtisadi siyasətin yeni inkişaf mərhələsinin məqsədi, ilk növbədə ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına xidmət göstərir. Aparılan məqsədyönlü siyasət, həyata keçirilən islahatlar, regionların sosial iqtisadi inkişafı proqramı inkişaf dinamıikasını daha da sürətləndirir.

Müşahidələr onu deməyə əsas verir ki, ölkə prezidenti İlham Əliyevin düşünərək apardığı uzaqgörən çevik siyasəti inkişaf proseslərinə yüksək dinamizm verir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzaqgörənliklə müəyyən olunmuş müdrik siyasət bu gün ölkə başçısı İlham Əliyev tərəfindən eyni bacarıq, səriştə ilə davam etdirilir.

Bu gün ölkə başçısının həyata keçirdiyi əsas tədbirlər regionların sosial-iqtisadi inkişafı proqramının əsas tərkib hissəsi kimi dəyərləndirilir. Bu tədbirlər bütün regionları əhatə etməklə ölkənin sürətli sosial inkişafının təmin olunmasına yönəlib. İndi demək olar ki, hər bir regionda müasir avadanlıqlarla təchiz olunmuş diaqnostika mərkəzləri əhalinin sağlamlığı keşiyində durur. İdman kompleksləri, istirahət mərkəzləri, yeni tikilmiş təhsil müəssisələri, parkbulvarlar, muzeylər bu inkişafın tərkib hissəsidir.

Ümumiyyətlə, əsas hədəf ölkəmizdə uzunmüddətli perspektivdə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Burada qiymətləndirmə də əsas şərtlərdən başlıcasıdır. Hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, inkişafın tarazlanşdırılması, yeni yerlərinin açılması, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsini də buna aid etmək olar.

Bütün bu deyilənləri Bakının özünəməxsusluğu ilə seçilən Binəqədi rayonuna da aid etmək olar. Bu rayonda yaxın müddət ərzində aparılan quruculuq işləri diqqəti cəlb edir. Əlbəttə, rayon rəhbərliyinin xüsusi göstərişi, şəxsi nəzarəti, təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində Binəqədi rayonu yeni inkişaf mərhələsi yaşayır. Rayon rəhbərliyinə yeni təyinatdan sonra bütün sahələrdə müsbətyönlü yeniliklər, əsaslı quruculuq işləri özünü çox gözlətmədi. Diqqəti cəlb edən əsas cəhət rayonun icra başçısı Xaləddin müəllim əhalinin tələb və təkliflərinə təşəbbüslərinə xüsusi yanaşmasıdır. O hər bir vətəndaşı ayrı-ayrılıqda, səbirlə dinləməklə ümumi vəziyyəti öyrənir, onları təhlil edir, ümumi problemləri birlikdə həll etməklə onların yanında olduğunu bir daha işi ilə sübut edir. Bu da vətəndaşlarda dərin inam hissi yaradır, onların dövlət və rəhbərlik qarşısında məsuliyyətini artırır.

Məhz bu birgə təşəbbüslərin, iş birliyinin nəticəsidir ki, Binəqədi rayonu sürətli inkişaf mərhələsindədir. Yeni salınmış yollarmeydanlar, memarlıq üslubunda tikilmiş binalar, yaşayış evləri, xiyabanlar, istirahət parkları, yeni salınmış yaşıllıq zolaqları rayon rəhbərliyinin təşəbbüsü ilə mümkün olub. Bu isə o deməkdir ki, Xaləddin müəllim rəhbər işçi kimi məsuliyyətini dərk edən, vətəninə, xalqına sədaqətlə xidmət edən bir kadrdır və ona göstərilən etimadı inamla doğruldur.

Mən uzun müddət müxtəlif dövlət işlərində yüksək vəzifələrdə çalışmışam, millət vəkili olmuşam. Uzun illərin təcrübəsindən və müşahidələrdən çıxış edərək onu deyə bilərəm ki, indiki inkişaf dinamikası heç vaxt bu dərəcədə hiss olunmayıb. Regionların sosial-iqtisadi inkişafı programının həyata keçirilməsi nəticəsində regionlarımızın siması çox sürətlə və tamamilə dəyişib. Bütün bunlar ölkə prezidenti, cənab İlham Əliyevin yüksək idarəçilik bacarığı ilə mümkün olubbu gündavam edir.

Qeyd etdiyim kimi, uzun müddət mühüm dövlət işində çalışmışam. İş yerim Binəqədi rayonunun ərazisində olub. Bu rayonun keçmişi də, bu günügözümün önündədir. Vaxtı ilə gördüyüm rayonun miskin halından indi əsər-əlamət qalmayıb. Görülən yenidənqurma, abadlıq işləri, istifadəyə verilən obyektlər rayonun simasını büsbütün dəyişib və ürəkaçan bir mənzərə yaranıb. Bütün sahələr iqtisadi, sosial, mədəni cəhətdən inkişaf edir, böyüyür, daha da gözəlləşir. Əlbəttə, bu həm də onu deməyə əsas verir ki, çox keçməz, rayon rəhbərliyinin zəhmətsevərliyi, vətənpərvərliyi, təşəbbüskarlığı nəticəsində bu rayon paytaxtın seçilən rayonlarından biri olacaq, daha doğrusu, Bakıya qaynayıb-qarışdıqca inkişafına və gözəlliyinə görə ondan heç də fərqlənməyəcək. Hələ qarşıda zamanın tələbinə uyğun görülməli mühüm işlər var. İnamla demək olar ki, rayonun icra başçısı insanların rifahına hesablanmış və perspektivdə olan bu işlərin də öhdəsindən bacarıqla gələcək. Mən isə Prezidentimizin etimadı və bu xalqın firavanlığı naminə bütün potensialını sərf edən hər bir məsul şəxs kimi Xaləddin müəllimə də böyük uğurlar arzulayıram.

 

Aydın Həsənov

Ədalət.-2012.-27 dekabr.-S.7.