Azay Quliyev: "Bu, bizi
çox narahat edir..."
"Koordinasiya mütləq şəkildə
qurulmalıdır"
Bir il də başa çatır. Bəs
2012-ci ildə Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq,
Azərbaycanda üçüncü sektorun inkişafı sahəsində
hansı işlər görülüb? Lent.az-ın bu
yöndə suallarını millət vəkili, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan
Respublikasının Prezidenti yanında Əfv Məsələləri
Komissiyasının üzvü Azay Quliyev cavablandırıb.
- Avronest Parlament
Assambleyası (PA) Azərbaycanın problemlərini, həqiqətlərini
dünyaya çatdırmaq üçün dərəcədə
məqbul müstəvidir?
- Azərbaycan
hər bir beynəlxalq qurumun imkanlarından və hər bir
beynəlxalq tribunadan maksimum faydalanır. Bu
baxımdan hesab edirəm ki, Avronest PA da fikrimizi söyləmək,
Azərbaycanın Avropaya inteqrasiyasını təmin etmək
üçün yaxşı bir mexanizmdir. Biz Avronest PA vasitəsi ilə Avropa Parlamentinə
birbaşa çıxış əldə etmiş oluruq.
Məhz Avropa parlamentariləri ilə təmasda olmaq, onlarla Azərbaycanla
bağlı məsələ müzakirə etmək, Azərbaycanın
üzləşdiyi problemləri, çətinlikləri
avropalıların diqqətinə çatdırmaq, ən əsası
isə Dağlıq Qarabağ, ərazi
bütövlüyü, Ermənistanın
işğalçılıq siyasətinin ifşa olunması
üçün biz yeni bir imkan əldə etdik. Avronest
PA-nın fəaliyyətini bu il ərzində
müsbət qiymətləndirirəm. Avronest PA-da Azərbaycan
çox fəaldır. Təsadüfi deyil ki, Avronest PA-nın Avropa Birliyinin sərhədlərindən
kənarda ilk illik sessiyası bu il aprel ayında Azərbaycanda
keçirildi. Gələn ilin fevral ayında
Bakıda Enerji Komitəsinin iclası, ayrı-ayrı
seminarlar, konfranslar keçiriləcək. Bu
da onu göstərir ki, Azərbaycan bu qurumda aparıcı
ölkələrdən biridir, Azərbaycana hörmət var,
Azərbaycanın sözünə qulaq asılır, təkliflərinə
hörmətlə yanaşılır. Azərbaycanın
beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi etməsi praktikası dəyərləndirilir.
- Ancaq Avronest PA-nn Bakıda
keçirilən iclasında da bəyan edildi ki, bu qurum
Dağlıq Qaradağ münaqişəsi kimi problemlərinin
müzakirə olunacağı və qərar qəbul ediləcəyi
bir qurum deyil. Bu baxımdan məsələyə
yanaşmanız necədir?
- Bu ilin
fevral ayında İrəvanda Avronest PA-nın Sosial komitəsinin
iclası oldu. Bu fürsətdən istifadə
edərək nümayəndə heyətimiz İrəvana
getdi. Ermənistan parlamentində bilavasitə
çıxış etmək imkanımız oldu. Ermənistan parlamentində Ermənistanın
işğalçılıq siyasəti
apardığını açıq şəkildə
bildirdik. İlk dəfə idi ki, Ermənistan
öz parlamentində işğalçı dövlət kimi
qınanırdı. Bunun çox
böyük siyasi əhəmiyyəti oldu. Digər tərəfdən,
ilk dəfə idi ki, Ermənistan parlamentində qondarma ::::Dağlıq Qarabağ
Respublikası:::: üçün ayrılmış xüsusi
yerin qarşısında qoyulmuş lövhə bizim ciddi təkidimiz
nəticəsində götürüldü. Təsəvvür
etmək çətin deyil ki, bu, ermənilər
üçün nə qədər böyük mənəvi
zərbə oldu. Yalançı, qondarma da olsa, Ermənistan
ali qanunverici orqanından yüz illər
boyu uğrunda mübarizə apardığı qurumun adı
götürüldü. Onlar bir daha
gördülər ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində
öz prinsipial mövqeyindən əl çəkəsi deyil.
Ermənilər çox çalışırlar ki,
ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi
heç bir beynəlxalq təşkilatda, o cümlədən
Avronest PA-da müzakirə edilməsin. Biz isə buna
imkan vermirik və bundan sonra da bu belə davam edəcək.
Əlbəttə
ki, biz başa düşürük ki, Avronest PA Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
konkret qərarların qəbul ediləcəyi rəsmi format
deyil, bu iş bu gün heç bir konkret nəticəsi olmayan
ATƏT-in Minsk Qrupuna həvalə edilib və təəssüflər
olsun ki, Minsk Qrupunun da hələ ki, bir faydası yoxdur. Amma bu, yenə də o demək deyil ki, biz haqq
işimizi digər müstəvilərdə müdafiə etməkdən
çəkinməli və bunu zamanın axarına etibar etməliyik.
Bu gün hamımız - diplomatlar, millət vəkilləri,
siyasətçilər öz cəbhələrində
vuruşmalı, əsgər, ordu, vətəndaş, jurnalist,
QHT öz işini görməlidir. Hamımızı
birləşdirən bir ideya, amal var, o da Azərbaycanın
ümummilli maraqları, ərazi bütövlüyü və
suverenliyinin bərpa olunmasıdır.
- Avronest PA-da nümayəndə
heyətimizin fəaliyyətindən danışdınız. Ancaq bu il Avropa strukturlarının
Azərbaycana münasibəti ilə bağlı
narazılıq ifadə edən bəyanatlar oldu, Azərbaycanın
Avropaya inteqrasiyaya can atmasına baxmayaraq bizə fərqli
münasibətin olduğu vurğulandı. Bu, məsələnin
bir cəhətidir. Bəs Avronest PA-da deyil, AŞ PA, ATƏT
PA və digər strukturlarda nümayəndə heyətlərimizin
fəaliyyətlərinin daha effektiv qurulması
üçün nə etmək lazımdır?
- Bu,
çox maraqlı sualdır. Mən konkret
AŞ PA-da təmsil olunmadığım üçün
oradakı məsələlərdən tam məlumatlı deyiləm.
Ancaq digər iki qurumdakı təcrübəmdən
çıxış edərək bəzi məqamları qeyd
etmək istərdim.
Birincisi, bizim bu gün beynəlxalq təşkilatlarda təmsil
olunan millət vəkillərimizlə Xarici İşlər
Nazirliyi arasında koordinasiya çox aşağı səviyyədədir. Çox təəssüflər
olsun ki, biz bir dəfə də olsun Xarici İşlər
Nazirliyinin rəhbərliyi ilə görüş keçirib,
müəyyən informasiya mübadiləsi təşkil edib,
prioritet mövzularımızı, mövcud boşluqların
aradan qaldırılmasında birgə işi və ümumiyyətlə,
xarici siyasət sahəsində Azərbaycanın
ehtiyaclarının nədən ibarət olduğunu müzakirə
etməmişik. Biz Milli Məclisin xətti ilə
iştirak etdiyimiz tədbirlərdə Milli Məclisin rəhbərliyinin,
prezidentin həyata keçirdiyi siyasətin nədən ibarət
olduğunu bilərək və o nöqteyi-nəzərdən
çıxış edərək öz işimizi qururuq.
Bu, isə bir çox məqamlarda kifayət
etmir. Məsələn, bir çoxumuzdan soruşulsa ki,
Madrid prinsiplərinin əsas mahiyyəti nədən ibarətdir,
yenilənmiş Madrid prinsipləri ilə Madrid prinsiplərinin
fərqi nədən ibarətdir, əmin deyiləm ki, hamı
bu suala tam dolğun cavab verə bilsin. Çünki,
bu kimi kompetent mövzularla əlaqədar məlumatla XİN gərək
onları təmin etsin. Və yaxud digər
bir məsələ, haqqında tez-tez
danışdığımız xalq diplomatiyasına
yanaşmada da vəziyyət eynidir. Ümumiyyətlə,
Dağlıq Qarabağ münaqişəsinin həllində
dövlət qurumlarından kənar digər qurumların,
misal üçün QHT-lərin və mətbuatın
potensialından necə istifadə olunması ilə
bağlı bizdə vahid mövqe yoxdur. Hesab
edirəm ki, bu çox mühüm bir məsələdir və
bu işlə kortəbii və pərakəndə şəkildə
məşğul olmaq olmaz. Burada vahid bir
yanaşma, vahid bir taktika olmalıdır. Bu
yanaşma həm Milli Məclisin üzvləri, həm QHT-lər,
həm də mətbuat orqanları ilə münasibətdə
tətbiq olunmalıdır. Bu baxımdan əvvəllər
səsləndirdiyim təklifi təkrarlamaq istəyirəm -
ayda və ya rübdə bir dəfə Xarici İşlər
Nazirliyinin səlahiyyətli nümayəndələri ilə
millət vəkillərinin, QHT-lərin və jurnalistlərin
ayrı-ayrılıqda qapalı görüşləri
keçirilsin və dediyim mövzular ətrafında informasiya
və fikir mübadiləsi aparılsın.
- Yeri gəlmişkən, Azərbaycan
Respublikasının Prezidenti yanında Əfv Məsələləri
Komissiyasının üzvüsünüz və prezident
artıq yeni əfv fərmanı imzaladı. Etiraf edilməlidir
ki, bundan əvvəl əfv məsələsində beynəlxalq
təşkilatlar qarşısında götürülən
öhdəliklər, bu beynəlxalq təşkilatların təklif
və iradları müəyyən mənada əksini
tapırdı. Əfv Komissiyasının işi necə
qurulub, bu dəfə əfv siyasətinin prioritetləri nədən
ibarət oldu?
- Burda bir
prioritet, bir istiqamət var. O da Azərbaycan dövlətinin,
prezidentinin öz vətəndaşlarına münasibətdə
sərgilədiyi humanizm . Ümumiyyətlə,
bağışlamaq bacarığı, ictimai
barışıq, vətəndaş sülhünü
gücləndirmək, insanların səhvini əfv edərək
onu yenidən normal cəmiyyətə qaytarmaq istəyi,
insanlara daha bir şans vermək bütövlükdə
dövlətin humanizm mahiyyətindən qaynaqlanan məsələdir.
Əfv Komissiyasının də əsas məqsədi
ayrı-ayrı məhkumların törətdiyi cinayətin
ictimai təhlükəliliyindən asılı olaraq həmin
məhkumun yenidən normal həyata qayıtmasının
mümkünlüyünü araşdırmaq və onunla
bağlı prezidentə rəy və təklif verməkdən
ibarətdir. Bunun konkret detallarına gəlincə,
əfv haqqında Əsasnamə, bu Əsasnamənin tələbləri
var. O tələblərə əsasən Əfv
Komissiyasına daxil olan bütün müraciətlərə
baxılır, araşdırılır. Hansı
müraciətə müsbət baxmaq mümkündürsə,
bütün Əfv Komissiyasının üzvləri
arasında müzakirələr gedir, rəylər toplanır
və siyahı hazırlanaraq prezidentə təqdim olunur.
Siyahı hazırlanan Komissiyasının üzvləri
arasında müəyyən fikir ayrılığı
yaranarsa və bunu müzakirələr zamanı bunu aradan
qaldırmaq mümkün olmazsa , o halda qərar
açıq səsvermə yolu ilə qəbul edilir. Bunu ona görə deyirəm ki, bu haqda maraqlananlar
bilsinlər ki, Əfv Komissiyası bütün müraciətlərə
tam obyektiv və ədalətli şəkildə baxır və
qərar qəbulunda humanizm prinsipindən
çıxış edir. Doğurdan da məhbus islah
olunubsa, öz əməlindən səmimi şəkildə
peşmançılıq hissi keçirirsə, cəzaçəkmə
müəssisəsində bütün qaydalara riayət edirsə,
törətdiyi cinayət nəticəsində dəymiş
ziyan ödənilibsə, zərərçəkən
yoxdursa, yaxud onun əfv olunması nəticəsində digər
Azərbaycan vətəndaşı narazı qalmayacaqsa və
ümumiyyətlə o ictimaiyyətə təhlükə
törətmirsə onun haqqında bir qayda olaraq müsbət
qərar qəbul olunur.
Dünən isə hörmətli Prezidentimiz növbəti
dəfə böyük humanistlik göstərərək bir
qrup məhbusu əfv etdi. Yeni il ərəfəsində
qəbul edilən bu qərar yüzlərlə ailəyə
ikiqat sevinc və bayram əhval-ruhiyyəsi bəxş etdi. Cənab Prezidentin bu addımını çox
yüksək qiymətləndirir və fürsətdən
istifadə edib ona dərin minnətdarlığımı
bildirirəm.
- Azərbaycanda QHT-lərin ümumi ehtiyaclarını
bir kənara qoyaq. Yerli donor timsalında Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası yaradılıb.
Lakin maliyyə məsələsinə baxanda,
Şuranın QHT-lərə ayırdığı maliyyənin
miqdarı Azərbaycanda bəzi dövlət
qurumlarının QHT-lərə ayırdığı maliyyədən
azdır. Gələn il
üçün artım varmı? Bu istiqamətdə
hansısa addımların atılmasına, təmərküzləşməyə
ehtiyac varmı? Bəlkə də Şura
sədri kimi sizə bu sual ünvanlanmamalıdır, ancaq mənzərə
fonunda bu suallar ortaya çıxır.
- Həqiqətən
də bu gün dövlətin QHT-lərə dəstək verməsi
çox mütərəqqi bir haldır. Vəsaitin həcminə,
eyni zamanda bu vəsaitlərin doğru-dürüst koordinasiya
olunmasına gəlincə, hesab edirəm ki, bu sualın müəyyən
əsası var. Məsələn, keçən il QHT-lərin illik büdcəsi, yaxud
onların həyata keçirdikləri layihələrin
ümumi həcmi 30 milyon manatdan çox olub. Bunun
yalnız 2 milyon 80 min manatını, təxminən 7 faizini
Şura verib. Bu, çox az rəqəmdir.
Mən bunu Milli Məclisdə qaldırmışam,
həll olunması bir məsələ kimi qoymuşam. O
ki, qaldı Şuranın büdcəsinə, bu il 3 milyon 877
min 189 manat vəsait ayrılsa da, gələn il
üçün təəssüflər olsun ki, bu rəqəm
azalaraq 3 milyon 200 min manata endirilib.
- Belə çıxır ki,
Şuranın büdcəsi artmaq əvəzinə, əksinə
677 min manat azalıb?
- Bəli,
doğrudur. Ümumi büdcədə azalma oldu.
Amma bu vəsaitin gələcəkdə
artırılmasına ehtiyac var. Heç olmasa QHT-lərin
illik büdcəsinin 15-20 faizinin məhz Şura vasitəsi ilə
ödənilməsi çox vacibdir. Çünki
bu, həm xarici donorlardan asılılığı kifayət
qədər azaldar, həm də ümummilli məsələlərin,
ictimai problemlərin həllinə QHT-ləri daha yaxından cəlb
etməyə imkan verər. Etiraf edək
ki, bizim ayırdığımız vəsaitlərlə, 5-6
min manatla ciddi problemi həll etmək çox çətindir.
Kiçik qrantlarla çalışırıq
ki, heç olmasa QHT-lərin təşəbbüsünü
dəstəkləməklə onların ictimai həyatdakı
rolunun aşağı düşməsinə yol vermirik.
Müxtəlif məsələlərin daim
gündəmdə saxlanılması, ən azı Azərbaycanın
haqq səsinin dünya ictimaiyyətinə çatdırılması
baxımından QHT-lərə dəstək verilir. Bu il ərzində biz müxtəlif xarici dillərdə
36-dan çox kitab nəşr etmişik. 20-dən
çox internet səhifəsi yaradılıb, onlarla filmlər
çəkilib. Azərbaycanın
informasiya savaşında Azərbaycan dövlətinin,
prezidentinin həyata keçirdiyi siyasətə ictimai dəstəyi
təmin etmək məqsədi ilə bu addımlar
atılıb. Dağlıq Qarabağ, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, məcburi
köçkünlərimizin beynəlxalq məhkəmələrdə
hüquqlarının qorunması ilə bağlı məqamlar
Şuranın dəstəklədiyi layihələrdə əksini
tapıb.
Bütün bunlar böyük əhəmiyyətə
malikdir. Amma bəzən görürsən ki, digər donor təşkilatlar,
qurumlar eyni layihələri maliyyələşdirirlər.
Burada çatışmayan cəhətlər
ondan ibarətdir ki, bunlar tam şəkildə şəffaf
olmur. Məsələn, biz bilmirik ki, hər
hansı digər donorlar, o cümlədən dövlət
qurumları indiyə qədər nə qədər QHT-yə
dəstək verib. Bunu bilsək, heç
olmasa eyni sahəyə təkrar vəsait ayırmarıq.
Bu baxımdan dövlət büdcəsindən
maliyyələşən bütün layihələrin ən
azı informasiya baxımından müəyyən bir
koordinasiyasına ehtiyac var. Məsələn, Şura qrant
verdiyimiz layihələrin hamısını internetə yerləşdirir,
hesabatlarımızda bunu göstəririk. Hətta
ilin sonunda bütün layihələr haqqında məlumatları
özündə əks etdirən kitab çap olunur. Eyni zamanda biz növbəti ilin qrant müsabiqəsinin
mövzularını ictimaiyyətlə müzakirə edir,
onların fikirlərini öyrənirik. Hesab
edirəm ki, dövlət büdcəsi hesabına QHT-lərə
vəsait ayıran bütün qurumların hər ilin sonunda
bir toplantısı keçirilsə və növbəti ilin
prioritet istiqamətləri müzakirə edilsə, bu vətəndaş
cəmiyyətinin inkişafına və sosial məsələlərin
həllinə öz töhfəsini verə və büdcə
vəsaitindən səmərəli istifadəni daha
yaxşı təmin etmiş olar.
- Bəs Şuranın bu ilki fəaliyyətini
necə qiymətləndirirsiniz, növbəti ildə fəaliyyəti
necə qurulacaq, prioritetlər necə olacaq?
- Məncə,
Şuranın fəaliyyətinə qiyməti QHT-lər,
dövlət qurumları, ictimaiyyət verməlidir. Öz fəaliyyətimizə
qiymət vermək bir az düzgün olmaz.
Amma bütövlükdə hesab edirəm ki,
Şura 2012-ci ildə bir neçə sahədə işini
maksimum səviyyədə təşkil etməyə
çalışdı. Birinci, QHT-lərin
bilik və bacarıqlarının artırılması istiqamətində
çox önəmli layihələrimiz oldu. Bura QHT-lərin mühasibat uçotunu düzgün
təşkil etməsi, hesabatlılığın verilməsi,
yeni proqramlarla təminat və QHT-lərin regionlardakı fəaliyyətinin
genişləndirilməsi daxildir. Eyni
zamanda bizim qrant proqramlarımız önəmli
mövzuları əhatə etdi, çox ciddi ictimai debatlar
keçirildi. Məsələn,
::::Eurovision:::: Mahnı Müsabiqəsi ilə
bağlı çoxlu sayda layihələrimiz oldu. ::::Eurovision:::: Mahnı Müsabiqəsi zamanı
Azərbaycana gələn qonaqları və turistləri
yaxşı qarşılamaq, onları lazımi məlumatlarla
əhatə etmək, onlara Azərbaycanın gəzməli,
görməli yerlərini göstərmək baxımından
bizim çox böyük fəaliyyətimiz oldu.
İctimai davranış baxımından bir sıra
işlər görülüb. Bu məsələ ilə
bağlı xeyli problemlərimiz var. İctimai davranış
ictimai nəqliyyatdan tutmuş digər sahələrə qədər
özünü göstərir. Şüurlarda
müəyyən dəyişikliklərin olması, mədəni
səviyyəmizin artırılması, gənclərimizin
maariflənməsi, bir çox informasiya resurslarına
çıxışın təmin olunması
baxımından bir sıra layihələrimiz oldu.
İkinci istiqamət qanunvericilik, normativ hüquqi
aktların yaradılması ilə bağlıdır. Çox sevindirici haldır
ki, bu il 3 qanun layihəsini hazırlayaraq
Prezident Administrasiyasına, Milli Məclisə təqdim edə
bilmişik. Bura ::::Peşə birlikləri
haqqında::::, ::::Sosial sifariş haqqında:::: və
::::İctimai iştirakçılıq haqqında:::: qanun
layihələridir. Əsasnamədən irəli
gələn vəzifələrimizə daxildir ki, hüquqi
mühitin yaxşılaşdırılması ilə
bağlı Şura müəyyən təkliflər, təşəbbüslər
hazırlayaraq təqdim edə bilər.
Bundan
başqa, biz bu il çox mühüm sənədin
layihəsinin hazırlanmasına başlanılmasına nail
olduq. Bu, QHT-lərin inkişafı
üçün 2013-2018-ci illəri əhətə edəcək
Milli Fəaliyyət Planıdır. Artıq
bu sənədin layihəsi hazırdır, gələn ilin əvvəllərindən
etibarən ictimai müzakirəsi keçiriləcək.
Hesab edirəm ki, gələn il bunu
hökumətimizə təqdim edə biləcəyik. Eyni zamanda biz uzun müddət üzərində
çalışdığımız QHT-lərin
standartlarını hazırlamışıq. Bu da layihə şəklindədir. QHT-nin standartlarının nədən ibarət
olması, QHT-lərə müəyyən statusların, məsələn,
ictimai faydalı təşkilat statusu verilməsi məsələsini
burada qoymuşuq. İctimai faydalı təşkilatın
üstünlükləri, güzəştləri nədən
ibarətdir, onları hazırlamışıq. Bu da çox böyük yenilik olacaq.
QHT-lərin
şəffaflığı ilə bağlı 2 il öncə bir Xartiya hazırladıq. Bu
Xartiyanın bu il müəyyən çərçivələrini
də müəyyənləşdirmişik. Gələn
ildən etibarən həmin QHT-lərin həmin Xartiyaya əməl
etməsi məsələsini bir daha müzakirə edəcəyik.
- Beynəlxalq sahədə də
Şura çox fəal oldu. Bu haqda nə deyə
bilərsiniz?
- Biz bu il bir neçə beynəlxalq tədbirlərə
ev sahibliyi etdik, çox mühüm xarici səfərlərimiz
oldu. Məsələn, bu il
Çexiyanın təcrübəsini öyrənmək
üçün bu ölkəyə səfər təşkil
edildi. Azərbaycanın son illər əldə
etdiyi uğurlar çexiyalı həmkarlarımız tərəfindən
müsbət qiymətləndirildi. Təsadüfi
deyil ki, hələ 2011-ci ildə Azərbaycan QHT-lərinə
dövlət dəstəyinin verilməsi Avropanın ən
yaxşı modeli kimi qəbul olunmuşdu. Çexiyadakı görüşlərimizdə də
bunun avropalılar tərəfindən çox maraqla
qarşılandığının şahidi olduq.
Bu il ilk dəfə idi ki, Rusiyaya səfər
etdik, Rusiyanın vətəndaş cəmiyyəti institutları
ilə bilavasitə işləyən Rusiya
Federasiyasının İctimai Palatası ilə
görüşlərimiz oldu. Artıq konkret əməkdaşlıqla
bağlı razılıq əldə etmişik və gələn
ilin mart ayında qarşı tərəf Azərbaycana cavab səfəri
edəcək. Həmin səfər
zamanı biz anlaşma Memorondumu imzalayacağıq. Rusiya böyük dövlətdir, qonşumuzdur və
uzun müddət bir sistemdə yaşamışıq. Amma hesab edirəm ki, indi vətəndaş cəmiyyəti
institutları hərəkətə keçməli,
qarşılıqlı maraqlara söykənən təkliflər
ortaya qoyulmalıdır. Xüsusən Azərbaycanın
milli maraqlarının qorunmasında bir çox istiqamətlərdə
böyük imkanlar var. Biz burada da QHT sektoru olaraq öz
sözümüzü deməliyik.
Bu il ilk dəfə idi ki, Azərbaycanda Qara dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatları
ölkələrinin təşkilatlarının Forumu təsis
olundu. Bütün Qara dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı ölkələrinin nümayəndələri
Azərbaycana dəvət edildi, yüksək səviyyəli
Forum keçirildi.
Gələn
il Şura ABŞ Beynəlxalq
İnkişaf Agentliyi ilə əməkdaşlıq
haqqında Müqavilə imzalayacağıq. Eyni
zamanda Türkiyə ilə ikitərəfli formatda əməkdaşlıq
Forumu keçiriləcək. Rusiya tərəfdən
də maraqlı bir təklif gəldi. Təklif
edildi ki, Azərbaycan, Rusiya və Türkiyə formatında
bir əməkdaşlıq Alyansı yaradaq. Şura da bunu dəstəkləyir. Eyni zamanla növbəti ildə bu istiqamətdə
bizim bir neçə digər tədbirimiz də nəzərdə
tutulub.
- KİV-lərlə əlaqəniz və
Şuranın QHT-lərin informasiya təminatındakı
rolunu necə qiymətləndirirsiniz? Şuranın
növbəti ildə informasiya açıqlığın və
şəffaflığın artırılması istiqamətindəki
strategiyası nədən ibarətdir?
- Bu il biz informasiya siyasətimizə də çox
ciddi yanaşdıq. QHT-lərin fəaliyyəti
ilə bir çox televiziya verilişlərimiz oldu. Şuranın informasiya portalı xeyli təkmilləşib.
Biz bu il müvafiq avadanlıqla təchiz
olunmuş QHT nəşriyyatı təsis etdik. Bundan
sonra bu nəşriyyatda QHT-lərin nəşr işləri
daha nəfis, daha keyfiyyətli, çox münasib qiymətlərlə
nəşr olunacaq. QHT-lərin bu və ya
digər formada olan ehtiyaclarını qarşılamağa
çalışırıq.
Dövlət dəstəyinin həyata keçirildiyi 5 əsas
istiqamətin hər biri ilə bağlı üzərimizə
düşən vəzifəni yerinə yetirməyə
çalışırıq. Ən vacibi isə
şəffaflığı, aşkarlığı təmin
etməyə çalışırıq. Növbəti ildə də müəyyən yeniliklər
gözlənilir. Şura gələn ildən
layihələrin elektron formada qəbuluna başlayacaq. Bu, vacib bir məsələdir. Digər
tərəfdən, maliyyə, aralıq və yekun
hesabatların elektron formada qəbulunu həyata keçirməyi
planlaşdırırıq. Artıq
müasir dövrün, iqtisadi inkişafın tələblərini,
İKT-nin təkmilləşməsini nəzərə alaraq
QHT-lərlə daha rahat əlaqə imkanları əldə etməyə
çalışırıq.
Bizim QHT-lərlə bağlı kifayət qədər
ciddi tənqidlərimiz də olub. Bu tənqidlərin əsası
da var. Ancaq məqsədimiz tənqid etmək deyil. Məqsədimiz məhz QHT sektorunun inkişafı ilə
bağlı ciddi islahatları həyata keçirmək, dəstəkləməkdir.
Çox sevinirik ki, Şuranın bu istiqamətdə
təşəbbüsləri dövlət tərəfindən
dəstəklənir. Təkcə bir
faktı qeyd edim. Bu ilin iyul ayında
Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin
müdiri Əli Həsənovla QHT sektorunun əsas
aparıcı nümayəndələrinin qapalı bir görüşü
oldu. Həmin görüşdə
çox vacib məsələlər müzakirə edildi.
Bütün təkliflər və
qaldırılan məsələlər ümumiləşdirildi,
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən
rəy üçün mərkəzi icra hakimiyyəti
orqanlarına göndərildi. Artıq
QHT-lər tərəfindən irəli sürülən təkliflərinin
bir qismi nəzərə alındı. Məsələn,
cənab prezidentin bu ilin sentyabrında təsdiq etdiyi
::::Açıq Hökumətin Təşviqinə dair
Milli Fəaliyyət Planında:::: QHT-lərin
qaldırdığı bir sıra məsələlər
öz əksini tapdı. Ümid edirəm ki, biz
bu kimi dialoq və müzakirələrin növbəti ildə
də şahidi olacağıq.
Ədalət.-2012.-28
dekabr.-S.4.