Həyatın rəngləri və ya bir kitab haqqında düşüncələr

"Ləyaqət düsturu"nu tapan adama

 

Natiq Məmmədlini səriştəli redaktor, həssas həmkar, sədaqətli dost və qayğıkeş insan kimi tanıyıram. Hələ ::::Yeni Azərbaycan:::: qəzetində çalışdığı illərdə insanlarla davranış mədəniyyəti, ətrafında olanlara bəslədiyi diqqətli münasibət və digər məziyyətləri çox xoşuma gəlirdi. Ümumiyyətlə, gənclərimizi istədiyim səviyyədə görəndə həmişə sevinmişəm. Həyatın ziddiyyətləri, dəyişən dünyanın amansızlığı insan təbiətində bəzən elə məqam, ovqat doğurur ki, zahiri görünüşlə daxili mənəviyyat arasında uçurumlar daha da dərinləşir. Nədənsə mənə həmişə elə gəlib ki, Natiq Məmmədli olduğu kimi görünən, göründüyü kimi olan insandır. Sonralar ::::Kaspi:::: qəzetinin baş redaktoru vəzifəsində çalışdı. Yeni işində də Natiqin bizə bəlli olmayan başqa müsbət cəhətləri, məziyyətləri görünməyə başladı. Həmkarlarına, xüsusilə də istedadlı qələm sahiblərinə, tanınmış yazıçılara, şairlərə, yaradıcılıqda ilk addımlarını atan gənclərə qayğısını əsirgəmədi. Kitabın kitabı bağlandığı bir dövrdə ::::Kaspi:::: qəzetinin şənbə günləri xüsusi olaraq ədəbiyyat səhifələri verməsi həm təsisçi Sona xanım Vəliyevanın, həm də baş redaktorun bu sahəyə göstərdikləri diqqəti əks etdirdi.

Doğrudur, bu qəzetin səhifələrində Natiq Məmmədlinin maraqlı yazılarını ara-sıra oxuyuram. Ayrı-ayrı yazıçılar haqqında duyğu və düşüncələrini qələmə alan müəllifin təhlilə çəkdiyi problemə, mövzuya öz mövqeyi, öz baxışı var. Təkrarçılıqdan çox uzaq olan Natiq Məmmədli təbiəti kimi qələmində də orijinaldır. Söz insanın içinin ətridir. Həqiqətən belədir. Sənin daxili dünyanda nə varsa, potensialın nədisə sözlə ifadəndə duyulur. Natiq Məmmədli cəsarətli, vətəndaş qeyrətli, milli düşüncəli, bəşəri məramlı, bir sözlə, keçmişini bilən, bugünün təzadlarından düz yolu seçən, gələcəyi görən qələm sahibidir. Bu fikri mənə söylədən isə onun bu yaxınlarda çapdan çıxmış ::::Ləyaqət düsturu:::: adlı hekayələr kitabıdır. Onu maraqla oxudum. Açığı, mən bunu dəfələrlə etiraf etmişəm ki, yeni nəşrləri çox ehtiyatla, bəzən də həvəssiz vərəqləyirəm. Oxumadığım hallar da var. Natiq Məmmədlinin jurnalist kimi imzasını tanıdığım üçün yazıçı məharətindən, qabiliyyətindən, nə demək istədiyindən xəbər tutmaq mənə maraqlı gəldi. Son illərdə birnəfəsə oxuduğum kitablardan biri də məhz mənim bu gənc həmkarımın avtoqrafla göndərdiyi ilk hekayələr toplusu oldu. ::::Şeir yazmağın siqaret çəkməkdən asan olduğu:::: (Məmməd Araz) bir zamanda Natiqin nəsrlə məşğul olması mənə xoş gəldi.

On səkkiz hekayənin cəmləndiyi kitaba xalq yazıçısı Anar maraqlı bir ön söz yazıb. Bu yazıçını yaxından tanıyanlar gözəl bilirlər ki, Anar müəllim hər kitaba ön söz yazmaz. Sözə məsuliyyətlə, xüsusilə də tərifli sözə yaxşı mənada xəsisliklə yanaşan Anarın gənc həmkarı haqqında bu cür geniş ürəklə müsbət fikir bildirməsi diqqətəlayiq bir hadisədir. Deməli, ədəbiyyata həqiqətən istedadlı və maraqlı nasir gəlib. Anar müəllim yazır: ::::Hekayələrinin diqqətimi çəkən cəhətlərindən biri bu oldu ki, müəllif təkrarlanan problemlərə, mətləblərə fərqli yanaşmağa çalışır. Bir cəhəti də xüsusi vurğulamaq istərdim, Natiqin qələminin bitkinliyinin əsas göstəricilərindən biri və məncə, ən başlıcası, yazardan xüsusi istedad tələb olunan prinsipə əməl etməsidir; müəllif susmaq lazım gələn məqamda özü danışmır, mətləbi ifadə etmək imtiyazını obrazların özünə verir, hadisələri, bədii detalları ::::dindirir::::. Bu baxımdan onun ::::Kloun::::, ::::Korun gördüyü gələcək::::, ::::Beş atanın ögey oğlu:::: və s. hekayələrini fərqləndirmək olar::::.

Yeni nəşrin ilk hekayəsi ::::Ləyaqət düsturu:::: adlanır. Müəllifin qəhrəmanları kimdir? Onlar bizim hər gün gördüyümüz həmkarlarımız, qapılarını döydüyümüz qəhrəmanlarımız, bəzən də aramızda, qonşuluğumuzda, eləcə də bizimlə bir müəssisədə işləyən insanlardır. Natiqin müşahidə etdiyi, gördüyü, duyduğu hadisələr, yəni həyatdan gələn hekayələr sadə, lakin diqqətçəkən, maraq doğuran bir üslubla oxucuya təqdim edilib. Əslində, mən Natiqin öz üslubunun tərifini vermək istədim, xəyalıma böyük türk yazıçısı Əziz Nesinin hekayələri gəldi. Ümumbəşəri ədəbiyyatda onun saldığı böyük yolda bir neçə imza sahibi gördüm. Nədənsə, sonda gözümə Natiq Məmmədli dəydi. Adını çəkdiyim hekayədə tənqid atəşinə tutulan Cəsarət müəllim onu gülüş hədəfinə çevirmiş jurnalistin əlindən zəncir çeynəyir. Özünəməxsus narazılıq edir: ::::Bax görə nə yazıblar, qurumsaqlar! Deyirlər, bu idarədə heç kim yerində deyil. Guya mən də bürokratam. Görə, nə savadsız jurnalistdi, cəmi iyirmicə ildir eyni vəzifədə işləyən adama bürokrat deyərlər? Bu da xalqa xidmətin axırı::::. Onu öyrədirlər ki, qəzeti məhkəməyə versin. Soruşur ki, necə? Başa salırlar: ::::...filan qəzet filan məqaləsində ləyaqətimə toxunduğuna görə məndən üzr istəməlidir. Hələ üstəlik filan qədər də cərimə ödəməlidir::::. Bəli, əsas ::::axtarış:::: da bundan sonra başlanır. Bəs bu ləyaqət düsturu necə olmalıdır? Onu almaq olarmı? Onu satmaq mümkünmü? Ümumiyyətlə, bu müəmmalı dünyada, bu təzadlı insanların varlığında ləyaqət tapılarmı? Ləyaqətə qiymət axtaranlar, onun şəklini çəkənlər, formulunu ::::kəşf:::: edənlər sonda əliboş qalırlar...

Əslində, Natiq ciddi müəllifdir. Hekayənin ahəngində də, hətta gülüş doğuran hadisələrin ahəngində də belə ciddilik var. Amma ötən əsrdə yaşamış neçə-neçə yazıçımızın göz yaşı içərisində gülüş, qəhqəhələrin ortasında faciə yaratdığının şahidi olmuşuq. Bax, Natiq Məmmədli də belədir.

Gözəl və nəcib duyğuların, düşüncələrin sahibi olan nasir dostumuz öz hekayələrində insanı mənəvi cəhətdən saflaşdıran, zənginləşdirən mövzularla bağlı elə problemləri işıqlandırıb ki, onun yaradıcılığında həyatın bütün rəngləri öz əks-sədasını tapıb. İnsanın yazdığı hər hansı bir bədii əsər o zaman təsirli olur ki, onun müəllifi də mənəvi cəhətdən saf və təmiz insandır. Bu mənada Natiq gözü, könlü tox, təmiz bir ziyalıdır. Ona görə də təqdimindəki müsbət və mənfi qəhrəmanlar qəbul edilir.

::::Kaspi:::: kimi əlində bir meydanı olan həmkarımızın hamıya səxavətlə yer verdiyi halda özünün az yazması məni düşündürürdü. İndi anladım ki, qəzet yaradıcılığı adamın əlindən həmişə bədii yazılarını alır. Natiq çoxumuzdan fərqli olaraq məhz bədii yaradıcılığa üstünlük verib. Bu sahədə də uğura imza atıb. Natiq Məmmədli müşahidə etdiyi, gördüyü, duyduğu nöqsanları, bəzən də üzləşdiyi yalanları elə ustalıqla hekayələrinin ana xəttinə gətirib ki, islahına zamanın belə gücü çatmadığı məqamları sanki oxucunun öz ixtiyarına buraxır. Oxucu yozumunda olan bəzi sonluqlar isə yaxşı da yozula bilər, pis də. Məsələn, ::::Korun gördüyü gələcək:::: hekayəsində olduğu kimi. Yadıma bir əhvalat düşdü. Gecə vaxtı korun şəhərdə əlində bir məşəl tutaraq gəzdiyini görürlər. Ondan soruşurlar ki, onsuz da sən görmürsən, özünə niyə belə əziyyət verirsən? Korun cavabı düşündürücüdür: ::::Mən görmürəm, doğrudur. Məşəli ona görə gəzdirirəm ki, məni görsünlər::::. Gələcəyi görən korun məntiqinə fikir verin: ::::gO, əclaflar arasında yaşamaq, özünü qorumaq üçün onlardan daha yaxşı əclaf olmalıdır::::.

Əslində bu hekayələrin hər birinin özəyində həyat həqiqəti var. ::::Kloun:::: hekayəsi də bu mənada çox düşündürücüdür. Müəllifin qələmə aldığı bütün hadisələrin məğzi insanı mənəvi cəhətdən saflaşmağa, durulaşmağa hesablanıb. Harınlanmış Lütfinin adi insani duyğulardan, davranışdan uzaqlığı, bir parça çörək qazanmaq xatirinə restoranda klounluq edəni çarəsiz vəziyyətə və ələ salması, lağa qoyması öz uşağının dilində qiymətini alır. Hekayənin sonluğundakı bir məqama fikir verək: ::::Kloun suyu süzülə-süzülə göldən çıxıb uşağa yanaşdı, topu ona uzatdı. Uşaq pıçıltı ilə

- Sən kişisən? - dedi.

- Mən klounam - cavab verdi.

- Bəs kişi kimdir?

- Kişi sənin atan, əmin, dayıng

- Mən də kloun olmaq istəyirəmg - Uşaq bu dəfə bərkdən dedi::::.

Uşağın bu qərarı verməsinə səbəb isə atasının klouna göstərdiyi qeyri-insani münasibət idi. Doğma atası gözündə heçə dönmüşdü. Kloun isə bir kişi simasında qaldı.

Natiq Məmmədlinin hekayələrində qələmə alınan əhvalatların çoxu sadəcə danışılır, müəllifin müdaxiləsi, münasibəti duyulmur. Nəticə haqqında düşünmək oxucunun öz ixtiyarına verilir. Bir məziyyət də diqqətimi çəkdi ki, müəllifin sözə münasibəti çox məsuliyyətlidir. Bu mənada onun qələmindən çıxan hər bir hekayənin öz məntiqi, öz ünvanı və məramı var. Bəlkə də elə bu cəhətlərinə görədir ki, həmkarımızın yazdıqları maraqla oxunur. Bəzən də adama elə gəlir ki, bu müəllifin çox müdrik bir yaşı var. Bizə bu fikri kitabın sanbalı diktə edir. Hekayələrin ahəngində bir novellalıq da hiss olunur. Gözlənilməz sonluqlar, qeyri-adi məqamlar, vəziyyətlər istər-istəməz oxucuda gülüş yaradır. Bu gülüşün insan beynində oyatdığı müsbət emosiyalar danılmazdır. Bunun da nəticəsində oxucuya gözəl, nəcib hisslər aşılanır. Natiqin hekayələri ən qaşqabaqlı, insanın da çöhrəsində bir təbəssüm yaradır. Ədəbiyyat tənqidçiləri söyləyirlər ki, kiçik hekayələrdə böyük mətləblər, məqamlar ifadə etmək çox çətindir. Bu, yazıçıdan böyük ustalıq və sənətkarlıq tələb edir. Həmkarımızın kitabını diqqətlə oxuduqdan sonra mübaliğəsiz bu nəticəyə gəlirəm ki, Natiq Məmmədli bir nasir kimi üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlib. Hekayələri maraqla oxunur, oxucu yorulmur, dil və üslubu xoşagələndir, uzunçuluqdan uzaqdır. Hər bir hekayəsi lakonikdir, sadə və estetik təsir gücünə malikdir. ::::Mənim birinci yalanım::::, ::::Beş atanın ögey oğlu::::, ::::Balaca məmurun təbriki::::, ::::Arzuların qənimi::::, ::::Həkimə gedən məğrur adam:::: və s. mənəvi dəyərlərimizin hifz edilməsinə yönəlib.

::::Yaxşı anaların oğulları:::: hekayəsi kitabın maraqlı səhifələrindən biridir. Bir avtobusun sərnişinləri öz övladlarından danışırlar. Ana türməyə düşmüş oğlundan gileylənir, bir başqası sözünə qulaq asmayan övladının qarasınca danışır, qırmızı paltarlı bir qadından isə ::::sənin də oğlun varmı:::: soruşurlar. ::::Əlbəttə:::: cavabını alırlar. Ana özünəməxsus bir ağayanalıqla ::::indi gedirəm yanına:::: - deyir. Neçə yaşı var - deyə soruşurlar. ::::19::::. Qəribə məsləhət verdilər anaya: ::::Çox cavandı ha, üz vermə ona::::. Ana susur. Sonda sürücü soruşur: ::::Şəhidlər xiyabanı, düşən var?:::: Qırmızı paltarlı qadın kədərli səslə ::::hə:::: mən düşürəm:::: söyləyir.

Bu, bir Azərbaycan xanımının - şəhid anasının məğrur obrazıdır. Bu dolğun və bitkin surəti işıqlı yaratdığına görə müəllifə minnətdaram. Şəhid anasının içini bu cür açmaq olduqca orijinal və təsiredicidir. Nəsr də yeni səsi, yeni məqamı sevir.

::::Vaxtı keçmiş sitatlar:::: hekayəsi sovet dövründə dissertasiya müdafiə etmək istəyən, lakin həyatın, dövrün gərdişlərinə tuş olaraq arzuları ürəyində solan bir şəxsin alimlik arzusuna çatmamasından bəhs edir. Əslində, bu hekayədə olmuş-bitmiş bir hadisə danışılır. Quruluşdan quruluşa yol gələn bu mövzunun əks-sədası indi müstəqilliyimizi yaşadığımız günlərdə də təəssüf ki, baş verir. Ağıllı, mədəni, nəzakətli insanlar sinəsindən itələnir, elmi işləri min arşın quyunun dibinə salınır. Nəyinsə, kiminsə hesabına alimlik rütbəsinə göz dikən nadanlar, cahillər irəli çəkilir. Bax, bu məqama müəllifin etirazı duyulur.

Mənə elə gəlir ki, Natiq Məmmədli reallıqlardan doğan belə mövzuları qələmə almaqla arzulayır ki, həyatımızın ahəngi pozulmasın, doğru söz yerdə qalmasın, doğru işin qarşısı alınmasın. Ətrafımızı bürümüş problemlərdən, qayğılardan, ağrı-acılardan qurtula bilək. Əslində, xoşbəxt yaşamaq, cəmiyyətdə yer tutmaq üçün hazır resept yoxdur. Mənəviyyatca zəngin, daxilən güclü, bilikli, savadlı, vətənpərvər, ağıllılar üçün yaxşılıq ünvanı qapanmamalıdır. Pisliklər nə qədər gizli qalsa da, Allaha bəllidir. Bir də ki nadanlığın aqibəti həmişə məğlubiyyətdir! Hərdən də elə xiffətlənirəm kig Eh! Yazıçının qələmi ilə dünya düzəlsəydi, bir dərdimiz də qalmazdı. Natiq Məmmədli kimi müəlliflər oxucunun könlündən xəbər verən, ürəyindən tikan çıxaran əsərlər yazmaqda bizlərə bir ümid verirlər. Dünya belə qala bilməz.

Mən biləni bu, Natiq Məmmədlinin ilk kitabıdır. ::::Ləyaqət düsturu::::nu tapmağa çalışan müəllifə bir söz demək istərdim. Yaratdığınız tipin cızdığı düstur kimi yox, əsl insanın məziyyəti nədirsə, sizin ləyaqətiniz də ona söykənir. Sadə hekayələrdə, sadə adamların dili ilə gizli mətləblərə toxunmaq Azərbaycan ədəbiyyatında var olmuş ənənədir. Bu üslubda Mirzə Cəlil, Mir Cəlal və digərləri çox gözəl nümunələr yaradıblar. Bizdən öndə gedənlərin işığında inamla addımlamaq həm vətəndaşlıq, həm də qələmdaşlıq borcumuzdur! Bir məsələni də unutmayaq ki, bizdən sonra da gələnlər var. Natiq Məmmədli məhz bu şərəfli yolda çox inamla və mətinliklə addımlayır. Mən qələm dostumun uğurlarına sevinir, ona yeni yaradıcılıq nailiyyətləri arzulayır və əmin olmaq istəyirəm ki, ::::Ləyaqət düsturu::::nun hələ neçə açmaları da yaranacaqg

Sözümü xalq yazıçısı Anarın bir fikri ilə bitirmək istəyirəm: ::::Natiq Məmmədlinin püxtələşmiş qələmi var. İnanıram ki, o, gələcəkdə yeni uğurlu əsərlər qələmə alacaq. Bu inamla da ona çətin, əzablı yaradıcılıq axtarışlarında uğurlar arzulayıram::::. Bax, beləcə, qardaşım. Sən də özünü işə saldın. Yazmamağa haqqın yoxdur! Çünki biz səndən yeni əsərlər gözləyirik!

 

Flora Xəlilzadə

Ədalət.-2012.-28 dekabr.-S.7.