YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

PUBLİSİST-YAZAR: MÖHBƏDDİN SƏMƏD-3

 

"Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tutular və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altımışıncı illəri təkcə bizim məmələkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR adıya bir dərnək də var.Həmişə gönlüm istəyib ki, belə bir təşkilat və ya dərnək bizlərdə də olsun,amma bizlər ayrı, Türkiyə ayrı.Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sornakı nəsil tərəfindən heçgönül xoşluğu ilə qarışılanmayıb. Mən kiminsə müdafisinə qalxmaq məqamından uzağam. Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.Daşlaşmış "ALTIMIŞINCILAR" sırasına salınmayan ALTIMIŞINCILAR da olub. Kimlərdir bunlar?

- Lap əvvəllərdə, sizinlə söhbətə başlayanda yəqin etdim ki, siz ancaqancaq jurnalist olmaq arzusu ilə yaşamısınız. Axı, bu jurnalistika nədir ki, siz bütün ömrünüzü ona qurban vermisiniz?

- Bəli, mən ömrüm boyu əla jurnalist olmağı arzulamışam. Əla jurnalist olmaq isə çox çətindir. Bunun üçün tam iqtisadi müstəqillik gərəkdir. Bir şeyi yadınızda saxlayın ki, jurnalist həyatla toqquşmalarda inkişaf edib möhkəmlənir böyüyür. Əsil müəllim həyatdır. Qalan müəllimlər onun yanında heç nədir.

- Deyilənə görə, jurnalistika yazarın dilini kasadlaşdırır, məhdudlaşdırır, bir sözlə, yazarın yaradıcılıq qabiliyyətini büsbütün məhv edir. Sizcə, bu doğrudurmu?

- Dünya miqyasında onlarca jurnalist mətbuatda çalışa-çalışa yazıçılığa keçiblər. Kolumbiyalı Nobel mükafatçısı Qarsiya Marks, böyük qırğız yazıçısı Çingiz Aytmatov ilk bədii əsərlərini qəzetlərdə repartyorluq etdikləri dövrlərdə yazıb məşhurlaşıblar. sonralar da xeyli sayda ədəbi-bədii şedevrlər ortaya qoyublar. İndiyə qədər heç kəs irad tutub deməyib ki, onların əsərləri publisistik dildə yazılıb.

- Siz sənət publisistikası ilə məşğulsunuz. Yəqin ki, məni maraqlandıran problemlə siz maraqlanırsınız. Deyə bilərsiniz ki, intibah dövründə böyuk şedevrlər yaradan Leanardo da Vinçi, Rəfael, Tisan, Renuar, Sezan, Van Qoq, Modilyani kimi dahi sənətkarlar niyə son bir neçə əsrdə yaranmadı?

- Bu mövzu ətrafında mənim Parisdə yaşayan rəssam dostum Toğrul Nərimanbəyovla çox söhbətlərimiz olub. Həmin problemə ölkə daxilində xaricindən baxan bu böyük rəssamın münasibəti təxminən belədir: "Bütün bunların günahkarı artbiznesdir". Bu o deməkdir ki, iqtisadi müstəqilliyi olmayan yaradıcıların həm özləri, həm yaratdıqları əsərlər həmin artbizneslə məşğul olan sənət dəllallarından asılıdır. Təbii ki, yaradıcı ilə dəllalın zövqü, estetik dünyagörüşü bir-birindən tamamilə fərqlidir. Amma neynəyəsən ki, sifarişi böyük pulları olan, hər şeyə bazarın gözü ilə baxan adam verir. hakimi-mütləq odur. O deyəni etməlisən. Elə bunun nəticəsidir ki, indi bir vaxtlar dünyaya sənət dahiləri bəxş edən İtaliyada, Fransada, Almaniyada, Hollandiyada digər ölkələrdə sənət deqradasiyası, sənət tənəzzülü gedir. Bu proses hələ uzun illər davam edəcək.

- Filologiya elmləri doktoru Adilxan Bayramov sənin telefonunu mənə verəndə dedim: sən Möhbəddindən soruşmaq istərdin? Dedi soruşmaq istərdim: canın-başın necədir?

 

- Adilxan bizə qonşu olan Gürcüstanın Sadaxlı kəndindəndir. Əsli-nəcabəti olan bir ailədəndir. Səməd Vurğunun ən yaxın qohumlarındandır. Mən onunla Azərbaycan Dövlət Universitetində oxuyandan dostam. Çox ağayana dostcanlı insandır. Çox şadam ki, sən onunla yaxınsan. Görüşəndə salamımı çatdırıb deyərsən: diqqətinə görə çox sağ olsun. Canım-başım yavaş-yavaş qaydasına düşür.

- Nəyi unutdum: Məndən soruşmaq istərdin?

- Həmişə öz həmkarlarından fərqli düşünən, fərqli orijinal yazılar yazan, sözünü deyən, dostum, şair-publisist Tofiq Abdin totalitar sovetlər dönəmində yaza bilmədiklərini, Respublikamızın müstəqillik dövründə söyləyib, yazıb "Oxxay" deyib rahat nəfəs ala bildimi? Yoxsa yenə zamana ehtiyac var?..

- Jurnalistikamızın bu günü barədə bu gün çox əskik şeylər danışırlar. nəticədə sanki bu danışıqlar heç olmur, hər kəs öz işindədir. Vaxtilə qəzetlərdə radioda redaktorluq etmisən. İşçilərinlə necə yola gedirdin. Redaktor işləmək çoxmu çətindir?

- Bilirsinizmi, bu gün mövcud olan qəzet jurnal redaksiyalarında daha çox qeyri-peşəkarlar çalışırlar. Həmin qəzet jurnalların əksəriyyətinin maliyyə vəsaiti yoxdur. Ona görə onların çoxu güclü sponsor axtarırlar. Bu işə pul xərcləyən sponsor isə öz maliyyə vəsaitini elə-belə havaya sovurmurlar. Müəyyən maraqları, şərtləri təklifləri olur. Beləliklə, həmin qəzetlər jurnallar sponsopdan asılı vəziyyətə, əməkdaşlar isə alətə çevrilirlər. Sponsor dedi, onu etməlidirlər.

Sponsoru olmayan, ayda bir-iki dəfə üzləri işıq görən qəzet jurnallar isə məcburiyyət qarşısında qalıb reketlik etməyə başlayırlar. Bu da müasir jurnalistika ilə əlaqədar xoşa gəlməyən rəy yaradıb, fikir formalaşdırır. Amma bu mənfi işlərlə yanaşı, çağdaş jurnalistikamızın bir müsbət xüsusiyyətini vurğulamaq istəyirəm: bu xaotik jurnalistikamızda çox savadlı, qələmli, analitik düşüncəli, yazdığını bilən, cəmiyyətin problemlərini görməyi bacaran onlarla ayıq jurnalistlər yetişib formalaşır. Bu çox yaxşıdır mən bunu ürəkdən alqışlayıram.

O ki qaldı redaktor, baş redaktor işlədiyim dövrlərdə "əməkdaşlarla işləmək çoxmu çətindir" sualınıza. Cavab verib deyə bilərəm ki, doğrudan da çox çətindir. Mən ayrı-ayrı dönəmlərdə qəzetlərdə ədəbi işçi, baş müxbir, baş redaktor işləmişəm. Açığını deyim, baş redaktor işi çox çətindir.

- Doğrudur, indi kitabım var demək bir az şit səslənir. Amma təbii ki, sənin kitabların o sıradan deyil ki, səni utandırsın. Neçə-neçə kitab müəllifisən. De görək onlardan qazancın olub?

- Bu yerdə mən sizə dünya şöhrətli yazıçı Ernst Heminqueyin bir kəlamını xatırlatmaq istəyirəm. O yazır: "Biz mənəviyyət kübarlarıyıq, pul üçün yaradan plebeylərə tay ola bilmərik". Doğrudan da bir vaxtlar yaradıcı adamların yaradıcılıq meyli pul qazanmaq ehtiraslarından üstün olub. Onlar çalışıblar ki, ortaya daha dəyərli diqqətçəkən əsərlər qoysunlar. Təbii ki, bu tendensiya əvvəlki kimi olmasa da, indi davam edir.

- Sizin 1983-cü ildə "Azərnəşr" tərəfindən buraxılmış "Dialoqlar" adlı kitabınız yadıma düşdü. Deyəsən, o vaxt həmin kitab xeyli mübahisə doğurdu. Uzun müddət Bakıda satışa çıxarılmadı, rayon kitab mağazalarından yığışdırıldı. Bir yenidənqurma dövründə satışa çıxarıldı. baş vermişdi, buna səbəb idi?

- Mənim ilk kitabım 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap olunub "Nağıllar yalan olmur" adlanan bu kitaba sənət haqqında hekayələrim oçerklərim daxil edilib. 1983-cü ildə birdən-birə daha iki kitabım işıq üzü gördü. Biri Toğrul Nərimanbəyovun həyat və yaradıcılığından bəhs edən "Toğrul Nərimanbəyov", o birisi isə elmi mövzuda yazılmış "Dialoqlar" kitabları idi. "Dialoqlar"a 1974-75-ci illərdə "Azərbaycan gəncləri" qəzetində fəlsəfənin estetika, etika sahələrində çalışan nüfuzlu alimlərlə dialoq formasında yazılmış və o dövrdə oxucular tərəfindən rəğbətlə qarşılanmış polemik yazılarım daxil edilmişdi. Bu kitabda həm də mənim "İntellektual tərbiyə, irsiyyət və mühit" sırasından olan yazılarım vardı. Bir sözlə, Azərbaycanın kitab nəşrində bu kitab həm yazı formasına, həm tərtibatına, həm də elmi tutumuna görə yeni idi. Bu səbəbdən də nəşriyyatda kitabı çapa hazırlayan şöbə əməkdaşlarının çox xoşlarına gəlmişdi. Nə isə, kitab çap olundu. İlk nüsxələrini göndərdilər lazım olan yerlərə. Bir neçə gün keçəndən sonra kitabın redaktoru Mələk Quliyeva mənə zəng vurub həyəcanla dedi ki, sənin kitabın yuxarılarda (Mərkəzi Komitədə) çox pis qarşılanıb. Ona görə satışa çıxmasına icazə vermirlər, gör neynirsən. Ora-bura zəng vurdum, amma Mərkəzi Komitə adını eşidənlər kömək edə bilməyəcəklərini söylədilər. Mən özümqorxu hissləri keçirməyə başladım. İntuitiv olaraq hiss edirdim ki, bu mənim xeyrimə olmayacaq. Bunu bəhanə edib məni cazalandıra, işdən çıxarda, həm də kitab çap etdirməyimə qadağa qoya bilərdilər. Necə fikirləşmişdim, elə də oldu.

- Ailənə yaxından bələd olmasam da, bilirəm ki, ailə sahibi kimi həmişə var olmusan . Onların sənin işində bir yardımını, köməyini hiss etmisənmi? Hərgah indiki xanımına rast gəlməsəydin, belə uzun ömür yaşayıb bu cür yazıb-yarada bilərdinmi?

- Mənim həyat yoldaşım ixtisasca mühəndisdir. 1990-cı ildən başlayaraq işləmir. Həyatımızda yaxşı günlərimiz də, pis günlərimiz də çox olub. Mənim dünyama yaxşı bələd olduğu üçün pis və çətin günlərimizdə məni divara çıxmayıb, əksinə, mənim dayağıma, məsləhətimə çevrilib. Yazıb-yaratmağıma şərait yaratmağa çalışıb.

Övladlarım da anaları kimidir. Uzun müddət xəstəlik keçirdim. Hamısı pərvanə kimi başıma dolandılar, mənə mənəvi dayaq olub ayağa qaldırdılar.

 

(son)

 

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

Ədalət.-2012.-29 dekabr.-S.15