ÖZÜNƏMƏXSUS
ŞAİR
ƏDƏBİ
HƏYAT
Poeziyamızda Ramiz adıyla çox şair tanıyıram. Heç şübhəsiz, onlardan ən məşhuru Ramiz Rövşəndir - sevdiyim şairlərdən biri...gBir başqa sevdiyim, həmişə şeirlərinin intizarında olduğum Ramiz də var ki, Qubada yaşayır və müasir poeziyamızda onun da özünəməxsus dəst-xətti, səsi var.
Bir zamanlar
əyalətdə yaşayan şairlərə
birtərəfli, arzuolunmaz bir
münasibət hökm sürürdü.
Onların şeir kitabları çətinliklə
çap olunur, böyük ədəbiyyatın ərazisinə
buraxılmırdılar. Amma illər keçdi. Anlaşıldı ki,
həqiqi sənətdə əyalət anlayışı yoxdur və bu təsəvvürə
son qoyuldu. Musa Yaqub, Qərib Mehdi, Məmməd
Alim, İltifat Saleh, Əşrəf Veysəlli, Məmməd
İlqar, Sabir Sarvan, Ramiz
Qusarçaylı, Ağasəfa, Ofelya Babayeva, Ağamir Cavad, Barat Vüsal,
Ədalət Salman, Əlirza Həsrət
kimi yazarlar sübut elədilər ki,
istedad üçün
onun harada
yaşamasının heç bir əhəmiyyəti yoxdur.
Ramiz
Qusarçaylı Qubada yaşayır və bugünkü
poeziyanın orta yaşlılar nəslini onsuz təsəvvür
eləmək çətindir.
Nə
vaxt çap olunursa, şeirləri gözdən iraq
düşmür, bu mənada Ramiz populyarlığa yox, əsl,
sərraf oxucu axtarışına can atır. Elə ilk şeirlərindən və ilk
kitabından başlayaraq ustad
şairlər Ramizin poeziyasına biganə
qalmadılar. Onların bəzi fikirlərini xatırlatmaq istəyirəm.
Xalq
şairi Osman Sarıvəlli yazırdı: "Sevindirici
haldır ki, Ramiz ürəyinə yaxın hissləri,
görüb-götürdüyü hadisələri qələmə
alır. Şeirlərində bir istilik, səmimiyyət var,
fikrini obrazlı ifadələrlə, poetik detallarla verməyə
çalışır". Ustad Bəxtiyar
Vahabzadə isə yazmışdı: "Ramiz
Qusarçaylının poeziyası büllur
kimi saf, bulaq kimi dumdurudur".
Başqa bir ustad - Nəbi Xəzrinin bir
qədər obrazlı şəkildə sölədiyi fikirlər
də maraqlı idi: "Mən
poeziyamızın sabahına gedən yolda
elə bil qaranlıq bir
tuneldə idim. Çox
az şeirlər məni isindirirdi.
Lakin Ramiz
Qusarçaylının şeirlərini oxuduqdan
sonra mənim üçün
qaranlıq tunel qurtardı.
İşıqlı bir aləmə düşdüm". Xalq
şairi Məmməd Araz
isə belə söyləmişdi: "Gözəl şairimiz Ramiz
Qusarçaylının şeirlərindən böyük
zövq alıram". Burada
Məmməd Aslanı da unutmaq
olmaz: "Ramizin
lirikası elə duyumlu və görümlüdür ki,
bir misrasını çəkib,
arxasınca bütün şeirlərinə
körpü salmaq olar". Belə misalların sayını
artırmaq da olar.
Ustadların
neçə il öncə cavan bir şair haqqında söylədikləri
bu fikirlərin hamısını bir ümumi cəhət birləşdirir:
RAMİZ QUSARÇAYLI ÖZÜNƏMƏXSUS
ŞAİRDİR! Bəs bu özünəməxsusluq nədə
təzahür edir?
Ramiz Qusarçaylı milli poeziyamızın ənənələrinə möhkəm bağlı olan, amma ənənəyə yenilikçi şair kimi yanaşan, necə deyərlər, köhnə havalarda təzə söz deyən şairlərdəndir. O, şeirləriylə sübut edir ki, Azərbaycan poeziyasının ilkinliyi, yaşarı ənənələri hələ öz gücünü itirməyib, qoşma, gəraylı, təcnis, bayatı üstündə bugünkü dərdimizi, sevincimizi obrazlı şəkildə ifadə etmək üçün heç bir maneə yoxdur. İlk şeirlərinin birində Ramiz yazmışdı:
Şeh düzülər tül iynəyə,
Arı kefim gül
çeynəyər,
Dodaq yanar, dil göynəyər
Bir bulağın
buz dilində.
Nə xırman bir, nə dən birdi,
Döyən min-min, bədən birdi.
Mən
ha deyim Vətən birdi
İkidi Araz dilində.
Üçü deyil, beşi deyil,
Haqdan dönən kişi
deyil,
Hər oğulun işi deyil
Gəl oxuyaq saz dilində.
Ramiz Qusarçaylı
bütün yaradıcılığı
boyu bu poetik
amala - "saz dilinə" sadiq qaldı. O sazın tellərindən
kövrək, həzin
səslər də qopdu, çılğın,
qəzəbli notlar da.
Mən Ramizin bu otuz illik
şeir yaradıcılığını
köhnə, şablon
ölçülərlə "qiymətləndirib" mərhələlər
üzrə izləmək
fikrində deyiləm. Və sübut
da eləmək istəmirəm ki, Ramiz Qusarçaylı indi əvvəlki illərdən daha yaxşı yazır və necə deyərlər inkişafdadır.
Ramiz təbii ki, yerində saymır, əsrin ahəngini, dünyanın gərdişini,
gün-gündən dəyişilən
dövranın istisini,
soyuğunu ürəyindən
keçirən və
ona poetik yozum verən şairlərdəndir. O, bənövşənin
qoxusundan və duruşundan məst olub onun qarşısında
əyilən, yaşıl
göz yaşlarında
bir-birini öpüb qolboyun olan gülləri
heyranlıqla seyr edən şairdir. O, mənsub olduğu xalqın əsrlər boyu yaşadığı
faciələri içində
yaşadan şairdir.
O, həm də bugünün şairidir-haqsızlığa,
regionçuluğa, xaos
və hərcmərcliyə,
mənəviyyatsızlığa qarşı dözümsüzlük
göstərən şairdir.
Çiçəklər xəzəldir,
Xəzəllər çiçək,
Açıb yaxasını yağışa,
çənə.
Yarpaqlar
sapsarı xatirələr
tək,
Səpilir payızın qədəmlərinə.
Özündən ayrılır bar ağacları,
Özünə yüklənir meşələr
yenə.
Görən kim qarğıyıb qarağacları,
Dibinə qəm düşür yarpaq yerinə.
Gözəl şeirdir və payız haqqında ən yaxşı şeirləri yan-yana düzsək, heç şübhəsiz, Ramizin şeiri öz poetik vəzninə görə seçiləcək,
fərqlənəcək. Təkcə payız
haqqında yox, təbiətin bütün
fəsilləri, onun yağışı, qarı,
gülü, çiçəyi,
dağı, dərəsi,
buludu, çəni haqqında şeirlərində
də Ramiz təzə söz deməyi bacarır.
Mən Ramizin təbiət şeirlərində
küskün bir bənövşə obrazını
da gözdən qaçırmıram. Qurbanidən üzü bəri
bənövşəyə minlərlə şeirlər
həsr edilib və açığını
deyim ki, bu şeirlərin əksəriyyətini bir yerə yığsan, bir bənövşə qəbiristanlığı yaranar.
Çünki o şeirlər bədii
səviyyəsinə görə
bənövşəyə layiq deyillər. Ramizin "Qurudub göndərmə bənövşələri"
şeiri isə sanki həmin şeirlərə bir qınaq kimi səslənir:
Əlimə alınca əlim
qurudu
Qurudub göndərmə
bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə
bənövşələri.
Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə
sər, saxla,
Mənə də ölməyə
bir az
yer saxla
Qurudub göndərmə
bənövşələri.
Ramizin şeirlərində
antigözəlliyə etiraz
elə ilk yazılarından
başlamışdı. "Bir şeir ağladım
gecə yarısı,
bir şeir hönkürdüm ağ vərəqlərə" deyən
bir şair istər təbiətdə,
istərsə də cəmiyyətdə baş
alıb gedən nizamsızlığa, ahəngsizliyə
qarşı döyüşkən
şair mövqeyində
olub. Əlbəttə, "döyüşkənlik"
deyəndə mən kəskin və sərt publisistikadan qopub gələn bəzi üzdəniraq çığırtını, bağırtını nəzərdə
tutmuram. Çünki Ramiz qışqıran, səsinə güc verib kürsü nəhənginə çevrilən
"patriotlardan" deyil.
Ötən illərimizi
yada salaq və Ramizin "İslahat" şeirini burada xatırladaq:
Torpağı bölürlər adam başına,
Adamlar torpağı
özəlləşdirir.
Millət
ac qarına, avam başına,
Dərdini bir az
da gözəlləşdirir.
Dolmaz göz yaşıyla qəmin qobusu,
Yadlar başımızda
kül dəyişdirir.
Bu millət özüylə
dil tapa bilmir,
Bağlayan çox olur, açan tapılmır.
Bu bazar kimindi, bu mal kimindi,
Tapılır yandan da sür-sümük
atan.
Sən kimin əlində qalmısan indi-
Mən kimin əlinə baxıram, Vətən..
Bu şeir yaxın
illərin, lap elə bu günlərin əhval-ruhiyyəsini çox
gözəl ifadə edir. Və illər keçəcək,
həmin illərin bədii bir sənədi kimi xatırlanacaq. Ramizin
bu tipli şeirləri az
deyil. İki il öncə
o, mənə "Eşşəknamə"
adlı təzə kitabını bağışladı,
hamı kimi mən də çox təəccübləndim.
İstər-istəməz ürəyimdən belə bir duyğu
keçdi ki, bu ləfzi şeirə
gətirmək olarmı?
Amma Ramizin həmin kitaba yazdığı
"Bax a, Eşşək"
adlı geniş müqəddiməsini oxudum
və təəccübüm,
heyrətim çəkilib
getdi. Söhbət hər yükün
altına girən, ömrü boyu işlək heyvan kimi tanınan eşşəklərdən getmir.
Ancaq eşşək deyəndə
biz təkcə ağır
yük altına girən o zavallıları
deyil, çox zaman qanmaz, nadan,
millətin başına
min oyun açan, ya da cəhalət,
yekəbaşlıq nümunəsi
olan adamcığazları
düşünmüşük. Yazıq eşşəklər qalıb
bir yanda, onlara verilən adları simvollaşdırmışıq.
Ramiz bu mövzuya müraciətdə təzə
deyil, "eşşək
mövzusu" dünya
ədəbiyyatından gələndir.
Nə yolu var, nə
məqsədi,
Bu eşşəyi kim
göndərib?
Nə qanır zəfəran nədi,
Bu eşşəyi kim
göndərib?
Yox idimi arıqları,
Viran qoydu qoruqları,
Dalında da qoduqları,
Bu eşşəyi kim
göndərib?
Bu Mirzə Ələkbər
Sabir satirasından güc alan
şeirdən sonra keçirəm Ramizin bir başqa şeirinə. "Mənə şeir yazdırır" şeirinə.
O şeirin son bəndi
belədir:
Hər misrada bir ah var,
Hər ahda bir günah
var,
Başım üçtdə Allah var
Mənə şeir yazdırır...
Öz Allahına, Tanrısına
inam onun şeirlərinin canına
da hopub. Belə ki, Ramizin ən
qəmli şeirində
belə bir işıq var. Bu işıq
heç zaman öləzimir, həmişə
onu nikbin saxlayır. Mən bu yazıda
Ramizin Qarabağ mövzusunda yazdığı
neçə şeirini
də xatırlada bilərəm. Elə o şeirlərdə
də qəmlə bu qəmi, kədəri
özündən uzaqlaşdıran
nikbin bir ovqat görərsən.
Öncə dedim ki, Ramiz Qusarçaylı Qubada yaşayır. O, Azərbaycan Yazıçılar
Birliyi Quba filialının sədridir.
O bölgədə yaşayan
yazarlara qayğı və köməyini əsirgəmir. Hər ayın ikinci
bazar günü Quba mədəniyyət evində "Ay işığı"
ədəbi məclisinin
toplanışı olur.
Burada müxtəlif ədəbi
nəsillərin nümayəndələri
yeni şeirlərini oxuyur, bu şeirləri
ya da kiminsə
təzə kitabı çıxıbsa onu müzakirə edirlər.
Çox
canlı keçir bu toplanış və mən də bir neçə
dəfə o məclisin
qonağı olmuşam.
"Ay işığı" ədəbi məclisində
oxunan şeirlər, hekayələr, publisistik yazılardan ibarət bir neçə kitab da işıq
üzü görüb.
Ramiz Qusarçaylıya bircə
onu arzulayıram ki, həmişə bu iki misrasına
sadiq qalsın:
Torpağa batıram dizimə
qədər,
Şeir göyərdirəm kökümün
üstə.
Vaqif YUSİFLİ
ədalət.-2012.-29 dekabr.-S.13.