MÖVQE BİLDİRMƏKDƏN ÇƏKİNMİRƏM

İlin yazıçısı ilə söhbət

 

Həmsöhbətim Azərbaycan oxucusuna, Azərbaycan ictimaiyyətinə çox yaxından tanış olan yazıçı-publisist, millət vəkili, YAP-ın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovdur. Düşünürəm ki, təkcə bu ad özü-özlüyündə artıq söhbətin nədən gedəcəyini təxmin etməyə imkan verir. Çünki söz adamı ilə, yazıçı ilə, özü də cəmiyyətin elit təbəqəsində olan yazıçı ilə söhbət etmək artıq ədəbiyyatı, bədii sözü, yaradıcılığı diqqətə gətirir. Mənim Hüseynbala Mirələmovla söhbətimin təbii ki, bir damarı ədəbiyyat olacaq. Amma mən bu söhbətdən öncə qapısını döydüyüm yazıçı-publisistlə həm də onun ictimai həyatından, siyasi fəaliyyətindən danışmaq barədə daxili qərar qəbul etmişdim. Deməli, bu qərara söykənsək, onda biz bütövlükdə cəmiyyətdən, bütövlükdə həyatımızdan və bütövlükdə özümüzdən danışacağıq. Düşünürəm ki, özümüzün özümüzdən danışmağımız hansısa bir sahədən, konkret bir mövzudan danışmaqdan daha maraqlı ola bilər.

- Hüseynbala müəllim, biz sizinlə ənənvi olaraq hər ilin sonunda həmsöhbət oluruq və bu ənənəmizə sadiq qalaraq yenə üzbəüz əyləşmişik. Öncə soruşmaq istəyirəm. Necəsiniz? Əhvalınız necədir? Biz söhbətə başlaya bilərikmi?

- Təbii ki, əhvalım da yaxşıdı, söhbət etməyə də hazıram, həmişə sevə-sevə oxuduğum, təsisçisi ilə dots olduğum, dost və həmkarım bir qəzetin əməkdaşı ilə istənilən mövzuda söhbət etmək mənim üçün xoşdur. Ona görə də nədən, hardan istəyirsiniz suallarınızı verin.

- Hüseynbala müəllim, arxada bir il qalır. Gün hesabı ilə desək, 365 gün. Gəlin o 365 günü bir-bir vərəqləyək. Yadınızda hansı gün, necə və nə üçün qalıb?

- Təbii ki, hər anı, hər məqamı günbəgün xatırlamaq bir az çətin olar. Amma bütövlükdə ilin özü mənim üçün uğurlu olub. Həyatımın, yaradıcılığımın müxtəlif məqamları məhz bu il öz qabarıqlığı, öz rəngarəngliyi ilə yaddaşıma köçüb. Adicə bir vətəndaş, bir millət vəkili, xüsusilə bir yazıçı kimi mən bu ilin hər gününü ömrümdən hesab edirəm və onu qiymətləndirirəm. O ki, qaldı konkret məqamlara, onların yadıma düşənlərini də sizə deyə bilərəm...

- Buyurun.

- Bu il mən bir yazıçı kimi bir neçə əsərimin çapına, dram əsərlərimin səhnəyə vəsiqə almasına nail oldum. Mənim "Sonuncu fateh" trilogiyam nəşr olundu. Elə ilin sonuncu həftəsinin içərisində konkret desəm, dekabrın 26-da Azərbaycanın çox böyük alimi Bəkir Nəbiyevin ön söz yazdığı "Sonuncu fateh" əsəri AMEA-nın Ədəbiyyat İnstitutunda geniş müzakirə olundu. Müzakirələrdən sonra Milli Elmlər Akademiyasının Azad Həmkarlar Təşkilatının və Nizami adına Ədəbiyyat İnstitutunun rəyasət heyətlərinin birgə qərarı ilə mənə "2012-ci ilin yazıçısı" adının fəxri diplomudöş nişanı verildi. Ümumiyyətlə, bu əsər barəsində müxtəlif fikirlər ölkə mətbuatında çap olunub. Həmin fikirlərə istinad etsək, onda birmənalı şəkildə demək olar ki, əsər uğurlu alınıb. Onu da sizə xatırladım ki, Nadir şah haqqında olan bu əsəri yazmaq son dərəcə çətin idi. Ona görə də mən müxtəlif mənbələrə, hətta xarici dövlətlərin elmi mərkəzlərinə, arxivlərinə də üz tutdum. Daşkənddə olanda Əmir Teymurun məqbərəsini ziyarət etdimburada da müəyyən tarixi faktları əldə edə bildim. Tarixdən bəllidir ki, Nadir şahın Əmir Teymurla da bağlılığı olub. Ümumiyətlə isə arxada qalan il ərzində mənim üçün maraqlı kitablarımdan olan "Çində möhtəşəm on gün"ün nəfis şəkildə çap edilməsi oldu. Onu da deyim ki, həmin kitab ölkəmizdəki Çin səfirliyinin təşəbbüsü ilə Çin dilinə tərcümə edilibbu proses başa çatmaq üzrədir. Digər bir məqam mənim dram əsərlərimin səhnə həyatı qazanması ilə yadımda qalıb. Ölkəmizin ən istedadlı rejissorlarından biri olan Bəhram Osmanovun səhnə ömrü bəxş etdiyi "Gəncə qapıları" əsərim Akademik teatrın səhnəsində maraqla qarşılandı. Hətta özümbir neçə dəfə bu əsərin tamaşaçısı olmuşam. Elə Bəhram müəllimin hazırladığı "Xəcalət" adlı tamaşam da bu il mənə və bütövlükdə yaradıcı kollektivə böyük sevinc hissləri bəxş edib. Maldovada, Serbiyada, eləcə də UkraynadaGürcüstanda keçirilən beynəlxalq teatr festivallarında bu tamaşa müxtəlif nominasiyalar üzrə "Qran pri" qazanıbdır. Yadımdan çıxmamış burda bir haşiyəni diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, ölkəmizdə bəziləri mənim yaradıcılığımla bağlı müəyyən qeyri-ciddi fikirlər səsləndirir. "Ədalət" qəzetinin baş redaktoru, çox hörmətli İradə xanım Tuncay televiziya verilişlərinin birində çıxış edərkən vurğuladı ki, əgər "Xəcalət" xarici ölkələrdə uğur qazanıbsa, onda biz bunu niyə qəbul etməməliyik? Bəlkə xaricdə də Hüseynbala müəllimin millət vəkilliyi, nüfuzu, hansısa bir quruma, təşkilata təsir edə bilir. Deməli, beynəlxalq teatr festivalının proqramına görə, "Qran-pri"ni almış tamaşının aid olduğu ölkənin, konkret olaraq, Azərbaycanın bayrağı növbəti festivala qədər, düz bir il həmin teatrın qarşısında dalğalanacaq. Zənnimcə, yazıçı, dramaturq üçün bundan böyük mükafat yoxdur. Onu da xatırladım ki, paralel olaraq bu il ərzində mən hekayələrimlə, publisist yazılarımla dövrü mətbuatda ardıcıl çıxışlar etmişəm. Bir yazı adamı kimi çalışmışam ki, həm qarşıdan gələn hadisələrə, həm də içərisində olduğum hadisələrə öz münasibətimi bildirim

-Hüseynbala müəllim, təbii ki, bu, sizin bir yazıçı kimi başa çatan ildə gördüyünüz işlərin müəyyən bir qismidi. Amma siz həm də millət vəkili, partiya təşkilatı sədrisiniz. Məhz millət vəkili və partiya təşkilatı sədri kimi 2012-ci ilin həyatınızdakı yerini necə şərh edərdiniz?

- Bir məsələni də xatırladım ki, mən həm də pedoqoji fəaliyyətlə məşğulam. Ölkənin nüfuzlu elm ocaqlarından olan Azərbaycan Dövlət Neft Akademiyasında ixtisas kafedrasının müdiriyəm. Burada tələbələrimə məhz ixtisası öyrədir, ixtisası tədris edirəm. O ki, qaldı millət vəkilliyinə, təbii ki, bu mənim seçicilərim qarşısında götürdüyüm öhdəliyə, qanunverici orqandakı fəaliyyətimə aid bir sahədir. Milli Məclisdə komissiya üzvüyəm. Bu komissiyanın əsas vəzifələrindən biri ölkəmizin ekoloji durumunu, təbii sərvətlərinə münasibəti araşdırmaq, bu yöndə işlək qanunlar qəbul etməkdir. Artıq ölkəmizdə ekologiya ilinin keçirildiyini yəqin ki, bilirsiniz. Amma bu fəaliyyət təkcə bir illə yekunlaşmır. Biz ardıcıl olaraq həmin məsələni həm qanunverici, həm də icraedici orqanların diqqətində saxlayırıq. Bunun da müsbət nəticəsi artıq özünü göstərir. Bir millət vəkili olaraq təmsil etdiyim Xətai rayonunun seçiciləri ilə də mütəmadi görüşürəm, problemləri ilə maraqlanıram. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun peşəkarlığı, sözün həqiqi mənasında dövlətçiliyə sədaqəti mənim də işlərimi müəyyən qədər asanlaşdırır. Biz birgə məsləhətləşmələr aparır və vətəndaşların bizim gücümüz daxilində olan problemlərini həll etməyə çalışırıq. Necə deyərlər, millət vəkili olaraq mən hamı üçün, hətta seçicim olmayan Azərbaycan vətəndaşları üçüngücüm çatan işləri görəməyə həmişə hazıram

- Hüseynbala müəllim, bəs partiya təşkilatının sədri kimi nə deyə bilərsiniz?

- Əvvəlcə onu deyim ki, mən həm YAP-ın ilk sıravi üzvlərindən biri olmuşam, həm də1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda təsis konfransı keçirilən YAP-ın ilk iclasında iştirak etmişəm. Həmin vaxt hörmətli millət vəkili Eldar İbrahimovlauzun müddət partiya sovet orqanlarında çalışmış Nəzir Əhmədovla birlikdə Naxçıvana getmişdik. Onda mən Respublika Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyirdim. Naxçıvana getdiyimə görə, o vaxtkı hakimiyyət məni işdən kənarlaşdırdı və fəaliyyətimi yoxlamağı, barəmdə cinayət işi açmağı Bakı şəhər Prokurorluğuna tapşırdı. Həmin vaxt məni müdafiə edən, səsimə səs verən, "Yıxılan ağaca balta vurmazlar" adlı böyük yazımı məhz "Ədalət" qəzeti sap etdi. Heç bir mətbu orqan onda mənim yazıma qapı açmadı. Bir faktı da deyim ki, bu gün millət vəkili olan Çingiz Qənizadə o zaman Bakı şəhər prokuroru idi. Mən bu günona minnətdaram ki, çox obyektiv, ədalətli araşdırma apardı və mənim günahsız olduğumu, heç bir cinayət törətmədiyimi söyləyərək barəmdə qaldırılmış cinayət işinə xitam verdi. Mən Bakıda partiya tapşırığını yerinə yetirməklə məşğul oldum. Öncə Bakının Nərimanov rayonunda, sonra isə Xətai rayonunda YAP-ın rayon təşkilatlarının təsis yığıncaqlarını keçirdik. Bu gün YAP-ın Xətai rayon təşkilatının 20 min nəfərə yaxın üzvü varbizim hər birimiz təmsil olunduğumuz partiyaya, Ulu Öndərimizə, xüsusilə dövlətimizə və dövlətçiliyimizə sadiq insanlarıq. Elə bu ilin payızında biz partiyamızın 20 illiyini çox yüksək şəkildə qeyd etdik. Düşünürəm ki, öz sədrinin, yəni Azərbaycan prezidentinin rəhbərliyi altında bu partiya hələ çox böyük uğurlarla imza atacaq.

- Yeri gəlmişkən, bir məsələyə də münasibətinizi öyrənmək istəyirəm. 2013-cü ildə YAP-ın ilk sədrinin, Ümummilli liderimiz Heydər Əliyevin 90 yaşı tamam olacaq. Eyni zamanda gələn il həm də ölkəmizdə prezident seçkiləri ili kimi tariximizə düşəcək. Bununla bağlı bir millət vəkili, partiya təmsilçisi kimi nə deyə bilərsiniz?

- Öncə gəlin bu məsələyə mən yazıçı mövqeyimi bildirim, sonra sualınızın ikinci hissəsini cavablandıraram.

- Buyurun.

- Yəqin bilirsiniz, Azərbaycanda "Görkəmli şəxslərin həyatı" seriyasından silsilə əsərlər yazan müəlliflərdən biri də mənəm. Bu kitabların birincisi Ulu Öndərimiz Heydər Əliyevə ithaf olunur. Rusiyalı yazıçı dostumla birlikdə işlədiyimiz həmin kitab çox böyük əks-səda doğurdu. Bunun ardınca mən görkəmli alimimiz akademik Zərifə Əliyevaya həsr etdiyim əsəri yazıb tamamladım. Seriyanın davamı kimi bugünkü prezidentimiz cənab İlham Əliyev barəsində təvazökarlıqdan uzaq olsa da, yaxşı bir əsər ortaya qoydum. Məni ən çox sevindirən odur ki, həmin kitablar çoxlu sayda dillərə tərcümə olunub, böyük tirajla nəşr olunub. Təkcə "Heydər Əliyev" kitabım 19 dildə işıq üzü görüb. Rus, türk, gürcü, serb, ingilis, italyan, ukrayna və digər dillərdə nəşr olunan bu kitablar həm kitab ticarəti palatalarının, həm diplomatik, həm də diaspora təşkilatlarının xətti ilə oxuculara çatdırılıbdır. Bax elə bu günlərdə akademik Zərifə xanım Əliyeva haqqında yazdığım kitab ukrayna, türk, rus, belarus dillərində artıq işıq üzü görüb. Mənim Heydər Əliyevlə bağlı yazdığım əsər həm Moskvada "Kosıgin" adına mükafata, həm də respublikamızda Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Qızıl kəlmə" müsabiqəsində baş mükafata layiq görülüb. Bu yaxın günlərdə isə Moskva şəhər meriyasının "Knyaz Yuri Dolqoruki" mükafatı akademik Zərifə Əliyeva haqqında yazıdığım kitaba görə verilib. Mükafatı da mənə Rusiyanın ölkəmizdəki səfiri təqdim edib. Bir məqamı da xatırladım ki, mən silsilə üzərində işləyirəm və düşünürəm ki, hələ deyəsi, yazası sözlərim çoxdur.

- Hüseynbala müəllim, indii qayıdaq sualımızın ikinci hissəsinə...

- Bəli, bir millət vəkili, bir partiya təşkilatı sədri kimi 2013-cü il mənim üzümə böyük işlərlə açılır. Milli Məclisdəki vəzifələrimlə, seçicilər qarşısındakı öhdəliklərlə yanaşı, mən partiyamızın prezidentliyə yeganə namizədi olan İlham Əliyev cənablarının yenidən prezidentlik kürsüsündə əyləşməsi üçün lazım olan bütün çətinlikləri aşmağa, onun xalq tərəfindən yenə də yekdilliklə dəstəklənməsinə öz gücümü, bacarığımı sərf edəcəm. Birmənalı olaraq mən indidən deyə bilərəm ki, YAP-ın sədri bu seçkidə də qalib gələcək. Bunun üçün partiyamızın da, namizədimizin də kifayət qədər potensialı var.

- Hüseynbala müəllim, bir az da özəl həyatdan, sizin çevrənizdə baş verən hadisələrdən danışaq...

- Buyurun.

- Mətbuatdan hər kəsə bəllidir ki, sizin adınız müəyyən məqamlarla bağlı ölkə gündəmində olub. Ümumiyyətlə, sizinlə bağlı yazılan, iddia olunan fikirlərə münasibətiniz necədir?

- Bu məqama toxunmağınız mənim ürəyimcə oldu. Çünki kiminsə kimisə öldürməsini hansısa bir millət vəkilinin, bir yazıçının, bir üzdə olan adamın adı ilə bağlamaq ən azı insafsızlıqdır. Bəli, mənim adımla bağladıqları və guya mənə aid olduğu iddia edilən "Min bir gecə" restoranında qətl hadisəsi törədilib. Hadisə ilə bağlı gecə saat 3-də öncə oğluma, oğlum da mənə məlumat verib. Hadisəni mənim qardaşım oğlu törədib. Necə deyərlər, cinayətkar da, cinayətin qurbanı da bəllidir. Ölkənin istintaq orqanları məsələni araşdırır. İnformasiyanı daha qızışdırıcı, daha diqqətçəkən formada təqdim etmək üçün mənim adımı qardaşım oğlunun adı ilə yanaşı çəkmək ən azı etik qaydalara hörmətsizlik, sayğısızlıqdır. Ona görə mən də, ailəm də baş verən cinayətin dəqiq araşdırılmasının həmişə tərəfdarı olmuşuqbu gün də tərəfdarıyıq, hər kəs də öz əməlinin qarşılığını almalıdır. Təbii ki, qanunauyğun şəkildə. Mən sizə başqa bir məqamı da xatırlatmaq istəyirəm. Bir yazıçı kimi, bir millət vəkili kimi, Qarabağda işləmiş, Qarabağı tanıyan insan kimi bu il mənim üçün yadda qalan məqam "Dolu" filmi ilə bağlı oldu. Həmin filmə böyük marqla, həyəcanla tamaşa etdim. Filmin sonunda bütün zal ayağa qalxıb yaradıcı qrupu, ssenari müəllifini alqışlayırdı. Amma mən çıxış edib bildirdim ki, məni üzrlü sayın, əl çalmadım. Çünki bu film bizim faciəmizin, bizim dərdimizin ən gözəl təsviri, ən gözəl təqdimatı idi. Mən dərdimizə, faciəmizə əl çala bilməzdim. Ümumiyyətlə isə 2012-ci ilin yadda qalan, bir insan kimi unuda bilmədiyim başqa bir məqamı Xocalı faciəmizin 20 illiyini dünyanın əksər ölkələrində, o cümlədən paytaxtımızda yürüşlər, anımlar, mitinqlər, kitabların, filmlərin təqdimatı ilə qeyd edilməsi idi

...Bəli, biz Hüseynbala Mirələmovla bir söhbətimizdə çox məqamlara toxunduq. Suallarımızı cavablandıran millət vəkili bildirdi ki, bu gün Azərbaycanda quruculuq, abadlıq işləri aparılır. Həm ölkə rəhbərliyi, həm Heydər Əliyev Fondu təhsilə, səhiyyəyə, idmana, ordumuza böyük diqqət ayırır. Təkcə Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə çoxlu sayda məktəblər, səhiyyə ocaqları, uşaq bağçaları tikilib istifadəyə verilib. Demək olar ki, müasir məktəblərimizin, səhiyyə ocaqlarımızın hamısı ən son kompüterlərlə, cihazlarla təmin olunub. Bizdə savadlı müəllimlər, savadlı həkimlər kifayət qədərdir. Ancaq etiraf edək ki, biz hələ ən son texnologiyalardan istifadə edə bilmirik. Dünyada istehsal olunan ən son tibbi avadanlıqlar bizdə var. Lakin bizim həkimlər hələ ki, o avadanlıqların sirlərini mənimsəyə bilməyib. Ona görə də bəzən vətəndaşlarımız xarici ölkələrə üz tuturlar.

Təbii ki, iş olan yerdə nöqsanlar da qaçılmazdır, problemlər də mövcuddur. Bunu hamı kimi hakimiyyətdə olan partiyamız da, iqtidarımız da çox gözəl bilirzaman-zaman o problemlərin çözümü ilə də məşğul olur. Yəni biz nöqsanları gizlətmirik, onlardan yaxamızı kənara çəkmirik. Qəti şəkildə bəyan edirik ki, Azərbaycan dövləti, Azərbaycan xalqı hər şeyin yaxşısına layiqdirbu yolda da öz prinsiplərindən geri çəkilməyəcək.

Hüseynbala Mirələmovun vurğuladığı bir məqam mənim üçün daha maraqlı oldu. Millət vəkili dedi:

- Mən açıq şəkildə bildirirəm ki, tələbələrin ali məktəblərə qəbulu zamanı və bütövlükdə ölkəmizdə müxtəlif sahələrdə tətbiq edilən test imtahanlarının əleyhinəyəm. Test nəinki savadlıları üzə çıxarır, əksinə, onları kənarda qoyur. Tələbə adını qazanmaq istəy ən müəllimlə üzbəüz oturmalıdır. Onun canından bilikləri çəkib çıxarmaq lazımdır. Yoxsa, nələrisə əzbərləməklə tələbə olmaqla mən razılaşmıram. Digər tərəfdən bu cür testlər hər kəsin sevdiyi sahəyə yönəlməsinə də mane olur. Heç nəyə marağı olmayan, nəyinsə xatirinə diplom alanortada diplomla dolaşan insanları qəbul edə bilmirəm. Oxumaq, öyrənmək, ixtisasını sevmək və canlı, üzbəüz imtahanlardan keçmək! Mənim qəbul etdiyim bax, budur.

Doğrudan da bu gün həmsöhbət olduğum yazıçı-publisist, millət vəkili, partiya təşkilatı sədri Hüseynbala Mirələmov həmişə olduğu kimi, bu dəfəki söhbətində də heç bir sualdan yayınmadı, yenə öz səmimiyyətində "Ədalət"in oxucularına və "Ədalət"in kollektivinə sadiq bir şəkildə məmləkətin, ədəbiyyatın, mədəniyyətin, elmin, siyasətin, bir sözlə, həyatın hər anından danışdı. Sonda da bizi və oxucularımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibəti ilə təbrik etdi. Təbii ki, bu təbriklər qarşılıqlı idi.

 

 

Fəridə RƏHİMLİ

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2012.-29 dekabr.-S.8-9