BU BİR TARİXİ CIXIŞDIR

 

  Məhəməd Əmin Rəsulzadənin Həsən bəy Zərdabinin dəfnindəki nitqi

 

  Həsən bəy Zərdabinin nəvəsi Rəbiyyə Zərdabi təqdim edir

   

   M.Ə.Rəsulzadənin H.Zərdabinin dəfn mərasimindəki nitqi. "İrşad" qəzeti, N 122, 2 dekabr 1907; Məhəmməd Əmin Rəsulzadə. Əsərləri, I cild (Toplayanı, tərtib transliterasiya edəni professor Şirməmməd Hüseynov). Bakı: Azərnəşr, 1992, s.150-151 (470 s.).

   Həzarat! İndicə keçən natiq Əbülhəsən gördünüz ki, ürəkdən, ürəyinin ən dərin guşəsindən bugünkü hali-övzamızdən, şəhərimizin bir zülm-mücəssəm qədr dəhşətnakə giriftar olmasından şikayət etdi. (s.150)

   Bu bəlayi-əzimdən qurtarmaq, bu dəhşətli zülm qəddarlar əlindən xilas olmaq üçün o təklif ediyordu ki, rəislərimizə yalvaraq, yaxaraq, taki onlar bizə rəhm edib yazıqlansınlar, bizim halımıza yanıb əhvalımıza çarəsiz olsunlar.

   Heyhat! Möhtərəm natiq səhfdədir. Bizdə rəis yoxdur. Bizim rəislərimiz cəmaətimizin başına cəlladlar olmuşlar. Biçarə cəmaəti bu cəlladların əlindən qurtarmalıdır. Bu xilaslıq da cəmaətin öz əli ilə gərək olsun. Başqa bir yol yoxdur. Cəmaət özü-öz azadlığına gərək çalışsın. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə onun halına heç bir fayda olamaz. Çün həmişə qoyun qədər xırıldasa, qədər nalə iltica etsə qəssab onun dərisin soymağa, ətin çəkib taraş etməyə çalışar 

   İştə cəmaəti bu dərəcəyə çatdırmaq, öz həqqini alacaq mərtəbəyə yetirmək üçün onun gözlərini açmaq, Həqqi batili ona bildirmək lazımdır. Dəyər ki, cəmaət öz həqq ixtiyarını, öz bacarıq gücünü bilsin, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz  

   Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün lazımdır? - maarif, maarif, maarif! Ancaq elm bilik ilə cəmaət özünün olduğunu edə biləcəyini qana bilər.

   İştə bu yolda da təşyiinə yığışdığımız bu insan Həsən bəy Zərdabi mərhum işləyib ömrünü keçirmişdir. İştə bu qoca ədib haman cəmaətin hər dərdinə dərman olan ürfan toxumlarını səpmişdir ki, bu barələrdə çox danışıldı vaxt müsaidət etmədiyindən nitqimi uzun etməyib qurtarıram.Ayilin bilin musəmanlarin atası ölmuşdur.

   Həmin bu maarif mücahidi olan piri-rövşənzəmirə xitabən cəmaətin maarifmənd mütərəqqi olduğunu özünə məslək tutan "Nicat" maarif cəmiyyəti tərəfindən deyirəm ki, yat, Allah sənə rəhmət eyləsin!!Ey Turk mucahidi!!!

 

 

   Ədalət.-2012.-1 fevral.-S.3.