QAR
ÜSTÜNDƏ LƏPİRLƏR...
... Yolumuz bu dəfə qədim və müasir
Beyləqana düşdü. O Beyləqana
ki, son illər
tanınmaz dərəcədə dəyişib, inkişaf edib və yenidən
qurulub. Təbii ki, bu quruculuq işləri heç də bir günün, iki günün işi deyil. Bu qədər möhtəşəm işləri
görmək üçün böyük ürək sahibi
və eyni zamanda
möhkəm iradəyə malik
olmalısan. Ən azından ona görə
ki, hər tikilən bir
bina, hər inşa
edilən bir obyekt insan əməyinin və insan
zəhmətinin bəhrəsidir. Ötən
yazılarımızda qeyd elədiyimiz kimi, yeni prospektin
və küçələrin müasir milli memarlıq üslubunda
inşa edilməsi heç
də asanlıqla başa gəlməyib. Bu tikililəri bir boy ucaltmaq və bir boy tikmək üçün nə qədər insan əziyyət çəkib, alın təri
töküb və
çalışıb...
Qarlı yollar...
Bir
çox yerlər olduğu
kimi, son vaxtlar Beyləqan da ağ örpəyə bürünüb.
Bu qarlı yollarla
maşınla irəliləmək və buzlu
məsafəni qət etmək o qədər
də asan deyil.
Amma sürücümüz təcrübəli
olduğundan heç bir mürəkkəb vəziyyət
yaranmır, hərdən-bir də sükan arxasında olan
sürücü dönüb geriyə baxaraq deyir ki, Faiq
müəllim, heç ürəyinizi üzməyin
maşını asta sürürəm, təkərlər də
təptəzədir.
Üstəlik də deyəsən,
yollara qum tökülüb. Amma buna baxmayaraq, mən
ehtiyatı əldən vermərəm.
Bu vaxtı yanımızdan xarici
markalı bir avtomobil yüksək sürətlə
şütüyərək ötüb keçir. Özümdən
asılı olmayaraq, deyirəm ki, zalım oğlunun elə
bil yağı daşır. Sanki ölümə tələsir.
Həmin avtomobil bir göz qırpımında bizdən
uzaqlaşır və gözdən itir. Bizim maşının
sürücüsü isə yenə asta sürətlə
avtomobili idarə edir. Deyir ki, Faiq müəllim, o xarici
maşın nə qədər bərk getsə də uzaq
başı bizdən 5-10 dəqiqə tez Beyləqan şəhərinə
çata bilər. Özün də bilirsən ki, mənim
başımı kəssələr də 80-dən, 100-dən
o yana sürən deyiləm.
Elə başının salamat
olmağını istəyirsənsə, gərək sürət
həddinə əməl eləyəsən. Özü də
qarlı, şaxtalı və buzlu yollarda ikiqat diqqətli
olmalısan ki, Allah eləməmiş bir hadisə baş verməsin.
Bir neçə dəqiqədən
sonra yolun kənarında aşan həmin avtomobili
gördük. Sürücü yenə özünü saxlaya
bilməyib dedi ki, Faiq müəllim, gördün, bu da bərk
getməyin axırı. Xobəxtlikdən ölüm-itim
olmamışdı.
Maşını saxlayıb digər
yolçular kimi ona kömək eləmək istədik. Hiss
olunurdu ki, sürücü və maşındakılar bərk
qorxub. Çünki sürücünün xəsarət
alması nəticəsində başı
yarılmışdı.
Sən demə, elə onun öz
maşınında pambıq da varmış, yod da, bint də.
Yaxındakıların köməkliyi ilə
sürücünün başına sarğı qoydular. Sonra
da maşını camaatın gücü ilə yola
çıxardılar.
Digər tanışlarından biri
sükanın arxasında əyləşdi və
yüngül xəsarət alan sürücünü şəhər
xəstəxanasına apardı. Nə yaxşı hər
şey müsbət sonluqla başa çatdı. Nə
yaxşı bu qəzada ölüm-itim olmadı...
Soyqırım abidəsi
Beyləqan şəhərinin
Daşburun istiqamətində girəcəyində çox
möhtəşəm bir abidə ucaldılıb. Bu abidə
soyqırım abidəsidir.
Azərbaycan tarixinin ən
ağır və ən faciəli anları bu tarixi abidəyə
həkk olunub. Həkk olunub ki, millətimizin və eləcə
də böyük türk qardaşlarımızın
başına olmazın müsibətlərini açan ermənilərin
vəhşiliyini insanlar görsün və onu heç vaxt
yaddan çıxarmasın.
Axı biz sirr deyil ki,
unutqan millətik. Kinimiz-küdurətimiz yoxdur. Əgər unutqan millət
olmasaydıq, ermənilərin
1905-ci ildə, 1918-ci ildə
və digər illərdə bizə etdiyi soyqırımı yaddan çıxarmazdıq.
Ürəyimizin yumşaqlığını və səmimiyyətimizi
görüb ermənilər
şeytan kimi qəlbimizə giriblər.
Onlar övladlarını yatıranda
belə laylay deyiblər. Deyiblər ki, yat, yatmasan, türk gəlib sənin başını kəsəcək.
Onlar uşaqlarını bu ruhda böyüdüblər.
Biz də övladlarımıza
demişik ki, erməni sənin qardaşındır, dostundur,
yoldaşındır. Hətta ermənidən kirvə də tutmuşuq. Bu şeytan və
iblis sifətli insanlar ürəyimizə
girib, qəlbimizə daxil olub və
sonra da bizim başımızı
pambıqla kəsiblər.
Süfrəmizin
başında əyləşdirmişik
və ən əziz adam
kimi onlara ürəyimizi vermişik.
Biz onlara ürəyimizi
vermişik, onlarsa bu sadəliyimizdən istifadə edərək, kürəyimizə arxadan
bıçaq saplayıblar.
Beyləqandakı məşhur
soyqırım abidəsinin önündəyik. Burda qədim
tariximiz çox incəliyi ilə əks olunub. Xəritə
şəklində abidənin önünə həkk
olunmuş bu anlara baxanda adamın tükləri biz-biz olur.
Ermənilərin bizə
qarşı törətdiyi ilk soyqırımdan Xocalı
soyqırımına qədər burda hər şey öz əksini
tapıb. Bu möhtəşəm tarixi abidə bir daha millətə
onu deyir ki, bizim körpələri süngüyə taxan,
hamilə qadınları qılıncdan keçirən,
qocaya, cavana rəhm eləməyən ermənilərin sifətini
heç vaxt unutmayaq. Abidənin önündə ağsaqqal
bir kişi ilə görüşürəm.
Xocalıdandır. Deyir ki, burdan
keçəndə həmişə ayaq saxlayıb bu abidəni
ziyarət edirəm və ondan sonra yoluma davam eləyirəm.
Eşitmişəm ki, bu adidənin ideyasını Beyləqan
rayonu icra hakimiyyətinin başçısı İrşad Əliyev
verib. Allah onun ölənlərinə rəhmət eləsin.
Elə mənim bir neçə əzizimi də, oğlumu da
ermənilər Xocalıda amansızlıqla qətlə
yetiriblər.
Neçə-neçə qohumum
itkin düşüb, bir xəbər-ətər yoxdur. Bəziləri
deyir əsirlikdədir, bəziləri də deyir ki, onları
öldürüblər. Amma hələ də gözüm bu
yollardadır, gözləyirəm ki, nə vaxtsa gələcəklər...
(ardı gələn
sayımızda)
Faiq
QİSMƏTOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-1
fevral.-S.7.